Məhkəmə qərarları › İş №8(3-6)-264/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(3-6)-264/2026

19.06.2026 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 8(3-6)-264/2026 19.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Abbasova Günel Məhərrəm qızı və X3 ibarət tərkibdə, *(*-**)-***/**** saylı iş üzrə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş ##.##.2026-cı il tarixli qərardaddan iş üzrə borclu Borclu verdiyi şikayətə yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2012-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsi ilə 1 uşağın – ##.##.2011-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün cavabdeh Borclu ##.##.2012-ci il tarixindən başlayaraq, hər ay, 150 manat sabit pul məbləğində alimentin tutularaq, X2 ödənilməsi qət edilmişdir. Hazırda tələbkar Könül Məmmədova ərizə ilə Rayon Məhkəməsinə müraciət edərək, yuxarıda qeyd edilən qətnamə üzrə uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün borclu Borclu tutulan alimentin ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən misli həddində sabit pul məbləğində indeksasiya edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizəyə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi ##.##.2026-cı il tarixli qərardadla ərizənin təmin edilməsini, borclu Borclu tələbkar Könül Məmmədovanın xeyrinə hər ay tutulan 150 manat məbləğində alimentin indeksasiya edilməsini və sonrakı artımlar nəzərə alınmaqla, ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 1,6 misli həddində indeksasiya olunmasını qərara almışdır. Rayon Məhkəməsi Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ##.##.2024-cü il tarixli qərarına istinad edərək, hesab etmişdir ki, ərizə əsaslıdır. Belə ki, yuxarıda qeyd edilən və borcludan tələbkarın xeyrinə hər uşağa görə tutulmalı olan alimentin məbləği müəyyən edilən zaman (2012-ci ildə) ölkədə minimum əmək haqqının məbləği 93,50 manat olmuşdur. Belə olan halda həmin qətnamə ilə 1 uşağa görə təyin edilmiş alimentin məbləği həmin zaman müəyyən edilmiş minimum əmək haqqının məbləğinə nisbətdə (150 : 93,5=) təxminən 1,6 misli olmuşdur. Borclu Borclu həmin qərardaddan Rayon Məhkəməsinə şikayət verərək, qərardadın ləğv edilməsini və işə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, işə baxmış Rayon Məhkəməsi uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılmasını yalnız bir valideynin deyil, hər iki valideynin ailə və maddi vəziyyətini nəzərə almalı idi. Lakin Rayon Məhkəməsi bunu etməmiş, borclu Borclu hazırkı nikahından iki azyaşlı övladının olmasını nəzərə almamışdır. Bundan başqa qeyd edilməlidir ki, hazırda ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının məbləği 400 manat təşkil edir. Deməli, borcludan tələbkarın xeyrinə 1 uşağa görə hər ay (400 x 1,6=) 640 manat məbləğində aliment tutulmalıdır. Lakin borclunun bu məbləğdə alimenti ödəməyə imkanı yoxdur. Digər tərəfdən nəzərə alınmalıdır ki, cari ildə uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumu ölkə üzrə 260 manat təşkil edir. Lakin Rayon Məhkəməsi bunları nəzərə almamışdır. Şikayətə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi ##.##.2026-cı il tarixli qərardad ilə şikayətin təmin edilməməsini və baxılması üçün şikayətin mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini qərara almışdır. Şikayətə yazılı icraat qaydasında baxan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) şikayətin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, barəsində şikayət verilmiş qərardad dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, yuxarıda qeyd edilən qətnamə qəbul edilən zaman (2012-ci ildə) formalaşmış məhkəmə təcrübəsinə əsasən sabit pul məbləğində tutulmalı olan alimentin məbləği həmin il üçün “Azərbaycan Respublikasında yaşayış minimumu haqqında” Qanunu ilə uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumu ilə tutulurdu. Lakin qətnamə qəbul edildikdən sonra alimentin tutulması ilə bağlı məhkəmə təcrübəsi Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” ##.##.2024-cü il tarixli qərarı ilə dəyişdirilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun həmin qərarla müəyyən etdiyi məhkəmə təcrübəsinə görə, uşağın (uşaqların) yetkinlik yaşına çatana kimi saxlanılması üçün aliment ödənilməli olan şəxsdən aliment almalı olan şəxsin xeyrinə aliment tutularkən məhkəmələr tutulmalı olan alimentin məbləğini iş üzrə qətnamə qəbul edilən zaman həmin il üçün müəyyən edilmiş minimum əmək haqqının müəyyən misli həddində müəyyən etməlidir. İnternet resurslarından görünür ki, alimentin məbləğinin tutulması barədə qətnamə qəbul edilən zaman, yəni 2012-ci ildə minimum əmək haqqı 93,5 manat, Rayon Məhkəməsinin qətnaməsi üzrə uşağın saxlanılması üçün təyin edilmiş alimentin məbləği isə 150 manat olmuşdur. Bunu, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ##.##.2024-cü il tarixli qərarında təsbit edilmiş hüququ mövqeyi, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 232.1-ci maddəsinin tələblərini nəzərə alan Məhkəmə hesab edir ki, işə baxmış Rayon Məhkəməsinin hazırkı iş üzrə gəldiyi nəticə (bir uşağa görə 150:93,50=1,6) düzgün olmuşdur. Borclunun qərardaddan verdiyi şikayətdə göstərilən dəlilləri ilə bağlı isə Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin “Alimentin indeksasiyası adlı” 110-cu maddəsinin tələblərinə görə, məhkəmə qətnaməsi ilə sabit pul məbləğində tutulan alimentin indeksasiyası aliment tutan təşkilatın müdiriyyəti tərəfindən müəyyən olunmuş minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq müəyyən edilir (maddə 110.1.). Alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir (maddə 110.2.). Ailə Məcəlləsinin “Məhkəmənin müəyyən etdiyi alimentin miqdarının dəyişdirilməsi və aliment ödəməkdən azadetmə” adlı 112-ci maddəsinin tələblərinə görə isə, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər (maddə 112.1.). İş materiallarından göründüyü kimi, hazırkı işin icraatı “alimentin məbləğinin azaldılması və ya artırılması haqqında” iş üzrə tərəflərin ərizəsi əsasında deyil, “alimentin məbləğinin indeksasiyası haqqında” tələbkarın ərizəsi əsasında başlanmışdır. Odur ki, apellyasiya baxışının predmeti olan qərardadın “alimentin məbləğinin azaldılması və ya artırılması haqqında” iş üzrə tərəflərin ərizəsi əsasında deyil, “alimentin məbləğinin indeksasiyası haqqında” tələbkarın ərizəsinin baxılması ilə əlaqədar qəbul edilməsini nəzərə alan Məhkəmə hesab edir ki, borclunun şikayətində qeyd edilənlər qərardadın ləğv və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Beləliklə də yuxarıda göstərilənləri nəzərə alan, MPM-in 397, 398, 402-ci maddələrinin tələblərini rəhbər tutan Məhkəmə QƏRARA ALDI: Borclu Borclu şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş ## ##### 2026-cı il tarixli qərardad dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilmir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar