Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(3-6)-2/2026 22.01.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X4 Təyar qızının sədrliyi ilə, X2 və X1 ibarət tərkibdə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(004)-889/2025 saylı qərardadından maraqlarına toxunan şəxs Maraqlı şəxs tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal rayon icra şöbəsinin icra məmuru İlqar Allahverdiyev təqdimatla məhkəməyə müraciət edərək, Borclu mülkiyyətində olan “OPEL ASTRA MİNİK” markalı, **-EK- *** dövlət qeydiyyat nişanlı, “CHEVROLET CRUZE MİNİK” markalı, **-SY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələrinn üzərinə həbs qoyulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, xx.xx.2025-ci il tarixli qərarla icraata başladığı Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1810/2025 saylı, xx.xx.2025-ci il tarixli icra sənədinə əsasən 15772,09 manat əsas, 864,23 manat faiz və 26,39 manat cərimə borcu və 139,99 manat ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 16802,70 manat məbləğdə pul Borclu tutularaq Tələbkar Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. İcra sənədinin icrası ilə əlaqədar qanuna müvafiq qaydada borcluya könüllü icra üçün müəyyən olunmuş vaxtda tələbin icrası ilə bağlı bildiriş göndərilmişdir. Buna baxmayaraq, borclu tərəfindən icra sənədinin icrası bu müddət ərzində təmin edilməmiş və icranın təmin edilməməsinə rəsmi şəkildə heç bir səbəb göstərilməmişdir. Bununla belə “İcra haqqında” AR Qanunun 45.2-ci maddəsinin tələblərinə uyğun olaraq borclunun manatla və xarici valyuta ilə, o cümlədən banklarda və digər kredit təşkilatılarında olan pul vəsaitlərinin olub-olmamasını müəyyən etmək üçün müvafiq orqanlara sorğular göndərilmiş, lakin heç bir müsbət nəticə əldə olunmamışdır. Eyni zamanda tərəfindən müvafiq orqanlara sorğular edilmiş və Borclu mülkiyyətində olan “OPEL ASTRA MİNİK” markalı, **-EK-*** dövlət qeydiyyat nişanlı, “CHEVROLET CRUZE MİNİK” markalı, **-SY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələrinin olduğu müəyyən edilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-889/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə təqdimat təmin edilərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 1810/2025 saylı, xx.xx.2025-ci il tarixli icra sənədinin icrasının təmin edilməsi məqsədilə Borclu mülkiyyətində olan “OPEL ASTRA MİNİK” markalı, **-EK-*** dövlət qeydiyyat nişanlı və “CHEVROLET CRUZE MİNİK” markalı, **-SY-*** dövlət qeydiyyat nişanlı avtomobillərin üzərinə həbs qoyulması qərara alınmışdır. Maraqlarına toxunan şəxs Maraqlı şəxs həmin qərardaddan şikayət verərək, xx.xx.2025-ci il tarixli, 2(004)-1810/2025 saylı qərarın və xx.xx.2025-ci il tarixli, 8(004)-889/2025 saylı qərardadın ləğv edilməsi; ona məxsus 2014-cü il buraxılışlı, sedan tipli, G1PC5SBXE7401578 ban nömrəli, 99SY145 qeydiyyat nömrə nişanlı, “CHEVROLET CRUZE” markalı nəqliyyat vasitəsinə tətbiq edilmiş həbs tədbirinin tam götürülməsi; şikayətinin təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırmışdır ki, göstərilən nəqliyyat vasitəsi (2014-cü il buraxılışlı, sedan tipli, G1PC5SBXE7401578 ban nömrəli, 99SY145 qeydiyyat nömrə nişanlı, CHEVROLET CRUZE markalı) onun tərəfindən xx.xx.2021 tarixində nisyə alqı-satqı müqaviləsi ilə alınıb, müqavilə üzrə bütün öhdəliklər tam və vaxtında icra olunmuşdur. Ödənişlərin tam icra edilməsinə dair təsdiqedici sənədlər mövcuddur. Məhkəmə qərarında onun mülkiyyət hüquqları nəzərə alınmamış, faktiki və hüquqi sahiblik sübutları araşdırılmamışdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-889/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadından maraqlarına toxunan şəxs Maraqlı şəxs tərəfindən verilmiş şikayət həmin məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə təmin edilməmiş, baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini araşdırıb, iş materiallarını tədqiq edərək hesab edir ki, iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(004)-889/2025 saylı qərardadı qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, şikayət təmin edilməməlidir. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Bu Qanunun 6.1.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası məhkəmələrinin qərarları icra sənədi sayılır. “İcra haqqında” Qanunun 44.1-ci maddəsinə əsasən həmin Qanunla müəyyən edilmiş qaydada tərtib olunmuş icra sənədinin icra məmuruna təqdim olunması, icra məmuru tərəfindən icraata başlamaq haqqında qərarın qəbul edilməsi və könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi məcburi icra tədbirlərinin tətbiqi üçün əsaslardır. Məcburi icra tədbirlərindən biri də borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsidir (Qanunun 43.1.1-ci maddəsi). Həmin Qanunun 45.6-cı maddəsinə əsasən tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus olan digər əmlaka yönəldilir. Həmin Qanunun 45.1-ci maddəsinə uyğun olaraq, tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir. İş materiallarından müəyyən olunur ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 1810/2025 saylı, xx.xx.2025-ci il tarixli icra vərəqəsinə əsasən 15772,09 manat əsas, 864,23 manat faiz və 26,39 manat cərimə borcu və 139,99 manat ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 16802,70 manat məbləğdə pul Borclu tutularaq Tələbkar Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. Bakı şəhəri Yasamal rayon icra şöbəsinin icra məmuru İlqar Allahverdiyevin “borclunun əmlakı üzərinə həbs qoyulması” haqqında xx.xx.2025-ci il tarixli qərarına əsasən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1810/2025 saylı, xx.xx.2025-ci il tarixli icra sənədi üzrə Borclu mülkiyyətində olan “OPEL ASTRA MİNİK” markalı, **-EK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə həbs qoyulmuşdur. Bakı şəhəri Yasamal rayon icra şöbəsinin icra məmuru İlqar Allahverdiyevin “borclunun əmlakı üzərinə həbs qoyulması” haqqında xx.xx.2025-ci il tarixli qərarına əsasən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1810/2025 saylı, xx.xx.2025-ci il tarixli icra sənədi üzrə Borclu mülkiyyətində olan “CHEVROLET CRUZE MİNİK” markalı, **-SY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə həbs qoyulmuşdur. Nəqliyyat vasitəsinin nisyə alqı-satqı müqaviləsindən görünür ki, Borclu mülkiyətində olan “CHEVROLET CRUZE MİNİK” markalı, **-SY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini Maraqlı şəxs hər ay 600 manat olmaqla 33 ay müddətinə ödəmək şərti ilə 25600 manata nisyə satmışdır. Borclu 13 noyabr 2025-ci il tarixli notarial qaydada təsdiq edilmiş ərizəsindən görünür ki, Borclu “CHEVROLET CRUZE MİNİK” markalı, **-SY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə bağlı hər hansı iddiası və tələbi yoxdur. Beləliklə, iş materiallarından məlum olur ki, icra sənədi üzrə icraat zamanı borcluya məxsus “OPEL ASTRA MİNİK” markalı, **-EK-*** dövlət qeydiyyat nişanlı və “CHEVROLET CRUZE MİNİK” markalı, **-SY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələrinin həbs qoyulması qərara alınmışdır. Məhkəmə iclasında iştirak edən borclu səhhətində olan problemlərlə əlaqədar Banka olan borcunu ödəməkdə çətinlik çəkdiyini bildirmiş, dolayısı ilə borcu könüllü olaraq ödəmədiyini etiraf etmişdir. Kollegiya qeyd olunan qanunvericilik normalarına əsasən hesab edir ki, məhkəmə borclu tərəfindən icra sənədi könüllü icra edilmədiyindən, icra sənədinin icrasının təmin edilməsi məqsədi ilə təqdimatı təmin edərək, Borclu mülkiyyətində olan “CHEVROLET CRUZE MİNİK” markalı, **-SY-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoymuşdur. “İcra haqqında” Qanununun 50.1 və 50.2-ci maddələrinə əsasən icraata başlamaq haqqında qərar borcluya təqdim olduğu gündən ən geci 1 ay müddətində, təxirəsalınmaz hallarda isə, qərarın təqdim olunması ilə eyni vaxtda borclunun əmlakı üzərinə həbs qoyulur. Borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə, əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir.İcra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Həmin Qanunun 50.4, 50.4.1-ci maddələrinə görə, borclunun əmlakı üzərinə tələbkara verilməsi və ya satılması nəzərdə tutulan əmlakın mühafizəsini təmin etmək üçün həbs qoyulur. Qərardaddan şikayət verən maraqlarına toxunan şəxs Maraqlı şəxs dəlillərinə görə hal-hazırda “CHEVROLET CRUZE MİNİK” markalı, **-SY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini xx.xx.2021 tarixində nisyə alqı-satqı müqaviləsi ilə alınıb, müqavilə üzrə bütün öhdəliklər tam və vaxtında icra olunmuşdur. Ödənişlərin tam icra edilməsinə dair təsdiqedici sənədlər mövcuddur. Məhkəmə onun mülkiyyət hüquqlarını nəzərə almamışdır. Şikayətin dəlillərini əsassız hesab edən kollegiya qeyd edir ki, mülki qanuvericiliklə avtomobilin etibarnamə vasitəsi ilə əlqı-satqısı nəzərdə tutulmamışdır. İşdən müəyyən olunur ki, Maraqlı şəxs ““CHEVROLET CRUZE MİNİK” markalı, **-SY-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi deyildir. O, avtomobili etibarnamə əsasında idarə etsə də, nəqliyyat vasitəsinin mülkiyyətçisi borlu Borcludur və onların aralarında həmin avtomobilin alğı-satqısına dair müqavilə mövcud deyildir. Elektron Məhkəmə İnformasiya Sistemindən Borclu mülkiyyətində olan yol nəqliyyat vasitələri barədə məlumatdan görünür ki, “CHEVROLET CRUZE” minik markalı, **-SY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi Borclu məxsusdur. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi, təqdimatı təmin edərkən düzgün olaraq belə nəticəyə gəlmişdir ki, borclu icra məmuru tərəfindən verilən müddət ərzində tələbi könüllü surətdə icra etmədiyindən, məcburi icra tədbirlərinin tətbiqi ilə əlaqədar “İcra Haqqında” Azərbaycan Respublikasının Qanununun 44.1-ci maddəsində müəyyən edilmiş əsaslar mövcuddur. Şikayətin dəlillərini əsasız hesab edən kollegiya qeyd edir ki, mübahisələndirilən “CHEVROLET CRUZE” minik markalı, **-SY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi borclunun mülkiyyətində olduğundan məhkəmə icra vərəqəsinin icrasını təmin etmək məqsədi ilə qanuvericiliyin tələblərinə müvafiq olaraq həmin əmlakın üzərinə həbs qoymaqda haqlı olmuşdur. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mülki prosessual qanunvericiliyin tələblərinə düzgün əməl olunmuşdur, ona görə də, məhkəmə qərardadı dəyişdirilmədən saxlanmalı, şikayət isə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397, 398.0.1, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Maraqlarına toxunan şəxs Maraqlı şəxs tərəfindən verilmiş şikayət təmin edilməsin. Hazırkı iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(004)- 889/2025 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz Sədrlik edən Günay Axundova Hakimlər Fərrux Qasımov Məhəmməd Rüstəmli
Məhkəmə qərarları › İş №8(3-6)-2/2026
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(3-6)-2/2026
22.01.2026 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver