Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 8(3-6)-200/2026 13.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Ərizəçi Ərizəni verən şəxs İsrəfil oğlunun icra üsulunun və qaydasının dəyişdirilməsi barədə ərizəsinə dair iş üzrə (Açar sözlər: icra üsulunun və qaydasının dəyişdirilməsi) Hakim Abbasova Günel Məhərrəm qızı (sədrlik edən və məruzəçi), Hakimlər X4 oğlundan Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-***/**** saylı qərardadından ərizəçi Ərizəni verən şəxs İsrəfil oğlu tərəfindən verilmiş şikayət üzrə işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları MÜƏYYƏN ETDİ:
1. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2019-cu il tarixli qətnaməsinə əsasən tərəflərin arasında Saatlı RİHB-nın Nabatkənd kənd icra nümayəndəlikdə bağlanmış ##.##.2013-cü il tarixli ** saylı nikah qeydi pozulmuş, tərəflərin birgə nikahında ##.##.2014-cü ildə doğulmuş X2 və ##.##.2016-cı ildə doğulmuş X1 adlı iki nəfər uşaqların anasının yanında qalması müəyyən edilmiş, hər iki uşaqların yetkinlik yaşına çatana kimi hər ay hər uşağa görə 160 manat, ümumilikdə 320 manat sabit pul məbləğində aliment tutularaq Hüseynova (Bayramova) Mirnailə Elşən qızının xeyrinə ödənilməsi qət edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin *(***)-****/**** saylı qətnaməsinə əsasən iddia tələbi təmin edilmiş, iddiaçı Ərizəni verən şəxs İsrafil oğlunun uşaqları ##.##.2014-cü il təvəllüdlü X2 və ##.##.2016-cı il təvəllüdlü X1 ilə hər həftənin bazar günləri saat 11.00-dan axşam saat 20.00-dək ünsiyyətdə olması müəyyən edilməsi qət edilmişdir.
2. Ərizəçi Ərizəni verən şəxs İsrəfil oğlu Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2019-cu il tarixli *(***)-****/**** saylı qətnaməsinin icra üsulunun və qaydasının dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2019-cu il tarixli *(***)-****/**** saylı qətnaməsinin icra üsulunu və qaydasını dəyişdirməklə cavabdeh X3 ilə birgə nikahlarından doğulmuş ##.##.2014-cü il təvəllüdlü X2 və ##.##.2016-cı il təvəllüdlü X1 adlı uşaqlarının hər həftənin cümə, şənbə və bazar günləri, bayram və ad günləri, eləcə də tətil günləri onun yanında qalmaları və ya qeyd olunan günlərdə bütöv sutka ərzində onunla ünsiyyətdə olmaq hüququnun təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin *(***)- ****/**** saylı ##.##.2019-cu il tarixli qətnaməsinə əsasən maraqlı şəxslə aralarında Saatlı RİHB-nin Nabatkənd kənd İcra nümayədəliyində bağlanmış ##.##.2013- cü il tarixli ** saylı nikah qeydi pozulmuş, birgə nikahlarından ##.##.2014-cü il tarixdə doğulmuş X2 və ##.##.2016-cı il tarixdə doğulmuş X1 analarının yanında qalması müəyyən edilmiş, hər iki uşağın yetkinlik yaşına çatana kimi hər ay ondan hər uşağa görə 160 manat olmaqla, ümumilikdə 320 manat sabit pul məbləğində alimentin tutularaq Hüseynova (Bayramova) Mirnailə Elşən qızının xeyrinə ödənilməsi qət edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin *(***)-****/**** saylı qətnaməsinə əsasən onun cavabdeh Bayramova (Hüseynova) Mirnailə Elşən qızına qarşı “uşaqla ünsiyyət” tələbinə dair iddiası təmin edilmiş, onun, yəni iddiaçı Ərizəni verən şəxs İsrafil oğlunun uşaqları ##.##.2014-cü il təvəllüdlü X2 və ##.##.2016-cı il təvəllüdlü X1 ilə hər həftənin bazar günləri saat 11.00-dan axşam saat 20.00-dək ünsiyyətdə olmasının müəyyən edilməsi qət edilmişdir. Məhkəmənin qətnaməsi ilə müəyyən edilmiş uşaqları ilə ünsiyyətdə olmaq vaxtı düzgün müəyyən edilməmişdir. Qeyd olunan müddət ərzində uşaqlarla ünsiyyətdə ola bilmir və bu mümkün deyildir. Çox vaxtları isə cavabdeh buna qərəzli olaraq və məqsədli şəkildə süni maneələr törədir və əngəllər yaradır. Belə ki, o, Saatlı rayonu Nabat kəndində yaşayır. M.Hüseynova isə Saatlı rayon sakini olsa da, faktiki olaraq Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsində yaşayır. Uşaqları ilə ünsiyyətdə olmaq müddəti həftədə bir dəfə cəmi 9 saat müddətində müəyyən olunmuşdur. Saatlı rayonunun Nabat kəndi ilə Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi arasındakı məsafə təxminən 210 kilometrdir. Bu yolu qət etmək üçün ən azı 2 saat 30 dəqiqə vaxt tələb olunur. Göründüydi kimi uşaqları ilə ünsiyyətdə olmaq müddətinin ən azı 5 saatını o, yolda itirir. Belə olan halda o, uşaqları ilə normal qaydada ünsiyyətdə ola bilmir. Nəzərə alınsa ki, çox zaman cavabdehin özü qəsdən bu ünsiyyətə süni əngəllər törədir və mane olur. Ona görə də o, məhkəməyə yenidən müraciət etməyə məcbur olmuşdur. O, hesab edir ki, hazırki müraciətinə əsasən həftənin cümə, şənbə, bazar, bayram və ad günü, eləcə də tətil günlərində günün bütün sutka ərzində uşaqlarının onun yanında qalması və uşaqları ilə ünsiyyətdə olmaq hüququ tam təmin olunmalıdır. Bunun üçün məhkəmə qətnaməsi əsasında müəyyən edilmiş icra sənədi üzrə icra üsulunun və qaydasının dəyişdirilməsinə zərurət yaranmışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-***/**** saylı qərardadı ilə ərizə qismən təmin edilmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ## ###### 2019-cu il tarixli *(***)-****/**** saylı qərarının icra qaydası dəyişdirilərək, aşağıdakı kimi müəyyən edilmişdir: Ərizəçi Ərizəni verən şəxs İsrəfil oğlunun yetkinlik yaşına çatmayan uşaqları ##.##.2014-cü il təvəllüdlü X2 və ##.##.2016- cı il təvəllüdlü X1 ilə, hər həftənin bazar günləri saat 11:00-dan axşam saat 20:00-dək, hər il iki gündən artıq davam edən rəsmi bayram günlərinin ikinci günü saat 11:00-dan 20:00-dək, ##.##.2014-cü il təvəllüdlü X2 və ##.##.2016-cı ildə X1 ad günlərində ümumilikdə 4 saat olmaqla, saat 12:00dan 16:00-dək, ümumtəhsil məktəblərində yay tətili müddətində əvvəlcədən vaxtı və yeri tərəflərin iradəsinə və uşaqların mənafelərinə uyğun formada razılaşdırılmaqla, razılaşdırmaq mümkün olmadığı təqdirdə hər il avqust ayının 1-dən 8-nə qədər ümumilikdə 1 həftə olmaqla ünsiyyət saxlamaq hüququ təmin edilmişdir.
ŞİKAYƏTİN DƏLİLLƏRİ, ŞİKAYƏTƏ ETİRAZIN DƏLİLLƏRİ VƏ BİRİNCİ İNSTANSİYA MƏHKƏMƏSİNİN ŞİKAYƏTƏ DAİR GƏLDİYİ NƏTİCƏ:
3. Ərizəçi Ərizəni verən şəxs İsrəfil oğlu tərəfindən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-***/**** saylı qərardadından şikayət verilmiş və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-***/**** saylı qərardadının dəyişdirilməsi məhkəmədən xahiş edilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, qəyyumluq və himayəçilik orqanının rəyində uşaqların yay tətili dövründə ən azı 2 həftə atanın yanında qalmasının məqsədəuyğun olduğu göstərilsə də, bu rəy tam həcmdə nəzərə alınmamışdır. Onun uşaqlarla görüşü üçün təqdim etdiyi real həyat şəraiti və məsafə (təxminən 340 km yol qət edilməsi) düzgün qiymətləndirilməmişdir. Uşaqların yanında qalmaq istədiklərini göstərən video sübutlar mövcud olsa da, bu sübutlara hüquqi qiymət verilməmişdir. Qarşı tərəfin “məşğələ” və digər iddiaları ilə bağlı heç bir rəsmi sübut təqdim edilməmiş, lakin bu iddialar qərarda əsas kimi qəbul edilmişdir. Görüşlərin real icrası zamanı yaranan praktiki çətinliklər (yol məsafəsi, vaxt itkisi, uşaqların yorğunluğu və s.) nəzərə alınmamışdır. Bu səbəbdən iş üzrə mühüm faktiki hallar tam araşdırılmadığı üçün qəbul edilən nəticə əsaslı və obyektiv hesab edilə bilməz. Məhkəmə tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli hesab edilən bir sıra hallar mövcud mötəbər sübutlarla təsdiq olunmamışdır. Belə ki: qarşı tərəfin uşaqların “məşğələyə getməsi” və digər məşğuliyyətlərə dair iddiaları ilə bağlı məhkəməyə heç bir rəsmi sənəd, arayış və ya sübut təqdim edilməmişdir. Uşaqların onunla görüşlərinin onların sağlamlığına və ya inkişafına mənfi təsir göstərdiyini təsdiq edən hər hansı tibbi və ya psixoloji rəy mövcud deyil. Görüş vaxtının məhdudlaşdırılmasına əsas kimi göstərilən hallar (uşaqların yorulması, yol məsafəsi və s.) faktiki olaraq sübut olunmamış, yalnız tərəf izahatlarına əsaslanmışdır. Qəyyumluq orqanının rəyinə zidd olaraq daha məhdud görüş qrafikinin seçilməsi də əlavə və mötəbər sübutlarla əsaslandırılmamışdır. İş materiallarında uşaqların onunla ünsiyyətinin onların mənafeyinə uyğun olmadığına dair hər hansı mötəbər sübut olmadığı halda, görüşlərin məhdudlaşdırılması barədə nəticəyə gəlinmişdir. Uşaqlarla görüşlərin faktiki icrası zamanı yaranan şərait (məsafə, vaxt itkisi və emosional vəziyyət) nəzərə alınmadan formal yanaşma tətbiq edilmişdir. Qarşı tərəfin iddiaları ilə məhkəmə nəticəsi arasında uyğunluq yoxdur və bu iddialar sübutlarla təsdiq olunmamışdır. Bu səbəbdən məhkəmə tərəfindən çıxarılan nəticə işin faktiki hallarına uyğun deyil və düzgün hüquqi qiymətləndirməyə əsaslanmamışdır.
4. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-***/**** saylı qərardadı ilə ərizəçi Ərizəni verən şəxs İsrəfil oğlu tərəfindən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-***/**** saylı qərardadından verilmiş şikayət təmin edilməyərək, işlə birlikdə apellyasiya qaydasında baxılması üçün göndərilmişdir. Şikayətə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 397.2-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.
TƏTBİQ EDİLƏN HÜQUQ NORMALARI və MƏHKƏMƏNİN MÖVQEYİ
5. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir.
6. İş materiallarında olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ## ###### 2019cu il tarixli *(***)-****/**** saylı qətnaməsindən görünür ki, iddiaçı Ərizəni verən şəxs İsrəfil oğlunun cavabdeh Bayramova (Hüseynova) Mirnailə Elşən qızına qarşı “uşaqla ünsiyyət” tələbinə dair iddiası təmin edilmiş, Ərizəni verən şəxs İsrəfil oğlunun uşaqları – ##.##.2014cü il təvəllüdlü X2 və ##.##.2016-cı il təvəllüdlü X1 ilə hər həftənin bazar günləri saat 11:00dan axşam saat 20:00-dək ünsiyyətdə olmasının müəyyən edilməsi qət edilmişdir.
7. İş materiallarında olan Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik komissiyasının ## #### 2026-cı il tarixli **/**** saylı rəyindən görünür ki, komissiya, qeyd olunanları və Azərbaycan Respublikası Ailə Məcəlləsinin 56.1, 58, 60, 61.1, 61.2, 61.3-cü maddələrini nəzərə alaraq, uşağın ata və ananın birgə qayğısı altında marağının təmin olunması və fiziki, psixi inkişafı üçün, onun mənafeyinin üstünlüyü baxımından, iddiaçı Ərizəni verən şəxs İsrəfil oğlunun ##.##.2014-cü il təvəllüdlü X2 və ##.##.2016-cı təvəllüdlü X1 ilə hər həftənin bazar günü səhər saat 11:00-dan bazar günü saat 20:00-dək və həmçinin uşaqların ad günlərindən bir gün öncə dərs saatlarına mane olmadan, yay tətili günlərində 2 həftə müddətində ünsiyyətdə olmasını məqsədəmüvafıq hesab etmişdir. Həmin rəydə cavabdeh Maraqlı şəxs suallara cavab olaraq bildirmişdir ki, övladları yetkinlik yaşına çatmayan ##.##.2014-cü il təvəllüdlü X2 və ##.##.2016-cı il təvəllüdlü X1 ataları ilə görüşlərinə mane yaratmamış, əvvəl uzun müddət rayonda qalmaqlarına şərait yaratmış, lakin uşaqlar orada zədə almış və it dişləmişdir. Məhkəmənin təyin etdiyi vaxtdan əlavə vaxtlar görüşmək istədikdə mane olduğunu bildirmişdir. Uşaqların atalarına qarşı münasibətləri normal olmuşdur, lakin ataları yenidən ailə qurduqdan sonra soyuqluq yaranmışdır. Təyin olunmuş görüş günlərində uşaqların rayona gedib gəlmələri onları yorur və səhhətlərində narahatlıq yaradır. Sonuncu dəfə 2025-ci ilin dekabr ayında uşaqlarla görüşmüşdür. İddiaçının tələb etdiyi müddətlərlə razı olmadığını bildirmişdir. Şənbə günləri uşaqların saat 10:00-dan 12:00-dək karate dərsləri və 12:00-dan 14:00- dək fənn hazırlıqları ilə məşğul olduqlarını, yalnız bazar günlərinin görüş günü olduğu üçün heç bir məşğuliyyətlərinin olmadığını qeyd etmişdir. O, izahatının sonunda hər həftənin bazar günü 11:00-dan axşam saat 20:00-dək Bakıda və yalnız yay tətilində rayona getmələrinə razı olduğunu nəzərə alaraq, görüşün müəyyən edilməsi barədə rəy qəbul edilməsini Komissiyadan xahiş etmişdir.
8. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsinə əsasən işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” ##.##.2024-cü il tarixli Qərarının 3.1-ci bəndinə əsasən Plenum qeyd etmişdir ki, məhkəmələr uşaqlardan ayrı yaşayan valideynin uşaqla ünsiyyət hüququnun həyata keçirilməsi barədə iddialara baxarkən iddianın predmetinin ünsiyyət hüququnun müəyyən edilməsindən ibarət olduğunu, ünsiyyətin vaxtı, müddəti, yeri, forması, şəraiti və digər xüsusiyyətlərinin isə bu hüququn icra qaydası və (və ya) üsulunu ehtiva etdiyini nəzərə almalıdırlar. Məhkəmələr iddianın predmetinə qiymət verərkən ünsiyyət hüququnun müəyyən edilməsini tələb edən valideynlə uşağın ünsiyyətdə olmasının sonucunun fiziki, psixi sağlamlığına, onun əxlaqi inkişafına zərər verə biləcəyi halların mövcudluğu baxımından araşdırmalı, habelə bu ünsiyyətin uşağın mənafeyinə uyğun olub-olmadığını müəyyən etməklə iddianı təmin və ya rədd etməlidirlər. İddiaçının qeyd edilən iddia tələbi ilə birgə verilən ünsiyyət qaydası və (və ya) üsuluna dair müraciətinə münasibətdə isə məhkəmələr bu Qərarın 2.2-ci bəndində göstərilənlərə uyğun qiymətləndirmə aparmaqla, təmin etdiyi hüququn icrası qaydası və (və ya) üsulunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.6-cı maddəsinə əsasən müəyyən etməlidirlər. Həmin Qərarın 3.2-ci bəndinə əsasən Bu Qərarın 3.1-ci bəndində göstərilənlər baxımından məhkəmə tərəfindən qanuni qüvvəyə minmiş qətnamə ilə müəyyən edilmiş ünsiyyət qaydası və (və ya) üsulunun (vaxt, müddət, yer, forma, şərait və s.) istənilən əsasla valideynlərdən hər hansı birinin müraciəti ilə sonradan dəyişdirilməsi bu barədə yeni iddianın qaldırılması deyil, Mülki Prosessual Məcəllənin 231-ci maddəsinə əsasən qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsinə dair ərizənin verilməsi yolu ilə həll edilməlidir.
9. Beləliklə, ərizəyə əlavə edilmiş və iş materiallarında olan sübutlarla təsdiq edilmişdir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ## ###### 2019-cu il tarixli 2(001)- ****/**** saylı qətnaməsi ilə iddiaçı Ərizəni verən şəxs İsrəfil oğlunun cavabdeh Bayramova (Hüseynova) Mirnailə Elşən qızına qarşı “uşaqla ünsiyyət” tələbinə dair iddiası təmin edilmiş, Ərizəni verən şəxs İsrəfil oğlunun uşaqları – ##.##.2014-cü il təvəllüdlü X2 və ##.##.2016cı il təvəllüdlü X1 ilə hər həftənin bazar günləri saat 11:00-dan axşam saat 20:00-dək ünsiyyətdə olmasının müəyyən edilməsi qət edilmişdir. Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik komissiyasının rəyi ilə iddiaçı Ərizəni verən şəxs İsrəfil oğlunun ##.##.2014-cü il təvəllüdlü X2 və ##.##.2016-cı il təvəllüdlü X1 ilə hər həftənin bazar günü səhər saat 11:00-dan bazar günü saat 20:00-dək və həmçinin uşaqların ad günlərindən bir gün öncə dərs saatlarına mane olmadan, yay tətili günlərində 2 həftə müddətində ünsiyyətdə olması məqsədəmüvafiq hesab edilmişdir.
10. Məhkəmə kollegiyası “Uşaq hüquqları haqqında Konvesiyanın” 3-cü maddəsinin 1-ci bəndi, 18-ci maddəsinin 1-ci bəndi, 27-ci maddəsinin 2-ci bəndi, “Uşaq hüquqları”haqqında AR Qanunun 19-cu maddələrinə əsaslanaraq belə qənaətə gəlir ki, valideynlər uşaqlarını tərbiyə etmək hüququna malikdirlər. Lakin valideynlik hüquqlarını həyata keçirərkən valideynlər uşaqların mənəvi inkişafına, fiziki və psixi sağlamlığına xələl yetirməməlidilər. Uşaqların tərbiyəsində onların istismarına, təhqir edilməsinə, mənəviyyatının alçaldılmasına, qəddarlığa, kobudluğa, biganəliyə yol verilə bilməz. Belə ki, uşaqların hüquq və mənafelərinə ziyan vuran valideynlər qanunvericiliklə müəyyən olunmuş qaydada məsuliyyət daşıyırlar. Həmçinin uşaqların tərbiyə və təhsilinə aid olan bütün məsələlər uşaqların hüquq və mənafeləri, onların rəyi nəzərə alınmaqla, valideynlərin qarşılıqlı razılığı əsasında həll olunur. Valideynlər (onlardan biri) öz aralarında olan narazılığı həll etmək üçün müvafiq icra hakimiyyəti orqanına və ya məhkəməyə müraciət edə bilərlər. Bu halda məhkəmə mübahisəni uşaqların hüquq və mənafelərini, onların rəyini və sair halları (uşaqların qardaş və bacılarına, valideynlərdən hər birinə olan bağlılığı, valideynlərin əxlaqi və digər şəxsi keyfiyyətləri, uşağın yaşı, onun inkişafı və tərbiyəsi üçün şərait yaradılması) nəzərə almaqla həll edir. Beləliklə, uşaqlarından ayrı yaşayan valideyn onlarla ünsiyyət hüququna, uşaqların tərbiyəsi və təhsili ilə bağlı məsələlərin həll edilməsində iştirak etmək hüququna malikdir.
11. Məhkəmə kollegiyası hesab edir ki, tərəflər arasında valideynlik hüququnun həyata keçirilməsi qaydası haqqında saziş olmadığından və tərəflər valideynlik hüququnun həyata keçirilməsinə dair öz aralarında razılığa gələ bilmədiklərindən ərizəçi Ərizəni verən şəxs mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Buna görə də onun haqlı tələbi qismən təmin edilərək, tərəflər arasında valideynlik hüququnun həyata keçirilməsi və uşaqla ünsiyyətdə olma qaydası, habelə müddəti məhkəmə tərəfindən müəyyən edilməlidir.
12. Məhkəmə kollegiyası qeyd edir ki, “Valideynlərin və digər qohumların uşaqla ünsiyyətdə olmaq hüquqları ilə əlaqədar qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ####### 2011-ci il tarixli qərarının 1-ci bəndinin izahına görə uşaqlardan ayrı yaşayan valideynlərə uşaqlarla ünsiyyət üçün elə vaxt və müddət müəyyən edilməlidir ki, o, qanunla nəzərdə tutulan valideynlik hüquqlarını real və maneəsiz həyata keçirə bilsin. Məhkəmələr nəzərə almalıdırlar ki, uşaqla ünsiyyətdə olmaq istəyən valideynin iddiasının formal təmin edilməsi, uşaqla ünsiyyət üçün simvolik və əlverişsiz müddət müəyyən edilməsi yolverilməzdir. Həmin qərarın 10-cu bəndində göstərilir ki, valideyn və digər qohumların uşaqlarla ünsiyyət hüquqlarına dair mübahisələrə baxılarkən valideynlər arasında və yaxud valideynlə digər qohumlar arasında razılıq olmadıqda, məhkəmə mübahisəni uşaqların hüquq və mənafeləri, eləcə də yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanlarının rəyini nəzərə almaqla həll edir.
13. Məhkəmə kollegiyası işin hallarını nəzərə alaraq hesab edir ki, ərizəçinin uşaqları ilə ünsiyyətdə olmaq hüququ var və bu hüququn həyata keçirilməsi məhkəmə tərəfindən təmin edilməlidir. Lakin qanunun mənasına və məhkəmənin qənaətinə görə onun uşaqları ilə ünsiyyətdə olma hüququnun təmin edilməsi uşağın mənafeyinə zərər vurmamalı, onların normal inkişafına, səhhətinə təsir göstərməməlidir. Təsadüfi deyildir ki, validyenlərin öz valideynlik vəzifələrini yerinə yetirməməsi onların valideynlik hüququndan məhrum edilməsi ilə nəticələnə bilər. Hər bir valideyn uşağının mənəvi və fiziki inkişafı, təhsili və ictimai faydalı əməyə hazırlanması istiqamətində ona qayğı göstərməlidir. Valideyn uşağına cəmiyyətdə özünü idarəetmə qaydalarını izah etməli, uşaqla oynamalı, dərslərini hazırlamağa kömək etməli, onunla gəzməli, lazımi tibbi müayinələrdən keçirməli, maddi təminatında iştirak etməli və bu kimi etməli olduğu başqa hərəkətləri etməlidir. Uşaqla ünsiyyətdə olmadan isə göstərilənləri həyata keçirmək mümkün deyildir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, ayrılan valideynlər maksimum dərəcədə münasibətlərini uşaqlarının mənafeyinə uyğun qurmalı, ziddiyyətli baxışlarını onlara ötürməməlidirlər. Uşaqların tam mənada sağlam böyüməsi ailədə aldıqları tərbiyyədən asılıdır. Odur ki, valideynlər uşaqlarını bir-birinə qarşı qoymamalı, əksinə digər valideynə hörmət bəsləmək ruhunda böyütməlidirlər. “Olsson İsveçə qarşı” işdə Avropa Məhkəməsi bildirmişdir ki, valideynlər və uşaqların bir yerdə olması ailə həyatının özəyidir. Ailə üzvləri arasında azad və mütəmadi təmaslara maneələr yaradılırsa, onda bu maneələr ailə üzvləri arasında əlaqələrin qırılmasına şərait yaradaraq, ailənin sonradan birləşməsi perspektivinə zərbə vurur. Ailə üzvləri arasında harmonik münasibətlər ailənin mövcudluğunun əsas şərtlərindən biridir. “Elşolts Almaniyaya qarşı” işi üzrə Avropa Məhkəməsinin qərarında deyilir ki, Konvensiyanın 8-ci maddəsi tələb edir ki, dövlət hakimiyyəti orqanları uşağın maraqları ilə valideynlərin arasında ədalətli tarazlığa riayət etsinlər və tarazlaşdırma prosesində uşağın yüksək maraqlarına xüsusi əhəmiyyət verilməlidir, həmin maraqlar onların xarakterindən və ciddiliyindən asılı olaraq valideynlərin maraqlarından üstün tutula bilər. Xususən, 8-ci maddəyə əsasən valideyn uşağın sağlamlığına və inkişafına ziyan yetirə bilən tədbirlər görmək hüququna malik ola bilməz.
14. Məhkəmə kollegiyası qeyd edir ki, Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik komissiyasının rəyi iş üzrə mühüm əhəmiyyət kəsb edən sübutdur və uşaqların ali mənafelərini birbaşa əks etdirir. Komissiyanın uşaqların atası ilə yay tətili dövründə 2 həftəlik ünsiyyətini məqsədəmüvafiq hesab etməsi uşaqların ataya qarşı emosional bağlılığının möhkəmlənməsinə və onların yay istirahətinin daha səmərəli təşkilinə xidmət edir. Birinci instansiya məhkəməsi tərəfindən həmin müddətin 1 həftə ilə məhdudlaşdırılması uşağın hərtərəfli inkişafı və valideynlə ünsiyyət hüququnun tam həcmdə reallaşdırılması prinsipləri ilə uzlaşmır. Bu səbəbdən, qəyyumluq orqanının rəyi və uşaqların mövcud yaş dövründə atanın qayğısına olan ehtiyacı nəzərə alınaraq, yay tətili üzrə ünsiyyət müddətinin 2 həftəyədək artırılması zəruridir.
15. Göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, şikayət qismən təmin edilməli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)- ***/**** saylı qərardadı “ümumtəhsil məktəblərində yay tətili müddətində əvvəlcədən vaxtı və yeri tərəflərin iradəsinə və uşaqların mənafelərinə uyğun formada razılaşdırılmaqla, razılaşdırmaq mümkün olmadığı təqdirdə hər il avqust ayının 1-dən 8-nə qədər ümumilikdə 1 həftə olmaqla ünsiyyət saxlamaq hüququ təmin edilsin” hissəsində dəyişdirilməklə “ümumtəhsil məktəblərində yay tətili müddətində əvvəlcədən vaxtı və yeri tərəflərin iradəsinə və uşaqların mənafelərinə uyğun formada razılaşdırılmaqla, razılaşdırmaq mümkün olmadığı təqdirdə hər il avqust ayının ilk 2 (iki) həftəsi müddətində ünsiyyət saxlamaq hüququ təmin edilməlidir”.
16. Mülki Prosessual Məcəllənin 398.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. 17.Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 263, 264 və 398-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDI:
Ərizəçi Ərizəni verən şəxs İsrəfil oğlu tərəfindən verilmiş şikayət qismən təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-***/**** saylı qərardadı – “ümumtəhsil məktəblərində yay tətili müddətində əvvəlcədən vaxtı və yeri tərəflərin iradəsinə və uşaqların mənafelərinə uyğun formada razılaşdırılmaqla, razılaşdırmaq mümkün olmadığı təqdirdə hər il avqust ayının 1-dən 8-nə qədər ümumilikdə 1 həftə olmaqla ünsiyyət saxlamaq hüququ təmin edilsin” hissəsində dəyişdirilsin. Ərizəçi Ərizəni verən şəxs İsrəfil oğlunun yetkinlik yaşına çatmayan uşaqları ##.##.2014-cü il təvəllüdlü X2 və ##.##.2016- cı il təvəllüdlü X1 ilə ümumtəhsil məktəblərində yay tətili müddətində əvvəlcədən vaxtı və yeri tərəflərin iradəsinə və uşaqların mənafelərinə uyğun formada razılaşdırılmaqla, razılaşdırmaq mümkün olmadığı təqdirdə hər il avqust ayının ilk 2 (iki) həftəsi müddətində ünsiyyət saxlamaq hüququ təmin edilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Sədrlik edən : Günel Abbasova Hakimlər : Fuad Talışınski Məmməd Məmmədov