Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 8(3-6)-257/2026 11.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Axundova Günay Təyar qızının sədrliyi ilə, X1 və X3 ibarət tərkibdə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-**)-***/**** saylı qərardadından borclu borclu3 tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDI: Bakı şəhəri Xətai rayon Icra şöbəsinin icra məmuru Orxan Israfilov - borclu borclu3 ½ hissədə məxsus olan Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, ev 130 ünvanında yerləşən *** saylı mənzilin üzərinə həbs qoyulması barədə təqdimatla məhkəməyə müraciət etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103) ****/****-*** nömrəli, ##.##.2025-ci il tarixli icra sənədinə əsasən ünvan 3 saylı mənzilin borclu1 bağışlanması barədə Bakı şəhəri ** saylı notariat ofisində rəsmiləşdirilərək reyestrdə 4Ə-356 nömrə ilə qeydə alınmış ##.##.2022-ci il tarixli müqavilə, borclu1 “xxxx” MMC-nin təsisçiləri sırasına daxil edilməsi barədə ##.##.2020-ci il tarixli qərar və nizamnamə kapitalındakı 5% təsis payının borclu3 tərəfindən borclu1 bağışlanması barədə Bakı şəhəri ** saylı notariat ofisində rəsmiləşdirilərək reyestrdə 3M700032 nömrə ilə qeydə alınmış ##.##.2022-ci il tarixli müqavilə etibarsız hesab edilməli və onun hüquqi nəticələri (reyestrdə qeydiyyatı) ləğv edilməli, Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsi, ev 130,*** saylı mənzilin və “xxxx” MMC-nin təsis payı üzərində 1/2 hissədə Tələbkar,1/2 hissədə isə borclu3 payları müəyyən edilməli, birgə nikah dövründə borclu3 adına qeydiyyata alınmış və özgəninkiləşdirilmiş nəqliyyat vasitələrinin satışından əldə edilmiş 231.500 manat vəsaitin 1/2 hissəsi olan 115.750 manat pul borclu3 tutularaq Tələbkar verilməli, iddia ərizəsinin verilməsinə görə ödənilmiş 50 manat və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 283 manat dövlət rüsumunun 202 manatı, cəmi 252 manat borclu3 alınıb Tələbkar ödənilməli, apellyasiya icraatı zamanı keçirilmiş ekspertizanın xərci qismində 138 manat Tələbkar alınıb dövlət büdcəsinə köçürülməlidir. Icra sənədi ##.##.2025-ci il tarixdə Bakı şəhəri Xətai rayon Icra şöbəsinə daxil olmuş və qanunamüvafiq qaydada icraya yönəldilmişdir. Icraata başlamaq haqqında qərar qəbul olunaraq, surəti bildirişlə bərabər icra sənədi üzrə borclu borclu3 icra sənədində qeyd olunan ünvanına göndərilmişdir. Borclu könüllü icra müddətində icra sənədi üzrə tələbi təmin etmədiyi üçün borclunun əmlak vəziyyətini yoxlamaq məqsədilə elektron sistem vasistəsilə sorğular edilmişdir. Belə ki, “Elektron icra” informasiya sistemindən əldə olunmuş sorğu məlumatına əsasən müəyyən olunmuşdur ki, borclu borclu3 1/2 hissədə məxsus ünvan 2 ünvanında olan daşınmaz əmlakı vardır. borclu3 icra şöbəsinə müraciət edərək icra sənədini təmin etmək üçün tələbi Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsi ev 130, 110-cu mənzilin ona məxsus 1/2 payına yönəldilməsini xahiş etmişdir. Icra sənədinin icrasını təmin etmək məqsədilə hesab edilir ki, məcburi icra tədbirləri kimi borclunun əmlakının üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəlməsi barədə məcburi icra tədbirləri tətbiq edilməlidir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(*-**)-***/**** saylı, ##.##.2026-cı il tarixli qərardadı ilə təqdimat qismən təmin edilərək borclu borclu3 ½ hissədə məxsus olan Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, ev 130 ünvanında yerləşən *** saylı mənzili üzərinə borclu borclu3 mülkiyyətində olan ½ hissədə həbs qoyulması, həmin əmlakın ilkin olaraq tələbkara təklif edilməsi, tələbkar imtina etdiyi halda “Icra haqqında” qanunvericiliyin tələbləri qaydasında növbəti icra hərəkətləri aparılması qərara alınmışdır. Borclu borclu3 tərəfindən Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(*-**)-***/**** saylı, ##.##.2026-cı il tarixli qərardadından verilmiş şikayət həmin məhkəmənin ##.##.2026-cı il tarixli qərardadı ilə təmin edilməmiş, baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir Şikayət onunla əsaslandırmışdır ki, tələbin yönəldiyi əmlak Icra məmuru tərərfindən qiymətləndirilməmişdir. Tələbin yönəldiyi əmlak 3 otaqlı mənzildən ibarətdir. Həmin əmlakda 1/2 payı müəyyən edilmişdir. Mənzilin orta bazar qiyməti 350000 (üç yüz ə li min) manatdır. Belə olduğu təqdirdə payına düşən pul 170000-180000 min manat təşkil edir. Tələbkara borcu isə 115000 manatdır. Digər icra sənədi üzrə hazırki iş üzrə tələbkarın ona borcu 15000 manatdır . O, icra məmuruna həmin 15000 manatın əvəz edilməsinə dair ərizə vermişdir. Lakin hazırki təqdimatda icra məmuru onun tələbkara olana borcunu qəti müəyyənləşdirməmiş və əmlakın qiymətini göstərməmişdir. O, icra məmuruna ünvanladığı ərizədə tələbin əmlakına yönəldilməsini xahiş etmişdir. Əmlakın bağışlanmasına dair o, Icra məmuruna ərizə verməmişdir. Ərizənin verilməsinin məqsədi ondan ibarət olmuşdur ki, onun ölkə hüdudlarından kənara çıxmağına məhdudiyyət qoyulmasın. Lakin hazırki halda həm çıxışına məhdudiyyət qoyulub, həm də tələbdən qiymətindən artıq əmlakına həbs qoyularaq tələbkara təklif edilmişdir. Belə olduğu halda ona məxsus payın tələbkara təklif edilməsi qanunun tələblərinə ziddir. Belə ki, icra məmuru tərəfindən tələbin yönəldiyi əmlak qiymətləndirilməmişdir. Qanuna əsasən tələb icra üçün lazım olan miqdarda və həcmdə qoyulur. Qanunda da müəyyən edilrir ki, əmlakın dəyəri qiymətləndiricinin hesabatında göstərilən bazar dəyəri ilə tələbkara təklif olunur. Məhkəmə kollegiyası şikayətin dəlillərini araşdırıb, iş materiallarını tədqiq edərək hesab edir ki, iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(*-**)-***/**** saylı, ##.##.2026-cı il tarixli qərardadı qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, şikayət təmin edilməməlidir. Belə ki, “Icra haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Bu Qanunun 6.1.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası məhkəmələrinin qərarları icra sənədi sayılır. “Icra haqqında” Qanunun 44.1-ci maddəsinə əsasən həmin Qanunla müəyyən edilmiş qaydada tərtib olunmuş icra sənədinin icra məmuruna təqdim olunması, icra məmuru tərəfindən icraata başlamaq haqqında qərarın qəbul edilməsi və könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi məcburi icra tədbirlərinin tətbiqi üçün əsaslardır. Məcburi icra tədbirlərindən biri də borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsidir (Qanunun 43.1.1-ci maddəsi). Həmin Qanunun 45.6-cı maddəsinə əsasən tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus olan digər əmlaka yönəldilir. Həmin Qanunun 45.1-ci maddəsinə uyğun olaraq, tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir. Iş materiallarından müəyyən olunur ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(***)-****/****- *** nömrəli, ##.##.2025-ci il tarixli icra sənədinə əsasən ünvan 3 saylı mənzilin borclu1 bağışlanması barədə Bakı şəhəri ** saylı Notariat ofisində rəsmiləşdirilərək reyestrdə 4Ə-356 nömrə ilə qeydə alınmış ##.##.2022-ci il tarixli müqavilə, borclu1 “xxxx” MMC-nin təsisçilər sırasına daxil edilməsi barədə ##.##.2020-ci il tarixli qərar və nizamnamə kapitalındakı 5% təsis payının borclu3 tərəfindən borclu1 bağışlanması barədə Bakı şəhəri ** saylı notariat ofisində rəsmiləşdirilərək reyestrdə 3M700032 nömrə ilə qeydə alınmış ##.##.2022-ci il tarixli müqavilə etibarsız hesab edilməli və onun hüquqi nəticələri (reyestrdə qeydiyyatı) ləğv edilməli, ünvan 3 saylı mənzilin və “xxxx” MMC-nin təsis payı üzərində 1/2 hissədə Tələbkar, 1/2 hissədə isə borclu3 payları müəyyən edilməli, birgə nikah dövründə borclu3 adına qeydiyyata alınmış və özgəninkiləşdirilmiş nəqliyyat vasitələrinin satışından əldə edilmiş 231.500 manat vəsaitin ½ hissəsi olan 115.750 manat borclu3 tutularaq Tələbkar verilməli, iddia tələbinin qalan hissədə təmin edilməməsi, iddia ərizəsinin verilməsinə görə ödənilmiş 50 manat və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 283 manat dövlət rüsumunun 202 manatı, cəmi 252 manat borclu3 alınıb Tələbkar ödənilməli, apellyasiya icraatı zamanı keçirilmiş ekspertizanın xərci qismində 138 manat Tələbkar alınıb dövlət büdcəsinə köçürülməlidir. Tələbin könüllü icrası haqqında bildirişin surətindən görünür ki, icraata başlamaq haqqında qərar və bildirişin surəti “xxxx” MMC nə, borclu1 və borclu3 ##.##.2025-ci ildə ünvanlanmışdır. Borclu borclu3 Xətai rayon Icra şöbəsində ##.##.2026-cı il tarixdə izahat verərək bildirmişdir ki, icra sənədi barədə məlumatlıdır, icra sənədi üzrə bu günədək maddi çətinlikləri olduğundan tam şəkildə icra edə bilməmişdir, icra sənədi üzrə bu günədək ödəniş etməmişdir, qeyd olunan tələbin nə zaman tam şəkildə təmin edilməsi barədə bildirmişdir ki, Bakı şəhəri Xətai rayon Icra şöbəsində icra işi var və həmin iş üzrə Tələbkar ona 14.500 manat borcludur, həmin borcun onun borcu ilə əvəzləşdirilməsini və qalan borcun Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, ev 130, *** saylı mənzilə yönləndirilməsini xahiş etmişdir, adına rəsmiləşdirilmiş daşınar və ya daşınmaz əmlak yoxdur, aidiyyəti təşkilatlarda qiymətli kağızlar və ya əmanətlər yoxdur. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bakı şəhəri ** saylı notariat ofisi tərəfindən Bakı şəhəri Xətai rayon Icra şöbəsinə ünvanlanmış ##.##.2026-cı il tarixli sorğuya cavab məktubun surətindən görünür ki, Bakı Apellyasiya Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2025-ci il tarixli icra sənədi (vərəqəsi) icra edilərək “xxxx” MMC-nin nizamnamə kapitalındakı 5% təsis payının borclu3 tərəfindən borclu1 bağışlanması barədə Bakı şəhəri ** saylı notariat ofisində rəsmiləşdirilərək reyestrdə 3M-700032 nömrə ilə qeydə alınmış ##.##.2022-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi barədə notariat işində müvafiq qeydlər aparılmışdır. Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş Idarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı və Uçot Idarəsi tərəfindən Bakı şəhəri Xətai rayon Icra şöbəsinə ünvanlanmış ##.##.2026-cı il tarixli sorğuya cavab məktubun surətindən görünür ki, “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: 1303371101) nizamnamə kapitalının ½ hissəsinin Tələbkar, ½ hissəsinin borclu3 məxsus olması barədə qeyd kommersiya hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmişdir. Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi * saylı Bakı Ərazi Idarəsi tərəfindən Bakı şəhəri Xətai rayon Icra şöbəsinə ünvanlanmış 3-21 *-**/*-*****/**** nömrəli, # #### 2026-cı il tarixli sorğuya cavab məktubun surətindən görünür ki, Bakı Apellyasiya Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli qərarı tərəflərindən icra olunaraq, ünvan 3 ünvanında yerləşən mənzil üzərində borclu1 adına verilmiş dövlət reyestrindən çıxarış ##.##.2026-cı il tarixində tərəflərindən ləğv edilmişdir. Beləliklə, iş materiallarından məlum olur ki, icra sənədi ##.##.2025-ci il tarixdə Bakı şəhəri Xətai rayon Icra şöbəsinə daxil olmuş, qanunamüvafiq qaydada icraata başlanılmış və borcluya könüllü icra müddəti tanınmışdır. Borclu borclu3 ##.##.2026-cı il tarixli izahatında icra sənədindən məlumatlı olduğunu, maddi çətinlikləri səbəbindən ödəniş etmədiyini bildirmiş və tələbin ünvan 1 ünvanındakı daşınmaz əmlakın ona məxsus 1/2 payına yönəldilməsini özü xahiş etmişdir. “Icra haqqında” Qanununun 50.1 və 50.2-ci maddələrinə əsasən icraata başlamaq haqqında qərar borcluya təqdim olduğu gündən ən geci 1 ay müddətində, təxirəsalınmaz hallarda isə, qərarın təqdim olunması ilə eyni vaxtda borclunun əmlakı üzərinə həbs qoyulur. Borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə, əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir.Icra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Həmin Qanunun 50.4, 50.4.1-ci maddələrinə görə, borclunun əmlakı üzərinə tələbkara verilməsi və ya satılması nəzərdə tutulan əmlakın mühafizəsini təmin etmək üçün həbs qoyulur. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi, təqdimatı qismən təmin edərkən düzgün olaraq belə nəticəyə gəlmişdir ki, borclu icra məmuru tərəfindən verilən müddət ərzində tələbi könüllü surətdə icra etmədiyindən, məcburi icra tədbirlərinin tətbiqi ilə əlaqədar “Icra Haqqında” Azərbaycan Respublikasının Qanununun 44.1-ci maddəsində müəyyən edilmiş əsaslar mövcuddur. Əmlakın qiymətləndirilməməsi ilə bağlı şikayətin dəlillərini əsassız hesab edən kollegiya qeyd edir ki, “Icra haqqında” Qanunun 45.1-ci maddəsinə görə tələbin əmlaka yönəldilməsinin ilk mərhələsi məhz həmin əmlakın üzərinə həbs qoyulmasıdır. Birinci instansiya məhkəməsi tərəfindən borclunun payı üzərinə həbs qoyulması və qanunvericiliyin tələbinə uyğun olaraq ilkin olaraq tələbkara təklif edilməsi barədə çıxarılmış qərardad məcburi icra tədbirlərinin ardıcıllığına tam uyğundur. Əmlakın qiymətləndirilməsi isə həbs qoyulma mərhələsindən sonra, növbəti icra hərəkətləri çərçivəsində icra məmuru tərəfindən peşəkar qiymətləndirici cəlb edilməklə həyata keçiriləcəkdir. Bu səbəbdən şikayətin dəlilləri qərardadın ləğv edilməsi üçün əsas yaratmır. Həmçinin şikayətdə irəli sürülmüş “həbsin yalnız icra üçün lazım olan miqdarda və həcmdə qoyulmalı olması” barədə dəlilə gəldikdə isə, məhkəmə kollegiyası qeyd edir ki, icra sənədi üzrə borcludan tutulmalı olan pul vəsaitinin məbləği kifayət qədər yüksəkdir və borclunun həbs qoyulmuş daşınmaz əmlakdakı payının ehtimal olunan bazar dəyəri ilə icra predmeti olan borc məbləği arasında aşkar tənasübsüzlük müəyyən edilmir. Digər tərəfdən əmlakın üzərinə həbs qoyulması hələ onun tamamilə tələbkarın mülkiyyətinə verilməsi və ya eyni dəyərdə satılması demək deyil, sadəcə olaraq icranı təmin edən müvəqqəti məhdudiyyətdir. Əmlak qanunvericiliklə müəyyən edilmiş qaydada qiymətləndirildikdən sonra, onun satışından əldə olunacaq vəsaitin yalnız borca mütənasib hissəsi tələbkara ödəniləcəkdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mülki prosessual qanunvericiliyin tələblərinə düzgün əməl olunmuşdur, ona görə də, məhkəmə qərardadı dəyişdirilmədən saxlanmalı, şikayət isə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397, 398.0.1, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: Borclu borclu3 tərəfindən verilmiş şikayət təmin edilməsin. Hazırkı iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-**)- ***/**** saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Günay Axundova Hakimlər Fərrux Qasımov Məhəmməd Rüstəmli
Məhkəmə qərarları › İş №8(3-6)-257/2026
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(3-6)-257/2026
11.06.2026 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver