Məhkəmə qərarları › İş №8(3-6)-170/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(3-6)-170/2026

01.05.2026 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 8(3-6)-170/2026 01.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), İkram Şirinov və Elşən Kazımovdan ibarət tərkibdə, Xətai Rayon İcra Şöbəsinin icra məmuru tərəfindən verilmiş “borclu Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə” təqdimata dair iş üzrə Xətai Rayon Məhkəməsinin “prosessual müddətin bərpasından imtina edilməsi barədə” ##.##.2026cı il tarixli *(***)-***/**** nömrəli qərardadından borclu Borclu şikayətinə yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. Birinci instansiya məhkəməsində icraat 1.Xətai RM-nin ##.##.2025-ci il tarixli qərardadı ilə qərara alınıb ki, icra məmurunun təqdimatı təmin edilsin, borclunun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Borclu ##.##.2025-ci il tarixli qərardaddan ##.##.2026-cı il tarixdə şikayət verib, eyni zamanda həmin qərardaddan şikayətvermə müddətinin bərpası barədə ərizə verib. Xətai RMnin ##.##.2026-cı il tarixli qərardadı ilə qərara alınıb ki, ##.##.2015-ci il tarixli qərardaddan şikayətvermə müddətinin bərpası barədə ərizə təmin edilməsin. 2.Borclu Xətai RM-nin ##.##.2026-cı il tarixli qərardadından şikayət verərək tələb edib ki, həmin qərardad ləğv edilsin, müddətin bərpası barədə ərizə təmin edilsin, ##.##.2025-ci il tarixli qərardaddan şikayətvermə müddəti bərpa edilsin. 3.Birinci instansiya məhkəməsi şikayəti təmin etməyib və onu baxılması üçün işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərib. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi 4.İş materiallarında ##.##.2025-ci il tarixli qərardadın borcluya rəsmi qaydada verildiyini təsdiq edən heç bir sənəd yoxdur. 5.Borclu müddətin bərpası barədə ərizədə bildirib ki, həmin qərardadın mövcudluğundan 2-3 gündür ki, icra məmurunun vastəsilə xəbərdar olub. 6.Borclunun elektron kabinetinin olması faktı qərardadın ona rəsmi qaydada verildiyini təsdiq etmir. Belə ki, borclu “Elektron məhkəmə” informasiya sistemində ##.##.2025-ci il tarixdə qeydiyyatdan keçməklə həmin tarixdən etibarən elektron kabinetə malik olub. Göründüyü kimi, ##.##.2025-ci il tarixli qərardad qəbul edilərkən borclunun elektron kabineti olmayıb, bu səbəbdən də qərardad məhkəmə tərəfindən onun elektron kabinetinə yerləşdirilməyib. MPM-in 135.6-cı maddəsinə görə, “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. 7.Beləliklə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 268.1-ci maddəsinə görə, şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində verilir. İş materiallarında qərardadın borcluya rəsmi qaydada verildiyini təsdiq edən sənəd olmadığına görə, hesab olunur ki, o, şikayətvermə müddətini ötürməyib. Müddət ötürülmədiyinə görə müddətin bərpası barədə ərizə baxılmamış saxlanılmalıdır. 8.Yuxarıda göstərilənlərə əsasən və MPM-in 397 və 398-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şikayət təmin olunsun. Xətai Rayon Məhkəməsinin “prosessual müddətin bərpasından imtina edilməsi barədə” ##.##.2026-cı il tarixli *(***)-***/**** nömrəli qərardadı ləğv edilsin. Müddətin bərpası barədə ərizə baxılmamış saxlanılsın. Borclu Borclu Xətai Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli *(***)-***/**** nömrəli qərardadından şikayətvermə müddətini ötürmədiyi müəyyən edilsin və borclunun həmin qərardaddan verdiyi şikayətə baxılması üçün iş Xətai Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar