Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 8(3-6)-219/2026 20.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Tələbkar Tələbkar “alimentin indeksasiyası” barədə ərizəsinə dair icraat üzrə (Açar sözlər: alimentin indeksasiya edilməsi) hakimlər X3 (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və X4 ibarət tərkibdə, Tələbkar Tələbkar “alimentin indeksasiyası” barədə ərizəsinə dair Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ## ##### 2026-cı tarixli, *(*-**)-***/**** nömrəli qərardadından borclu tərəfindən verilmiş şikayət üzrə mülki işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları:
1. Ərizəçi (tələbkar) Tələbkar “alimentin indeksasiyası” barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ## ###### 2015-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsi ilə müəyyən edilmiş aliment məbləğinin qanunvericiliyə uyğun olaraq, ##.##.2012-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Borclu onun xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqına münasibətdə indeksasiya olunması barədə qərardad qəbul edilməsini xahiş etmişdir.
2. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, Borclu ilə ## ###### 2011-ci il tarixində nikaha daxil olmuşdur. Borclu ilə birgə ailə münasibətlərindən ## ######## 2012ci il tarixində Bakı şəhərində övladı X1 dünyaya gəlmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ## ###### 2015-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsi ilə aralarında bağlanmış nikah pozulmuş, X1 onun himayəsində saxlanılması qət edilmişdir. Bununla yanaşı, ## ###### 2015-ci il tarixli, 2(001)- ****/**** saylı qətnaməsinə əsasən ## ######## 2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay 108 manat məbləğində sabit pul şəklində aliment tutularaq ona ödənilməsi qət edilmişdir. Bununla bağlı məhkəmə qətnaməsi icra edilməsi üçün müvafiq icra şöbəsinə yönəldilmiş və icra vərəqəsi əsasında icraata başlanılmışdır. Övladları böyüdüyündən onun qayğıları da artır. Onun qidalanması, geyimi, istirahəti, təhsili və sair pul tələb edir. Borclunun ödədiyi aliment məbləği isə həmin məsrəfləri tam qarşılaya bilmir. Bu səbəbdən də yetkinlik yaşına çatmamış övladlarının qanunla qorunan hüquq və mənafeyləri nəzərə alınaraq alimentin indeksasiya edilərək məbləği artırılmalıdır.
İş üzrə qəbul olunmuş məhkəmə aktları:
3. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-***/**** saylı qərardadı ilə (hakim R.Qoşqarlı) ərizə təmin edilmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2015-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsi ilə ##.##.2012-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay borclu Borclu tələbkar Tələbkar ödənilməli olan alimentin məbləği sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 1,03 misli həddində indeksasiya edilmişdir.
4. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, məhkəmə ##.##.2012-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün alimentin sonuncu dəfə 2015-ci ildə tutularaq 108 manat müəyyən olunmasını və həmin ildə minimum aylıq əmək haqqının 105 manat olmasını nəzərə alaraq müəyyən edir ki, ##.##.2012-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün tutulmuş aliment həmin dövr üçün müəyyən edilmiş minimum əmək haqqı məbləğinin 1,03 mislini təşkil edir. Ona görə də məhkəməyə belə nəticəyə gəlir ki, tələbkarın ərizəsi təmin edilməli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2015-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsi ilə ##.##.2012-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay borclu Borclu tələbkar Habilova (Həsənova) Jalə Ramiz qızına ödənilməli olan alimentin məbləği sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 1,03 misli həddində indeksasiya olunmalıdır.
Şikayətin dəlilləri:
5. Borclu (maraqlı şəxs) Borclu Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2026cı il tarixli, *(*-**)-***/**** saylı qərardadından şikayət verərək, Bakı şəhəri Binəqdi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-***/**** saylı qərardadının dəyişdirilərək, onun aylıq əmək haqqının az olması, himayəsində yaşlı və xəstə anasının olması, digər azyaşlı övladının saxlanılması və başqa diqqətəlayiq hallar nəzərə alınmaqla, ##.##.2012-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay ondan tələbkar Tələbkar ödənilməli olan alimentin məbləğinin hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,40 misli həddində indeksasiya edilməsi barədə yeni qərardad qəbul edilməsini xahiş etmişdir.
6. Şikayət onunla əsaslandırılmışdır ki, ərizəçi (tələbkar) Tələbkar “alimentin indeksasiyası” barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ## ###### 2015-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsi ilə müəyyən edilmiş aliment məbləğinin qanunvericiliyə uyğun olaraq indeksasiya edilməsini, yəni ##.##.2012-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün tutulan alimentin sonrakı artımlar nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqına münasibətdə indeksasiya olunması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Binəqədi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-***/**** saylı qərardadı ilə həmin məhkəmənin ##.##.2015-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsinə əsasən, ##.##.2012-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün ondan tələbkar Tələbkar ödənilməli olan alimentin məbləğinin sonrakı artımlar nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 1,03 misli həddində indeksasiya edilməsi qərara alınmışdır. Həmin qərardadı əsassız, qeyri-obyektiv və ədalətsiz hesab edir. Məhkəmə qərardad qəbul edərkən onun iştirakını təmin etməmiş, həmçinin, iş üzrə əhəmiyyət kəsb edən aşağıdakı halları nəzərə almamışdır: O, əmək müqaviləsinə əsasən “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətində sürücü vəzifəsində çalışır və aylıq cəmi 400 manat əmək haqqı alır, ##.##.2020-ci il tarixdə rəsmi nikaha daxil olmuş və həmin nikahdan ##.##.2022- ci il təvəllüdlü Əli adlı azyaşlı oğlu vardır, himayəsində yaşlı anası yaşayır və anasının maddi təminatı da faktiki olaraq onun üzərindədir. Qeyd edir ki, aylıq gəliri yalnız 400 manat təşkil etdiyi halda, digər azyaşlı övladının saxlanılması, yaşlı və xəstə anasına qulluq etməyi, ailəsinin gündəlik yaşayış xərcləri, eləcə də mövcud sosialiqtisadi şərait nəzərə alınmadan alimentin artımlar nəzərə alınmaqla 412 manat məbləğində müəyyən edilməsi faktiki olaraq onun yaşayış imkanlarını tamamilə məhdudlaşdırır. Bundan əlavə nəzərə alınmalıdır ki, uşağın saxlanılması və təmin olunması yalnız bir valideynin deyil, hər iki valideynin bərabər vəzifəsidir. Mövcud qərardad isə bu balansı pozur və bütün maliyyə yükünü faktiki olaraq yalnız onun üzərinə qoyur. Onun övladının saxlanılmasından yayınmaq məqsədi yoxdur, hər iki övladı ona əzizdir, hər ikisinin də saxlanılması üçün valideynlik borcunu yerinə yetirməlidir, lakin məhkəmənin qərardadı ilə bir uşağın saxlanılması üçün faktiki olaraq 824 manat vəsait tələb olunduğu nəticəsi yaranır ki, bu da sosial reallıq, proporsionallıq və ədalətlilik prinsiplərinə açıq şəkildə ziddir. Məhkəmə tərəfindən bu hallar nəzərə alınmadığından qəbul edilmiş qərardad qanunilik və ədalət prinsiplərinə uyğun hesab edilə bilməz.
Tətbiq edilən hüquq normaları:
7. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.
8. Həmin Qanunun 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir.
9. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar.
10. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur.
11. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən valideynlərindən məhkəmə tərəfindən tutulan aliment miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər.
12. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər.
13. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun ## #### 2016-cı il tarixli, *-*/**** nömrəli Qərarının 8.2-ci bəndi ilə məhkəmələrə izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir.
14. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən məhkəmə qətnaməsi ilə sabit pul məbləğində tutulan alimentin indeksasiyası aliment tutan təşkilatın müdiriyyəti tərəfindən müəyyən olunmuş minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq müəyyən edilir.
15. Həmin Məcəllənin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir.
16. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ##.##.2024-cü il tarixli, ** nömrəli qərarına əsasən “Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər. Nəzərə alınmalıdır ki, Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır. Alimentin indeksasiyasından fərqli olaraq, Ailə Məcəlləsinin 112-ci maddəsində nəzərdə tutulmuş halların mövcudluğu məhkəmənin müəyyən etdiyi alimentin miqdarının (minimum əmək haqqına münasibətdə müəyyən edilmiş mislinin) dəyişdirilməsi barədə müstəqil iddianın qaldırılması üçün əsasdır. Əgər iddia minimum əmək haqqı məbləğinin artımına əsaslanırsa, başqa sözlə, iddianın mahiyyəti indeksasiya xarakteri daşıyırsa, bu məsələnin icra icraatı qaydasında (Ailə Məcəlləsinin 110-cu və MPM-in 232-ci maddələri) həll edilməli olması nəzərə alınmalı və MPM-in 153.2.1-ci maddəsinə əsasən iddianın yolverilməzliyinə görə iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməli, əgər iddia ərizəsi artıq icraata qəbul edilmişsə, MPM-in 261.0.1-ci maddəsinə əsasən mülki iş üzrə icraata xitam verilməlidir. Nəzərə alınmalıdır ki, Ailə Məcəlləsinin 55.3-cü maddəsində nəzərdə tutulan tələb qətnamənin icra qaydasının müəyyən edilməsi barədə müraciətdir. Alimentin tutulması tələbinə dair iddiaya baxılarkən bu barədə edilmiş müraciət MPM-in 220.6-cı maddəsində nəzərdə tutulan qaydada həll edilir. Məhkəmə qətnaməsi ilə tutulan alimentə münasibətdə bu məsələ borclunun ərizəsi əsasında MPM-in 231.1-ci maddəsində nəzərdə tutulan qaydada həll edilir. Alimentin ödənilməsinin Ailə Məcəlləsinin 55.3-cü maddəsində nəzərdə tutulan icra qaydasının müəyyən edilməsindən sonra həmin qaydanın dəyişdirilməsi və ya ləğv edilməsi ilə bağlı əsaslar yaranarsa, belə müraciətlərə də MPM-in 231.1-ci maddəsində nəzərdə tutulmuş icra icraatı qaydasında baxılır. Məhkəmə qətnaməsi ilə tutulan alimentin bir hissəsinin Ailə Məcəlləsinin 55.3-cü maddəsinə uyğun şəkildə ödənilməsi, habelə bu icra qaydasının ləğvi və yaxud dəyişdirilməsi ilə bağlı müraciətlər iddia icraatı qaydasında verildikdə MPM-in 153.2.1-ci maddəsinə əsasən iddia ərizəsinin qəbulundan imtina olunmalı, iş səhvən icraata qəbul edildikdə isə MPM-in 261.0.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməli və hər iki halda iddiaçıya MPM-in 231.1-ci maddəsinə əsasən qətnamənin icra qaydasının müəyyən edilməsi barədə ərizə ilə aidiyyəti məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Ailə Məcəlləsinin 55.3-cü maddəsində nəzərdə tutulan qaydada uşağın adına açılmış bank hesabına yığılmış vəsaitə valideynlərdən birinin istəyi ilə sərəncam verilməsi barədə mübahisəyə həmin valideynin tələbi əsasında iddia icraatı qaydasında baxılır. Alimentin məhkəməyə müraciət edildiyi vaxtdan tutulmasına dair Ailə Məcəlləsinin 100.2-ci maddəsində nəzərdə tutulmuş qayda həmin Məcəllənin 112-ci maddəsinə əsasən artırılmış aliment məbləğinin tutulmasına da şamil edilir. Lakin nəzərə alınmalıdır ki, alimentin artırılmasına dair qətnamələr MPM-in 234.2.1-ci maddəsində nəzərdə tutulmuş dərhal icra edilən qətnamələrin sırasına aid edilməmişdir”.
17. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 232.1-ci maddəsinə əsasən tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər.
18. Həmin Məcəllənin 232.2-ci maddəsinə əsasən ödənilməli pul məbləğlərinin indeksasiyası barədə ərizəyə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur.
19. Həmin Məcəllənin 232.3-cü maddəsinə əsasən ödənilməli pul məbləğlərinin indeksasiyası barədə məhkəmə qərardadından şikayət verilə bilər.
20. Həmin Məcəllənin 233.4-cü maddəsinə əsasən cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
21. Məhkəmə kollegiyası mülki iş materiallarını nəzərdən keçirib hesab edir ki, borclu (maraqlı şəxs) Borclu tərəfindən verilmiş şikayət təmin edilməməli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ## ##### 2026-cı tarixli, *(*-**)-***/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
22. Məhkəmə kollegiyası borclunun öz şikayətində qeyd etdiyi - maddi vəziyyətinin aşağı olması, yenidən ailə qurması, himayəsində anasının olması dəlillərinə münasibət bildirərək qeyd edir ki, borclunun bu dəlilləri onu uşağına aliment ödəmək məsuliyyətindən azad etmir. Belə ki, öz övladını müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan miqdarda maddi cəhətdən təmin etmək borclu Borclu bir valideyin kimi borcudur.
23. Bundan əlavə, iş materiallarından görünür ki, məhkəmə qərardadı ilə tələbkarın tələbi ilə alimentin miqdarı ölkə üzrə minimum əmək haqqının 1,03 misli həddində (demək olar ki, minimum əmək haqqı həddində) müəyyən edilmişdir. Buna görə məhkəmə kollegiyası qeyd edir ki, borclunun şikayətində qeyd etdiyi – bu məbləğin daha da aşağı endirilməsi, uşağın maddi təminat səviyyəsinə mənfi təsir göstərə bilər. Belə olan halda məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır və borclu (maraqlı şəxs) Borclu şikayətində göstərdiyi dəlilləri əsassız hesab edir.
24. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, borclu (maraqlı şəxs) Borclu tərəfindən verilmiş şikayət təmin edilməməli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ## ##### 2026-cı tarixli, *(*-**)-***/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
25. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397, 398.0.1, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA A L D İ:
Borclu (maraqlı şəxs) Borclu tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ## ##### 2026-cı tarixli, *(*-**)-***/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Sədrlik edən hakim, imza: Rəşid Səmədov Hakimlər, imzalar: Xumar Mərdanova Sabit Bəhramzadə