Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 8(3-6)-220/2026 20.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakim Abbasova Günel Məhərrəm qızı (sədrlik edən və məruzəçi), Hakimlər Talışınski Fuad Şəmsəddin oğlundan Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-***/**** saylı qərardadından tələbkar Tələbkar tərəfindən verilmiş şikayətə əsasən işə yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin icra məmuru Vüsal Umarov – borclu Borclu məxsus əmlakın üzərinə həbs qoyulmasına dair təqdimatla məhkəməyə müraciət etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin e- *(***)-***/****-*** nömrəli, ##.##.2024- ci il tarixli icra sənədinə əsasən borclu Borclu Şərur Mənzil Tikinti Kooperativindən evin alınması üçün ödənilən vəsaitin yarısını təşkil edən 23.956,96 manat və banka ödənilən vəsaitin yarısını təşkil edən 18.321,50 manat pul vəsaiti, ümumilikdə, 42.278,46 (qırx iki min iki yüz yetmiş səkkiz manat qırx altı qəpik) manat və 15 adda qızıl-zinət əşyalarının dəyəri 15.087 (on beş min səksən yeddi) manat pul tutularaq iddiaçı Tələbkar ödənilməli, ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu iddiaçı Tələbkar özünə aid edilsin, tələbi qalan hissədə rədd edilsin. Keçirilmiş mütəxəssis tədqiqatının dəyəri olan 300 manatın 150 (bir yüz əlli) manatı iddiaçı Tələbkar, 150 (bir yüz əlli) manatı borclu Borclu alınaraq “xxxx” MMC-yə ödənilməlidir. İcra sənədi ##.##.2025-ci il tarixdə Bakı şəhəri Xətai rayon İcra şöbəsinə daxil olmuş və qanunamüvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar qəbul olunaraq, surəti bildirişlə bərabər icra sənədi üzrə borclu Borclu icra sənədində qeyd olunan ünvanına göndərilmişdir. Borclu könüllü icra müddətində icra sənədi üzrə tələbi təmin etmədiyi üçün borclunun əmlak vəziyyətini yoxlamaq məqsədilə elektron sistem vasitəsilə sorğular edilmişdir. Belə ki, borclu Borclu məxsus ünvan 1 ünvanında yerləşən mənzil vardır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(*-**)-***/**** saylı ##.##.2026-cı il tarixli qərardadı ilə Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin icra məmuru Vüsal Umarovun borclu Borclu məxsus ünvan 1 ünvanında yerləşən mənzilin üzərinə həbs qoyulması barəsində təqdimatı təmin edilməmişdir. Məhkəmə mövqeyini belə izah etmişdir ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 50.2-ci maddəsinə əsasən, icra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Hazırki işin hallarından görünür ki, eyni icra sənədi üzrə icra məmuru tərəfindən borclunun digər əmlakına tələb yönəldilmiş, həmin əmlak hərracda satılmışdır, icra məmuru isə yenidən həmin icra sənədinin icrasının təmin edilməsi üçün borclunun digər əmlakının da üzərinə həbs qoyulmasına dair təqdimat vermişdir. Məhkəmə hesab edir ki, Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin icra məmuru Vüsal Umarov tərəfindən verilən hazırkı təqdimat əsaslandırılmadığından təmin edilməməlidir. Tələbkar Tələbkar Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(*-**)-***/**** saylı ##.##.2026-cı il tarixli qərardadından şikayət verərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Sahibə Hacıyeva tərəfindən hüquqa və qanuna zidd qəbul edilmiş ## ##### 2026-cı il tarixli, *(*-**)-***/**** saylı qərardadın ləğv edilməsini, Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin icra məmuru Vüsal Umarovun borclu Borclu məxsus ünvan 1 ünvanında yerləşən mənzilin üzərinə həbs qoyulması barəsində təqdimatın təmin edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-***/**** saylı qərardadı ilə şikayət təmin edilməmiş, şikayətin baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli və iş materiallarına yenidən baxılması üçün həmin məhkəməyə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin tələblərinə əsasən məhkəmə iş üzrə bütün mühüm halları tam, hərtərəfli və obyektiv araşdırmalı, təqdim olunmuş sübutlara onların qarşılıqlı əlaqəsində hüquqi qiymət verməlidir. Hazırkı iş üzrə birinci instansiya məhkəməsi tərəfindən iş materiallarında olan və mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən əvvəlki məhkəmə aktlarının hüquqi nəticələri tam araşdırılmamışdır. Məhkəmə bir tərəfdən borclunun digər əmlakının hərracda satıldığını qeyd etsə də, digər tərəfdən həmin hərracın hüquqi qüvvəsinin mübahisələndirilməsi, çıxarışın ləğv olunması və hərrac nəticələrinin etibarsız hesab edilməsinə dair məhkəmə icraatlarının mövcudluğuna lazımi hüquqi qiymət verməmişdir. Həmçinin iş materiallarından borcun hansı hissəsinin icra olunduğu, hərrac nəticəsində tələbkarın tələbinin tam və ya qismən təmin edilib-edilmədiyi, habelə yeni əmlak üzərinə həbs qoyulmasının zəruriliyi tam müəyyən edilməmişdir. Bundan əlavə, icra işinin məhkəmə tərəfindən tələb edilərək araşdırılması və həmin icra işi üzrə görülmüş icra hərəkətlərinə hüquqi qiymət verilməsi zəruridir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin hallarına və toplanmış sübutlara uyğun deyildir. Göstərilənlərə əsasən Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-***/**** saylı qərardadı ləğv olunmalı, qərardadın əsaslandırıcı hissəsində göstərilənlər nəzərə alınmaqla iş materiallarına yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 397-398, 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDI: Şikayət qismən təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-***/**** saylı qərardadı ləğv edilsin. İş materiallarına yenidən baxılması üçün (qərardadın əsaslandırıcı hissəsində göstərilənlər nəzərə alınmaqla) iş materialları Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən hakim imza: Günel Abbasova Hakimlər imzalar: Fuad Talışınski Məmməd Məmmədov
Məhkəmə qərarları › İş №8(3-6)-220/2026
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(3-6)-220/2026
20.05.2026 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver