Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 8(3-6)-238/2026 03.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərardadından iş üzrə tələbkar Tələbkar tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq m ü ə y y ə n e t d i: Borclu Ərizəni verən şəxs Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- ***/**** nömrəli, ##.##.2025-ci il tarixli icra sənədi üzrə tutulan aliment məbləğinin 50 faizinin yetkinlik yaşına çatmayan uşaqların adına açılmış bank hesablarına köçürülməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-*(***)-***/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin 50 faizinin hər ay övladları ##.##.2014-cü il təvəllüdlü X1, ##.##.2015- ci il təvəllüdlü X2 və ##.##.2023-cü il təvəllüdlü X3 adına açılacaq bank hesablarına bərabər qaydada bölünərək köçürülməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərardadına əsasən ərizə qismən təmin edilərək, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin e-*(***)-***/**** nömrəli, ##.##.2025-ci il tarixli qətnaməsinə əsasən borclu Ərizəni verən şəxs tutulan aliment məbləğinin 40 (qırx) faizi (uşaqların hər birinə 13.33 faiz olmaq şərti ilə) ##.##.2014-cü il təvəllüdlü X1, ##.##.2015-ci il təvəllüdlü X2 və ##.##.2023-cü il təvəllüdlü X3 adına açılmış bank hesablarına köçürülməsi, qalan 60 (altmış) faizi isə ##.##.2014-cü il təvəllüdlü X1, ##.##.2015-ci il təvəllüdlü X2 və ##.##.2023-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanılması üçün anaları (tələbkar) Tələbkar ödənilməsi qərara alınmışdır. Tələbkar Tələbkar Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*- ***)-***/**** nömrəli qərardadından şikayət verərək, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli 8(5-104)- 514/2026 qərardadının ləğv edilərək, ərizənin təmin edilməməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, borclu Ərizəni verən şəxs Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(***)-***/**** nömrəli, ##.##.2025-ci il tarixli icra sənədi üzrə tutulan aliment məbləğinin 50 faizinin yetkinlik yaşına çatmayan uşaqların adına açılmış bank hesablarına köçürülməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-*(***)-***/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin 50 faizinin hər ay övladları ##.##.2014-cü il təvəllüdlü X1, ##.##.2015-ci il təvəllüdlü X2 və ##.##.2023- cü il təvəllüdlü X3 adına açılacaq bank hesablarına bərabər qaydada bölünərək köçürülməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tərəfindən ərizəyə etiraz edilərək, Ərizəni verən şəxs tərəfindən verilmiş ərizənin əsassız olduğunu bildirmiş, ona görə də həmin ərizənin nəzərə alınmaması xahiş etmişdir. Lakin, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli 8(5-104)-514/2026 qərardadı ilə ərizə qismən təmin edilmiş, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin e-*(***)-***/**** nömrəli, ##.##.2025-ci il tarixli qətnaməsinə əsasən borclu Ərizəni verən şəxs tutulan aliment məbləğinin 40 (qırx) faizi (uşaqların hər birinə 13.33 faiz olmaq şərti ilə) ##.##.2014-cü il təvəllüdlü X1, ##.##.2015-ci il təvəllüdlü X2 və ##.##.2023-cü il təvəllüdlü X3 adına açılmış bank hesablarına köçürülməsi, qalan 60 (altmış) faizi isə ##.##.2014-cü il təvəllüdlü X1, ##.##.2015-ci il təvəllüdlü X2 və ##.##.2023-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanılması üçün anaları (tələbkar) Tələbkar ödənilməsi qərara alınmışdır. Hesab edir ki, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli 8(5-104)-514/2026 qərardadı əsassızdır, maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. Borclu məhkəməyə etdiyi ərizəsini onunla əsaslandırılmışdır ki, onunla ##.##.2013-cü ildə rəsmi nikaha daxil olmuş, həmin nikahdan ##.##.2014-cü il təvəllüdlü X1, ##.##.2015-ci il təvəllüdlü CəbrayılSelin Eldar qızı və ##.##.2023-cü il təvəllüdlü X3 adlı övladları doğulmuşdur. Tələbkar nikahın pozulması üçün məhkəməyə müraciət etmiş və Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-*(***)-***/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsi ilə iddiaçı Tələbkar ilə cavabdeh Ərizəni verən şəxs arasında Bakı nikah evi Səadət Sarayında ##.##.2013-cü il tarixdə bağlanmış, nikahın bağlanması haqqında akt qeydləri kitabında 684 nömrə ilə qeyd edilmiş nikahın pozulması, tərəflərin birgə nikahından doğulmuş ##.##.2014-cü il təvəllüdlü Cəbrayıl DənizEldar qızı, ##.##.2015-ci il təvəllüdlü X2 və ##.##.2023-cü il təvəllüdlü X3 anaları (iddiaçı) Tələbkar yanında qalmasının müəyyən edilməsi, ##.##.2014-cü il təvəllüdlü X1, ##.##.2015-ci il təvəllüdlü X2 və ##.##.2023-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanılması üçün cavabdeh Ərizəni verən şəxsBakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2024 cü il tarixli, **(***)- ***/**** nömrəli qərardadı nəzərə alınmaqla hər ay onun qazancının (başqa gəlirlərin) yarısı (1/2 hissəsi) miqdarında aliment tutularaq iddiaçı Tələbkar ödənilməsi qət edilmişdir. Hal-hazırda borclunun müqavilə üzrə aylıq rəsmi əmək haqqı 11380.67 AZN, kəsintilərdən sonra bank kart hesabına köçən məbləğ 9007.02 manatdır. Il ərzində bəzi tarixlərdə işlədiyi şirkət tərəfindən ona rəsmi qaydada mükafat ödənişləri həyata keçirilir. Aylıq əmək haqqı ölkə üzrə ödənilən əmək haqqlarına münasibətdə kifayət qədər yüksəkdir. Lakin məhkəmənin diqqətinə çatdırmaq istənilir ki, borclu müddətli əmək müqaviləsi ilə işləyir və müqavilənin müddəti (##.##.2026-cı il tarixdə bitir) bitdikdən sonra işə davam edəcəyi və ya belə yüksək məbləğdə yeni bir iş tapmaq ehtimalı qeyri-müəyyəndir. Həmçinin əmək kitabçasında aparılmış qeydlərdən görsənir ki, borclu müxtəlif tarixlərdə (2020-cı il aprel və 2021-ci il avqust) işsiz olmuşdur. Uşaqları halhazırda özəl məktəbdə təhsil almırlar, hesab edilir ki, ödənilən 4503.51 AZN 50 faiz hissəsi olan 2251.75 AZN uşaqların yüksək səviyyədə yaşaması üçün kifayətdir. Uşaqların hesablarında pul vəsaitlərinin yığılması onların gələcəkdə rahat bir şəkildə həyatlarının davam etməsi üçün vacib və onların gələcək həyatlarını qismən təminat altına alınmasıdır. Hal-hazırda ödənilən 4503.51 AZN və bəzi hallarda mükafatlarla birlikdə daha yüksək məbləğdə ödənilən alimentin hansı istiqamətdə, necə xərcləndiyi, uşaqların hansı ehtiyaclarına xərcləndiyi qeyri müəyyəndir. Həmin Qərardadda qeyd olunur ki, ödənilən alimentin məbləğinin ölkədə uşaqlar üçün müəyyən olunan yaşayış minimumundan yüksək olması özü-özlüyündə alimentin artıq olan hissəsinin bank hesabına köçürülməsi üçün əsas vermir. Belə ki, bu zaman uşağın yaşı, təhsili (ödənişli və ya ödənişsiz), o cümlədən əlavə haqq ödənilməklə uşağın məktəbəqədər tərbiyə müəssisəsinə, müxtəlif dərnəklərə getməsi, səhhəti, həmçinin bu qaydanın müəyyən edilməsinin uşağın mənafelərinə uyğunluğu da nəzərə alınmalıdır. Ödənilən aliment məbləğinin yüksək olması əsası ilə onun bir hissəsinin bank hesabına köçürülməsi barədə müraciət edən şəxs bu qaydanın müəyyən edilməsinin məhz uşağın mənafeyinə xidmət etdiyini əsaslandırmaq və sübut etmək vəzifəsi daşıyır. Müraciət, alimentin (bir hissəsinin) uşağa deyil, başqa məqsədlərə sərf olunması əsası ilə edildiyi halda da mülki prosessual qanunvericiliyin sübutetmə ilə bağlı ümumi prinsiplərinə uyğun olaraq, sübutetmə yükü bu müraciəti edən tərəfin üzərinə düşür. Nəzərə alınmalıdır ki, ödənilən alimentin məbləği uşağın ödənişli təhsilə, əlavə məşğələlərə cəlb edilməsinə, uşağın mənafeyinə xidmət edən daha yaxşı həyat şəraitinin təmin edilməsinə imkan verirsə, aliment ödəyən tərəfin yuxarıda qeyd edilən məsələlərlə bağlı xərclərə razılığı tələb edilmir. Belə ki, uşaq himayəsində saxlanılan valideyn məhkəmə qətnaməsi ilə xeyrinə tutulmuş alimentin məbləği, habelə öz şəxsi vəsaitləri və imkanları həddində uşağın saxlanılması, təhsili, tərbiyəsi və normal inkişafı üçün zəruri hesab etdiyi tədbirləri həyata keçirmək hüququna malikdir. Aliment ödəyən tərəf müraciətinin təmin edilməsinə əsas verən sübutları təqdim etdiyi halda, aliment alan tərəf ödənilən alimentin mühüm hissəsini uşağın təhsilinə, müalicəsinə və digər təminatına xərclədiyinə dair etiraz irəlisürərsə, bununla bağlı etirazının əsaslarını sübut etmək vəzifəsini daşıyır. Bu zaman nəzərə alınmalıdır ki, uşağı saxlayan valideynin uşağın qidalanmasına, geyiminə, asudə vaxtının təşkili və digər xırda məişət məsələlərinə dair xərcləri barədə sübutlar təqdim etmək vəzifəsi yoxdur. Tərəfindən təqdim edilmiş hesabatdan görünür ki, uşaqlara 3200-3400 manat məbləğində aylıq pul xərclənir. Həmçinin qeyd etmək lazımdır ki, qızları Dəniz və Selin növbəti illərdə universitetə hazırlaşacağından onların xərcləri əhəmiyyətli dərəcədə artacaqdır. Göründüyü kimi, uşaqların yalnız təhsil və gündəlik tələbatları üçün çəkilən xərclər kifayət qədər yüksəkdir və bu xərclər onların normal inkişafı üçün zəruridir. Bundan əlavə, qeyd etmək lazımdır ki, iddiaçı özü də bu kurslar və fəaliyyətlər barədə məlumatlıdır və bəzi hallarda uşaqları həmin məşğələlərə aparıb gətirmişdir. Bu isə göstərir ki, sözügedən xərclər real və zəruridir. Borclunun alimentin bir hissəsinin uşaqların bank hesabına köçürülməsi ilə bağlı tələbi faktiki olaraq uşaqların gündəlik ehtiyaclarının ödənilməsinə maneə yarada bilər. Çünki alimentin əsas məqsədi uşaqların cari yaşayış, qidalanma, təhsil və inkişaf xərclərinin qarşılanmasıdır. Bu səbəbdən də hesab edir ki, Ərizəni verən şəxs tərəfindən verilmiş bu ərizə əsassızdır, ona görə də Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli 8(5-104)-514/2026 qərardadı ləğv edilməli və ərizə təmin edilməməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə tərəfindən işin halları obyektiv araşdırılmamış, uşaqların öyrəşdiyi yaşayış tərzindən məhrum edən qərardad qəbul edilmişdir. Məhkəmə uşaqların hazırki və gələcək təminatını nəzərə almamış və əsassız qərardad qəbul etmişdir. Məhkəmə alimentin uşaqlara deyil, başqa məqsədlərə xərcləməsini sübut edə bilməmiş, əsassız olaraq 40 faiz tutmaqla, onları öyrəşdiyi həyat tərzindən məhrum etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(*-***)-***/**** nömrəli ##.##.2026-cı il tarixli qərardadı ilə şikayətin təmin edilməməsi, şikayətin baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Borclu şikayətə qarşı etiraz təqdim edərək şikayətin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş edir. Ərizəni onunla əsaslandırmışdır ki, ödənilən yüksək məbləğdə alimentin tam xərclənmə istiqaməti müəyyən edilməmişdir. Bundan əlavə olaraq, hazırda aldığı yüksək əmək haqqının davamlılığının heç bir zəmanəti yoxdur. Belə ki, son 10 il ərzində iki dəfə işsiz qalmış və ümumilikdə 1,7 il fasilə dövrü yaşamışdır. Bu səbəblərə görə uşaqların gələcək maddi təminatının qorunması məqsədilə aliment məbləğinin 40%-nin uşaqlar adına açılmış hesablara köçürülməsinə, 60%-nin isə onların cari ehtiyaclarının tam və fasiləsiz ödənilməsinə imkan verməsinə dair məhkəmə qərarı ədalətli və məqsədəuyğundur. Iş materiallarında olan: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2025- ci il tarixli, *(***)-***/**** nömrəli qətnaməsinə əsasən iddia qismən təmin edilərək, iddiaçı Tələbkar ilə cavabdeh Ərizəni verən şəxs arasında Bakı nikah evi Səadət Sarayında ##.##.2013-cü il tarixdə bağlanmış, nikahın bağlanması haqqında akt qeydləri kitabında 684 nömrə ilə qeyd edilmiş nikahın pozulması, tərəflərin birgə nikahından doğulmuş ##.##.2014-cü il təvəllüdlü X1, ##.##.2015-ci il təvəllüdlü X2 və ##.##.2023-cü il təvəllüdlü X3 anaları (iddiaçı) Tələbkar yanında qalmasının müəyyən edilməsi, ##.##.2014-cü il təvəllüdlü X1, ##.##.2015-ci il təvəllüdlü X2 və ##.##.2023-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanılması üçün cavabdeh Ərizəni verən şəxs Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli, 16(004)- ***/**** nömrəli qərardadı nəzərə alınmaqla hər ay onun qazancının (başqa gəlirlərin) yarısı (1/2 hissəsi) miqdarında aliment tutularaq iddiaçı Tələbkar ödənilməsi qət edilmişdir. “Elektron məhkəmə” informasiya sistemindən əldə edilmiş məlumatlara əsasən Ərizəni verən şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində icraçı direktorun müavini vəzifəsində işləyir və aylıq əmək haqqı 11380.67 manat təşkil edir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərardadı dəyişdirilməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-*(***)-***/**** nömrəli, ##.##.2025-ci il tarixli qətnaməsinə əsasən borclu Ərizəni verən şəxs tutulan aliment məbləğinin 20 (iyirmi) faizi (uşaqların hər birinə 6.66 faiz olmaq şərti ilə) ##.##.2014-cü il təvəllüdlü X1, ##.##.2015-ci il təvəllüdlü X2 və ##.##.2023-cü il təvəllüdlü X3 adına açılmış bank hesablarına köçürülməli, qalan 80 (səksən) faizi isə ##.##.2014-cü il təvəllüdlü X1, ##.##.2015-ci il təvəllüdlü X2 və ##.##.2023-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanılması üçün anaları (tələbkar) Tələbkar ödənilməlidir. Tələbkar şikayətdə qeyd etmişdir ki, borclunun alimentin bir hissəsinin uşaqların bank hesabına köçürülməsi ilə bağlı tələbi faktiki olaraq uşaqların gündəlik ehtiyaclarının ödənilməsinə maneə yarada bilər. Alimentin uşaqlara deyil, başqa məqsədlərə xərclənməsi sübuta yetirilməmiş, aliment məbləğinin 40 faizinin uşaqların adına açılmış bank hesablarına köçürülməsi uşaqları öyrəşdiyi həyat tərzindən məhrum etmişdir. Iş materialları ilə müəyyən edilmişdir ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** nömrəli qətnaməsinə əsasən Tələbkar ilə Ərizəni verən şəxs birgə nikahından doğulmuş ##.##.2014-cü il təvəllüdlü X1, ##.##.2015-ci il təvəllüdlü X2 və ##.##.2023-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanılması üçün Ərizəni verən şəxs hər ay onun qazancının (başqa gəlirlərin) yarısı (1/2 hissəsi) miqdarında aliment tutularaq Tələbkar ödənilməsi qət edilmişdir. “Elektron məhkəmə” informasiya sistemindən əldə edilmiş məlumatlara əsasən Ərizəni verən şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində icraçı direktorun müavini vəzifəsində işləyir və aylıq əmək haqqı 11380.67 manat təşkil edir. Birinci instansiaya məhkəməsi ərizəni qismən təmin edərkən mövqeyini onunla əsaslandırmışdır ki, Ərizəni verən şəxs 3 uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay onun qazancının (başqa gəlirlərin) yarısı (1/2 hissəsi) miqdarında aliment tutulması nəzərə alındıqda, əldə olunan məbləğin ölkə üzrə orta yaşayış minimumunu və uşaqlar üçün müəyyən edilmiş minimum təminat səviyyəsini əhəmiyyətli dərəcədə üstələdəyi müəyyən olunur. Belə ki, borclunun aylıq əmək haqqı yüksək olduğundan bu məbləğin 1/2 hissəsi miqdarında aliment də məbləğ etibarı ilə yüksəkdir. Borclu mükafatlar və ya hər hansı əlavələr aldığı halda bu məbləğ bir qədər də artmış olacaqdır. Bununla belə, hazırda ##.##.2014-cü il təvəllüdlü X1, ##.##.2015-ci il təvəllüdlü X2 və ##.##.2023-cü il təvəllüdlü X3 üçün tələbkarın sərəncamına hər ay 4500 manatdan artıq aliment məbləği daxil olur. Məhkəmə qeyd edir ki, aliment uşağın cari həyat şəraitinin təmin olunmasına yönəlmiş vəsaitdir. Bu vəsait ilk növbədə uşağın gündəlik ehtiyaclarının — qidalanma, geyim, təhsil, tibbi xidmət, sosial və psixoloji inkişaf xərclərinin qarşılanmasına xidmət etməlidir. Borclu tərəfindən hər ay ödənilən aliment məbləği məhz uşağa məxsus vəsait sayıldığından onu öz sərəncamına qəbul edən tələbkar bu vəsaiti təyinatı üzrə, yəni uşağın saxlanmasına, tərbiyəsinə və təhsilinə xərcləməsi vəzifəsini daşıyır. Bu da öz növbəsində tələbkarın alimenti ödəyən borclu qarşısında həmin vəsaitin xərclənməsinə dair hesabat vermək, o cümlədən bu vəsaiti təyinatı üzrə xərclədiyini sübut etmək vəzifəsini də yaratmış olur. Tələbkar birgə nikahdan doğulmuş Dəniz və Selin üçün ingilis dili kursunun aylıq ödənişinin hər biri üçün 108 manat, Dəniz və Selin üçün basketbol məşğələlərinin hər biri üçün 60 manat, Dəniz üçün riyaziyyat hazırlığının 80 manat, Laçının bağça xərcinin 500 manat, Laçın üçün aylıq pampers xərcinin təxminən 76 manat, uşaqların aylıq geyim, sosial fəaliyyət (gəzinti, restoran və s.) xərclərinin 600 manatdan artıq, aylıq market xərci minimum 600 manat, bayramlar və xüsusi günlərdə müəllimlərə verilən hədiyyələr üçün minimum 50 manat, uşaqların dostlarının ad günləri üçün mütəmadi hədiyyə xərcləri üçün minimum 50 manat, kirayə haqqı 800-1000 manat, kommunal xərclər 150 manat olduğunu, bununla da uşaqların saxlanılması üçün borclu tərəfindən hər ay ödənilməli olan alimentin bütün miqdarının təyinatı üzrə xərcləndiyini (xərclənəcəyini) göstərmişdir. Tələbkar tərəfindən təqdim edilən xərclər (təhsil, kurslar, idman, bağça, gündəlik tələbat və s.) real və zəruri hesab edilsə də, borclunun yüksək gəlirə malik olması nəticəsində müəyyən edilmiş aliment məbləği onların ümumi aylıq xərclərini xeyli üstələyir. Bu isə məhkəməyə belə nəticəyə gəlməyə əsas verir ki, alimentin müəyyən hissəsinin yığıma yönəldilməsi uşaqların cari təminat səviyyəsini aşağı salmadan mümkündür. Məhkəmə mövcud xərclərin məbləğini əsas götürərək hesab edir ki, tutulan aliment məbləğinin müəyyən hissəsinin uşaqların adına açılmış bank hesablarına köçürülməsi onların mənafeyinə uyğundur, lakin bu hissə tələb olunduğu kimi 50% deyil, daha balanslı yanaşma ilə müəyyən edilməlidir. Belə ki, aliment məbləğinin 40% hissəsi uşaqların gələcək təminatını formalaşdırır, həm də qalan 60% hissə ilə onların cari ehtiyaclarının tam və fasiləsiz ödənilməsinə imkan verir. Bundan əlavə, alimentin 60% hissəsinin yüksək məbləğ təşkil etməsi uşaqların yaşayış minimumundan dəfələrlə yüksək səviyyədə təmin olunduğunu göstərir ki, bu da qəbul edilən qərarın sosial ədalət və proporsionallıq prinsiplərinə uyğun olduğunu təsdiq edir. Belə ki, bundan sonra da tələbkarın sərəncamına 2026-cı ildə uşaqların saxlanılması üçün ölkə üzrə müəyyən edilmiş yaşayış minimumu məbləğinin (260 manat) 10 qatından (hər uşağa münasibətdə 3 qatından), yəni 2700 manatdan artıq aliment məbləği daxil olacaqdır. Kollegiya qeyd edir ki, tutulan aliment məbləği uşağın gündəlik əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanılmasına əsaslandığından kollegiya uşaqların yüksək mənafeyini əsas götürərək hesab edir ki, alimentin məhz 40 faiz məbləğinin bank hesabına göndərilməsi uşağın gündəlik xərcləri, qida, geyim, dərman, təhsil və digər vacib ehtiyaclarının ödənilməsini çətinləşdirməklə uşağın üstün mənafeyinin qorunub saxlanmasına maneə yarada bilən haldır. Lakin bununla belə, borclunun gəlir vəziyyətini və tutulan aliment məbləği nəzərə alındıqda sosial ədalət və proporsionallıq prinsiplərinə uyğun olaraq alimentin 20 faiz hissəsinin hissəsinin yığıma yönəldilməsi cari vəziyyətdə uşaqların mənafeyi baxımından daha məqsədəuyğun hesab edilir. Azərbaycan Respublikası Konstitusiyanın 34-cü maddəsinin III və IV hissələrində müəyyən olunmuşdur ki, analıq, atalıq, uşaqlıq qanunla mühafizə edilir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd etibarsızdır. Ali Məhkəmənin Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2016-cı il ## #### tarixli Qərarının 8.9- cu bəndində müəyyən edilmişdir ki, alimentin 50 faizdən çox olmayan məbləğinin aliment ödəyən valideynin tələbi ilə yetkinlik yaşına çatmayan uşağın adına açılmış bank hesabına köçürülməsi barədə qərar çıxarılarkən məhkəmə aliment alan valideynin buna münasibətini, belə qərarın gələcəkdə uşağın tam və hərtərəfli inkişafına (onun qidalanmasına, təhsilinə, tərbiyəsinə və s.) təsirini, uşağın saxlanması, tərbiyəsi, təhsili üçün ayrılan vəsaitin aliment alan valideyn tərəfindən lazımi qaydada icra olunub olunmamasını və s. bu kimi halları nəzərə almalıdır. Göründüyü kimi, alimentin məbləği uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən olunur. Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin ## ###### 2024-cü il tarixli Sərəncamı ilə minimum aylıq əməkhaqqının məbləği 2025-ci il ######ın #-dən 400 manat müəyyən edilmişdir. “Azərbaycan Respublikasında 2026-cı il üçün yaşayış minimumu haqqında” Qanununa əsasən 2026-cı il üçün yaşayış minimumu uşaqlar üçün 260 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyaları Azərbaycan Respublikası Ailə Məcəlləsinin 55.3-cü maddəsinin tətbiqi üzrə **/**** nömrəli, ## ###### 2023-cü il tarixli qərardadının 40, 41 və 42-ci bəndlərinə əsasən, ödənilən alimentin məbləğinin ölkədə uşaqlar üçün müəyyən olunan yaşayış minimumundan yüksək olması özüözlüyündə alimentin artıq olan hissəsinin bank hesabına köçürülməsi üçün əsas vermir. Belə ki, bu zaman uşağın yaşı, təhsili (ödənişli və ya ödənişsiz), o cümlədən əlavə haqq ödənilməklə uşağın məktəbəqədər tərbiyə müəssisəsinə, müxtəlif dərnəklərə getməsi, səhhəti, həmçinin bu qaydanın müəyyən edilməsinin uşağın mənafelərinə uyğunluğu da nəzərə alınmalıdır. Ödənilən aliment məbləğinin yüksək olması əsası ilə onun bir hissəsinin bank hesabına köçürülməsi barədə müraciət edən şəxs bu qaydanın müəyyən edilməsinin məhz uşağın mənafeyinə xidmət etdiyini əsaslandırmaq və sübut etmək vəzifəsi daşıyır. Müraciət, alimentin (bir hissəsinin) uşağa deyil, başqa məqsədlərə sərf olunması əsası ilə edildiyi halda da mülki prosessual qanunvericiliyin sübutetmə ilə bağlı ümumi prinsiplərinə uyğun olaraq, sübutetmə yükü bu müraciəti edən tərəfin üzərinə düşür. Həmin Qərardadın 43 və 44-cü bəndlərində göstərilmişdir ki, nəzərə alınmalıdır ki, ödənilən alimentin məbləği uşağın ödənişli təhsilə, əlavə məşğələlərə cəlb edilməsinə, uşağın mənafeyinə xidmət edən daha yaxşı həyat şəraitinin təmin edilməsinə imkan verirsə, aliment ödəyən tərəfin yuxarıda qeyd edilən məsələlərlə bağlı xərclərə razılığı tələb edilmir. Belə ki, uşaq himayəsində saxlanılan valideyn məhkəmə qətnaməsi ilə xeyrinə tutulmuş alimentin məbləği, habelə öz şəxsi vəsaitləri və imkanları həddində uşağın saxlanılması, təhsili, tərbiyəsi və normal inkişafı üçün zəruri hesab etdiyi tədbirləri həyata keçirmək hüququna malikdir. Aliment ödəyən tərəf müraciətinin təmin edilməsinə əsas verən sübutları təqdim etdiyi halda, aliment alan tərəf ödənilən alimentin mühüm hissəsini uşağın təhsilinə, müalicəsinə və digər təminatına xərclədiyinə dair etiraz irəli sürərsə, bununla bağlı etirazının əsaslarını sübut etmək vəzifəsini daşıyır. Bu zaman nəzərə alınmalıdır ki, uşağı saxlayan valideynin uşağın qidalanmasına, geyiminə, asudə vaxtının təşkili və digər xırda məişət məsələlərinə dair xərcləri barədə sübutlar təqdim etmək vəzifəsi yoxdur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 55.3-cü maddəsinə əsasən, məhkəmə uşağa görə aliment ödəyən valideynin tələbi ilə alimentin 50 faizdən çox olmayan məbləğini yetkinlik yaşına çatmayan uşağın adına açılmış bank hesabına köçürmək barədə qərar çıxara bilər. “Uşaq hüquqları bəyənnaməsi”nin (BMT Baş Assambleyasının ##.##.1959-cu il tarixli 1386 ( XIV) saylı qətnaməsi ilə elan edilmişdir) * saylı prinsipinə görə «Uşaq qanunla və digər vasitələrlə sosial müdafiə ilə təmin olunmalı, onun fiziki, əqli, mənəvi, ruhi və sosial baxımdan sağlam və normal yolla azadlıq və ləyaqət şəraitində inkişaf etməsinə imkan verən əlverişli şəraitlə təmin edilməlidir. Bu məqsədlərlə qanunlar qəbul edilərkən başlıca mülahizə uşağın mənafeyinin ən yaxşı şəkildə təmin edilməsi olmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Bu halda məhkəmə kollegiyası hesab edir ki, şikayət qismən təmin edilməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərardadı dəyişdirilməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-*(***)-***/**** nömrəli, ##.##.2025ci il tarixli qətnaməsinə əsasən borclu Ərizəni verən şəxs tutulan aliment məbləğinin 20 (iyirmi) faizi (uşaqların hər birinə 6.66 faiz olmaq şərti ilə) ##.##.2014-cü il təvəllüdlü X1, ##.##.2015-ci il təvəllüdlü X2 və ##.##.2023-cü il təvəllüdlü X3 adına açılmış bank hesablarına köçürülməli, qalan 80 (səksən) faizi isə ##.##.2014-cü il təvəllüdlü X1, ##.##.2015-ci il təvəllüdlü X2 və ##.##.2023-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanılması üçün anaları (tələbkar) Tələbkar ödənilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r а r а а l d ı: Şikayət qismən təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərardadı dəyişdirilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-*(***)-***/**** nömrəli, ##.##.2025-ci il tarixli qətnaməsinə əsasən borclu Ərizəni verən şəxs tutulan aliment məbləğinin 20 (iyirmi) faizi (uşaqların hər birinə 6.66 faiz olmaq şərti ilə) ##.##.2014-cü il təvəllüdlü X1, ##.##.2015-ci il təvəllüdlü X2 və ##.##.2023-cü il təvəllüdlü X3 adına açılmış bank hesablarına köçürülsün, qalan 80 (səksən) faizi isə ##.##.2014-cü il təvəllüdlü X1, ##.##.2015-ci il təvəllüdlü X2 və ##.##.2023-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanılması üçün anaları (tələbkar) Tələbkar ödənilsin. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №8(3-6)-238/2026
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(3-6)-238/2026
03.06.2026 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver