Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 8(3-6)-265/2026 17.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi və məruzəsi ilə, X5 və X2 ibarət tərkibdə, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2018-ci il tarixli icra sənədi üzrə borclu Ərizəni verən şəxs Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsinin icra məmurunun hərəkətinin qanunsuz hesab edilməsi və ##.##.2025-ci il tarixli qərarının ləğv edilməsi barədə ərizəsinə dair Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin *(*-**)-***/**** saylı, ##.##.2026-cı il tarixli qərardadından tələbkar maraqlı şəxs1 nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq Müəyyən etdi: İcra sənədi üzrə borclu Ərizəni verən şəxs ərizə ilə məhkəməyə müraciət edərək, Binəqədi rayonu S.S.Axundov küçəsi ev 2A ünvanında yerləşən ** saylı mənzilin üzərinə həbs qoyulması barədə Binəqədi rayon İcra Şöbəsinin böyük icra məmuru X1 hərəkətini qanunsuz hesab etməklə ##.##.2025-ci il tarixli qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Binəqədi rayon İcra Şöbəsinin böyük icra məmuru, R X1 ##.##.2025-ci il tarixli qərarla Binəqədi rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2018-ci il tarixli icra sənədinə əsasən onun adına qeydə alınmış Binəqədi rayonu S.S.Axundov küçəsi ev 2A ünvanında yerləşən ** saylı mənzilin üzərinə həbs qoymuşdur. İcra məmuru qərarını onunla əsaslandırmışdır ki, Binəqədi rayon Məhkəməsinin 2(001)- ****/**** saylı, ##.##.2018-ci il tarixli icra sənədinə əsasən cavabdeh Ərizəni verən şəxs ödəniş gününə Azərbaycan manatının məzənnəsinə uyğun cəmi 63202 ABŞ dolları məbləğində pul vəsaitinin tutularaq X6 ödənilməsi qət edilmiş, lakin iş üzrə borclu Ərizəni verən şəxs hal-hazırkı vaxta qədər icra sənədində göstərilmiş tələbləri yerinə yetirməmiş və göstərilən borc məbləğini tələbkara ödəməmişdir. İcra məmuru "İcra haqqında" Qanunun 50.2-ci maddəsinə istinad edərək icra sənədinin məcburi icrasını təmin etmək məqsədilə borclu Ərizəni verən şəxs adına qeydə alınan ünvan 1 ünvanında yerləşən ** saylı mənzilin üzərinə həbs qoyulmasını zəruri hesab etmişdir. Qərar icra olunmaq üçün AR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin DƏDKRPHŞ-nin * saylı Bakı Ərazi İdarəsinə, məlumat üçün 24 saat ərzində Bakı şəhər Binəqədi rayon məhkəməsinə və tərəflərə göndərilməsi qeyd edilsə də, bu barədə yalnız icra üçün AR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin DƏDKR PHŞ-nin * saylı Bakı Ərazi İdarəsinə göndərilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il # #### tarixli ** nömrəli qərarı ilə təsdiq edilmiş "Fiziki şəxs barəsində icra sənədi icra olunarkən tələbin yönəldilməsinə yol verilməyən əmlak növlərinin dəqiq Siyahısı"nın 1-ci bəndində "borclu və onun ailəsinin sanitariya normaları çərçivəsində birgə yaşamalarını təmin edəcək mənzil, ev və ya onun ayrı-ayrı hissələri, həmçinin onların altında olan həyətyanı torpağa (bir ailə üçün bir ev və ya mənzildən çox olmamaq şərti ilə)" icra sənədi icra olunarkən tələbin yönəldilməsinə yol verilmədiyi qeyd edilmişdir. İcra məmuru tələbin yönəldilə biləcəyi əmlakı dəqiqləşdirilərkən onun mülkiyyətində olan Bakı şəhəri Səbail rayonu, Salyan şossesi 32 ünvanındakı 0.12 ha yaşayış məntəqəsi kateqoriyasına aid torpaq sahəsi olduğu halda qeyd edilən qanunvericiliyin tələblərini pozaraq tələbi onun və ailəsinin yeganə yaşayış yeri olan qeyd edilən mənzilə yönəltmiş və mənzilin üzərinə həbs qoymaqla onun mülkiyyət hüququnu pozmuşdur. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin *(*-**)-***/**** saylı, ##.##.2026-cı il tarixli qərardadı ilə ərizə təmin edilmiş, Ərizəni verən şəxs adına qeydə alınan ünvan 1 ünvanında yerləşən ** saylı mənzilin üzərinə həbs qoyulması barədə Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinin böyük icra məmuru X1 hərəkəti qanunsuz hesab edilərək və onun ##.##.2025-ci il tarixli qərarının ləğv edilməsi qərara alınmışdır. Tələbkar maraqlı şəxs1 nümayəndəsi və vəkili Vəkil “Elektron Məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə şikayət ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin *(*-**)-***/**** saylı, ##.##.2026-cı il tarixli qərardadının ləğv olunmasını və borclu Ərizəni verən şəxs Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsinin icra məmurunun hərəkətinin qanunsuz hesab edilməsi və ##.##.2025-ci il tarixli qərarının ləğv edilməsi barədə ərizəsinin təmin olunmamasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, borclu məhkəmə qərarı ilə ödənilməsi qət edilmiş pul vəsaitini uzun müddət ərzində ödəmədiyi, eləcə də icra sənədinin icrasından qəsdən yayındığı halda, tələbin mühüm hissədə icrası üçün realizə oluna biləcək yeganə əmlakın mənzilin üzərinə həbsin qoyulmasına dair icra orqanının qərarının ləğv edilməsinin heç bir əsası yoxdur. Bununla yanaşı, həbs tədbiri mahiyyət etibarilə tələbin icrasının təminatı kimi çıxış etməklə yanaşı, icra işinin effektiv aparılması üçün əsas hüquqi alətdir. Borclunun öhdəliyini icra etmədiyi və icra sənədinin real icrası təmin olunmadığı şəraitdə, tələbin təmin edilməsi üçün yenidən hərracı keçiriləcək mənzil üzərində həbsin götürülməsi tələbkarın hüquqlarını faktiki olaraq müdafiəsiz edir, borcluya isə əmlakın özgəninkiləşdirilməsi və icranın nəticəsiz qalması üçün şərait yaradır. Mənzil üzərinə qoyulmuş həbs ilk olaraq Binəqədi Rayon Məhkəməsinin *(***)-***/**** saylı ##.##.2019-cu il tarixli qərardadı əsasında tətbiq edilmişdir. Sonradan hərrac nəticəsində əmlak tələbkarın adına keçirildiyindən, həmin həbsin məqsədləri faktiki olaraq icra olunmuş hesab edilmiş və qüvvədən düşmüşdür. Lakin hərracın nəticələri sonradan məhkəmə qaydasında etibarsız hesab edildikdən sonra icra icraatı qaldığı mərhələdən davam etdirilmiş, əmlak yenidən borclunun mülkiyyətinə qaytarılmış və ilkin icra təminatının bərpası zərurəti yaranmışdır. Bu baxımdan, icra məmuru tərəfindən tətbiq edilən həbs yeni və müstəqil hüquqi vəziyyət yaratmamış, daha əvvəl məhkəmə qərarı ilə tətbiq edilmiş icra təminatının davamlılığını və effektivliyini təmin etmək məqsədi daşımışdır. Bundan əlavə, Bakı Apellyasiya Məhkəməsinin ## #### 2026-cı il tarixli qərardadında həmin əmlak üzərində həbsin saxlanılmasının zəruriliyi ayrıca qiymətləndirilmiş və məhkəmə açıq şəkildə qeyd etmişdir ki, borclunun icra edilməmiş öhdəliyi mövcud olduğu şəraitdə həbsin götürülməsi əmlakın özgəninkiləşdirilməsi və icra sənədinin faktiki olaraq nəticəsiz qalması riskini yaradır. Beləliklə, apellyasiya instansiyası məhkəməsi artıq həmin icra tədbirinin zəruriliyini və legitim məqsədini qəbul etmiş, əmlakın özgəninkiləşdirilməsi riskinin real və mövcud olduğunu müəyyən etmişdir. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Binəqədi rayon icra və probasiya şöbəsinin ##.##.2019-cu il tarixli aktının surətindən görünür ki, Binəqədi rayon Məhkəməsinin *(***)-****/**** saylı ##.##.2019- cu il tarixli icra sənədinin icrası ilə əlaqədar olaraq borclu Ərizəni verən şəxs icra sənədində göstərilən ünvan 2 ünvanında olarkən borclunun həmin ünvanda yaşamadığı müəyyən edilmiş, belə ki, mənzilin qapısı uzun müddət döyülsə də, qapını açan olmamış, qonşularla söhbət və soraqlaşma apardıqda həmin mənzildə Ərizəni verən şəxs yaşamadığı, bir müddət əvvəl müxtəlif şəxslərin kirayə yaşadıqları, hazırda isə təxminən altı aydan çox olan müddətdə mənzildə ümumiyyətlə yaşayan olmadığı məlum olmuşdur. Eyni zamanda Binəqədi Rayon Məhkəməsi və Binəqədi rayon icra və probasiya şöbəsinin tərəfindən dəfələrlə həmin ünvana göndərilmiş bildirişlər “köçüb”, “ünvanda yaşamır” qeydləri ilə geri qayıtmışdır. Bu hal da ərizəçinin həmin mənzilin onun və ailəsinin yeganə yaşayış yeri olması barədə iddiasını təkzib edir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin *(*-**)-***/**** saylı, ##.##.2026-cı il tarixli qərardadı ilə şikayət təmin olunmayaraq baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılacağı barədə məhkəmə bildirişi göndərilmiş və onlarda olan bütün sübutların, eləcə də şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmiş, lakin işdə iştirak edən şəxslər sübutlar, etiraz və ya izahatlarını məhkəməyə təqdim etməmişlər. Məhkəmə kollegiyası, şikayətin dəlililərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, işə maddi və prosessual normaların tələblərinin pozulması ilə baxıldığından, şikayət təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2018-ci il tarixli icra sənədi üzrə borclu Ərizəni verən şəxs Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsinin icra məmurunun hərəkətinin qanunsuz hesab edilməsi və ##.##.2025-ci il tarixli qərarının ləğv edilməsi barədə ərizəsi təmin edilməməlidir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi hazırki nəticəyə gələrkən işin bütün faktiki halları üzrə ətraflı araşdırma aparmamış və sübutlara hərtərəfli qiymət vermədən qərardad qəbul etmişdir. Belə ki, iş materiallarına əsasən müəyyən olunur ki, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin ##.##.2019-cu il tarixli *(***)-****/**** saylı icra vərəqəsinin surətindən görünür ki, cavabdeh Ərizəni verən şəxs ödəniş anında Azərbaycan manatına olan məzənnə ilə hesablanmaqla 42702 ABŞ dolları məbləğində borc, əldən çıxmış fayda qismində 20000 ABŞ dolları məbləğində və mənəvi zərərə görə 500 ABŞ dolları məbləğində pulun tutularaq X6 ödənilməsi qət edilmişdir. İş üzrə icra tədbirlərinə başlanılmış, lakin borclu tərəfindən icra istiqamətində hər hansı addım atılmamışdır. Nəticədə borcluya məxsus əmlaka yönəltmə həyata keçirilərək ##.##.2021-ci il tarixdə müvafiq hərrac keçirilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ##.##.2024-cü il tarixli 2(103)- ****/**** saylı qətnaməsinə əsasən, iddiaçı Ərizəni verən şəxs apellyasiya şikayəti təmin edilmiş, hazırki mülki iş üzrə Bakı şəhəri Xətai rayon Məhkəməsi tərəfindən qəbul edilmiş ## ##### 2024-cü il tarixli qətnamənin ləğv edilməsi və iş üzrə yeni qətnamə qəbul edilməsi, iddiaçı Ərizəni verən şəxs cavabdehlər "X3" Məhdud Məsuliyyətli Cəmiyyəti və X6 qarşı "hərracın nəticələrinə dair protokolun və alğısatqı müqaviləsinin etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi tələbi barədə" iddiasının təmin edilməsi, Bakı şəhəri, Binəqədi rayonu, X4 küçəsi, ev 2 "A" ünvanında yerləşən ** saylı mənzillə bağlı "X3" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən ## #### 2021-ci il tarixdə keçirilmiş hərrac etibarsız olduğundan həmin hərracın nəticələri barədə ## #### 2021-ci il tarixli, **/** saylı protokol və protokol əsasında cavabdeh "X3" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə cavabdeh X6 arasında bağlanmış ## #### 2021-ci il tarixli "Alğı-satqı müqaviləsi" etibarsız hesab edilməsi, həmin müqavilə əsasında cavabdeh X6 adına "Daşınmaz əmlakın dövlət reyestrindən" verilmiş "Çıxarış" ləğv edilməsi, iddiaçı Ərizəni verən şəxs tərəfindən iddia ərizəsinin və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumlarının əvəzi olaraq 150 (yüz əlli) manat məbləğində pulun cavabdehlər "X3" Məhdud Məsuliyyətli Cəmiyyəti və X6 müştərək qaydada tutularaq iddiaçı Ərizəni verən şəxs ödənilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının ##.##.2025-ci il tarixli *(***)-****/**** saylı qərarının surətindən görünür ki, kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının # ####### 2024-cü il tarixli, 2(103)- ****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Hərrac nəticələrinin etibarsız hesab olunmasından sonra da borclu tərəfindən borcun ödənilməsi istiqamətində heç bir addım atılmamış, nəticədə 2018-ci ilə dair icra sənədi cari tarixədək icra edilməmiş qalmışdır. Halbuki Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin tələbinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə kollegiyası eyni zamanda qeyd edir ki, borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi məcburi icra tədbiridir və bu tədbirin tətbiqinin mümkünlüyünə müvafiq əsasların mövcud olub-olmadığı, habelə, icra məmuru tərəfındən “İcra haqqında” Qanunun tələblərinə uyğun olaraq icra sənədinin icrası məqsədilə icra hərəkətlərinin yerinə yetirilib-yetirilmədiyi və tələbin borclunun əmlakına yönəldilməsi ilə bağlı prosedur qaydalarına əməl olunub-olunmadığı kontekstində qiymət verilməlidir. Bu mənada, bu tədbirin tətbiqi əsası, icra sənədinin icra məmuruna təqdim olunması; icra məmuru tərəfindən icraata başlamaq haqqında qərarın qəbul edilməsi; könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi ilə şərtləndirilmişdir (“İcra haqqında” Qanunun 43-cü və 44-cü maddələri). “İcra haqqında” Qanunun 50.2-ci maddəsinə əsasən isə, “borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. İcra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur”. Bununla belə nəzərə alınmalıdır ki, “İcra haqqında” Qanunun 43.1.1-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi məcburi icra tədbiridir. Həmin Qanunun 45-ci maddəsində isə tələbin borclunun əmlakına yönəldilməsinin bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarət olduğu vurğulanaraq (45.1-ci maddə) bu icra tədbirinin həyata keçirilməsinin ardıcıllığı müəyyənləşdirilmiş, icra sənədləri üzrə tələbin ilk növbədə borclunun manatla və xarici valyuta ilə, o cümlədən banklarda və digər kredit təşkilatlarında olan pul vəsaitlərinə və başqa sərvətlərinə yönəldildiyi (45.2-ci maddə), tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələbin borcluya məxsus olan digər əmlaka yönəldildiyi (45.6-cı maddə) nəzərdə tutulmuşdur. İşin faktiki hallarından göründüyü kimi daşınmaz əmlak üzərinə həbs qoyulması zərurəti məhz icra sənədi üzrə borclunun öz öhdəliklərini könüllü icra müddətində icra etməməsidir. Belə ki, icra vərəqəsi üzrə icra məmuru icraata başlamış, tələbin könüllü icrası barədə borcluya bildiriş göndərilmiş, lakin tələb icra olunmamışdır. Binəqədi rayon İcra Şöbəsinin böyük icra məmuru Asəm Əhmədov da öz növbəsində qanunvericiliyin yuxarıda qeyd olunan tələblərini nəzərə alaraq ##.##.2025-ci il tarixli qərarla mübahisəli mənzilin üzərinə həbs qoymuşdur. Göründüyü kimi eyni məzmunlu həbsin qoyulmasına dair icra tədbiri icra məmuru tərəfindən daha öncə də tətbiq edilmiş, üstəlik həmin mənzilə yönəldilmə də aparılmış, sonradan hərrac nəticələri ləğv olmuş və icra sənədinin borclu tərəfindən icra edilməməsi səbəbindən yenidən eyni tədbirin görülməsinə, yəni həbsin qoyulmasına zərurət yaranmışdır. Təsadüfi deyil ki, oxşar mübahisə daha öncə də olmuş, Ərizəni verən şəxs Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov küçəsi, ev 2 A, ** saylı mənzilin üzərinə həbsin qoyulması qərarının ləğv edilməsi və həbsin götürülməsinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Binəqədi Rayon Məhkəməsinin *(***)-***/**** nömrəli ##.##.2025-ci il tarixli qərardadı ilə həbsin götürülməsi qərara alınsa da, Bakı Apellyasiya Məhkəməsinin *(*-*)-**/**** saylı, ##.##.2026-cı il tarixli qərardadı ilə (sədrlik edən Azad İmanov) həbsin götürülməsi barədə ərizə rədd edilmişdir. Nəticə etibarilə birinci instansiya məhkəməsi ərizənin təmin edilməsi qənaətinə gələrkən Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin *(***)-****/**** saylı ##.##.2018-ci il tarixli icra sənədində göstərilmiş tələblərin borclu Ərizəni verən şəxs tərəfindən yerinə yetirilmədiyini, icra sənədinin icra olunmadığını, icra işinin davam etdiyini, tələbin təminatı üçün yenidən əmlaka dair hərracın keçirilməsi halında əmlak üzərindən həbs götürülməsinin hərrac prosesinə maneə yarada biləcəyini nəzərə almamışdır. Həmçinin iş materiallarındakı məhkəmənin iclas protokollarında icra işinin tələb edildiyi qeyd olunsa da, növbəti iclasda işin daxil olmasına və araşdırılmasına, icra vərəqəsinin icrası ilə məşğul olan icra məmurunun məhkəməyə dəvət edilərək dinlənilməsinə dair hər hansı məlumat da öz əksini tapmamışdır. Kollegiya hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin ##.##.2024-cü il tarixli, *(***)- ****/**** nömrəli qətnaməsi ilə Ərizəni verən şəxs hərracın nəticələrinə dair protokolun və alğısatqı müqaviləsinin etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi barədə iddia tələbi təmin edilsə də, bu hal borclunun icra edilməmiş öhdəliyini aradan qaldırmır. Borclu Ərizəni verən şəxs hal-hazırki vaxta qədər icra sənədində göstərilmiş tələbləri yerinə yetirmədiyindən, yəni icra edilməmiş öhdəlik mövcud olduğundan, Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov küçəsi, ev 2 A, ** saylı mənzilin üzərinə qoyulmuş həbsin götürülməsi öhdəlik icra edilmədən borcluya əmlakın özgəninkiləşdirilməsinə və Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin *(***)- ****/**** saylı ##.##.2018-ci il tarixli icra sənədinin icra edilməməsinə səbəb ola bilər. Beləliklə, qeyd edilənlər onu deməyə əsas verir ki, hazırda daşınmaz əmlak üzərində həbsin götürülməsi əsasları hazırki işin faktiki halları ilə uzlaşmadığından, ərizə təmin edilməməlidir. MPM-in 398.0 və 398.0.3-cü maddələrinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır. Şərh olunanlara əsasən və MPM-in 263-264, 357-358, 366, 395, 397-400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, Qərara aldı: Şikayət təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin *(*-**)-***/**** saylı, ##.##.2026-cı il tarixli qərardadı ləğv edilsin. Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2018-ci il tarixli icra sənədi üzrə borclu Ərizəni verən şəxs Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsinin icra məmurunun hərəkətinin qanunsuz hesab edilməsi və ##.##.2025-ci il tarixli qərarının ləğv edilməsi barədə ərizəsi təmin edilməsin. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən hakim: Fuad Babayev Hakimlər: Cəmilə Musayeva Fuad Abdıyev
Məhkəmə qərarları › İş №8(3-6)-265/2026
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(3-6)-265/2026
17.06.2026 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver