Məhkəmə qərarları › İş №8(3-6)-255/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(3-6)-255/2026

10.06.2026 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 8(3-6)-255/2026 10.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI X1 Nuru oğlunun pul məbləğinin indeksasiyası barədə ərizəsinə dair iş üzrə (Açar sözlər: pul məbləğinin indeksasiyası) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim Abbasova Günel Məhərrəm qızının sədrliyi və məruzəsi ilə, hakimlər Talışınski Fuad Şəmsəddin oğlundan və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərardadından borclu borclu2 tərəfindən verilmiş şikayət üzrə işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında baxaraq, aşağıdakıları MÜƏYYƏN ETDİ:

1. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2014-cü il tarixli, *(***)-****/**** nömrəli məhkəmə əmrinə əsasən 628 manat əsas borc, 211 manat cərimə və 21 manat dövlət rüsumu, cəmi 860 manat məbləğində pul vəsaitinin borclular ##.##.1987-ci il tarixdə ünvan 2 ünvanında qeydiyyatda olan borclu2 və ##.##.1985-ci il tarixdə ünvan 1 ünvanında qeydiyyatda olan borclu1 İlyas oğlundan müştərək qaydada tutularaq Musayev Ramil Nuru oğlunun xeyrinə verilməsi əmr edilmişdir.

2. Hazırda X1 Nuru oğlu Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2014-cü il tarixli, *(***)-****/**** nömrəli məhkəmə əmri ilə ödənilməli pul məbləğinin indeksasiyası barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ## ####### 2014-cü il tarixli məhkəmə qərarı ilə müəyyən edilmiş 260 pul məbləğini indeksləşdirilərək 2014-cü il oktyabr ayından 2026-cı il yanvar ayınadək 211.20 faiz artımı (260 AZN x 211.20 % = 549.12 AZN) nəzərə alaraq cəmi 809.12 manat məbləğində indeksləşdirilmənin müəyyən edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir.

3. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərardadına əsasən ərizə qismən təmin edilərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2014-cü il tarixli, *(***)-****/**** nömrəli məhkəmə əmri ilə ödənilməli olan qalıq 260 (iki yüz altmış) manat məbləğində pul vəsaitinin indeksasiyası aparılaraq, borclular borclu2 və borclu1 İlyas oğlundan X1 Nuru oğlunun xeyrinə əlavə olaraq 185 (bir yüz səksən beş) manat olmaqla, cəmi 445 (dörd yüz qırx beş) manat məbləğində pul tutulması qərara alınmışdır. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, qanunvericiliyin tələbinə görə, tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. Göründüyü kimi, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2014-cü il tarixli, *(***)-****/**** nömrəli icra sənədi üzrə hazırda 260 manat məbləğində qalıq borc qalmaqdadır. Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin ##.##.2026-cı il tarixli məktubuna əsasən müəyyən olunur ki, 2014-cü ilin oktyabr ayından 2026-cı ilin fevral ayınadək inflyasiya faizi 71.2 % təşkil etmişdir. Odur ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2014-cü il tarixli, *(***)-****/**** nömrəli əmrinə əsasən ödənilməli olan qalıq 260 manat məbləğində pul 71.2% həcmində indeksasiya edilməlidir (260 * 71.2 : 100 = 185 manat). Birinci instansiyası məhkəməsi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 7,10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair ## ######## 2015-ci il tarixli qərarına və "İcra haqqında" Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinin şərh edilməsinə dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun ## ####### 2017-ci il tarixli Qərarına istinadla əsaslandırmışdır.

ŞİKAYƏTİN DƏLİLLƏRİ, ŞİKAYƏTƏ ETİRAZIN DƏLİLLƏRİ və BİRİNCİ İNSTANSİYA MƏHKƏMƏSİNİN ŞİKAYƏTƏ DAİR GƏLDİYİ NƏTİCƏ:

4. Borclu borclu2 Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərardadından şikayət verərək, ##.##.2026-cı il tarixli *(*-***)-***/**** saylı qərardadı ləğv edərək, iş üzrə icra sənədinə ona aid hissədə xitam verilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırımışdır ki, icraatda olmuş hazırki iş üzrə çıxarılmış ##.##.2026cı il tarixli qərardadla ## ### 2026-cı il tarixdə tanış olmuşdur. X1 Nuru oğlunun xeyrinə ödənilməli olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2014-cü il tarixli *(***)- ****/**** saylı icra vərəqəsi üzrə tutulmalı olan 860 manat məbləğində pul vəsaitinin müştərək qaydada məndən və digər cavabdeh olan borclu1 İlyas oğlundan ödənilməsi nəzərdə tutulub. 860 manat vəsaitin müştərək qaydada tutulmalı olması ona aid hissədə 430 manat və dövlət rüsumu tərəfindən artıqlaması ilə ödənilmişdir. Ərizədə qeyd edildiyi kimi icra vərəqəsi üzrə 600 manat aparılmışdır və bu vəsait onun tərəfindən ödənilmişdir. Beləliklə, o, üzərinə düşən öhdəlikləri artıqlaması ilə icra etmişdir. Odur ki, hazırki iş üzrə qəbul edilmiş məhkəmə qərardadı əsassız ərizə verilməsi səbəbindən tam araşdırılmadan qəbul edilməsi səbəbindən ləğv edilməli, qalıq borcun tutulması və indeksləşmə aparılması ona aid hissəsində ləğv edilərək, icra sənədi üzrə icraata xitam verilməlidir.

5. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərardadı ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*- ***)-***/**** nömrəli qərardadından borclu borclu2 tərəfindən verilmiş şikayət təmin edilməmiş və baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.

TƏTBİQ EDİLƏN HÜQUQ NORMALARI VƏ APELLYASİYA İNSTANSİYASI MƏHKƏMƏSİNİN MÖVQEYİ

6. Məhkəmə Kollegiyası şikayətin dəlillərini işin materialları ilə müqayisəli şəkildə təhlil edərək hesab edir ki, şikayət təmin edilməməli, iş üzrə qəbul edilmiş birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

7. İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2014-cü il tarixli, *(***)-****/**** nömrəli məhkəmə əmrinə əsasən 628 manat əsas borc, 211 manat cərimə və 21 manat dövlət rüsumu, cəmi 860 manat məbləğində pul vəsaitinin borclular ##.##.1987-ci il tarixdə ünvan 2 ünvanında qeydiyyatda olan borclu2 və ##.##.1985-ci il tarixdə ünvan 1 ünvanında qeydiyyatda olan borclu1 İlyas oğlundan müştərək qaydada tutularaq Musayev Ramil Nuru oğlunun xeyrinə verilməsi əmr edilmişdir.

8. İş materiallarında olan icra vərəqəsinə əsasən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2014-cü il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi icra olunmaq üçün ##.##.2014-cü il tarixdə Bakı şəhəri Yasamal Rayon İcra şöbəsinə göndərilmiş və ##.##.2014-cü il tarixdə icra sənədi üzrə icraat başlanılmışdır.

9. İş materiallarında olan ##.##.2026-cı il tarixli maliyyə arayışına əsasən ##.##.2014cü il tarixli, *(***)-****/**** nömrəli məhkəmə qərarından sonra 600 manat məbləğində ödəniş olunmuşdur.

10. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin ##.##.2026-cı il tarixdə məhkəməyə daxil olmuş məktubuna əsasən müəyyən olunur ki, 2014-cü ilin oktyabr ayından 2026-cı ilin fevral ayınadək inflyasiya faizi 71.2 % təşkil etmişdir.

11. Məhkəmə iş materiallarını və icra işini nəzərdən keçirərək hesab edir ki, ərizə qismən təmin edilməlidir.

12. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 129.1-ci maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir.

13. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Həmin Məcəllənin 232.1-ci maddəsinə əsasən tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər.

14. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanunun 5-ci maddəsinə əsasən məhkəmələr baxılmış işlər üzrə Azərbaycan Respublikası adından qətnamələr, hökmlər, qərardadlar və qərarlar (bundan sonra — qərarlar) çıxarırlar. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qanuni qüvvəyə minmiş bu qərarlar Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər tərəfindən mütləq, vaxtında və dəqiq icra olunmalıdır.Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icra edilməməsi Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur.

15. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.4-cü maddəsinin şərh edilməsinə dair” ## #### 2014-cü il tarixli Qərarında qeyd olunmuşdur ki, Konstitusiyanın 60-cı maddəsində təsbit edilən hüquq və azadlıqların məhkəmə təminatı hüququ məhkəmə tərəfindən yalnız qanuni və əsaslandırılmış qərarın qəbul edilməsini deyil, həmçinin onun vaxtında icra edilməsini nəzərdə tutur.

16. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 7,10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair ## ######## 2015-ci il tarixli qərarında qeyd olunmuşdur ki, qətnamə çıxarıldıqdan sonra həmin qətnaməni çıxaran hakimin üzərinə qoyulan bu vəzifələr (qətnamədəki yanlışlıqların və ya açıq hesab səhvlərinin düzəldilməsi, əlavə qətnamənin çıxarılması, qətnamənin izah edilməsi, qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi, icra üzrə icraatın dayandırılması, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması, ödənilməli pul məbləğlərinin indeksasiyası) məhz qətnamənin səmərəli icrasını təmin etmək məqsədini daşıyır.

17. "İcra haqqında" Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinin şərh edilməsinə dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun ## ####### 2017-ci il tarixli Qərarında göstərilmişdir: " Beləliklə, Konstitusiya və beynəlxalqhüquqi aktların tələblərinə görə ədalət mühakiməsi məhkəmə qərarlarının effektiv icrası nəticəsində hüquqların səmərəli bərpa olunmasını təmin etməlidir....Konstitusiya Məhkəməsinin Plenumu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - Mülki Prosessual Məcəllə) bir sıra normalarına əsaslanaraq hesab edir ki, qətnamə çıxarıldıqdan sonra həmin qətnaməni çıxaran hakimin üzərinə qovulan bir sıra vəzifələr (məsələn, qətnamədəki yanlışlıqların və ya açıq hesab səhvlərinin düzəldilməsi (maddə 228), əlavə qətnamənin çıxarılması (maddə 229), qətnamənin izah edilməsi (maddə 230), qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi (maddə 231.1, 231.2), ödənilməli pul məbləğlərinin indeksasiyası (maddə 232) məhz qətnamənin səmərəli icrasını təmin etmək məqsədini daşıyır. Qeyd olunanlar eyni zamanda məhkəmənin qəbul etdiyi qətnamənin icrasına nəzarət funksiyasının həyata keçirilməsinə də xidmət edir. Belə ki, "İcra haqqında" Qanunun 26- cı maddəsinə əsasən, icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir".

18. “Azərbaycan Respublikası Konstitusiyasının 60 və 129-cu maddələrinin İ hissələri baxımından Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 232-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun ## #### 2025-ci il tarixli Qərarında göstərilmişdir ki, indeksasiya institutu da qanuni qüvvəyə minmiş məhkəmə aktlarının icra edilməməsi nəticəsində baş verən inflyasiya itkilərinin kompensasiyasını, pulun alıcılıq qabiliyyətinin bərpasını təmin edən səmərəli hüquqi vasitə olmaqla məhkəmə müdafiəsi hüququnun realizəsinin effektivliyi baxımından xüsusi əhəmiyyət kəsb edir. Qeyd edilməlidir ki, bu təsisat borclu tərəfindən məhkəmə qətnaməsinin qanunla müəyyən edilmiş müddət ərzində icra edilməməsinə görə mülkihüquqi məsuliyyət tədbiri olmamaqla, qətnamənin qanuni qüvvəyə mindiyi tarixlə müqayisədə məhkəmə aktının icrası anı üçün həmin akt üzrə tutulmalı olan pulun dəyərində yaranmış olan azalmanın kompensasiyasına, bununla da kreditorun məruz qaldığı itkiləri aradan qaldırmaqla onun mənafelərinin təmin edilməsinə yönəlmiş hüquqi mexanizmdir. Həmin Qərarda eyni zamanda göstərilmişdir ki, indeksasiya ilə bağlı ərizənin hansı andan etibarən verilməsinin mümkünlüyü məsələsinə gəldikdə isə göstərilməlidir ki, qanunverici Mülki Prosessual Məcəllənin 232-ci maddəsində indeksasiyanın həyata keçirilməsini qətnamənin icrası mərhələsi ilə əlaqələndirmişdir. Mülki Prosessual Məcəllənin 233.1-ci maddəsi ilə həmin Məcəllənin 234.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qətnamənin məhz qanuni qüvvəyə mindikdən sonra icra edildiyi təsbit edilmişdir. Göstərilənlərə əsasən belə qənaətə gəlinir ki, qanuni qüvvəyə minmiş məhkəmə aktı icraya yönəldikdən sonra tərəflər həmin məhkəmə aktı üzrə tutulmalı olan pul məbləğinin indeksasiyası ilə bağlı müraciət edə bilərlər. Həmin Qərarda əlavə olaraq göstərilmişdir ki, indeksasiyanın iqtisadi meyarı və hesablanma qaydasına gəldikdə isə qeyd edilməlidir ki, Mülki Prosessual Məcəllənin 232.1ci maddəsində bu qaydalar nəzərdə tutulmadığı halda, “Azərbaycan Respublikasında vətəndaşların pul gəlirlərinin və əmanətlərinin indeksləşdirilməsi haqqında” Qanunla bu tənzimetmə qaydaları müəyyən edilmişdir. Nəzərə alınmalıdır ki, qeyd edilən qanunvericilik aktları üzrə indeksləşdirmənin obyektləri fərqli (Qanunun 3-cü maddəsində indeksləşdirmənin obyektləri sırasında vətəndaşların sahibkarlıq fəaliyyətindən və mülkiyyətdən götürdükləri gəlirlər, qətnamənin icrası zamanı tutulmalı pul məbləğləri nəzərdə tutulmamışdır) olsa da, hər iki halda bu təsisat inflyasiya nəticəsində pulun alıcılıq qabiliyyətinin qorunması məqsədi ilə dövlət tərəfindən müəyyən edilmiş mexanizm kimi çıxış edir. Bu baxımdan Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, məhkəmə qətnamələri üzrə tutulmalı olan pul məbləğlərinin qanunun analogiyası üzrə “Azərbaycan Respublikasında vətəndaşların pul gəlirlərinin və əmanətlərinin indeksləşdirilməsi haqqında” Qanunda müəyyən olunan meyarlara və hesablanma qaydalarına əsasən həyata keçirilməlidir.

19. “Azərbaycan Respublikasında vətəndaşların pul gəlirlərinin və əmanətlərinin indeksləşdirilməsi haqqında” Qanununun 2-ci maddəsinə əsasən vətəndaşların pul gəlirlərinin və əmanətlərinin indeksləşdirilməsinin əsasını istehlak qiymətlərinin indeksi təşkil edir. Azərbaycan Respublikasında istehlak qiymətlərinin indeksi əhalinin yaşayış minimumunu hesablamaq üçün qəbul edilmiş minimum istehlak səbətinə uyğun olaraq dövlət, kooperativ ticarətində və xüsusi ticarətdə qiymətlərin, habelə mülkiyyət formasından asılı olmayaraq bütün xidmət sahəsi obyektlərində pullu xidmət tariflərinin dəyişilməsinin müşahidəsi nəticəsində əldə edilmiş statistika məlumatı əsasında hesablanır. İstehlak qiymətlərinin dəyişməsini respublikanın statistika orqanları tərkibində fəaliyyət göstərən xüsusi dövlət xidməti müşahidə edir. İstehlak qiymətlərinin indeksinə və pul gəlirlərinin (əmək haqqının, pensiyaların, müavinətlərin, təqaüdlərin) artımındakı dəyişikliklərə dair məlumat, habelə Azərbaycan Respublikasında müəyyən olunmuş minimum əmək haqqı səviyyəsi və indeksləşdirmə üçün zəruri olan digər ilkin məlumat hər kvartal mətbuatda dərc edilir. İndeksləşdirmə o halda həyata keçirilir ki, əvvəlki indeksləşdirmə anından artan yekunla hesablanmış istehlak qiymətlərinin indeksi 5 faizlik həddi keçsin.

20. İş materiallarına əsasən müəyyən olunur ki, qanuni qüvvəyə minmiş Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2014-cü il tarixli, *(***)-****/**** nömrəli məhkəmə əmrinə əsasən borclular borclu2 və borclu1 İlyas oğlundan müştərək qaydada 628 manat əsas borc, 211 manat cərimə və 21 manat dövlət rüsumu olmaqla, cəmi 860 manat məbləğində pul tutulması əmr edilmişdir. Borclular borclu2 və borclu1 İlyas oğlu tərəfindən X1 Nuru oğluna 600 manat məbləğində ödəniş həyata keçirilmişdir. Hazırda tələbkar məhkəməyə müraciət edərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2014-cü il tarixli, *(***)-****/**** nömrəli məhkəmə əmri ilə ödənilməli olan 260 manat məbləğində pul vəsaitinin indeksasiya olunmasını xahiş edir.

21. Qanunvericiliyin tələbinə görə, tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. Göründüyü kimi, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2014-cü il tarixli, *(***)-****/**** nömrəli icra sənədi üzrə hazırda 260 manat məbləğində qalıq borc qalmaqdadır.

22. Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin ##.##.2026-cı il tarixli məktubuna əsasən müəyyən olunur ki, 2014-cü ilin oktyabr ayından 2026-cı ilin fevral ayınadək inflyasiya faizi 71.2 % təşkil etmişdir. Odur ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2014-cü il tarixli, *(***)-****/**** nömrəli əmrinə əsasən ödənilməli olan qalıq 260 manat məbləğində pul 71.2% həcmində indeksasiya edilməlidir (260 * 71.2 : 100 = 185 manat).

23. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi ərizəni qismən təmin etməklə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2014-cü il tarixli, *(***)-****/**** nömrəli məhkəmə əmri ilə ödənilməli olan qalıq 260 manat məbləğində pul vəsaitinin indeksasiyası aparılaraq, borclular borclu2 və borclu1 İlyas oğlundan X1 Nuru oğlunun xeyrinə əlavə olaraq 185 manat olmaqla, cəmi 445 manat məbləğində pulun tutulması barədə düzgün nəticəyə gəlmişdir.

24. Belə olan halda Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən hüquq normaları düzgün tətbiq olunmuşdur. Bu baxımdan birinci instansiya məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

25. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır.

26. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 263, 264 və 398-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDI:

Şikayət təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Sədrlik edən: Günel Abbasova Hakimlər: Fuad Talışınski Məmməd Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar