Məhkəmə qərarları › İş №8(3-6)-189/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(3-6)-189/2026

04.05.2026 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 8(3-6)-189/2026 04.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Sadıqov Vahid Nəriman oğlu (məruzəçi), Mərdanova Xumar Afət qızı və X1 ibarət tərkibdə, Ərizəçi (borclu) Ərizəni verən şəxs tərəfindən verilmiş “icra məmurunun aliment üzrə borcun hesablanması haqqında qərarından şikayətə dair” ərizəsinə baxılması barədə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(***)-***/**** nömrəli ## ###### 2026-cı il tarixli qərardadından tələbkar Tələbkar tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, Müəyyən etdi: . Borclu Ərizəni verən şəxs şikayət ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icra məmuru Mahru Nağıyevanın ##.##.2024-cü il tarixli “aliment üzrə borcun hesablanması haqqında” qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən verilmiş *(***)-***/****-*** nömrəli, ## #### 2023-cü il tarixli icra sənədinə əsasən məlum olur ki, borclu Ərizəni verən şəxs ##.##.2022-ci il tarixdən etibarən 1 uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay qazancının və başqa gəlirlərinin ¼ hissəsi miqdarında aliment tutularaq tələbkar Tələbkar xeyrinə ödənilməlidir. Qətnamə qanuni qüvvəsini almış və icra edilməsi üçün Bakı şəhəri Xətai rayon İcra şöbəsinə göndərilmişdir. ## ##### 2023-cü il tarixli icraata başlamaq haqqında qərar qəbul edilmişdir. Bildirilir ki, borclunun əmək haqqının hər ay ¼ hissəsi tutularaq Tələbkar ödənilir. Bundan əlavə borclu ##.##.2022-ci il tarixə kimi fərdi sahibkarlıq ilə məşğul olmuş və həmin dövrdə də gəlirləri olmuşdur. Həmin tarixdə fəaliyyət dayandırılmış və bir daha aktiv edilməmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən təqdim edilmiş arayışa əsasən, Ərizəni verən şəxs tərəfindən 2022-ci il üzrə təqdim edilmiş gəlir vergisi bəyannaməsinə əsasən, ümumi gəliri 133.403,40 manat təşkil etmişdir. İcra məmuru həmin məbləği əsas götürərək, bütün il ərzində əldə edilmiş 133.403,40 manat məbləğində gəlirin hissəsini ödənilməli aliment məbləği kimi hesablamışdır. Lakin nəzərə almamışdır ki, icra sənədinə əsasən aliment məbləği ##.##.2022-ci il tarixdən hesablanmalı idi. Ərizəni verən şəxs məxsus sahibkar bank hesabından çıxarışa əsasən müəyyən edilir ki, ##.##.2022-ci il tarixindən ##.##.2025-ci il tarixinədək Ərizəni verən şəxs gəlirləri 9193,49 AZN (doqquz min yüz doxsan üç manat 49 qəpik) olmuşdur. Yəni aliment borcu 2298,38 AZN (iki min iki yüz doxsan səkkiz manat 38 qəpik) hesablanmalı idi. Hesab edir ki, Bakı şəhəri Xətai rayon İcra şöbəsinin İcra məmuru Mahru Nağıyevanın ##.##.2024-cü il tarixli “aliment üzrə borcun hesablanması haqqında” qərarında aliment üzrə borc düzgün hesablanmadığından həmin qərar ləğv edilməlidir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(***)-***/**** nömrəli ## ###### 2026-cı il tarixli qərardadı ilə şikayətin təmin edilməsi, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(***)-***/**** nömrəli ## #### 2023-cü il tarixli icra sənədi üzrə Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icra məmuru X2 tərəfindən qəbul edilmiş “aliment üzrə borcun hesablanması haqqında” ## ###### 2024-cü il tarixli qərarının ləğv edilməsi qərara alınmışdır. Həmin qərardaddan tələbkar Tələbkar şikayət verərək, onun ləğv edilməsini, ərizənin (şikayətin) təmin edilməməsini xahiş etmiş, məhkəmənin ## #### 2026-cı il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, icra məmurunun qərarı qanuni və əsaslı olmuşdur. Alınmış audit rəyi iş üzrə mötəbər sübut kimi qəbul edilə bilməz. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(***)-***/**** nömrəli ##.##.2023-cü il tarixli icra vərəqəsindən görünür ki, Ərizəni verən şəxs ##.##.2022-ci il tarixdən başlayaraq ##.##.2020-ci il təvəllüdlü Hidayət-zadə Raul Anar oğlunun yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay qazancının (başqa gəlirlərinin) 1/4 (dörddə bir) hissəsi miqdarında aliment tutularaq Tələbkar verilməsi, Ərizəni verən şəxs ##.##.2022-ci il tarixdən başlayaraq ##.##.2020-ci il təvəllüdlü Hidayət-zadə Raul Anar oğlunun üç yaşına çatanadək hər ay 120 (bir yüz iyirmi) manat məbləğində alimentin tutularaq Tələbkar verilməsi müəyyən edilmişdir. ##.##.2023-cü il tarixli qərardan görünür ki, Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icra məmuru Elşən Bəşirli tərəfindən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2023cü il tarixli, *(***)-***/**** nömrəli icra sənədi üzrə icraata başlanılmışdır. Tələbin könüllü icrası barədə ##.##.2023-cü il tarixli bildirişdən görünür ki, borclu Ərizəni verən şəxs Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2023-cü il tarixli, *(***)-***/**** nömrəli icra sənədini könüllü icra etmək üçün vaxt verilmişdir. Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icra məmuru X2 tərəfindən qəbul edilmiş aliment üzrə borcun hesablanması haqqında ##.##.2024-cü il tarixli qərardan görünür ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(***)-***/****-*** saylı, ##.##.2023-cü il tarixli icra sənədi üzrə borclu Ərizəni verən şəxs borcu ümumilikdə 33350.75 manat müəyyən edilmişdir. İş materiallarəndan görünür ki, birinci instansiya məhkəməsi tərəfindən 24 aprel və ## ####### 2025-ci il tarixli qərardadlar ilə iş üzrə mühasibatlıq ekspertizası təyin edilsə də, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən rəy verilməsindən imtina olunmuşdur. Belə olduqda məhkəmə qərardadının icrası ilə əlaqədar məhkəmə “A PLUS AUDİT” MMC-yə müraciət etmişdir. “A PLUS AUDİT” MMC-nin ## ###### 2025-ci il tarixli hesabatından görünür ki, ##.##.2022-ci il tarixdən ##.##.2024-cü il tarixədək X3 əmək haqqı və muzdlu ilə əlaqədar əmək haqqına bərabər tutulan ümumi gəlirləri 48170,91 manat təşkil etmişdir ki, bundan vergi və digər icbari ödənişlər işə götürən tərəfindən tutulduqdan sonra ələ çatacaq cəmi gəlirləri 42709,42 manat təşkil etmişdir. Əldə olunan gəlirin 1/4 hissəsi 10677,36 manat olaraq aliment hesablanmışdır və 10728,27 manat Ərizəni verən şəxs gəlirlərindən “xxxx” MMC tərəfindən tutularaq Tələbkar ödənilmişdir. Beləliklə, 2024-cü ilin dekabr ayına Ərizəni verən şəxs tərəfindən əmək haqqı və muzdlu ilə əlaqədar əmək haqqına bərabər tutulan gəlirlərindən ödəniləcək aliment borcu olmamışdır Dövlət Vergi Xidmətinə ünvanlanmış məktubla fərdi sahibkar Ərizəni verən şəxs (VÖEN:2000985512) gəlirləri barədə 2022-ci il üçün gəlir vergisi bəyannaməsi təqdim edilmişdir. 2022-ci ilin gəlir vergisi bəyannaməsinə əsasən fərdi sahibkar X3 (VÖEN:2000985512) gəlirləri 133403.40 manat təşkil etmişdir ki, bundan 5568.00 manat gəlir ##.##.2022-ci il tarixdən ##.##.2024-cü il tarixədək olan dövr ərzində əldə edilmişdir. ##.##.2022-ci il tarixdən ##.##.2024-cü il tarixədək olan dövr ərzində sahibkar kimi gəlirləri 5568.00 manat, xərcləri 745.70 manat, ümumi gəliri isə 4822.30 manat olmuşdur. Ümumi gəlirilərindən gəlir vergisi çıxıldıqdan sonra xalis gəlir 4581.19 manat olmuşdur. Əldə olunan 4581.19 manat xalis gəlirin 1/4 hissəsi 1145.30 manat təşkil edir (cədvəl 2). Ərizəni verən şəxs ##.##.2022-ci il tarixdən ##.##.2024-cü il tarixədək olan dövr ərzində ümumilikdə ödəniş terminalları vasitəsi ilə Tələbkar kart hesabına 1220,00 manat aliment təyinatı üzrə ödəniş həyata keçirmişdir. Audit yoxlaması zamanı Ərizəni verən şəxs ##.##.2020-ci il təvəllüdlü Hidayət-zadə Raul Anar oğlunun 3 yaşınadək, yəni ##.##.2023cü il tarixədək, dekabr 2022-ci il tarixdən may 2023-cü il tarixədək, 6 ay ərzində hər ay 120 manat olmaqla 720 manat, sahibkarlıq fəaliyyətindən isə 1145.30 manat, ümumilikdə 1865.30 manat aliment ödənişi öhdəliyi müəyyən edilmişdir. Ərizəni verən şəxs ##.##.2022-ci il tarixdən audit yoxlaması aparılan tarixədək olan dövr ərzində ümumilikdə ödəniş terminalları vasitəsi ilə Tələbkar kart hesabına 3520,00 manat aliment təyinatı üzrə ödəniş həyata keçirmişdir. Audit yoxlaması zamanı Ərizəni verən şəxs ##.##.2020-ci il təvəllüdlü Hidayət-zadə Raul Anar oğlunun 3 yaşınadək, yəni ##.##.2023-cü il tarixədək, dekabr 2022-ci il tarixdən may 2023-cü il tarixədək, 6 ay ərzində hər ay 120 manat olmaqla 720 manat, sahibkarlıq fəaliyyətindən isə 1145.30 manat, ümumilikdə 1865.30 manat aliment ödənişi öhdəliyi müəyyən edilmişdir. Audit tərəfindən rəy verilən zaman Dövlət Vergi Xidmətinə ünvanlanmış məktuba cavab olaraq fərdi sahibkar Ərizəni verən şəxs gəlirləri barədə 2022-ci il üçün gəlir vergisi bəyannaməsi, Dövlət Sosial Müdafiə Fonduna ünvanlanmış məktuba cavab olaraq əmək haqqı və ona bərabər tutulan digər gəlirləri barədə məlumat, “xxxx” MMC tərəfindən təqdim edilmiş sənədlər əsas götürülmüşdür. “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 69-cu maddəsinə görə, alimentlərin tutulması və aliment öhdəlikləri üzrə borcların ödənilməsi qaydası Azərbaycan Respublikasının Ailə Məcəlləsi ilə müəyyən edilir. Ailə Məcəlləsinin 106.3-cü maddəsinə görə isə borclar alimentin məhkəmənin qətnaməsi və ya aliment ödənilməsi barədə saziş ilə müəyyən edilən miqdara uyğun olaraq icra məmuru tərəfindən müəyyən edilir. Həmin məcəllənin 106.4-cü maddəsinə əsasən, Bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq yetkinlik yaşına çatmayanlara ödənilən aliment üzrə borcların miqdarı aliment ödəməli olan şəxsin onu ödəmədiyi dövr ərzindəki qazancına və başqa gəlirlərinə görə müəyyən edilir. Həmin şəxs göstərilən dövrdə işləmədikdə və ya onun əmək haqqının və (və ya) başqa gəlirlərini təsdiqləyən sənəd təqdim edilmədikdə, aliment üzrə borcların miqdarı borc tutulduğu vaxtda Azərbaycan Respublikası üzrə orta əmək haqqına görə müəyyən edilir. Borcların bu cür müəyyən edilməsi tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozarsa, həmin tərəf məhkəməyə müraciət edə bilər. Bu halda məhkəmə tərəflərin maddi və ailə vəziyyətini və diqqətəlayiq olan digər halları nəzərə alaraq aliment üzrə borcları sabit pul məbləğində müəyyən edə bilər. Göründüyü kimi, aliment üzrə borclar icra məmuru tərəfindən müəyyən edilir. Hazırkı halda isə icra məmuru alimentin hesablanması barədə qərar qəbul etsə də, düzgün hesablama aparmamışdır. Belə ki, kollegiya ilk növbədə qeyd edir ki, aliment borclunun qazancının və başqa gəlirlərindən tutulur. Hazırki halda isə icra məmuru borclunun gəlirlərinin ¼ hissəsini hesablayarkən alimentin ## ######## 2022-ci il tarixdən tutulmalı olmasını nəzərə almamış, borclunun ## ######## 2022-ci il tarixdən etibarən xalis gəlirlərini deyil, bütövlükdə 2022-ci ildəki dövriyyə məbləğini əsas götürmüşdür. Göründüyü kimi aliment üzrə borcun hesablanması haqqında ## ###### 2024-cü il tarixli qərar ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(***)-***/****-*** saylı ## #### 2023-cü il tarixli icra sənədi üzrə borclu Ərizəni verən şəxs ümumilikdə 33350.75 manat aliment borcu müəyyən edilsə də, iş materiallarında sənədlər (gəlir vergisi bəyannaməsi, əmək müqavilələri, “xxxx” MMC adından Ərizəni verən şəxs əmək haqqından tutularaq Tələbkar hesabına ödənilmiş məbləğlərə dair ödəniş tapşırıqları, bank hesabından çıxarışlar və s.) və audit hesabatı ilə müəyyən olunur ki, ##.##.2022- ci il tarixdən ##.##.2024-cü il tarixədək, habelə ##.##.2022-ci il tarixdən hazıradək borclu X3 tərəfindən Tələbkar ödənilməmiş aliment borcu qalmamış, əksinə 1654.70 manat artıq ödənişi olmuşdur. Kollegiya şikayətin dəlilinə münasibətdə qeyd edir ki, tələbkar audit rəyinin mötəbərliyini mübahisələndirsə də, onun mötəbərliyini şübhə altına alınmasına dair hər hansı əsas göstərməmiş, belə bir əsas nə birinci instansiya məhkəməsində, nə də apellyasiya icraatı zamanı müəyyən edilməmişdir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 400 və 401-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Şikayət təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(***)-***/**** nömrəli ## ###### 2026-cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar