Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 8(3-6)-207/2026 13.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Məmməd Allahverdi oğlu Məmmədovdan və Səadət Rəşid qızı Səlimovadan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin binasında Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin *(*-**)-***/**** saylı ##.##.2026-cı il tarixli qərardadından borclu Borclu tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, müəyyən etdi: Tələbkar Tələbkar ərizə ilə məhkəməyə müraciət edərək Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin *(***)-***/**** nömrəli, ##.##.2020-ci il tarixli qətnaməsi ilə ##.##.2018-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün ## ###### 2020-ci il tarixdən başlayaraq cavabdeh Borclu 170 manat sabit pul məbləğində tutulmuş alimentin indeksasiya olunması barədə qərardad qəbul olunmasını xahiş etmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin *(*-**)-***/**** nömrəli, ##.##.2026- cı il tarixli qərardadı ilə ərizə təmin edilmiş, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin *(***)-***/**** nömrəli, ##.##.2020-ci il tarixli qətnaməsi ilə cavabdeh Borclu ##.##.2018-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün iddiaçı Cavadlı (Yusifova) Ayan Rasim qızının xeyrinə hər ay 170 manat sabit pul məbləğində tutulmuş aliment məbləğinin ##.##.2026-cı il tarixdən başlayaraq sonrakı artımlar nəzərə alınmaqla ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının 0,68 misli həddində indeksasiya olunması qərara alınmışdır. Borclu Borclu həmin qərardaddan şikayət vermişdir. Şikayət onunla əsaslandırılmışdır ki, qərar qəbul edilərkən onun real maddi və ailə vəziyyəti tam, hərtərəfli və obyektiv şəkildə araşdırılmamışdır. Belə ki, hal-hazırda o, rəsmi olaraq işsizdir və sabit gəlir mənbəyi yoxdur. Yalnız qeyri-müntəzəm və təsadüfi qazanc hesabına dolanır ki, bu da artırılmış məbləğdə aliment ödəməyə imkan vermir, onun ikinci nikahı mövcuddur və həmin nikahdan 2 yaş yarımlıq azyaşlı uşağı var. Həmin uşağın bütün saxlanma xərcləri, o cümlədən qida, geyim və tibbi ehtiyaclar onun üzərinə düşür, yeni ailəsinin dolanışığını təmin etmək məsuliyyəti də onun üzərindədir və bu hal maliyyə vəziyyətini əhəmiyyətli dərəcədə ağırlaşdırır. Məhkəmə bu mühüm halları nəzərə almadan, yalnız formal yanaşma ilə alimentin indeksasiyasını tətbiq etmişdir ki, bu da ədalətli və icra olunan hesab edilə bilməz. Bundan əlavə, məhkəmə iclasında iştirak edə bilmədiyi üçün öz mövqeyini təqdim etmək və sübutlar vermək imkanı olmamışdır ki, bu da müdafiə hüququnun məhdudlaşdırılması ilə nəticələnmişdir. Hazırkı vəziyyəti nəzərə alınmaqla bildirir ki, o minimum əmək haqqının 0,68 misli həddində aliment ödəmək iqtidarında deyildir. Lakin real maliyyə imkanlarını qiymətləndirərək, minimum əmək haqqının 0,50 misli həddində aliment ödəmək imkanı mövcuddur və bu məbləğin müəyyən olunması daha ədalətli olardı. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin *(*-**)-***/**** saylı ##.##.2026-cı il tarixli qərardadı ilə şikayətin təmin edilməməsi, şikayətin mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin *(*-**)-***/**** saylı ##.##.2026-cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin *(***)-***/**** nömrəli, ##.##.2020-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, ##.##.2018-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün ## ###### 2020-ci il tarixdən başlayaraq hər ay bir uşaq üçün 170 manat sabit pul məbləğində aliment və ##.##.2018-ci il təvəllüdlü X2 3 yaşı tamam olanadək 50 manat sabit pul məbləğində alimentin tutularaq iddiaçı X1 xeyrinə ödənilməsi qərara alınmışdır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən məhkəmə qətnaməsi ilə sabit pul məbləğində tutulan alimentin indeksasiyası aliment tutan təşkilatın müdiriyyəti tərəfindən müəyyən olunmuş minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq müəyyən edilir. Həmin Məcələnin 110.2-ci maddəsinə əsasən alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ###### 2024- cü il tarixli ** nömrəli qərarına əsasən Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2016-cı il ## #### tarixli *- */**** nömrəli Qərarına 8.4-1 və 8.4-2-ci yarımbəndləri əlavə edilmişdir. 8.4-1-ci bəndinə əsasən Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər.(məsələn, Məhkəmə 2024-cü ildə bir uşağın saxlanmasına görə alimentin tutulması barədə iddiaya baxarkən alimenti 255 manat həddində müəyyən etmək istəyirsə, həmin il üzrə minimum əmək haqqı məbləğinin 0,74 mislində (345 x 0,74 = 255 manat) alimentin tutulması barədə qətnamə qəbul etməklə, qətnamənin nəticə hissəsini “xx.xx.xxxx tarixindən başlayaraq yetkinlik yaşına çatmayan A-nın saxlanılması üçün B-dən C-nin xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,74 misli həddində sabit pul məbləğində aliment tutulsun” məzmununda ifadə etməlidir). 8.4-2-ci bəndinə əsasən Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən bu Qərarın 8.4-1ci bəndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda / işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4- 1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır (məsələn, 2019-cu ildə qəbul edilmiş qətnamə ilə bir uşağın saxlanılması üçün 125 manat sabit pul məbləğində alimentin tutulması qət edilibsə, məhkəmə 2024-cü ildə indeksasiyanı həyata keçirən zaman qüvvədə olan qətnamə ilə tutulmuş alimentin miqdarının 2019-cu il üzrə müəyyən edilmiş 250 manat məbləğində minimum əmək haqqının 0,5 mislini təşkil etdiyini nəzərə alaraq, qərardadın nəticə hissəsində tutulan alimentin məbləğinin ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində indeksasiya olunması şəklində göstərməlidir). Qeyd edilən qərardakı hüquqi mövqeyə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPMin 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır. Azərbaycan Respublikası Prezidentinin “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında” ##.##.2024-cü il tarixli sərəncamı ilə minimum aylıq əməkhaqqının məbləği 2025-ci il ######ın #-dən 400 manat müəyyən edilmişdir. Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin ## #### 2019-cu il tarixli sərəncamı ilə minimum aylıq əmək haqqının məbləği 2019-cu il ########ın #-dən 250 manat müəyyən edilmişdir. İş materiallarında olan Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin *(***)-***/**** nömrəli, ##.##.2020-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, ##.##.2018-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün ## ###### 2020-ci il tarixdən başlayaraq hər ay bir uşaq üçün 170 manat sabit pul məbləğində aliment və ##.##.2018-ci il təvəllüdlü X2 3 yaşı tamam olanadək 50 manat sabit pul məbləğində alimentin tutularaq iddiaçı X1 xeyrinə ödənilməsi qərara alınmışdır. Kollegiya qeyd edir ki, qüvvədə olan qətnamə ilə tutulmuş alimentin miqdarı 2019-cu il üzrə minimum əmək haqqı məbləği olan 250 manatın (170/250=0,68) 0,68 mislini təşkil edir. Bu baxımdan birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, alimentin məbləği ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,68 misli həddində indeksasiya olunmalıdır. Məhkəmə onu da qeyd etmişdir ki, ##.##.2026-cı ildə verildiyindən, Ailə Məcəlləsinin 100.2-ci maddəsi, yəni alimentin məhkəməyə müraciət edildiyi vaxtdan tutulması, eləcə də Plenum Qərarının 8.11 və 8.11-1-ci bəndləri nəzərə alınmaqla, alimentin indeksasiyası ərizənin verildiyi, yəni ##.##.2026-cı il tarixdən başlanmalıdır. Şikayətin dəlilinə gəldikdə isə kollegiya qeyd edir ki, şikayətdə qeyd edilən hallar yuxarıda qeyd olunanlara əsasən əsaslı sayıla və qanuni və əsaslı məhkəmə qərardadının ləğv edilməsi üçün əsas ola bilməz. Belə ki, uşaqların üstün mənafeyi və minimum xərclərinin qarşılanmasının zəruriliyini məhkəmə əsas götürür. Borclunun qeyd olunan alimenti ödəməyə maddi imkanının zəif olması barədə göstərdiklərinə münasibətdə qeyd olunmalıdır ki, uşaqların qanunvericilikdə nəzərdə tutulmuş həddə aliment almaq hüquqları vardır, cavabdehin şikayətində göstərdikləri isə onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı- alimenti ödəmək öhdəliyindən azad edə biləcək əsas kimi qəbul edilib qiymətləndirilə bilməz. Alimentin məbləğinə gəldikdə qeyd etmək zəruridir ki, alimentin məbləği mövcud qanunverciliyə və “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ###### 2024-cü il tarixli ** nömrəli qərarında müəyyən edilmiş normalara uyğun müəyyən edilmişdir. Kollegiya izah edir ki, borclu Ailə Məcəlləsinin 112.1-ci maddəsinə uyğun olaraq alimentin məbləğinin azadılmasına dair ərizə ilə ümumi qaydada məhkəməyə müraciət etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Bu halda məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin *(*-**)-***/**** saylı ##.##.2026-cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 400, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Borclu Borclu şikayəti təmin edilməsin. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin *(*-**)-***/**** saylı ##.##.2026-cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №8(3-6)-207/2026
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(3-6)-207/2026
13.05.2026 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver