Məhkəmə qərarları › İş №8(3-6)-268/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(3-6)-268/2026

23.06.2026 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 8(3-6)-268/2026 23.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi və məruzəsi ilə, X6 və X4 ibarət tərkibdə, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2025-ci il tarixli qərardadından borclu Borclu tərəfindən verilmiş müddətin bərpası barədə ərizəyə dair Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin *(***)-***/**** saylı ##.##.2026-cı il tarixli qərardadından borclu tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, Müəyyən etdi: İcra sənədi üzrə tələbkar Tələbkar aliment məbləğinin indeksasiyasına dair ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin (***)-****/**** saylı ##.##.2018-ci il tarixli qətnaməsinə əsasən cavabdeh Borclu ##.##.2011-ci il təvəllüdlü X2, ##.##.2013-cü il təvəllüdlü X3 və ##.##.2014-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün müəyyən olunmuş sabit pul məbləğində alimentin miqdarının 2025-ci il üçün müəyyən edilmiş minimum əmək haqqına uyğun indeksasiyası olunması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin *(***)-***/**** nömrəli, ##.##.2025-ci il tarixli qərardadı ilə ərizə qismən təmin edilmiş, ##.##.2011-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin ##.##.2018-ci tarixli, *(***)-****/**** nömrəli qətnaməsi əsasında tutulan 85 manat sabit pul məbləğində aliment məbləği indeksasiya edilərək sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.65 misli həddində sabit pul məbləğində aliment Borclu tutularaq Tələbkar ödənilməsi, ##.##.2013-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin ##.##.2018-ci tarixli, *(***)- ****/**** nömrəli qətnaməsi əsasında tutulan 85 manat sabit pul məbləğində aliment məbləği indeksasiya edilərək sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.65 misli həddində sabit pul məbləğində aliment Borclu tutularaq Tələbkar ödənilməsi, ##.##.2014-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin ##.##.2018-ci tarixli *(***)-****/**** nömrəli qətnaməsi əsasında tutulan 85 manat sabit pul məbləğində aliment məbləği indeksasiya edilərək sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.65 misli həddində sabit pul məbləğində aliment Borclu tutularaq Tələbkar ödənilməsi qərara alınmışdır. Borclu Borclu ərizə ilə məhkəməyə müraciət edərək Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin *(***)-***/**** nömrəli, ##.##.2025-ci il tarixli qərardadından apellyasiya şikayəti verilməsi üçün ötürülümüş müddətin bərpa olunmasını xahiş etmişdir. Borclu Borclu birinci instansiya məhkəməsində keçirilmiş məhkəmə iclasında ərizəsinin məzmununa uyğun izahat verərək bildirmişdir ki, o elektron kabinetində qərardadı ##.##.2026cı il tarixdə aşkar etsə də, həmin qərardadı əldə edə bilmədiyindən, qərardadı rəsmi qaydada ##.##.2026-cı il tarixdə əldə etmiş və bundan sonra ##.##.2026-cı il tarixdə həmin qərardaddan şikayət vermişdir. Qeyd olunanlara əsasən məhkəmədən ərizənin təmin edilməsini xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin *(***)-***/**** saylı ##.##.2026-cı il tarixli qərardadı ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2025-ci il tarixli qərardadından borclu Borclu tərəfindən verilmiş müddətin bərpa olunmasına dair ərizəsinin təmin olunmaması, borclu Borclu tərəfindən Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2025-ci il tarixli qərardadından verilmiş şikayətin geri qaytarılması qərara alınmışdır. Borclu Borclu Suraxanı Rayon Məhkəməsinin 8(010)- ***/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadından ##.##.2026-cı il tarixdə şikayət verərək ləğv edilməsini xahiş etmişdir. Şikayət belə əsaslandırılmışdır kiqərardadı rəsmi qaydada ##.##.2026-da əldə etdikdən sonra ləğv edilməsi üçün ##.##.2026-da məhkəməyə müraciət etmişdir. Suraxanı rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-***/**** saylı qərardadı ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2025-ci il tarixli qərardadından borclu Borclu tərəfindən verilmiş müddətin bərpa olunmasına dair ərizəsi təmin olunmaması, borclu Borclu tərəfindən Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2025ci il tarixli qərardadından verilmiş şikayət geri qaytarılması qərara alınmışdır. Qərardad əsassız olduğundan ləğv edilməlidir, belə ki, şikayət tərəfindən əldə etmədən sonra müddət ötürülmədən şikayət verilmişdir. Belə ki, bir daha qeyd edir ki, qərardadın surətini rəsmi qaydada ## ###### 2026-cı il tarixdə Suraxanı Məhkəməsindən əldə etmişdir. ## ###### 2026cı ildə tarixdə məhkəməyə yaxınlaşaraq qərardadın nə vaxt hazır olaraq elektron kabinetə yerləşdirələcəyini öyrənmək istədikdə məhkəmə aparat işçisi bildirmişdir ki, bir neçə günə qərardad yazılı formada hazır olacaqdır. O, ## ###### 2026-da məhkəmədən qərardadı əldə etmiş və ## ###### 2026-cı il tarixdə qərardaddan şikayəti elektron qaydada göndərmişdir Məhkəmənin ##.##.2026-cı il tarixli qəradadı ilə şikayət təmin edilməyərək baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin *(***)-***/**** saylı ##.##.2026-cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prossessual Məcəlləsinin (bundan sonra MPM) 268.1-ci maddəsinə əsasən şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində verilir.. MPM-in 135.6-ci maddəsinə müvafiq olaraq, “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. Həmin Məcəllənin 135.5-ci maddəsinə əsasən bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. Hazırki işin hallarına görə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin *(***)-***/**** nömrəli, ##.##.2025-ci il tarixli qərardadı borclu Borclu elektron kabinetinə ##.##.2026-cı il tarixdə yerləşdirilmiş, lakin şikayət məhkəməyə ##.##.2026-cı il tarixdə daxil olmuşdur. Bununla da şikayətin verilməsi müddəti ötürülmüşdür. Hazırki işdə borclu müddəti ötürməsini qərardadın ona təqdim edilməməsi, qərardadı məhkəməyə etdiyi müraciət əsasında ##.##.2026-cı il tarixində əldə etməsi ilə əsaslandırmışdır. Lakin yuxarıda qeyd edilən işin halından aydın olur ki, qərardad ##.##.2026cı il tarixində borcluya rəsmi qaydada verilmişdir. Qeyd olunmalıdır ki, məhkəmə aktının surətinin qanunla müəyyən olunmuş qaydada işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi təqdirdə həmin şəxslərin sonradan məhkəmə aktını təkrarən alması müvafiq prosessual müddətlərin yoxlanılmasını aradan qaldırmır. Bu da onu deməyə əsas verir ki, borclunun qərardadı ##.##.2026-cı il tarixdə təkrar olaraq qəbul etməsi həmin məhkəmə sənədinin ##.##.2026-cı il tarixdə əldə edilməsi (ona çatdırılması) faktını qüvvədən salmır. Mülki Prosessual Məcəlləyə müvafiq olaraq prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir (maddə 128.1). Qanunla müəyyən edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur (maddə 130.1). Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir (maddə 133.1). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ### 2008-ci il tarixli qərarında göstərilmişdir ki, ...qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzrlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə, maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzrlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzrlülük, göstərilən meyarların sərhədində dayanan elə inkar olunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-in tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın. Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyindən aydın olur ki, yalnız elə səbəblər üzrlü hesab edilə bilər ki, həmin səbəblərin mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı və şəxsin özü tərəfindən onların dəf edilməsi imkanı mümkün olmamalıdır. Kollegiya hesab edir ki, borclu müddətin ötürülməsinə dair hər hansı ağlabatan və inandırıcı dəlillərə istinad etməmiş, bununla bağlı sübut təqdim etməmişdir. Halbuki qanunla nəzərdə tutulmuş prosessual müddəti ötürmüş tərəf bu müddəti özündən asılı olmayan və obyektiv səbəbdən buraxmasını sübut etməlidir. Əks yanaşma ötürülmüş istənilən müddətin subyektiv mülahizələr əsasında bərpa olunmasına və bununla digər tərəflərin prosessual hüquqlarının pozulmasına gətirib çıxarar, həmçinin hüquqi müəyyənlik və qanuni qüvvəyə minmiş məhkəmə aktlarının sabitliyi prinsipləri ilə ziddiyyət təşkil etmiş olardı. Bu baxımdan, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin müddətin bərpasından imtina ilə bağlı gəldiyi nəticə tam qanuni və işin hallarına uyğundur. Ümumiyyətlə kollegiya qeyd edir ki, prosessual müddətlər ədalət mühakiməsinin həyata keçirilməsi zamanı tərəfləri intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, qanun məhkəmə qərarlarından narazı qalan tərəflərə üç pilləli məhkəmə sisteminin imkanlarından istifadə etməklə həmin qərarlardan şikayət vermə imkanı verməklə yanaşı, digər tərəflərin də sonsuz çəkişmələrdən qorunması və hüquq müəyyənliyinin təminatı məqsədilə prosessual müddətlər tətbiq etməklə, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı əsaslı şəkildə qəbul edilmişdir, şikayətdə göstərilən dəlillər isə əsassızdır və onun ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də şikayət təmin edilməməli və qərardad dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 133, 400, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Şikayət təmin edilməsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin *(***)-***/**** saylı ##.##.2026-cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Fuad Babayev Hakimlər: Cəmilə Musayeva Fuad Abdıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar