Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 8(3-6)-241/2026 03.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Borclu Ərizəni verən şəxs icra məmurunun hərəkətlərinin qanunsuz hesab edilməsi barədə ərizəsinə dair iş üzrə (Açar sözlər: icra məmurunun hərəkətləri) Hakim Abbasova Günel Məhərrəm qızı (sədrlik edən və məruzəçi), Hakimlər X2 oğlundan Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-***/**** saylı qərardadından borclunun nümayəndəsi Nümayəndə tərəfindən verilmiş şikayət üzrə işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları MÜƏYYƏN ETDİ:
1. Bakı Ağır Cinayətlər Məhkəməsi tərəfindən verilmiş *(***)-****/**** nömrəli, ##.##.2025-ci il tarixli icra vərəqəsindən görünür ki, zərərçəkmiş və mülki iddiaçı İbrahimov Mürsəl Fəyaz oğlunun mülki iddiası qismən təmin olunmuş, cinayət nəticəsində vurulmuş maddi zərərə görə 49740 manat pul vəsaiti və 456 manat dövlət rüsumu təqsirləndirilən şəxs Ərizəni verən şəxs tutularaq zərərçəkmiş və mülki iddiaçı İbrahimov Mürsəl Fəyaz oğluna ödənilməsi, mülki iddianın qalan hissədə baxılmamış saxlanılması, zərərçəkmiş və mülki iddiaçı İbrahimov Mürsəl Fəyaz oğluna mülki qaydada iddia vermə hüququ izah edilməsi hökm edilmişdir.
2. Bakı şəhəri Nizami rayon İcra şöbəsi tərəfindən qəbul edilmiş ##.##.2025-ci il tarixli “icraata başlamaq haqqında” qərara və “tələbin könüllü icrası haqqında” bildirişə əsasən müəyyən olunur ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2025ci il tarixli icra sənədi həmin tarixdə icraata qəbul edilərək icraata başlanılmış və borclu Ərizəni verən şəxs tələbin icrası üçün 10 gün könüllü icra müddəti verilmişdir.
3. Azərbaycan Respublikasının Milli Depozit Mərkəzi tərəfindən Bakı şəhəri Nizami rayon İcra şöbəsinə ünvanlanmış ##.##.2025-ci il tarixli məktubundan görünür ki, MDMnin uçot sistemindəki məlumatlara əsasən ##.##.2025-ci il tarixinə “xxxx” ASC üzrə Nazim Hüseyn oğlu Məmmədovun (depozitlər sistemdəki məlumatlara əsasən şəxsiyyət vəsiqəsi: AZE03627328, ünvanı: ünvan 1 dövlət qeydiyyat nömrəli, hər birinin nominal dəyəri 2 manat olan 60759 ədəd adlı səhm mövcuddur.
4. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin *(***)-***/**** nömrəli, ##.##.2025-ci il tarixli qərardadından görünür ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2024-cü il tarixli icra sənədinin icrasının təmin edilməsi məqsədi ilə borclu Ərizəni verən şəxs (FİN *******) məxsus AZ1001015879 dövlət qeydiyyat nömrəli, hər birinin nominal dəyəri 2 manat olan 25098 ədəd adlı səhmin üzərinə həbs qoyulması qərara alınmışdır.
5. Bakı şəhəri Nizami rayon İcra şöbəsi tərəfindən qəbul edilmiş ##.##.2026-cı il tarixli “icraata xitam verilməsi haqqında” qərardan görünür ki, icra sənədində qeyd olunan tələb borclu Ərizəni verən şəxs tərəfindən tam şəkildə təmin olunduğundan Bakı şəhəri Nizami rayon Məhkəməsinin *(***)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli icra sənədinə xitam verilməsi qərara alınmışdır.
6. Ərizəçi (borclu) Ərizəni verən şəxs Bakı şəhəri Nizami Rayon İcra şöbəsinə qarşı olan “icra məmurunun hərəkətlərinin qanunsuz hesab edilməsi” tələbinə dair ərizə ilə Bakı şəhər Nizami Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən Bakı şəhəri Nizami Rayon İcra şöbəsinin icra məmuru Zaur Həmzəyevin borcun səhmlərə yönəldilməsi ilə bağlı icra hərəkətlərinin qanunsuz hesab ediməsi barədə qəradad qəbul edilməsini xahiş etmişdir.
7. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-***/**** saylı qərardadı ilə ərizə təmin edilməmişdir.
ŞİKAYƏTİN DƏLİLLƏRİ, ŞİKAYƏTƏ ETİRAZIN DƏLİLLƏRİ VƏ BİRİNCİ İNSTANSİYA MƏHKƏMƏSİNİN ŞİKAYƏTƏ DAİR GƏLDİYİ NƏTİCƏ:
8. İcra sənədi üzrə borclu qeyd olunan qərardaddan şikayətlə məhkəməyə müraciət edərək, qərardadının ləğv edilməsini və şikayətin təmin edilməsini xahiş etmişdir. Şikayət ərizəyə uyğun əsaslandırılmışdır.
9. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-***/**** saylı qərardadı ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin *(*-**)-***/**** saylı, ##.##.2026-cı il tarixli qərardadından borclunun nümayəndəsi Nümayəndə tərəfindən verilmiş şikayət ərizəsi təmin edilməyərək, işlə birlikdə apellyasiya qaydasında baxılması üçün göndərilmişdir. Şikayətə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 397.2-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.
TƏTBİQ EDİLƏN HÜQUQ NORMALARI və MƏHKƏMƏNİN MÖVQEYİ
10. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir.
11. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi : 15.2. Məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. 158.3. Əmlak üzərinə həbs qoyulması aşağıdakı ardıcıllıqla həyata keçirilir: 158.3.1. birinci növbədə — cavabdehin və ya arbitraj mübahisəsi tərəfinin bilavasitə istehsalda iştirak etməyən əmlakı: qiymətli kağızlar, cavabdehin hesabında olan pul vəsaitləri, valyuta sərvətləri, minik avtonəqliyyatı, ofislərin dizayn predmetləri və sairə: 158.3.2. ikinci növbədə — hazır məhsul (əmtəə), habelə bilavasitə istehsalatda istifadə edilməyən və istifadəsi nəzərdə tutulmayan maddi sərvətlər; 158.3.3. üçüncü növbədə — daşınmaz əmlak obyektləri, habelə xammal və materiallar, dəzgahlar, avadanlıqlar, bilavasitə istehsalatda istifadəsi nəzərdə tutulan digər əsas vəsaitlər; 158.3.4. dördüncü növbədə — başqa şəxslərə verilmiş əmlak.
12. “İcra Haqqında” Azərbaycan Respublikası Qanunu : 3.1. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. 3.2. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. 43.1. Məcburi icra tədbirləri aşağıdakılardır: 43.1.1. borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi; 44.1. Məcburi icra tədbirlərinin tətbiqinin əsasları aşağıdakılardır: 44.1.1. bu Qanunla müəyyən edilmiş qaydada tərtib olunmuş icra sənədinin icra məmuruna təqdim olunması; 44.1.2. icra məmuru tərəfindən icraata başlamaq haqqında qərarın qəbul edilməsi; 44.1.3. könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi. 45.1. Tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasında ibarətdir. 45.2. İcra sənədləri üzrə tələb ilk növbədə borclunun manatla və xarici valyuta ilə, o cümlədən banklarda və digər kredit təşkilatlarında, elektron pul təşkilatlarında olan pul vəsaitlərinə və başqa sərvətlərinə yönəldilir. 45.7. Tələb, borclunun əmlakına, o cümlədən nağd yaxud banklarda və ya digər kredit təşkilatlarında, elektron pul təşkilatlarında hesablarda və əmanətlərdə, habelə saxlancda olan pul vəsaitlərinə və başqa sərvətlərinə, icra ödənişinin ödənilməsi və icra hərəkətlərinin həyata keçirilməsi üçün çəkilən xərclər də nəzərə alınmaqla, icra sənədinin icrası üçün lazım olan miqdarda və həcmdə yönəldilir. 58.1. Borclu hüquqi şəxsin əmlakı üzərinə həbs qoyulması və onun satılması aşağıdakı növbəlilik üzrə həyata keçirilir: 58.1.1. birinci növbədə - istehsalda bilavasitə istifadə edilməyən əmlak (qiymətli kağızlar, borclunun depozit və digər hesablarındakı pul vəsaitləri, valyuta sərvətləri, minik nəqliyyat vasitələri, ofislərin dizayn əşyaları və sair əmlak); 58.1.2. ikinci növbədə - hazır məhsul (əmtəə), habelə istehsalda bilavasitə istifadə edilməyən və istehsalda bilavasitə istifadə üçün nəzərdə tutulmamış digər maddi sərvətlər; 58.1.3. üçüncü növbədə - daşınmaz əmlak obyektləri, habelə istehsalda bilavasitə istifadə üçün nəzərdə tutulmuş xammal və materiallar, dəzgahlar, avadanlıqlar və digər əsas vəsaitlər; 58.1.4. dördüncü növbədə - başqa şəxslərə verilmiş əmlak.
13. Ərizəçi Ərizəni verən şəxs tərəfindən Bakı şəhəri Nizami Rayon İcra şöbəsinə qarşı olan “icra məmurunun hərəkətlərinin qanunsuz hesab edilməsi” tələbi icra məmuru tərəfindən onun digər əmlaklarının axtarışını etmədən, tələbin könüllü icrası haqqında bildirişi ona təqdim etmədən, onun izahatını almadan tələbin birbaşa olaraq səhmlərə yönəldilməsi, tələbin səhmlərə yönəldilməsi zamanı həmin əmlakın birgə nikah dövründə əldə edilmiş əmlak olması ilə bağlı etirazlarının nəzərə alınmaması, səhmlərin bazar dəyərinin deyil nominal dəyərinin müəyyən edilməsi ilə əsaslandırmışdır.
14. İşin faktiki halı odur ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2024-cü il tarixli icra sənədinə əsasən Ərizəni verən şəxs zərərçəkmiş və mülki iddiaçı İbrahimov Mürsəl Fəyaz oğlunun xeyrinə cinayət nəticəsində vurulmuş maddi zərərə görə 49740 manat pul vəsaiti və 456 manat dövlət rüsumu olmaqla, cəmi 50196 manat pul vəsaiti tutulmalıdır.
15. Sözügedən icra sənədi ##.##.2025-ci il tarixində icra edilməsi üçün Bakı şəhəri Nizami Rayon İcra şöbəsinə göndərilmiş və Bakı şəhəri Nizami Rayon İcra şöbəsi tərəfindən icra sənədi ##.##.2025-ci il tarixində icraata qəbul edilərək icraata başlanılmışdır. İcra məmuru tərəfindən icra sənədinin icrasını təmin etmək məqsədilə borclunun əmlakının müəyyən edilməsi üçün müvafiq sorğular verilmiş və Azərbaycan Respublikasının Milli Depozit Mərkəzinin ##.##.2025-ci il tarixli *-*-*/*-****/**** saylı məktubuna əsasən Ərizəni verən şəxs “xxxx” ASC-də hər birinin nominal dəyəri 2 manat olan 60759 ədəd səhminin mövcud olduğu müəyyən edilmişdir.
16. İcra məmuru icra sənədinin icrasını təmin etmək məqsədilə ##.##.2025-ci il tarixdə “borclunun əmlakı üzərinə həbs qoyulması” tələbinə dair təqdimatla Bakı şəhəri Nizami rayon Məhkəməsinə müraciət edilərək məhkəmədən borcluya məxsus hər birinin nominal dəyəri 2 manat olan 60759 ədəd səhmin üzərinə həbs qoyulmasını xahiş etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2025-ci il tarixli qərardadı ilə təqdimatı qismən təmin edilmiş, icra sənədinin icrasının təmin edilməsi məqsədi ilə icra sənədinin icrası üçün lazım olan miqdarda, yəni, borclu Ərizəni verən şəxs məxsus AZ1001015879 dövlət nömrəli, hər birinin nominal dəyəri 2 manat olan 25098 ədəd, cəmi 50196 manat dəyərində adi adlı səhmin üzərinə həbs qoyulmuşdur.
17. Yəni işin faktiki halı odur ki, icra məmuru tərəfindən tələbin borcluya məxsus olan səhmlərə yönəldilməsi Bakı şəhəri Nizami Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2025-ci il tarixli qərardadı əsasında həyata keçirilmişdir.
18. Hazırda borclu tərəfindən ərizənin əsası qismində məhkəməyə bildirdiyi dəillər, yəni “həmin səhmlərin birgə nikah dövründə əldə edilmiş əmlak olması, ona “tələbin könüllü icrası haqqında” bildiriş təqdim edilmədən tələbin səhmə yönəldilməsi, onun digər əmlaklarının axtarışı aparılmadan tələbin səhmə yönəldilməsi, tələbin səhmlərə yönəldilməsi onun bazar dəyəri deyil, nominal dəyəri əsasında həyata keçirilməsi” həmin təqdimata baxılan zaman müvafiq etiraz əsasında araşdırılmalı olan, qiymət verilməli olan hallardır. Yəni tələbin səhmə yönəldilməsi ilə bağlı təqdimata baxılan zaman qeyd edilən təqdimatın əsaslılığı yoxlanılarkən ərizəçinin ərizəsinin faktiki halları qismində Məhkəməyə bildirdikləri araşdırılaraq müvafiq qərar qəbul edilir. Və ya yaxud özündən asılı olmayan səbəblərdən borclu təqdimata etirazını bildirə bilmədiyi hallarda isə Qərardaddan verilmiş şikayət əsasında Məhkəmə həmin təqdimatın əsaslılığını yenidən yoxlayır. Hazırda ərizəçinin ərizəni əsaslandırdığı hallar isə həmin təqdimata baxılarkən araşdırılmalı olan hallardır. Yəni hazırda qanuni qüvvəyə minmiş Məhkəmə qərardadı ilə tələb borcluya məxsus olan səhmlərə yönəldildiyi halda həmin təqdimata baxılarkən yoxlanılmalı olan əsaslar üzrə icra məmurunun hərəkətləri qanunsuz hesab edilə bilməz.
19. Birinci instansiya məhkəməsində keçirilən iclasda məhkəmə tərəfindən borclunun vəkili ilə müvafiq dəqiqləşdirmə aparılmış və o, həmin qərardaddan şikayət verildiyini və işin Bakı Apellyasiya Məhkəməsinin icraatında olduğunu bildirmişdir.
20. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, ərizəçi icra məmuru tərəfindən sözügedən qərardadın icrası ilə bağlı hərəkətlərindən narazıdırsa, həmin qərardaddan verilmiş şikayətə baxıldıqdan sonra müvafiq sübutları təqdim etməklə məhkəməyə müraciət edə bilər. hazırda ərizəçi tərəfindən icra məmurunun qərardadın icrası ilə hansı hərəkətlərinin qanunsuz olması ilə bağlı məhkəməyə sübut təqdim edilməmişdir.
21. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qərardad qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiya məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
22. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır.
23. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 263, 264 və 398-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDI:
Şikayət təmin edilməsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-***/**** saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Sədrlik edən : Günel Abbasova Hakimlər : Fuad Talışınski Məmməd Məmmədov