Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 8(3-6)-244/2026 03.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Babayev Fuad Fikrət oğlu (sədrlik edən və məruzəçi), X4 və X1 ibarət tərkibdə, Borclu Ərizəni verən şəxs Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(***)-***/**** nömrəli, ##.##.2023-cü il tarixli qərardadı ilə onun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının götürülməsi barədə müraciətinə dair Nəsimi rayon İcra şöbəsinin icra məmuru Vüqar Qaralovun ##.##.2025-ci il tarixli məktubla imtinasının ləğvinə dair borclu Ərizəni verən şəxs ərizəsinə baxılması ilə əlaqədar Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(***)- ***/**** saylı, ##.##.2026-cı il tarixli qərardadından tələbkar Tələbkar tərəfindən verilmiş şikayətə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icaat qaydasında baxaraq, Müəyyən etdi: Borclu Ərizəni verən şəxs "icra məmurunun hərəkətindən şikayət ərizəsi” ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 8(006)- ***/**** nömrəli, ##.##.2023cü il tarixli qərardadı ilə onun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının götürülməsi barədə müraciətinə Nəsimi rayon İcra şöbəsinin icra məmuru Vüqar Qaralovun ##.##.2025-ci il tarixli məktubla imtina verməsini qanunsuz sayaraq, həmin məhdudlaşdırmanın götürülməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2026-cı il tarixli qərardadı ilə borclu Ərizəni verən şəxs icra məmurunun 86420/2022- *-** nömrəli, ##.##.2025-ci il tarixli imtinasından verdiyi şikayətin əsassız olduğundan rədd edilməsi qərara alınmışdır. Borclu Ərizəni verən şəxs (nümayəndəsi və vəkili vəkil2) Nəsimi Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2026-cı il tarixli qərardadından şikayət verərək, Məhkəmənin ##.##.2026-cı il tarixli qərardadının ləğv edilməsini, borclu Ərizəni verən şəxs ölkədən çıxışına qoyulmuş məhdudiyyətin ləğv edilməsindən Nəsimi Rayon İcra şöbəsinin icra məmuru Vüqar Qaralov tərəfindən imtina olunmasının qanunsuz sayılması və həmin məhdudiyyətin ləğv edilməsi barədə yeni qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2026-cı il tarixli qərardadı ilə şikayətin təmin edilməsi, Məhkəmənin *(***)-***/**** saylı, ##.##.2026-cı il tarixli qərardadının ləğv edilməsi və iş üzrə icra məmurunun *****/****-*-** nömrəli, ##.##.2025-ci il tarixli imtinasından şikayətə mahiyyəti üzrə baxılmasının davam etdirilməsi qərara alınmışdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2026-cı il tarixli qərardadı ilə ərizənin qismən təmin edilməsi, borclu Ərizəni verən şəxs icra məmurunun hərəkətindən verdiyi şikayətin təmin edilməsi, Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin icra məmuru tərəfindən borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının götürülməsindən imtina edilməsinin qanunsuz hesab edilməsi, borclu ##.##.1973-cü ildə Moskva şəhərində doğulmuş Ərizəni verən şəxs barəsində tətbiq edilmiş ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının götürülməsi qərara alınmışdır. Hazırda tələbkar Tələbkar nümayəndəsi və vəkili vəkil1 Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2026-cı il tarixli qərardadından şikayət verərək, Nəsimi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli e-*(***)-***/**** nömrəli qərardadının ləğv edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Nəsimi Rayon Məhkəməsinin *(***)-***/**** nömrəli, ##.##.2023-cü il tarixli qərardadı ilə onun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. Bir sıra hallarla bağlı həmin məhdudlaşdırmanın götürülməsi zərurəti yaranmışdır. Qeyd olunan məsələ ilə bağlı Nəsimi rayon İcra şöbəsinə müraciət etsə də, Nəsimi rayon icra şöbəsinin icra məmuru Vüqar Qaralov ##.##.2025-ci il tarixli məktubla ona imtina cavabı verilmişdir. Qeyd olunan məhdudlaşdırmanın götürülməsini zəruri edən hallar aşağıdakılardır: Ailə üzvləri hazırda Türkiyə Cümhuriyyətində yaşayır. Həyat yoldaşı Turan Cavadova işləyir və övladları da orda təhsil alır. O, ##.##.2002-ci il tarixindən etibarən xəstəliyə görə (psoriaz) hərbi xidmətlə əlaqədar müddətsiz 2-ci qrup əlildir. (Hər ay əlilliyə görə ona təyin olunmuş pensiyanın 50%-i (375 manat) icra sənədi üzrə tutulur). Bildirir ki, o, xəstəliyinin müalicəsi ilə bağlı uzun illər dünyanın müxtəlif ölkələrində müalicə alsa da, yalnız TC-də Dokuz Eylül Universiteti Xəstəxanasında aldığı müalicə effektiv nəticə vermişdir. Həmçinin həyat yoldaşı TC-də əmək fəaliyyəti ilə məşğul olduğu üçün, onun tibbi sığortası əsasında ailə üzvü kimi tam ödənişsiz müalicə alır. Müalicə üçün istifadə olunan xüsusi iynə ildə 4 dəfə ona vurulur. Həmin iynənin Azərbaycanda qiyməti təxmini 6 min manatdır. Orda isə həmin iynə sığorta əsasında ona tam ödənişsiz vurulur. Eyni zamanda bunun üçün mütləq qaydada mütəmadi həkim müayinələrində olmalıdır. (növbəti müayinə ## ####### 2025-ci il tarixinə təyin edilmişdir). İndiyə qədər dövlətimizin sosial cəhətdən həssas qruplara diqqət və qayğısının, bu təbəqədən olan şəxslərin xaricdə ixtisaslaşmış bərpa-müalicəsinin təşkili ilə əlaqədar çoxlu sayda əlilliyi olan şəxsin xarici ölkələrdə bərpa-müalicə müəssisələrinə göndərilməsi təmin edilib. O, da dəfələrlə müalicə üçün müxtəlif ölkələrə göndərilmişdir. Bu da mütəmadi müalicə tələb edən xəstəliyinə görə ölkə xaricinə getməli olduğunu təsdiq edən hallardan biridir. Beləliklə, ailə üzvlərinin Türkiyədə yaşaması, əmək fəaliyyəti ilə məşğul olması, övladlarının təhsili və onun 2-ci qrup əlilliyinə səbəb olmuş xəstəliyin güzəştli şərtlərlə effektiv müalicəsinin mümkün olması səbəbindən o, mütəmadi olaraq Türkiyə Cümhuriyyətinə getməli olur. Həmçinin bildirir ki, onun nə səhhəti, nə yaşı, nə də maddi vəziyyəti imkan vermir ki, yüksək məbləğdə borcu tam şəkildə qısa müddətdə ödəsin. Bu səbəbdən borcu yalnız pensiyasıla ödəməyi mümkündür. Əlillik pensiyası ölkə daxilində, yaxud xaricdə olmağından asılı olmayaraq verildiyi üçün və yarı hissəsi borcla bağlı tutulduğu üçün hesab edir ki, ölkədən getmək hüququnun məhdudlaşdırılmasına zərurət yoxdur. Eyni zamanda bu icra tədbiri onun 2-ci qrup əlil kimi hüquqlarını ciddi şəkildə pozur, müalicəsini davam etdirməyinə mane olur. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Kollegiyasının 2013-cü il ## ##### tarixli *-N nömrəli Qərarı ilə təsdiq edilmiş “Şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının icra və probasiya qurumları tərəfindən tətbiqi qaydaları haqqında Təlimat”ın 2.8.3-cü yarımbəndinə əsasən borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqdan sonra, habelə məhkəmə qərarı olduqda icra məmuru 24 saat müddətində həmin məhdudlaşdırmanın götürülməsi barədə icra qurumunun rəhbəri tərəfindən təsdiq olunan qərar qəbul edir. Göstərilənləri nəzərə alaraq, şikayətin təmin olunmasını xahiş edir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2026-cı il tarixli qərardadı ilə (hakim Əfsanə Heydərova) şikayət təmin edilməyərək baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılacağı barədə məhkəmə bildirişi göndərilmiş və onlarda olan bütün sübutların, eləcə də şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmiş, lakin işdə iştirak edən şəxslər sübutlar, etiraz və ya izahatlarını məhkəməyə təqdim etməmişlər. Məhkəmə kollegiyası iş materiallarını və şikayəti araşdıraraq hesab edir ki, Məhkəmə kollegiyası, şikayətin dəlililərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, işə prosessual normaların tələblərinin pozulması ilə baxıldığından, şikayət qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, borclu Ərizəni verən şəxs ərizəsinə yenidən baxılması üçün iş həmin məhkəməyə göndərilməlidir. Belə ki, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması institutu mahiyyət etibarilə icra sənədinin real və vaxtında icrasını təmin etməyə yönəlmiş məcburetmə tədbiridir. Bu tədbirin tətbiqində əsas məqsəd borclunun öhdəlikdən yayınmasının qarşısını almaq, onun ölkə hüdudlarından kənarda gizlənərək və ya uzun müddət geri qayıtmayaraq icranı mümkünsüz etməsinin qarşısını almaqdan ibarətdir. Lakin həmin tədbir cəza xarakteri daşımır və mütləq tətbiq edilməli olan vasitə kimi deyil, konkret halların xüsusiyyətləri nəzərə alınmaqla zərurət və mütənasiblik prinsipləri əsasında qiymətləndirilməlidir. Hazırki işin mübahisəsiz halı ondan ibarətdir ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(***)-***/**** nömrəli, ##.##.2021-ci il tarixli icra sənədinə əsasən 119000 manat və iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 30 manatın 24 manatı, cəmi 119024 manat məbləğində pul cavabdehlər Ərizəni verən şəxs və X2 müştərək qaydada tutularaq iddiaçı Tələbkar xeyrinə ödənilməlidir. Məhz qanuni qüvvəsini almış məhkəməyə əsasən öhdəliyin icra edilməsini təmin etmək məqsədilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(***)-***/**** saylı,##.##.2022-ci il tarixli qərardadı ilə, təqdimatın təmin edilməsi, borclu ##.##.1973-cü ildə Moskva şəhərində doğulmuş Ərizəni verən şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması qərara alınmışdır. Birinci instansiya məhkəməsi öz mövqeyini belə əsaslandırmışdır ki, borclu icra prosesindən yayınmamış, əksinə, icra hərəkətlərində iştirak etmiş və öhdəliklərin icrasına yönəlmiş davranışlar nümayiş etdirmişdir. Həmçinin borclu ağır xroniki xəstəlikdən – psoriazdan əziyyət çəkir və bu xəstəlik tibbi sənədlərlə təsdiq olunduğu kimi, tam sağalması mümkün olmayan, lakin yalnız davamlı və sistemli müalicə ilə nəzarətdə saxlanıla bilən xəstəlikdir. Xəstəliyin ağır formalarında bioloji preparatların tətbiqi zəruridir və bu preparatlar arasında ən effektiv vasitələrdən biri “Skyrizi (Risankizumab)” hesab olunur. Lakin həmin preparatın Azərbaycan Respublikasında rəsmi istifadəsi və əlçatanlığı mövcud deyil, həmçinin onun qiyməti son dərəcə yüksəkdir. Məhkəmə kollegiyası hesab edir ki, borclunun ölkədən çıxmasının məhdudlaşdırılmasının ləğv edilməsi barədə ərizəyə mahiyyəti üzrə düzgün münasibət bildirilməsi üçün borclu tərəfindən irəli sürülən arqumentlərin nə dərəcədə həqiqətə uyğun olması, o cümlədən işin faktiki hallarının tam aydınlaşdırılması mütləqdir. Belə ki, birinci instansiya məhkəməsi borcun icrası üçün borcluya məxsus avtomobilə, həmçinin əlilliyə görə təyin edilmiş pensiyaya yönəltmə aparıldığını və bu halların borclunun öhdəlikdən yayınmadığını deməyə əsas təşkil etdiyini qeyd etmişdir. Kollegiya qeyd edir ki, borclunun gəlirlərinə və ya əmlakına yönəltmə aparılması özü də məcburi icra tədbiridir və öhdəliyin könüllü icrası halında bu tədbirlərin həyata keçirilməsinə zərurət olmur. Bu aspektdə qiymətləndirilməli digər bir məsələ isə borc məbləğindən cari tarixə nə qədər qalması, məcburi icra tədbirinin mövcud borca nə qədər adekvat olması ilə bağlıdır ki, bu barədə birinci instansiya məhkəməsi tərəfindən hər hansı dəqiqləşmə aparılmamışdır. Daha sonra birinci instansiya məhkəməsi borclunun ağır xəstəliklə mübarizə apardığını və müalicənin ölkə xaricində effektiv olmasını əsas gətirmişdir. "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" X3 birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq göndərdiyi ##.##.2025-ci il tarixli məktubundan görünür ki, Psoriaz (psoriasis) xroniki residivləşən, iltihabi, papuloskvamoz, naməlum etiologiyalı, genetik faktorların dominantlığı ilə özünü büruzə verən multifaktorial təbiətli, ən çox yayılmış dəri xəstəliyidir. Xəstəliyin orta və ağır formalarında klassik müalicə metodlarının məhdud effektiv səbəbindən bioloji preparatların tətbiqi müasir dermatoloji praktikanın əsas istiqamətlərindən birinə çevrilmişdir. Psoriaz xəstələrinin əksəriyyətində xəstəlik sosial, psixoloji, iş qabiliyəti baxımından böyük çətinliklər yaradır. Ona görə də müalicə davamlı, sabit və effektivlik vərən bir forma tələb edir. Psoriaz tam sağalan xəstəlik deyil, lakin düzgün müalicə ilə uzun müddətli remissiya mərhələsində qala bilər. Qeyd edirik ki, “Skyrizi (Risankizumab)” orta ağır və ağır formalı psoriazlarda, psoriatik artritlərdə effektiv və hədəflənmiş immunoterapiya təklif edən bioloji preparatdır. Lakin Azərbaycan Respublikasında “Skyrizi” preparatların rəsmi qeydiyyatı, satış statusu və geniş istifadəsi ilə bağlı məlumat yoxdur. Təqdim olunan cavab məktubunun mətnindən görünür ki, məktubla Psoriaz xəstəliyinin ümumi xüsusiyyətlərindən bəhs olunmuş, borclunun istinad etdiyi “Skyrizi” preparatının istifadə təyinatları barəsində məlumat verilmişdir. Lakin həmin dərman vasitəsinin Azərbaycandakı qeydiyyat və statusu barədə məlumat olmadığı qeyd edilmişdir. Həmçinin sözügedən xəstəliyin Azərbaycanda bu və ya digər üsulla müalicə olunmasının nə dərəcədə mümkünlüyü də məhkəmə tərəfindən araşdırılmamışdır. Halbuki tələbkarın vəkili tərəfindən məhkəməyə təqdim olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin ##.##.2026-cı il tarixli məktubundan görünür ki, psoriaz xəstəliyinin ölkəmizdə həm dövlət, həm də özəl tibb müəssisələrində tam həcmdə müalicə olunması mümkündür və bu xəstəlikdən əziyyət çəkən xəstələrin müalicə məqsədilə ölkə xaricinə getməsinə zərurət yoxdur. Göründüyü kimi, birinci instansiya məhkəməsi tərəfindən sözügedən hallar arasındakı ziddiyətlərin aydınlaşdırılması və işin obyektiv hallarının müəyyənləşdirilməsi zərurəti vardır. Yalnız bundan sonra borclunun müvafiq ərizəsinin əsaslılığına qiymət verilməsi mümkündür. Beləliklə, məhkəmə kollegiyası qeyd olunanlara əsasən hesab edir ki, işə prosessual normaların tələblərinin pozulması ilə baxıldığından, şikayət qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, məhkəmənin göstərişləri nəzərə alınmaqla borclu Ərizəni verən şəxs ərizəsinə yenidən baxılması üçün həmin məhkəməyə göndərilməlidir. MPM-in 398.0 və 398.0.2-ci maddələrinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 231, 397-398, 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Şikayət qismən təmin edilsin. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2026-cı il tarixli qərardadı ləğv edilsin və iş Ərizəni verən şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının götürülməsi barədə ərizəsinə yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Fuad Babayev Hakimlər: Cəmilə Musayeva Fuad Abdiyev
Məhkəmə qərarları › İş №8(3-6)-244/2026
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(3-6)-244/2026
03.06.2026 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver