Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 8(3-6)-262/2026 07.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Açar sözlər: avtonəqliyyat vasitəsinin üzərinə qoyulmuş həbsin götürülməsi Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X5 (sədrlik edən və məruzəçi), X2 və X3 ibarət tərkibdə, Maraqlı şəxs böyük icra məmuru X1 ## ###### 2025-ci il tarixli qərarı ilə borclu Ərizəni verən şəxs mülkiyyətində olan nəqliyyat vasitəsi üzərinə qoyulmuş həbsin götürülməsinə dair iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-**)-***/**** nömrəli qərardadından borclu Ərizəni verən şəxs tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. Birinci instansiya məhkəməsində icraat
1. Bakı Apellyasiya Məhkəməsinin ##.##.2024-cü il tarixli, *(***)-**/**** saylı icra sənədinə əsasən X4 məxsus 15000 ABŞ dolları dəyərində 3300 qram çəkisi olan gümüş “mavi serviz” dəsti, 14000 ABŞ dolları dəyərində gümüş “Şərq” konyak dəsti, 18000 ABŞ dolları dəyərində brilyant qaşlı qızıl üzük, 15000 ABŞ dolları dəyərində gümüş “Nefrit” dəsti, 30000 ABŞ dolları dəyərində briliant qaşlı qızıl saatı (“Harry Winston” 70,39 qram çəkidə qızıl), 8000 ABŞ dolları dəyərində gümüş babocka “kəpənək” dəsti, 7000 ABŞ dolları dəyərində 6 ədəd gümüş qədəh, 3000 ABŞ dolları dəyərində gümüş salat tabağı, 6000 ABŞ dolları dəyərində gümüş meyvə tabağı, 1500 ABŞ dolları dəyərində qızıl briliant qaşlı sırğa (Puset) Ərizəni verən şəxs alınaraq X4 hüquqi varisi Tələbkar verilməsi, qeyd edilən əşyalar olmadıqda onların dəyəri olan 117500 ABŞ dolları məbləğinin ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun Azərbaycan manatı ilə pul vəsaitinin Ərizəni verən şəxs tutularaq X4 hüquqi varisi Tələbkar ödənilməsi, həmçinin, 23063 manat əsas borc və 4151,34 manat faiz borcu, 10120 ABŞ dolları əsas borc və 1821,6 ABŞ dolları faiz borcu olmaqla, ümumilikdə 27214,34 manat və 11941.6 ABŞ dolları məbləğində pul (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun Azərbaycan manatı ilə) X4 hüquqi varisi Tələbkar tutularaq Ərizəni verən şəxs ödənilməsi, əşyaların pul məbləğlərinin geri qaytarılması ilə eyni anda icra edilməsi qərara alınmışdır.
2. Həmin icra sənədi üzrə icraata başlanılması barədə ## ### 2025-ci il tarixdə qərar qəbul edilmişdir.
3. Icra məmurunun ## #### 2025-ci il tarixli qərarına əsasən borclu Ərizəni verən şəxs mülkiyyətində olan 34 ədəd nəqliyyat vasitələri üzərinə həbs qoyulmuşdur.
4. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin ## #### 2025-ci il tarixli, *(***)-***/**** nömrəli qərardadına əsasən borclu Ərizəni verən şəxs məxsus **-EK-*** dövlət qeydiyyat nişanlı, “Mercedes Benz G63 AMG” minik markalı avtomobil istisna olunmaqla digər nəqliyyat vasitələri üzərindən həbsin götürülməsi qərara alınmışdır.
5. Maraqlı şəxs icra məmuru Asəm Əhmədovun ## ###### 2025-ci il tarixli qərarına əsasən icra sənədi üzrə borclu Ərizəni verən şəxs mülkiyyətində olan "Mercedes Benz G63 AMG" minik markalı, **-EK-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulması qərara alınmışdır.
6. ## ###### 2026-cı il tarixli aktdan görünür ki, icra məmuru və digər şəxslər tərəfindən borclu Ərizəni verən şəxs mülkiyyətində olan **-EK-*** dövlət qeydiyyat nişanlı, “Mercedes Benz G63 AMG” minik markalı avtomobilin üzərinə həbs qoyulmasını nəzərə alaraq, həmin avtomobil ünvan 1 ünvanında müəyyən edilmiş və avtomobilin mülkiyyətçisi Ərizəni verən şəxs məhkəmə qərarının tələbləri bir daha nəzərinə çatdırılmaqla iştirakı ilə avtomobil Penitensiar Xidmətin Avtonəqliyyat Təsərrüfatına gətirilmişdir.
7. ## ###### 2026-cı il tarixli sifarişdən görünür ki, icra sənədinin icrası ilə bağlı borclu Ərizəni verən şəxs məxsus **-EK-*** dövlət qeydiyyat nişanlı, “Mercedes Benz G63 AMG” minik markalı avtomobilin elektron hərracda satılması ilə bağlı X7 sifariş verilmişdir. Əmlakın bazar qiyməti 400000 manat, minimum satış qiyməti isə 340000 manat məbləğində müəyyən edilmişdir.
8. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-**)-**/**** saylı qəradadına əsasən tələbkar - borclu Ərizəni verən şəxs “icra məmurunun hərəkətlərinin qanunsuz hesab edilməsi və sair" barədə şikayəti qismən təmin edilmiş, Maraqlı şəxs icra məmuru Asəm Əhmədovun “Mercedes Benz G63 AMG" minik markalı, **-EK-*** dövlət qeydiyyat nişanlı avtomobilin qiymətləndirilməsinə başlanmasına dair hərəkətləri qanunsuz hesab edilmişdir.
9. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ## #### 2026-cı il tarixli, *(*-*)- ***/**** nömrəli qərardadına əsasən tələbkar olmaqla yanaşı borclu olan X4 qizinin hüquqi varisi Tələbkar və Maraqlı şəxs icra məmuru Asəm Əhmədovun ayrı ayrılıqda verdikləri şikayət təmin edilməmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*- **)-**/**** saylı qərardadı dəyişdirilmədən saxlanılmışdır.
10. Borclu Ərizəni verən şəxs ərizə ilə məhkəməyə müraciət edərək, Maraqlı şəxs böyük icra məmuru X1 ## ###### 2025-ci il tarixli qərarı ilə mülkiyyətində olan "Mercedes-Benz G63 AMG" markalı, **-EK-*** dövlat qeydiyyat nömrə nişanlı minik avtomobili üzərinə qoyulmuş həbsin götürülməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir.
11. Ərizə onunla əsaslandırılmışdır ki, icra məmuru tərəfindən icra sənədinin tələblərinə və ‘‘Icra haqqında” Azərbaycan Respublikası Qanununun müddəalarına zidd olaraq qanunsuz məcburi icra tədbirləri tətbiq edilməsi baradə qərarlar qəbul edilmişdir. Belə ki, ## ###### 2025-ci il tarixli qərarla onun mülkiyyətində olan “Mercedes-Benz G63 AMG” markalı, **-EK- *** dövlət qeydiyyat nişanlı minik avtomobilinin üzərinə həbs qoyulmasına qərar verilmişdir. Bütün bu hallarla bağlı Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. Binəqədi Rayon Məhkəməsinin *(*-**)-**/**** saylı, ##.##.2026-cı il tarixli qərardadı ilə icra məmurunun ona münasibətdə məcburi icra tədbirlərinin tətbiqinə dair hərəkətləri, “Mercedes Benz G63 AMG" minik markalı, **-EK-*** dövlət qeydiyyat nişanlı avtomobilin qiymətləndirilməsinə başlanmasına dair hərəkətləri qanunsuz hesab edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin yuxanda göstərilən qərardadından icra məmuru X1 və borclu - tələbkar Tələbkar tərəfindən apellyasiya şikayətləri verilmiş, Bakı Apellyasiya Məhkəməsinin *(*-*)- ***/**** saylı, ##.##.2026-cı il tarixli qərardadı ilə Binəqədi Rayon Məhkəməsinin *(*-**)-**/**** saylı, ##.##.2026-cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılaraq şikayət təmin edilməmişdir. Məhkəmənin qərardadının əsaslandırma hissəsində də açıq şəkildə göstərilmişdir ki, icra məmuru tərəfindən icra sənədinin icrası zamanı qanunvericiliyin tələbləri pozulmuş, xüsusilə icra hərəkətlərinin ardıcıllığına riayət edilməmiş, onun tərəfindən təqdim edilən əmlakların qəbul edilməsi və siyahıya alınması təmin olunmamış, əmlakların tam və obyektiv qiymətləndirilməsi həyata keçirilməmiş, habelə tərəflərin hüquq və vəzifələrinin balansı qorunmamışdır. Məhkəmə qeyd etmişdir ki, borclu tərəfindən əmlakların təqdim edilməsinə baxmayaraq, icra məmuru bu əmlakların icra sənədində göstərilən əmlaklarla uyğunluğunu araşdırmadan və müvafiq akt tərtib etmədən, əsassız olaraq həmin əmlakları mövcud olmayan kimi qiymətləndirərək icra sənədinin pul tutulmasına dair hissəsinə keçmişdir. Eyni zamanda məhkəmə tərəfindən müəyyən edilmişdir ki, tələbkarın əmlakları qəbul etməkdən imtina etməsi halında bu imtina qanunvericiliyin tələblərinə uyğun qaydada rəsmiləşdirilməmiş, müvafiq akt tərtib olunmamış və icra orqanının rəhbəri tərəfindən təsdiqlənməmişdir. Bununla yanaşı, icra məmuru tərəfindən borclunun könüllü icra davranışı nəzərə alınmadan birbaşa məcburi icra tədbirlərinə keçilmiş, o cümlədən nəqliyyat vasitəsinə həbs qoyulmuş və onun satışı istiqamətində tədbirlər görülmüşdür. Məhkəmə bu hərəkətləri qanunsuz hesab etmiş və nəticə etibarilə icra məmurunun hərəkətlərinin icra qanunvericiliyinin tələblərinə zidd olduğunu müəyyən etmişdir. Məhkəmənin qərarı ilə icra məmurunun hərəkətləri qanunsuz hesab edildikdən sonra, tərəfindən icra sənədinə uyğun olaraq borcluya təhvil verilməli olan əşyalar icra şöbəsinə təqdim edilmişdir. Belə ki, “Şərq” konyak dəsti, brilliant qaşlı üzük, gümüş “babocka (kəpənək)” dəsti, gümüş meyvə və salat qabları borclu-tələbkar Tələbkar tərəfindən qəbul edilmiş və bu hal ## #### 2026-cı il tarixli aktla rəsmiləşdirilmişdir. Lakin tərəfimdən icra sənədinin tələblərinə uyğun olaraq bütün əşyaların icra şöbəsinə təqdim edilməsinə baxmayaraq, borclu-tələbkar Tələbkar həmin əşyaların bir qisminin qəbulundan əsassız şəkildə imtina etmişdir. Halbuki, icra sənədində açıq şəkildə müəyyən edilmişdir ki, mübahisəli əmlaklar mövcud olduğu halda, ilk növbədə onların naturada təhvil verilməsi təmin olunmalı, yalnız belə əmlaklar mövcud olmadıqda onların dəyərinin pul şəklində tutulmasına yol verilə bilər. Tələbkar tərəfindən əmlakların qəbulundan imtina edilməsi hər hansı obyektiv və hüquqi əsaslara deyil, formal və süni iddialara əsaslanır. Bu davranış isə faktiki olaraq icra sənədinin icrasının qarşısını almağa yönəlmiş olmaqla yanaşı, icra prosesini bilərəkdən uzatmaq və ona ödənilməli olan 23063 manat əsas borc və 4151,34 manat faiz borcu, habelə 10120 ABŞ dolları əsas borc və 1821,6 ABŞ dolları faiz borcu olmaqla, ümumilikdə 27214,34 manat və 11941,6 ABŞ dolları məbləğində pul vəsaitinin ödənilməsindən yayınmaq məqsədi daşıyır. Bununla yanaşı qeyd edilməlidir ki, hazırda onun mülkiyyətində olan “Mercedes-Benz G63 AMG” markalı, **-EK-*** dövlət qeydiyyat nişanlı minik avtomobili üzərinə qoyulmuş həbs hələ də qüvvədə saxlanılır. Halbuki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərardadı və həmin qərardadı qüvvədə saxlayan Bakı Apellyasiya Məhkəməsinin ##.##.2026-cı il tarixli qərardadı ilə icra məmurunun qeyd olunan nəqliyyat vasitəsinin üzərinə həbs qoyulması və onun qiymətləndirilməsinə başlanması ilə bağlı hərəkətləri qanunsuz hesab edilmişdir. Bu səbəbdən, həmin məhdudiyyətin davam etdirilməsi üçün hər hansı hüquqi əsas mövcud deyildir. Eyni zamanda nəzərə alınmalıdır ki, sözügedən nəqliyyat vasitəsinin bazar dəyəri təxminən 400000 manat təşkil edir ki, bu da icra sənədi üzrə mübahisə predmeti olan pul tələblərindən əhəmiyyətli dərəcədə artıqdır. Bu baxımdan, belə yüksək dəyərə malik əmlak üzərində həbsin saxlanılması açıq-aşkar qeyri-mütənasib olmaqla icra tədbirlərinin proporsionallıq prinsipinə ziddir. Bundan əlavə, qeyd olunan nəqliyyat vasitəsi onun üçün gəlir gətirən əmlakdır və avtomobili icarəyə verməklə gündəlik orta hesabla 300- 500 manat məbləğində gəlir əldə etmişdir. Avtomobilin uzun müddət əsassız olaraq həbs altında saxlanılması nəticəsində bu gəlirdən məhrum olmuş, nəticədə ona əhəmiyyətli maddi zərər vurulmuşdur.
12. Tələbkar Tələbkar etirazı onunla əsaslandırılmışdır ki, icra işi üzrə borclu Ərizəni verən şəxs ona məxsus "Mercedes Benz G63 AMG" minik markalı, **-EK-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmasını mübahisələndirmiş və qanuni qüvvəyə minmiş məhkəmə qərardadı ilə onun ərizəsi təmin edilməmişdir. Ərizəçi hazırda məhkəməyə verdiyi ərizəsində həmin nəqliyyat vasitəsinin qiymətləndirilməsi ilə bağlı hərəkətlərin qanunsuz hesab edilməsini, ümumiyyətlə bu nəqliyyat vasitəsinə tələb yönəldilə bilməməsi və bu səbəbdən də üzərinden həbsin götürülməsi üçün əsas kimi təqdim etmayə cəhd edir. Ona borclunun avtomobili lazım deyil. Lombard fəaliyyəti ilə məşğul olan borclu əşyaları qəbul edən zaman hər hansı bir rəsmiləşdirmə aparmamış, foto şəkillərini çəkməmişdir. Buna baxmayaraq qəbul etməkdən imtina etdiyi əşyalar təqdim edilmiş əşyalarla eynilik daşımır, bir servisin orginal qutusu yoxdu, həmçinin saat qutusu olmamaqla istifadə edildiyindn kəməri zədələnmişdir. Həmin əşyaları təqdim edilmiş formada qəbul etməmək onun hüququdur. Onun tərəfindən borcluya əsli olmayan və ya dəyərindən daha ucuz əşya təklif edildikdə eyni hərəkəti də borclu edər. Hətta qəbul etdiyi servisin birinin qutusu olmasa da, humanistlik etmiş və qəbul etmişdir. Hazırda həmin gümüş servisin qutusu olmadan dəyəri çox aşağıdır. Borclu əşyaların icra şöbəsinə təqdim edilməklə icra sənədinin icra edilməsi kimi qiymətləndirsə də, bununla qəti razı deyildir.
13. Məhkəmə iclasında iştirak edən Maraqlı şəxs böyük icra məmuru X1 ərizə ilə bağlı izahatında göstərmişdir ki, icra sənədi icraata daxil olduqdan sonra qanuna müvafiq qaydada icra tədbirləri həyata keçirilmişdir. Icra sənədinə əsasən əşyaların tələbkara qaytarılması və pulun ödənilməsi eyni vaxtda icra edilməlidir. Lakin borclu Ərizəni verən şəxs tərəfindən əşyalar təhvil verilərkən tələbkar Xalid Niyaz bir qismini qəbul etmədiyindən ödəməli olduğu pulu gətirsə də, təhvil verməmişdir. Müvafiq apellyasiya məhkəməsinin qərarından sonra onun tərəfindən mütəxəssis cəlb edilmiş və müvafiq rəy təqdim edilmişdir. Həmin rəy əsasında icra sənədinə əsasən eynilik təşkil etməyən və tələbkarın qəbul etməkdən imtina etdiyi əşlayarın dəyəri hesablanmaqla bu barədə Ərizəni verən şəxs rəsmi qaydada xəbərdarlıq edilmiş və ödənilməsi üçün qanunun tələbləri izah edilmişdir. Tələbkar icra sənədi üzrə tələbi könüllü icra etməkdən boyun qaçırmadığından və hər iki icra hərəkəti eyni anda icra edilməli olduğundan barəsində məcburi icra tədbirləri görülməməkdir.
14. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-**)-***/**** nömrəli qərardadına əsasən ərizə təmin olunmamışdır.
15. Qərardad onunla əsaslandırılmışdır ki, hazırki halda məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının *(***)-**/**** saylı ##.##.2024-cü il tarixli icra sənədi hazırki günədək icra edilməmişdir. Icra sənədinin icra edilməsi ilə bağlı tərəflər arasında mübahisə vardır. Belə ki, ilkin olaraq həm tələbkar eyni zamanda borclu olan Ərizəni verən şəxs tərəfindən təqdim edilməli olan əşyaların tələbkar, eyni zamanda borclu Tələbkar tərəfindən qismən 5 adda əşya qəbul edilmiş, 4 adda əşya müxtəlif səbəblərdən qəbul edilməkdən imtina edilmiş yalnız qəbul edilməyən bir əşyaya münasibətdə dəyərinin ödənilməsi ilə bağlı tərəflər arasında razılıq əldə edilmişdir. Ərizə ilə məhkəməyə müraciət edən Ərizəni verən şəxs avtomobilin üzərindən həbsin götürlüməsi barədə ərizəsini müvafiq olaraq məhkəmə qərarları əsasında icra məmurunun həmin avtomobilin qiymətləndirilməsi və hərracın keçirilməsi ilə bağlı hərəkətlərinin qanunsuz hesab edilməsi və onun tərəfindən icra sənədinin könüllü icra edilməsi ilə əsaslandırmağa çalısa da, məhkəmə qeyd edir ki, sözügedən qərardadlarda icra məmuru tərəfindən əmlakların icra sənədində göstərilən əmlaklarla uyğunluğu məsələsini araşdırılmaması, həmçinin tələbkarın əmlakları qəbul etməkdən imtina etməsini əsassız olaraq əmlakların mövcud olmaması kimi qiymətləndirməsini, hər hansı akt tərtib etmədən və imtinanın hüquqi nəticələrini müəyyən etmədən icra sənədinin ikinci hissəsinə keçməsi nəticəsində icra qanunvericiliyinin tələblərinin pozulması kimi qiymətləndirmiş, həmin qərardadlardan sonra icra məmuru tərəfindən yol verilmiş pozuntularla bağlı müvafiq icra hərəkətləri həyata keçirilmişdir. Belə ki, tələbkar Tələbkar tərəfindən əmlakların qəbulundan imtinanın əsaslı olub - olmaması ilə bağlı müvafiq müstəqil qiymətləndirici cəlb edilmiş və qiymətləndirmə hesabatı alınmış, həmin hesabat nəticəsində qəbul edilməyən əmlakların dəyərinin ödənilməsi barədə xəbərdarlıq edilmişdir. Məhz həmin rəylə müəyyən edilir ki, gümüş mavi serviz dəsti (3300 qram çəkidə) – 15000 ABŞ dolları dəyərində Ərizəni verən şəxs tərəfindən təqdim olunan 4 fincan və 4 nəlbəkidən ibarət əmlak Bakı Apellyasiya Məhkəməsinin *(***)-**/**** saylı, ##.##.2024-cü il tarixli qətnaməsində göstərilən əmlakla eynilik təşkil etmir. Belə ki, icra vərəqəsində sözügedən servis 3300 qram qeyd edilsə də, tədqiqat zamanı tədqiqata təqdim edilən servisin çəkisinin 2484 qram olduğu müəyyən edilmişdir. Eləcə də, həmin servisin texniki parametrlərini əks etdirən etiket məlumat nişanında servisin çəkisinin – 3279,94 qram olduğu qeyd edilmişdir. brilyant qaşlı qızıl saat - "Harry Winston" markalı (70,90 qram) – 30000 ABŞ dolları dəyərində saatın kəmərinin istifadə olunduğu müəyyən edilmişdir. Sözügedən saatın kəməri istifadə olunduğu və orijinal qutusu olmadığı halda hazırkı bazar qiyməti – 27,130.00 manat müəyyən edilir. Tədqiqata təqdim edilən digər 2 adda əmlakın dəyəri - 77,278.00 (77,028.00+ 250.00) manat müəyyən edilir. Bununla da bir daha məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, icra hərəkətləri başlanılan vaxtdan hazırki günədək olan zaman kəsiyində tərəflər arasında Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının *(***)-**/**** saylı ##.##.2024-cü il tarixli icra sənədinin icrası ilə bağlı mövcud olan mübahisəli və ziddiyyətli məqamlar aradan qaldırılmamış, davam etməkdədir. Belə ki, hazırda avtomobilin üzərindən həbsin götürülməsini tələb edən Ərizəni verən şəxs iddia edir ki, sözügedən icra sənədinin hazırki günədək icra edilməməsinə əsas məhz X4 hüquqi varisinin məhkəmə qərarının icrasından bu və ya digər formada qərəzli şəkildə yayınması və icra məmurunun hərəkət və ya hərəkətsizliyidir, digər tərəf isə icra sənədi üzrə verilməli əşyaların həmin əşyalar olmaması, təqdim edilməli əşyaların natamam formada olması, malların əmtəə görünüşlərinin eynilik təşkil etməməsi, bundan əlavə icra sənədi üzrə onların üzərilərinə düşən öhdəliklərin yerinə yetirilməsinə hazırki gündə də hazır olduqlarını, lakin digər tərəfin isə buna razı olmamasıdır. Qeyd edilən məsələlər ilə bağlı hazırda da tərəflər arasında eyni məzmunlu mübahisə davam edir. Nəticədə icra məmuru tərəfindən qəbul edilməyən əmlakların dəyərinin ödənilməsi ilə bağlı borclu Ərizəni verən şəxsya təklif edilmişdir. Ərizəçi tərəfin məhkəmədə icra məmurunun hərəkətləri ilə bağlı izahatlarına münasibətdə məhkəmə qeyd edir ki, məhkəmə hazırki ərizə əsasında icra sənədinin icrasının təmini məqsədi ilə üzərinə həbs qoyulmuş əmlakın həbsdən azad edilməsi ilə bağlı müraciətə baxır, həmçinin artıq əvvəli məhkəmə qərarları ilə icra məmurunun hərəkətlərinə qiymət verilmişdir. Bundan başqa icraatda olan ərizə icra məmurunun hərəkətlərindən şikayətlə bağlı deyil, həmin hallar həbsin götürülməsinə əsas ola bilməz. Beləliklə, məhkəmə yuxarıda sadalanlara əsasən hesab edir ki, tərəflər arasında icra sənədinin icrası ilə bağlı ziddiyyətli məqamlar mövcud olduğundan, icra sənədinin tələbkarın (borclunun) təqsiri üzündən icra edilməməsi sübut edilmədiyindən, əvvəlki qanuni qüvvəsini almış məhkəmə qərarları ilə həbsin saxlanılmasına səbəb olan hallar aradan qalxmadığından hazırki ərizənin təmin edilməsi Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının *(***)-**/**** saylı ##.##.2024-cü il tarixli icra sənədinin icra edilməməsi ilə nəticələnəcəyindən ərizə təmin edilməməlidir.
16. Həmin qərardaddan borclu Ərizəni verən şəxs şikayət verərək ləğv, ərizənin isə təmin olunmasını xahiş etmişdir.
17. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə tərəfindən qəbul edilmiş qərardad işin faktiki hallarının tam, obyektiv və hərtərəfli qiymətləndirilməsinə deyil, formal mülahizələrə əsaslanmış, nəticə etibarilə maddi hüquq normaları düzgün tətbiq edilməmişdir. Belə ki, məhkəmə qərardadında avtomobil üzərində həbsin saxlanılmasını onunla əsaslandırmışdır ki, icra sənədi tam icra edilməmiş, tərəflər arasında təqdim olunmuş əşyaların eyniliyi ilə bağlı mübahisə davam edir və həbsin götürülməsi gələcəkdə icra sənədinin icrasını çətinləşdirə və ya mümkünsüz edə bilər. Lakin işin faktiki halları həmin nəticənin əsassız olduğunu açıq şəkildə göstərir. Belə ki, iş materiallarıilə müəyyən olunur ki, Ərizəni verən şəxs tərəfindən icra sənədindəgöstərilən əmlakların qarşı tərəfə təqdim edilməsindən hər hansı formada boyun qaçırılmamış, əksinə həmin əşyaların təqdim olunması istiqamətində davamlı və könüllü davranış nümayiş etdirilmişdir. Hətta iş materiallarından görünür ki, həmin əmlakların təqdim olunmasına razılıq nəqliyyat vasitəsi üzərinə həbs qoyulmasından əvvəl də mövcud olmuşdur. Buna baxmayaraq, qarşı tərəf əşyaların qəbulundan formal əsaslarla imtina etmiş, icra orqanı isə bu halları obyektiv qiymətləndirmək əvəzinə birtərəfli qaydada yalnız Ərizəni verən şəxs münasibətdə məcburi icra tədbirlərinə keçmiş və onun əmlakı üzərinə həbs qoymuşdur. Məhkəmə isə həmin hallarılazımi qaydada qiymətləndirməmiş, faktiki vəziyyəti araşdırmaq əvəzinə qarşı tərəfin formal izahatlarını əsas götürərək nəticəyə gəlmişdir ki, guya icra sənədinin icrası təhlükə altındadır. Halbuki iş materiallarında olan ekspertiza rəyindən görünür ki, təqdim edilmiş əşyalar içərisində yalnız bir əşyanın icra sənədində göstərilən əmlakla eynilik təşkil etmədiyi müəyyən olunmuşdur. Digər əşyalar isə təqdim edilmiş və onların qəbul edilməməsi qarşı tərəfin formal mövqeyi ilə bağlı olmuşdur. Buna baxmayaraq məhkəmə bütün icra prosesinin mümkünsüz olması nəticəsinə gəlmiş və bu əsasla ərizəçinin mülkiyyət hüquqlarına ağır müdaxiləni davam etdirmişdir. Eyni zamanda məhkəmə tətbiq olunmuş məhdudlaşdırıcı tədbirin proporsionallığını ümumiyyətlə qiymətləndirməmişdir. Belə ki, iş materiallarından görünür ki, üzərinə həbs qoyulmuş “Mercedes-BenzG63 AMG” markalı nəqliyyat vasitəsinin bazar dəyəri təxminən 400000 manat təşkil edir. Halbuki icra sənədi üzrə təqdim edilməli olan əmlakların dəyəri bundan əhəmiyyətli dərəcədə azdır. Buna baxmayaraq, məhkəmə mülkiyyət hüququna müdaxilənin zəruri və ölçülü olub-olmamasını araşdırmamış, tətbiq edilmiş tədbirin məqsədə mütənasib olub-olmamasına hüquqi qiymət verməmişdir. Nəticə etibarilə ərizəçinin mülkiyyət hüququna qeyrimütənasib və həddindən artıq müdaxiləyə yol verilmişdir. Bundan başqa, iş materialları ilə müəyyən olunur ki, icra sənədi qarşılıqlı xarakter daşıyır və yalnız Ərizəni verən şəxs deyil, eyni zamanda Tələbkar da müəyyən öhdəliklərini nəzərdə tutur. Belə ki, icra sənədinə əsasən Ərizəni verən şəxs tərəfindən müəyyən əmlakların təqdim edilməsi ilə yanaşı, Tələbkar tərəfindən də Ərizəni verən şəxs müəyyən məbləğdə pul vəsaiti ödənilməlidir. Lakin iş materiallarından görünür ki, Ərizəni verən şəxs tərəfindən icra sənədinin icrası istiqamətində real hərəkətlər edilməsinə baxmayaraq, qarşı tərəfin üzərinə düşən öhdəliklərin icrası ilə bağlı hər hansı məcburi icra tədbiri həyata keçirilməmiş, onun hər hansı əmlakı üzərinə həbs qoyulmamış və ona münasibətdə eyni hüquqi yanaşma tətbiq edilməmişdir. Beləliklə, icra hərəkətlərinin faktiki olaraq birtərəfli qaydada həyata keçirilməsi, yalnız Ərizəni verən şəxs mülkiyyət hüquqlarına müdaxilə olunması, qarşı tərəfin davranışlarının isə hüquqi qiymətləndirilməməsi məhkəmə tərəfindən tərəflərin hüquq bərabərliyi, obyektivlik və ədalətlilik prinsiplərinin gözlənilmədiyini göstərir. Məhkəmə işin faktiki hallarını tam və obyektivqiymətləndirmədən, formal mülahizələrə əsaslanmaqla qərara gəlmişdir. Məhkəmə qərardadında formal olaraq tərəflər arasında mübahisənin mövcudluğunu göstərsə də, həmin mübahisənin yaranma səbəblərini, tərəflərin davranışlarının hüquqi nəticələrini və icra prosesində hər bir tərəfin real davranışını obyektiv qiymətləndirməmişdir. Halbuki iş materiallarından açıq şəkildə müəyyən olunur ki, Ərizəni verən şəxs tərəfindən icra sənədinin könüllü qaydadaicrası istiqamətində real hərəkətlər edilmiş, əmlakların təqdim olunması təmin olunmuş və bir sıra əşyalar qarşı tərəf tərəfindən qəbul edilmişdir. Buna baxmayaraq, məhkəmə həmin hallara lazımi hüquqi qiymət vermədən yalnız qarşı tərəfin formal etirazlarını əsas götürmüşdür. Məhkəmə çəkişmə prinsipinin tələblərini tam təmin etməmişdir. Belə ki, iş üzrə qarşılıqlı öhdəliklərin mövcud olmasına, icra sənədinin hər iki tərəf üçün hüquq və vəzifələr müəyyən etməsinə baxmayaraq, məhkəmə yalnız Ərizəni verən şəxs münasibətdə tətbiq olunmuş məhdudiyyətləri əsaslandırmağa çalışmış, Tələbkar üzərinə düşən öhdəliklərin icrası istiqamətində hər hansı tədbirin görülməməsinə hüquqi qiymət verməmişdir. Halbuki iş materiallarından görünür ki, icra sənədinə əsasən qarşı tərəfin də Ərizəni verən şəxs müəyyən məbləğdə pul vəsaiti ödəmək öhdəliyi olmuş, lakin həmin öhdəliyin icrası ilə bağlı hər hansı məcburi icra tədbiri həyata keçirilməmişdir. Məhkəmə qərardadında iş üzrə müəyyən edilmiş faktiki hallarla nəticə hissəsi arasında da açıq ziddiyyət mövcuddur. Belə ki, məhkəmə bir tərəfdən Ərizəni verən şəxs tərəfindən əmlakların təqdim olunduğunu və bir qisminin qarşı tərəf tərəfindən qəbul edildiyini müəyyən etmiş, digər tərəfdən isə həmin halları nəzərə almadan icra sənədinin icrasının təhlükə altında olması nəticəsinə gəlmişdir. Halbuki məhkəmə qərarı yalnız formal mülahizələrə deyil, iş üzrə müəyyən edilmiş faktiki hallara və qüvvədə olan hüquq normalarına əsaslanmalıdır. Beləliklə, məhkəmə tərəfindən iş üzrə sübutlar tam və obyektiv qiymətləndirilməmiş, tərəflərin hüquqi mövqelərinə bərabər münasibət göstərilməmiş, çəkişmə və tərəflərin prosessual bərabərliyi prinsipləri təmin edilməmiş, nəticədə iş üzrə prosessual hüquq normalarının pozulmasına yol verilmişdir. Bu isə qəbul edilmiş qərardadın qanuniliyini və əsaslılığını aradan qaldıran mühüm pozuntu hesab edilməlidir.
18. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-**)-***/**** nömrəli qərardadına əsasən borclu Ərizəni verən şəxs tərəfindən verilmiş şikayət təmin olunmayaraq işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.
Tətbiq edilən hüquq
19. “Icra Haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 29.1. Tərəflər icraat materialları ilə tanış olmaq, onlardan çıxarışlar etmək, onların surətini çıxarmaq, əlavə materiallar təqdim etmək, vəsatət vermək, icra hərəkətlərinin həyata keçirilməsində iştirak etmək və bu zaman şifahi və yazılı izahatlar vermək, icraatın gedişində meydana çıxan bütün məsələlər üzrə öz dəlil və mülahizələrini bildirmək, icraatda iştirak edən digər şəxslərin vəsatətlərinə, dəlil və mülahizələrinə etiraz etmək, icra məmuruna etiraz etmək və onun hərəkətlərindən (hərəkətsizliyindən) şikayət vermək hüquqlarına malikdirlər. Maddə 43.1. Məcburi icra tədbirləri aşağıdakılardır: 43.1.1. borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi; 43.1.2. tələbin borclunun əmək haqqına, pensiyasına, təqaüdünə və sair gəlirlərinə yönəldilməsi; 43.1.3. tələbin borclunun üçüncü şəxslərdə olan pul vəsaitlərinə və digər əmlakına yönəldilməsi; 43.1.4. icra sənədində göstərilmiş müəyyən əşyaların borcludan götürülüb tələbkara verilməsi; 43.1.5. bu Qanuna və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına uyğun olaraq icra sənədinin icrasını təmin edən başqa tədbirlər. Maddə 45.1. Tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasında ibarətdir. Maddə 45.6. Tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus olan digər əmlaka yönəldilir. Borclu tələbin birinci növbədə hansı əmlaka və əşyalara yönəldilməsini icra məmuruna bildirmək hüququna malikdir. Borclunun belə müraciəti icra sənədinin icrasına mane olmursa, icra məmuru onu təmin etməyə borcludur. Maddə 50.2. Borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. Maddə 50.4. Borclunun əmlakı üzərinə aşağıdakı hallarda həbs qoyulur: 50.4.1. tələbkara verilməsi və ya satılması nəzərdə tutulan əmlakın mühafizəsini təmin etmək üçün; 50.4.2. borclunun əmlakının müsadirəsi haqqında məhkəmə qərarının icrasını təmin etmək üçün. Maddə 50.6. Konkret şəraitdən asılı olaraq, icra məmuru əmlak üzərinə həbs qoyulması ilə eyni vaxtda borclunun əmlakını və ya onun ayrı-ayrı əşyalarını (iddia tələbinin həddini aşmamaq şərti ilə) götürmək hüququna malikdir. Tez xarab olan şeylər dərhal götürülür və satılmağa verilir. Maddə 50.7. Üzərinə həbs qoyulmuş əmlak siyahıya alınarkən, borcluda aşkar edilmiş pul vəsaitləri (manatla və xarici valyutada), qiymətli metallar və qiymətli daşlar, onlardan hazırlanmış məmulatlar, habelə onların qırıntıları və tullantıları məcburi qaydada götürülür və müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada saxlanılır. Götürülmüş digər əşyalar mümkün olduqda qablaşdırılır, möhürlənir və mühafizə altında saxlanılması üçün müvafiq dövlət orqanının nümayəndəsinə qanunla nəzərdə tutulmuş məsuliyyət haqqında xəbərdarlıq edilməklə təhvil verilir. Üzərinə həbs qoyulmuş daşınmaz əmlak və götürülməsi mümkün olmayan iri həcmli əmlak möhürlənir və borcludan yaxud onun yetkinlik yaşına çatmış ailə üzvündən iltizam alınmaqla həmin əmlakın özgəninkiləşdirilməsi, korlanması və məhv edilməsinə görə qanunla nəzərdə tutulmuş məsuliyyət haqqında xəbərdarlıq edilir və saxlanılması üçün onlara verilir. Maddə 52.1. Borclunun əmlakı saxlanmaq üçün onun özünə və ya icra məmuru tərəfindən təyin olunmuş digər şəxslərə (bundan sonra - saxlayıcıya) verilir. Əmlakı saxlamaq üçün qəbul edən saxlayıcıdan bu barədə qəbz alınır. Əmlakdan istifadə olunması onun məhvinə və ya dəyərinin azalmasına səbəb olmadıqda, saxlayıcı həmin əmlakdan istifadə edə bilər. Maddə 87.1. Icra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən tələbkar və ya borclu icra məmurunun olduğu yer üzrə inzibati məhkəməyə şikayət verə bilər. Bu Qanunun digər maddələrində başqa müddət müəyyən edilməyibsə, icra məmurunun hərəkətlərindən şikayət müvafiq hərəkətin edildiyi vaxtdan 10 gün müddətində verilir.
20. “Dövlət icra məmurları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 7. Icra xidmətinin icra məmuru icra ilə əlaqədar aşağıdakı vəzifələri yerinə yetirir: icraata daxil olmuş icra sənədlərinin vaxtında, tam və düzgün icra edilməsi üçün tədbirlər görür; icra sənədində göstərilmiş tələblər aydın olmadıqda, həmin icra sənədinin verilməsi üçün əsas olmuş qərarın, habelə qanuna əsasən icra sənədi sayılan sənədin izah olunması barədə müvafiq məhkəməyə və ya digər orqana ərizə ilə müraciət edir; icrada iştirak edən tərəflərin icraya dair ərizə və vəsatətlərinə müəyyən olunmuş müddətdə baxır, müvafiq qərar qəbul edir, onlardan şikayət vermək müddətini və qaydasını izah edir. Maddə 11. Icra məmurlarının qanunazidd hərəkətləri barədə yuxarı vəzifəli şəxsə və ya məhkəməyə şikayət verilə bilər. Yuxarı vəzifəli şəxsə Icra məmurlarından şikayət vermə şikayət edən şəxsin məhkəməyə müraciət etməsi üçün maneə törətmir.
21. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 398.0. Apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: 398.0.2. qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək; 398.0.3. qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
22. Borclu Ərizəni verən şəxs tərəfindən verilmiş ərizədə avtonəqliyyat vasitəsinin üzərindən həbsin götürülməsi xahiş edilsə də, məhkəmə kollegiyası bu qənaətə gəlir ki, əmlak üzərindən həbsin götürülməsi üçün əsaslar mövcud deyildir.
23. Işin hallarından görünür ki, əmlak üzərinə həbsin qoyulması zamanı mövcud olmuş əsaslar hazırda da mövcuddur. Yəni, həbs qoyularkən icra sənədi üzrə mövcud olan əyşaların ümumiyyətlə qaytarılmaması halı mövcud olmuşdur. Hal - hazırda icra məmurunun ## ##### 2026-cı il tarixli məktubunda da qeyd edildiyi kimi 68500 ABŞ dolları dəyərində əmlak tələbkara qaytarılmamışdır, hətta tələbəkar Tələbkar da Ərizəni verən şəxs ödənilməli olan borcu nəzərə alınaraq əvəzləşdirmə aparılarsa belə icra edilməmiş öhdəliyini həcmi təxminən 40550 ABŞ dolları təşkil edir. Icra sənədi üzrə öhdəliyin həcminin 117500 ABŞ dolları olması nəzərə alınarsa, qalan öhdəlik ən azı borcun 1/3 hissəsini təşkil edir və buna görə məhkəmə kollegiyası hesab edir ki, avtonəqliyyat vasitəsinin üzərindən həbsin götürülməsi üçün əsaslar mövcud deyildir.
24. “Icra haqqında” Azərbaycan Respublikasının Qanununun 43.1 və 43.1.1-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi məcburi icra tədbirlərindən biri kimi nəzərdə tutulmuşdur.
25. Üzərinə həbs qoyulmuş avtomobilin qiymətləndirilməsinə yönələn hərəkətlər borclu Ərizəni verən şəxs tərəfindən mübahisələndirilmiş və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-**)-**/**** saylı qəradadına əsasən Maraqlı şəxs icra məmuru Asəm Əhmədovun “Mercedes Benz G63 AMG" minik markalı, **-EK-*** dövlət qeydiyyat nişanlı avtomobilin qiymətləndirilməsinə başlanmasına dair hərəkətləri qanunsuz hesab edilmişdir.
26. Qanuni qüvvəyə minmiş həmin qərardadın əsaslandırıcı hissəsində qeyd olunmuşdur ki, icra məmuru digər əşyaları da qiymətləndirməli olmasına baxmayaraq bu tədbirləri həyata keçirmədən Ərizəni verən şəxs məxsus nəqliyyat vasitəsinin üzərinə həbs qoymuş və ## ###### 2026-cı il tarixdə həmin nəqliyyat vasitəsini Penitensiar Xidmətin Avtonəqliyyat Təsərrüfatında olan dayanacağına yerləşdirmişdir. Bununla bağlı akt tərtib olunarkən hal şahidləri iştirak etməmiş və akt icra orqanının rəhbəri tərəfindən təsdiqlənməmişdir. Icra məmuru Ərizəni verən şəxs münasibətdə məcburi icra tədbirlərinə keçmiş, qarşı tərəflə bağlı isə heç bir məcburi icra tədbiri tətbiq etməmişdir. Ərizəni verən şəxs münasibətdə məcburi icra tədbirləri ilə bağlı hərəkətləri qanunsuz hesab olunduğundan həmin hərəkətlərlə bağlı icra məmurunun qərarlarına hüquqi qiymət verilməsinə zərurət qalmır.
27. Lakin icra məmuru tərəfindən həmin qərarda qeyd olunan göstərişlərə əməl olunmamış və borclu Ərizəni verən şəxs məxsus “Mercedes Benz G63 AMG" minik markalı, **- EK-*** dövlət qeydiyyat nişanlı avtomobil hal – hazıra kimi Penitensiar Xidmətin Avtonəqliyyat Təsərrüfatında olan dayanacağında saxlanılmışdır.
28. Icra qaydasında məcburi icra tədbiri olaraq həbs qoyulmanın anlayışında qeyd olunmuşdur ki, (“Icra haqqında” Azərbaycan Respublikasının Qanununun 50.2-ci maddəsi) borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir.
29. Yuxarıda qeyd olunduğu kimi əmlak üzərinə həbs qoyulması üçün əsaslar hal – hazırda da mövcud olduğundan məhkəmə kollegiyası “Mercedes Benz G63 AMG" minik markalı, **-EK-*** dövlət qeydiyyat nişanlı avtomobilin siyahıya alınması və üzərində sərəncam vermək hüququnun qadağan olunması ilə razılaşır.
30. Lakin qeyd olunan normada həbs qoyulmanın əmlakdan istifadə hüququnun məhdudlaşdırılması, onun götürülməsi və ya saxlanmaq üçün verilməsi üçün zəruri halların mövcud olması şərt olaraq qeyd edilir. Lakin icra məmurunun avtonəqliyyat vasitəsinin üzərinə həbs qoyulması qərarında qeyd olunan xüsusatlar üzrə əsaslandırma aparılmamışdır.
31. “Icra haqqında” Azərbaycan Respublikasının Qanununun 50.6-cı maddəsinə əsasən konkret şəraitdən asılı olaraq, icra məmuru əmlak üzərinə həbs qoyulması ilə eyni vaxtda borclunun əmlakını və ya onun ayrı-ayrı əşyalarını (iddia tələbinin həddini aşmamaq şərti ilə) götürmək hüququna malikdir. Tez xarab olan şeylər dərhal götürülür və satılmağa verilir. Işin hallarından görünür ki, bu normanın dispozisiyasında nəzərdə tutulan şərtlər hazırkı mübahisə üzrə mövcud deyildir.
32. Həmin Qanunun 50.7-ci maddəsində isə qeyd olunur ki, üzərinə həbs qoyulmuş daşınmaz əmlak və götürülməsi mümkün olmayan iri həcmli əmlak möhürlənir və borcludan yaxud onun yetkinlik yaşına çatmış ailə üzvündən iltizam alınmaqla həmin əmlakın özgəninkiləşdirilməsi, korlanması və məhv edilməsinə görə qanunla nəzərdə tutulmuş məsuliyyət haqqında xəbərdarlıq edilir və saxlanılması üçün onlara verilir.
33. Işin hallarından görünür ki, Ərizəni verən şəxs icra etməli olduğu öhdəlik əşyaların qaytarılması, mümkün olmadıqda isə onların dəyərinin ödənilməsi barədədir. Hazırda icra prosesində araşdırılmalı, mübahisəli məqamların olması da aşkardır. Həmçinin, qanuni qüvvəyə minmiş Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*- **)-**/**** saylı qəradadına əsasən Maraqlı şəxs icra məmuru Asəm Əhmədovun “Mercedes Benz G63 AMG" minik markalı, **-EK-*** dövlət qeydiyyat nişanlı avtomobilin qiymətləndirilməsinə başlanmasına dair hərəkətləri qanunsuz hesab edilməklə həmin qərardadın əaslandırıcı hissəsində Ərizəni verən şəxs münasibətdə məcburi icra tədbirləri ilə bağlı hərəkətləri qanunsuz hesab olunması qeyd edilsə də, bundan sonra icra məmuru tərəfindən hərəkətsizlik göstərilməklə hal – hazıra kimi avtomobil üzərində borclunun istifadə hüquqları məhdudlaşdırılmışdır.
34. Məhkəmə kollegiyası ərizənin dəlillərindən biri kimi irəli sürülən qanunsuz olaraq nəqliyyat vasitəsi üzərində Ərizəni verən şəxs istifadə hüququnun məhdudlaşdırılması barədə dəlillə razılaşaraq qeyd edir ki, icra məmuru tərəfindən həbsin qoyulması barədə məcburi icra tədbiri tətbiq olunarkən əmlak siyahıya alındıqdan və özgəninkilişdirilməsinə qadağa qoyulduqdan sonra “Icra haqqında” Azərbaycan Respublikasının Qanununun 50.7-ci maddəsinə müvafiq olaraq avtomobil borcludan iltizam alınmaqla həmin əmlakın özgəninkiləşdirilməsi, korlanması və məhv edilməsinə görə qanunla nəzərdə tutulmuş məsuliyyət haqqında xəbərdarlıq edilməli və saxlanılması üçün ona verilməli idi. Yalnız bu şərtlərin pozulması “Icra haqqında” Azərbaycan Respublikasının Qanununun 50.2-ci maddəsində qeyd olunduğu kimi əmlakdan istifadə hüququnun məhdudlaşdırılması, onun götürülməsi və ya saxlanmaq üçün verilməsi üçün “zəruri hallar” anlayışının təsiri altına düşür və həbsin əmlakdan istifadə hüququnun məhdudlaşdırılması, onun götürülməsi və ya saxlanmaq üçün verilməsi qaydasında icra olunması üçün əsas yarada bilər.
35. Beləliklə, hazırkı işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, şikayətin dəlilləri işin halları və qanunvericiliklə qismən təsdiq olunmaqla olunmaqla qərardadın ləğvinə deyil, dəyişdirilməsinə əsas verir. Buna görə də qərardad dəyişdirilərək Ərizəni verən şəxs məxsus **-EK-*** dövlət qeydiyyat nişanlı, “Mercedes Benz G63 AMG” minik markalı avtomobilin üzərinə icra məmurunun qərarına əsasən qoyulmuş həbs həmin avtomobildən istifadə hüququnun məhdudlaşdırılması, götürülməsi və saxlanmaq üçün verilməsi qaydasında deyil, “Icra haqqında” Azərbaycan Respublikasının Qanununun 50.2-ci maddəsinə müvafiq olaraq avtomobilin üzərində sərəncam vermək hüququnun qadağan olunması qaydasında həyata keçirilməli, avtomobil Penitensiar Xidmətin Avtonəqliyyat Təsərrüfatından götürülərək Ərizəni verən şəxs təhvil verilməlidir.
36. Göstərilənlərə əsasən və MPM-in 263, 264, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı:
Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-**)-***/**** nömrəli qərardadından borclu Ərizəni verən şəxs tərəfindən verilmiş şikayət qismən təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-**)-***/**** nömrəli qərardadı aşağıdakı məzmunda dəyişdirilsin. Ərizəni verən şəxs məxsus “Mercedes Benz G63 AMG” minik markalı, **-EK-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə icra məmurunun qərarına əsasən qoyulmuş həbs həmin avtomobildən istifadə hüququnun məhdudlaşdırılması, götürülməsi və saxlanmaq üçün verilməsi qaydasında deyil, “Icra haqqında” Azərbaycan Respublikasının Qanununun 50.2-ci maddəsinə müvafiq olaraq avtomobilin üzərində sərəncam vermək hüququnun qadağan olunması qaydasında həyata keçirilsin, “Mercedes Benz G63 AMG” minik markalı, **-EK-*** dövlət qeydiyyat nişanlı avtomobil Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Avtonəqliyyat Təsərrüfatından götürülərək Ərizəni verən şəxs istifadəsinə qaytarılmaqla ona təhvil verilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.