Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 8(3-6)-227/2026 26.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi və məruzəsi ilə, X4 və X2 ibarət tərkibdə, Bakı şəhəri ** saylı Notariat Kontorunun 8İ-8581 nömrəli, ##.##.2025-ci il tarixli icra sənədi üzrə borclu Borclu adına olan daşınar əmlakın üzərinə həbs qoyulması barədə Bakı şəhəri Xəzər rayon İcra şöbəsinin icra məmuru Abbasov Mübariz Süleyman oğlunun təqdimatı barədə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin *(*-**)-***/**** saylı ##.##.2026-cı il tarixli qərardadından tələbkar ”X1 Azərbaycan” QSC tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq Müəyyən etdi: Bakı şəhəri Xəzər rayon İcra şöbəsinin icra məmuru Abbasov Mübariz Süleyman oğlu “Daşınar (avtomobil) əmlak üzərinə həbs qoyulması haqqında” təqdimatla məhkəməyə müraciət edərək, icra sənədi üzrə borclu Borclu məxsus olan "DURANGO" minik markalı, "**- TE-***" dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmasına dair qərardad verilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı Şəhəri ** saylı Notariat Kontorunin **-**** nömrəli, ##.##.2025-ci il tarixli icra sənədinə əsasən Borclu 1421 manat 28 qəpik məbləğində cərimə peniya, tələbkar tərəfindən ödənilmiş 25 manat 00 qəpik məbləğində dövlət rüsumu (haqq) olmaqla cəmi 19225 manat 93 qəpik pul tutularaq Tələbkar QSC-nin xeyrinə ödənilməlidir.icra sənədi ##.##.2025-ci il tarixdə Bakı şəhəri Xəzər rayon İcra şöbəsinə daxil olmuş və qanunamüvafiq qaydada icraya yönəldilmişdir.İcraata başlamaq haqqında qərar qəbul olunaraq, surəti bildirişlə bərabər icra sənədi üzrə borclu Borclu icra sənədində qeyd olunan ünvanına göndərilmişdir. Borclu könüllü icra müddətində icra sənədi üzrə tələbi təmin etmədiyi üçün borclunun əmlak vəziyyətini yoxlamaq məqsədilə elektron sistem vasistəsilə sorğular edilmişdir. Belə ki, “Elektron icra” informasiya sistemindən əldə olunmuş sorğu məlumatına əsasən müəyyən olunmuşdur ki, borclu Borclu məxsus olan "DURANGO" minik markalı, "**-TE- ***" dövlət qeydiyyat nişanlı avtomobili vardır.icra sənədinin icrasını təmin etmək məqsədilə hesab edirəm ki, məcburi icra tədbirləri kimi borclunun əmlakının üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəlməsi barədə məcburi icra tədbirləri tətbiq edilməlidir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin *(*-**)-***/**** saylı ##.##.2026-cı il tarixli qərardadı ilə təqdimat təmin edilməmişdir. Tələbkar Tələbkar QSC həmin qərardaddan elektron kabinet vasitəsilə şikayət verərək, hazırkı iş üzrə Xəzər rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli *(*-**)-***/**** saylı qərardadının ləğv edilməsini və və İcra məmurunun təqdimatı təmin edilərək borcluya məxsus “Dodge Durango”, dövlət qeydiyyat nişanı **-TE-*** olan nəqliyyat vasitəsinin üzərinə həbs qoyulması barədə yeni qərardad qəbul edilməsini xahiş etmişdir.Məhkəmə şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməlidir. Belə ki, şikayətin əsas dəlillərindən biri ondan ibarətdir ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225 və 226-cı maddələrinə görə ümumi mülkiyyətdə olan əmlaka kreditor tərəfindən tutmanın yönəldilməsi mümkündür. Qanun açıq şəkildə müəyyən edir ki, kreditor (o cümlədən icra məmuru) borclunun ümumi mülkiyyətdə olan payına yönəlmə tələb edə bilər. Məhkəmə isə bu hüququ faktiki olaraq tam inkar etmişdir, halbuki belə qadağa qanunda yoxdur.” Daha bir əsas dəlil ondan ibarət olmuşdur ki, “İcra haqqında” Qanuna görə həbs qoyulması ilkin təminat tədbiridir və bu mərhələdə: payın müəyyən edilməsi, naturada bölünmə, satış proseduru tələb olunmur. Bu tələblər yalnız sonrakı mərhələlərə (satış, yönəltmə) aiddir. Həbs qoyulması mülkiyyət hüququnun itirilməsi deyil, yalnız müvəqqəti məhdudlaşdırmadır.” Və tələbkar tərəfindən digər dəlillər irəli sürülmüşdür. Məhkəmənin ##.##.2026-cı il tarixli qərardadı ilə şikayət təmin olunmayaraq baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılacağı barədə məhkəmə bildirişi göndərilmiş və onlarda olan bütün sübutların, eləcə də şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmişdir. Tələbkar ”X1 Azərbaycan” QSC şikayətə əlavə təqdim etmişdir. Şikayətə əlavə belə əsaslandırılmışdır ki, məhkəmə “həbs” ilə “tutmanın yönəldilməsi” anlayışlarını qarışdırmışdır. Məhkəmə belə qənaətə gəlir ki, həbs qoyulması faktiki olaraq tutmanın yönəldilməsi mərhələsidir və buna görə pay əvvəlcədən müəyyən edilməlidir. Bu yanaşma normativ olaraq yanlışdır və hüquqi məntiqə ziddir. Hüquqi fərqləndirmə: • Həbs (İcra haqqında Qanun, maddə 50) → təminat xarakterli, qoruyucu tədbirdir • Tutmanın yönəldilməsi (maddə 45 və MM 224) → realizasiya və icra mərhələsidir. Məhkəmə bu iki mərhələni eyniləşdirərək icra prosesinin mərhələliliyini pozmuş, qanunun sistemli şərhini yanlış tətbiq etmişdir. Nəticə: Payın müəyyən edilməsi yalnız realizasiya mərhələsi üçün tələbdir, həbs üçün deyil. Məhkəmə “İcra haqqında” Qanunun 50-ci maddəsini dar şərh etmişdir Məhkəmə qeyd edir ki, həbs yalnız: 1. satılacaq əmlak üçün 2. müsadirə üçün tətbiq oluna bilər. Bu şərh normanın mahiyyətini daraldır və məqsədini təhrif edir. Maddə 50.2 və 50.4 sistemli şərh edildikdə: Həbsin əsas məqsədi əmlakın qorunması, gizlədilməsinin və özgəninkiləşdirilməsinin qarşısının alınması, icranın təmin edilməsi. Bu tədbir realizasiya qərarından əvvəl tətbiq olunur. Əks yanaşma: borcluya əmlakı sərbəst satmaq imkanı yaradır. • icranı faktiki olaraq qeyri-mümkün edir. Məhkəmə mülki məcəllənin 224-cü maddəsini səhv tətbiq etmişdir. Məhkəmə MM 224-ə istinad edərək belə nəticəyə gəlmişdir ki, pay müəyyən edilmədən heç bir tədbir görülə bilməz Halbuki bu norma tutmanın yönəldilməsi və payın ayrılması mərhələsinə aiddir, həbs tədbirinə şamil edilə bilməz Hüquqi məntiq: Əgər: əvvəl pay müəyyən edilməli olsaydı, sonra həbs qoyulmalı olsaydı bu halda borclu həmin müddətdə əmlakı özgəninkiləşdirərdi və norma praktik tətbiq qabiliyyətini itirərdi Bu isə hüququn effektivlik prinsipinə ziddir. Məhkəmə Ailə Məcəlləsinin normalarını yanlış kontekstdə tətbiq etmişdir Məhkəmə Ailə Məcəlləsinin 36-cı maddəsinə istinad etmişdir. Lakin həmin norma əmlakın bölünməsi mübahisəsinə aiddir. İcra icraatı çərçivəsində təminat tədbirinə tətbiq edilə bilməz. Bu işdə isə məqsəd bölünmə deyil, məqsəd icranın təmin olunmasıdır, Bu iki hüquqi rejim qarışdırılmışdır. Məhkəmə “həbs müvəqqəti deyil” arqumenti ilə hüquqi səhvə yol vermişdir Məhkəmə qeyd edir ki, həbs hər zaman müvəqqəti xarakter daşımır. Bu arqument: hüquqi mahiyyətə deyil, praktiki nəticələrə əsaslanır. Hüquqi baxımdan həbs- mülkiyyət hüququnu ləğv etmir, yalnız sərəncam hüququnu müvəqqəti məhdudlaşdırır Bu isə Konstitusiyaya uyğundur - mütənasib müdaxilə sayılır. Məhkəmə “mübahisə varsa həbs olmaz” yanaşması ilə icra hüququnu iflic etmişdir. Məhkəmə faktiki olaraq belə mövqe tutur: Əgər əmlak üzrə mübahisə varsa → həbs olmaz Bu yanaşma icra institutunun mahiyyətinə ziddir, sui-istifadə üçün geniş imkan yaradır Çünki istənilən borclu formal iddia qaldırmaqla, icranı bloklaya bilər. Bu isə hüquqi təhlükəsizliyi pozur, kreditor hüquqlarını faktiki ləğv edir. Məhkəmə sübut yükünü yanlış paylamışdır. Məhkəmə icra məmurundan tələb edir ki, digər əmlakın olmamasını sübut etsin • bütün imkanların tükəndiyini göstərsin. Halbuki İcra icraatında Borclu öz əmlakı barədə məlumat vermək öhdəliyi daşıyır İcra məmuru aşkar etdiyi əmlak üzərinə həbs qoya bilər Əks yanaşma: icra prosesini qeyri-real edir. Məhkəmənin mövqeyi konstitusiya prinsiplərinə ziddir Məhkəmənin yanaşması nəticəsində: məhkəmə qərarlarının icrası mümkünsüzləşir, kreditorun hüquqları pozulur Bu isə Konstitusiyanın 60-cı maddəsi (məhkəmə müdafiəsi hüququ) hüquqi dövlət prinsipi ilə ziddiyyət təşkil edir. Nəticə Məhkəmə hüquq normalarını sistemsiz tətbiq etmiş, icra prosesinin mərhələliliyini pozmuş, təminat tədbirini realizasiya tədbiri ilə qarışdırmış və nəticədə icranı faktiki olaraq qeyri-mümkün etmişdir Bu isə açıq-aşkar hüquqi səhv və qanunsuz qərardaddır. Yuxarıda göstərilən əlavə əsaslara görə ##.##.2026-cı il tarixli qərardadın hüquqi mövqeyi əsassız hesab edilməsini, ##.##.2026-cı il tarixli qərardad ləğv edilməsini, icra məmurunun təqdimatı təmin edilərək avtomobil üzərinə həbs qoyulmasını xahiş etmişdir. Məhkəmə kollegiyası, şikayətin dəlililərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin olunmamalı, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin *(*-**)-***/**** saylı ##.##.2026-cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş və gəlinən nəticə işin hallarına uyğun olmuşdur. Belə ki, Bakı şəhəri ** saylı Notariat Kontorunun 8İ-8581 nömrəli, ##.##.2025-ci il tarixli icra sənədində qeyd olunur ki, Bakı şəhəri ** saylı notariat ofisinin xüsusi notariusu X3 “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinə əsasən təklif edirəm həmin sənədlər üzrə A21078, ünvan 1 628 ünvanında yerləşən Tələbkar Qapalı Səhmdar Cəmiyyətinin /VÖEN;**********/ xeyrinə ünvan 2 ünvanında qeydiyyatda olan Borclu (AA5149702, ##.##.2023 - Asan 7; FİN: *******; d/t: ##.##.1984) yoxdur. nömrəli müqaviləyə əsasən müddət üçün vaxtında ödənilməmiş 17779 manat 65 qəpik tutulsun. Bundan əlavə təklif edirəm borcludan Borclu 1421 manat 28 qəpik məbləğində cərimə peniya, tələbkar tərəfindən ödənilmiş 25 manat 00 qəpik məbləğində dövlət rüsumu (haqq) olmaqla cəmi 19225 manat 93 qəpik pul tutulsun. ##.##.2025-cü il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, Bakı şəhəri Xəzər rayon İcra şöbəsinin böyük icra məmuru Abbasov Mübariz Süleyman oğlu Bakı şəhəri ** saylı Notariat Kontorunun 8İ-8581 nömrəli, ##.##.2025-ci il tarixli icra sənədi üzrə icraata başlanılması haqqında qərar qəbul etmişdir. ##.##.2025-ci il tarixli tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, Bakı şəhəri ** saylı Notariat Kontorunun 8İ-8581 nömrəli, ##.##.2025-ci il tarixli icra sənədi üzrə tələbin könüllü icrası üçün borcluya qanunvericiliklə 10 gün müddət təyin olunması barədə məlumat verilmişdir (bildiriş ##.##.2025-ci il tarixində bildirişə imza edilməklə qəbul edilmişdir). ##.##.2025-ci il tarixli izahatdan görünür ki, Borclu barəsində mövcud olan icra qeydi barəsində məlumat əldə etdiyini, hazırda məhkəmədə bununla bağlı mübahisə olduğunu, heç bir ödəniş etmədiyini, icra qeydindən narazı olduğunu, məhkəməyə müraciət edəcəyini, adına avtomobil olduğunu, qiymətli kağızlarının olmadığını bildirmişdir. Borclunun əmlakı üzərinə həbs qoyulması barəsində ##.##.2025-ci il tarixli qərardan görünür ki, AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti Bakı Şəhər İdarəsinin MN ******* nömrəli, ##.##.2025-ci il tarixli icra sənədi üzrə borclu Borclu mülkiyyətində olan DODGE DURANGO MİNİK markalı, **TE*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə həbs qoyulması qərara alınmışdır. İşlərin bir icraatda birləşdirilməsi haqqında ##.##.2026-cı il tarixli qərardan görünür ki, Bakı Kommersiya Məhkəməsinin e-**(***J-**/****-*** nömrəli, ##.##.2025-ci il tarixli, Bakı Kommersiya Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2024-cü il tarixli, Bakı Apellyasiya məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli, Bakı şəhəri ** saylı Notariat kontorunun 8İ-8581 saylı, ##.##.2025-ci il tarixli, AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin ******* saylı, ##.##.2024-cü il tarixli, Xəzər rayon məhkəməsinin *(***)- ****/**** saylı, ##.##.2024-cü il tarixli, Xəzər rayon məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2024-cü il tarixli və Bakı kommersiya məhkəməsinin 16(113)- ***/**** saylı, ##.##.2025ci il tarixli icra sənədləri bir icraatda birləşdirilməsi qərara alınmışdır. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin icraatında olan e-2(003)- ****/**** saylı mülki iş üzrə iddiaçı X6 cavabdeh Borclu qarşı “birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsi” tələbi ilə məhkəməyə müraciət edərək, **-TE-*** dövlət qeydiyyat nişanlı, “Dodge Durango minik” markalı nəqliyyat vasitəsinin bölünməsi və tərəflərin paylarının müəyyən edilməsini tələb etmişdir. İddia tələbini onunla əsaslandırılmışdır ki, tərəflər ##.##.2007-ci il tarixində rəsmi nikaha daxil olaraq ailə qurmuş, birgə nikahdan üç övladları olmuş, onların nikahı ##.##.2024cü il tarixində məhkəmə qətnaməsi ilə pozulmuş, onların birgə nikah dövründə, yəni ##.##.2019cu il tarixdə “Dodge Durango minik” markalı **-TE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi alınmış və həmin nqəliyyat vasitəsi hazırda cavabdehin mülkiyyətindədir. Hazırda iddiaçı həmin nəqliyyat vasitəsinin birgə nikah dövründə əldə edilmiş ümumi əmlak olduğunu qeyd edərək, paylarının müəyyən edilməsini və bölünməsini istəmişdir. Beləliklə, işin müəyyən olunmuş hallarına görə Bakı Şəhəri ** saylı Notariat Kontorunin **-**** nömrəli, ##.##.2025-ci il tarixli icra sənədinin tələbini borclu Borclu könüllü icra müddətində icra etməmiş və icra məmuru tələbin icrasını təmin etmək məqsədilə məcburi icra tədbirinin tətbiqi (əmlakın üzərinə həbs qoyulması) barədə təqdimatla məhkəməyə müraciət etmişdir. Həmçinin müəyyən olunur ki, üzərinə həbs qoyulması istənilən nəqliyyat vasitəsinin borcluya ümumi birgə mülkiyyət hüququ ilə məxsus olması ilə bağlı məhkəmə mübahisə mövcuddur. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 45.1-ci maddəsinə görə tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasında ibarətdir. 45.8-ci maddəsinə görə borclunun ümumi mülkiyyətdə əmlakı olduqda, tələb Azərbaycan Respublikasının mülki qanunvericiliyinə uyğun olaraq onun ümumi mülkiyyətdə olan payına yönəldilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.1-ci maddəsinə görə ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir... 224.1-ci maddəsinə görə Paylı və ya birgə mülkiyyət mülkiyyətçisinin başqa əmlakı kifayət etmədikdə onun kreditoru borclunun ümumi əşyadakı payına tutmanın yönəldilməsi üçün həmin payın ayrılmasını tələb edə bilər. 225.5-ci maddəsinə görə ərin (arvadın) öhdəlikləri üzrə tutma onun mülkiyyətində olan əmlaka, habelə onun ərlə arvadın ümumi əmlakındakı payına bu şərtlə yönəldilə bilər ki, nikah kontraktında ayrı qayda nəzərdə tutulmuş olmasın. Sadalanan müddəalardan göründüyü kimi, qanunvericilik tələbin borclunun ümumi əmlakdakı payına (həmin pay ayrıldıqdan sonra) yönəldilə bilməsinin mümkünlüyünü təsbit edir. Qanunvericilik bununla ümumi mülkiyyətin digər iştirakçılarının hüquqlarının pozulmasının qarşını almaq və onların mənafelərinin qorunmasını təmin etmiş olur. Məlumdur ki, əmlakın üzərinə həbs qoyulması mülkiyyət hüquqlarını məhdudlaşdıran tədbir olduğundan həbsin ümumi mülkiyyətdə olan əmlakın üzərinə qoyulmaqla məcburi icra tədbirlərinin həyata keçirilməsi nəticəsində digər mülkiyyət iştirakçılarının da hüquqlarının məhdudlaşdırılması qaçılmazdır.Bu isə gələcəkdə əlavə məhkəmə mübahisələrinə yol aça bilər. Birinci instansiya məhkəməsi tərəfindən borclunun ümumi əşyadakı payına tutmanın yönəldilməsi proseduru, bunun üçün hansı şərtlərə əməl edilməli olduğu mülki qanunvericiliyin müvafiq normalarına istinad edilməklə ətraflı şəkildə izah edilmiş və prosessual qənaət prinsipinə əsaslanaraq kollegiya onların yenidən şərhinə zərurət görmür. Qeyd olunanlara əsasən kollegiya birinci instansiya məhkəməsinin təqdimatı təmin etməmək barədə mövqeyini qanuni və əsaslı hesab edir. Kreditorun “həbsin əmlakı qorumaq məqsədinı daşıması, təminat tədbiri olması, həbsin qoyulmasının əmlakın dərhal satılacağı anlamına gəlməməsi ilə bağlı” dəlillərinə münasibətdə isə kollegiya qeyd edir ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 50.2-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. 50.4-cü maddəsinə əsasən, borclunun əmlakı üzərinə aşağıdakı hallarda həbs qoyulur: 1. tələbkara verilməsi və ya satılması nəzərdə tutulan əmlakın mühafizəsini təmin etmək üçün; 2. borclunun əmlakının müsadirəsi haqqında məhkəmə qərarının icrasını təmin etmək üçün. 50.5-ci maddəsinə əsasən də, üzərinə həbs qoyulduğu vaxtdan beş gündən tez, lakin bir aydan gec olmayaraq, borclunun əmlakı icra məmuru tərəfindən satılmağa verilməsi üçün götürülür. Göründüyü kimi həbsin məqsədləri arasında tələbkara verilməsi və ya satılması nəzərdə tutulan əmlakın mühafizəsini təmin etmək olduğu qanunda birbaşa təsbit edilmiş, bu mühafizənin hansı formada realizə olunması isə “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 50.2-ci maddəsində göstərilərək həbs qoyulmasının əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarət olduğu qeyd olunmuşdur. 50.5-ci maddəsindən isə görünür ki, üzərinə həbs qoyulan əmlak bir aydan gec olmayaraq icra məmuru tərəfindən satılmağa verilməsi üçün götürülür. Sadalanan normalardan belə nəticəyə gəlmək olar ki, borclunun ümumi mükiyyət hüququ ilə sahib olduğu əmlak üzərinə paylar müəyyən edilmədən və ayrılmadan həbsin qoyulması digər mülkiyyətçilərin hüquqlarının ciddi şəkildə pozulmasına yol aça bilər. Beləliklə, qeyd edilənlərə əsasən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə və şikayətin dəlillərinə olan mövqeyi ilə razılaşır və hesab edir ki, şikayətin dəlilləri mübahisələndirilən qərardadın ləğvi üçün əsas təşkil etmir. Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Şərh olunanlara əsasən və MPM-in 263-264, 357-358, 366, 395, 397-400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, Qərara aldı: Şikayət təmin olunmasın. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin *(*-**)-***/**** saylı ##.##.2026-cı il tarixli dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən hakim: Fuad Babayev Hakimlər: Cəmilə Musayeva Fuad Abdıyev
Məhkəmə qərarları › İş №8(3-6)-227/2026
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(3-6)-227/2026
26.05.2026 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver