Məhkəmə qərarları › İş №8(3-6)-272/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(3-6)-272/2026

25.06.2026 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

AzərbaycanRespublikasıadından Qərardad Bakışəhəri İş№8(3-6)-272/2026 25.06.2026 BAKIAPELLYASIYAMƏHKƏMƏSI ərizəçi Ərizəni verən şəxs ərizəsi üzrə (Açar sözlər: alimentin müəyyən hissəsinin uşağın adına açılan bank hesabına ödənilməsi) hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (məruzəçi), Eyvazov Rafael Əmir oğlundanvəX1ibarəttərkibdə Ərizəni verən şəxs “aliment məbləğinin 50 faizinin uşağın adına açılacaq bank hesabına köçürülməsi” barədə ərizəsi üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli qərardadından Mustafayeva (Zeynalova) Günel Fikrət qızının nümayəndəsi (vəkili) tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq,aşağıdakıqərardadıqəbuletdi: İşin halları

1. X2 ##.##.2024-cü il tarixində Bakı şəhərində doğulmuşdur, atası Ərizəni verən şəxs, anasıX3r.

2. X4 ##.##.2024-cü il tarixində Bakı şəhərində doğulmuşdur, atası Ərizəni verən şəxs, anasıX3r.

3. Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli qətnaməsinə ilə X3 ilə Ərizəni verən şəxs arasında ##.##.2022-ci il tarixdə Səadət Sarayında (Bakı nikah evində) bağlanmış və nikahın bağlanması haqqında akt qeydləri kitabında 1657 nömrə ilə qeydə alınmış nikahın pozulması, nikah pozulduqdan sonra tərəflərin birgə nikahlarından olan yetkinlik yaşına çatmayan ## ###### 2024-cü il təvəllüdlü X2 və ## ###### 2024-cü il təvəllüdlü X4 anaları X3 yanında qalmalarının müəyyən edilməsi, ##.##.2024-cü il tarixindən başlayaraq, ## ###### 2024cü il təvəllüdlü X2 və X4 yetkinlik yaşına çatanadək saxlanmaları üçün Ərizəni verən şəxs hər ay aylıq qazancının və (və ya) başqa gəlirlərinin 1/3 (üçdə bir) hissəsi miqdarında alimentin tutularaq X3ödənilməsiqətedilmişdir.

4. “Naxçıvan Muxtar Respublikasının ekologiya və təbii sərvətlər nazirinin yeni vəzifə maaşının müəyyən edilməsi barədə” Naxçıvan Muxtar Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ## ##### 2026-cı il tarixli *-**-**/*-****/**** saylı əmrinə görə, Naxçıvan Muxtar Respublikasının ekologiya və təbii sərvətlər naziri Ərizəni verən şəxs aylıq vəzifə maaşı 11 il 2 ay 11 gün ümumi əmək stajı nəzərə alınmaqla dördüncü ödəniş pilləsi üzrə ## ###### 2026-cıiltarixdən11825manatmüəyyənedilmişdir.

5. X4 ##.##.2026-cıiltarixdəqanınümumianaliziyoxlamasındankeçmişdir.

6. X2“xxxx”MMC-dəməktəbəqədərtəhsilmüəssisəsinəqəbulolunmuşdur.

7. Tələbkarın nümayəndəsi tərəfindən aşağıda göstərilən ödəniş qəbzləri təqdim olunmuşdur: ##.##.2026-cı il tarixli ödəniş qəbzinə görə, 2335,15 manat məbləğində vəsait kart hesabına mədaxil edilmişdir; ##.##.2026-cı il tarixli ödəniş qəbzinə görə, 2974,08 manat məbləğində vəsait kart hesabına mədaxil edilmişdir; ##.##.2026-cı il tarixli ödəniş qəbzinə görə, 3783,09 manat məbləğində vəsait kart hesabına mədaxil edilmişdir; ##.##.2026-cı il tarixli *********** nömrəli ödəniş qəbzinə görə, 201 manat məbləğində “Birbank” mobil tətbiqi vasitəsilə kommunal ödəniş edilmişdir; ##.##.2026-cı il tarixli *********** nömrəli ödəniş qəbzinə görə, 240 manat məbləğində vəsait “Leobank” kart hesabına köçürülmüş, ödənişin təyinatı göstərilməmişdir; ##.##.2026-cı il tarixli *********** nömrəli ödəniş qəbzinə görə, 1200 manat məbləğində vəsait “Birbank” mobil tətbiqi vasitəsilə “Sara Ə” adlı şəxsin kart hesabına köçürülmüş,ödənişintəyinatıgöstərilməmişdir.

Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktları

8. Ərizəni verən şəxs (ərizəçi) ərizə ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə (məhkəmə və ya birinci instansiya məhkəməsi) müraciət edərək, birgə nikahlarından olan ##.##.2024-cü il təvəllüdlü X4 və X2 adlı əkiz övladlarının saxlanması üçün hər ay aylıq əmək haqqının 1/3 hissəsi məbləğində alimentin tutulub Mustafayeva (Zeynalova) Günel Fikrət qızına ödənilməsinə dair həmin məhkəmənin ##.##.2025-ci il tarixli qətnaməsinin icra üsulunun dəyişdirilərək, ödənilən aliment məbləğinin 50 faizinin yetkinlik yaşına çatmayan uşaqlarının hər birinin adına açılmış bank hesablarına köçürülməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir.

9. Ərizəçi ərizəsini işin faktiki hallarına uyğun əsalandırmış, həmçinin qeyd etmişdir ki, həm yaşayış ünvanı, həm də iş yeri Naxçıvan Muxtar Respublikasında olduğundan qətnamənin aliment hissəsi icra edilməsi üçün Naxçıvan şəhər İcra şöbəsinə həvalə edilmiş, bundan sonra qətnamə alimentin tutulması hissəsində dərhal icraya yönəldilmişdir. Qətnamə çıxarıldıqdan sonra aliment ödənişini hər ay vaxtlı-vaxtında ödəmiş, aliment ödənişindən əlavə olaraq hər zaman övladlarına əlavə maddi dəstək olmuşdur. “Azərbaycan Respublikasında 2026-cı il üçün yaşayış minimumu haqqında" Qanunun 1-ci maddəsində uşaqlar üçün yaşayış minimumu 260 manat müəyyən olunmuş, yaşayış minimumu qida, geyim və s. yaşamaq üçün vacib olan şeyləri almağa kifayət edəcək məbləği nəzərdə tutmuşdur. X3 hazırda Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Aparatında aparıcı məsləhətçi olaraq dövlət qulluğu vəzifəsində çalışır, Azərbaycan Respublikası Prezidentinin “Dövlət qulluğunun inzibati və yardımçı vəzifələri üzrə aylıq vəzifə maaşının minimum məbləğləri, əməyin ödəniş səviyyələri üzrə vəzifələr, səviyyə və pillələr üzrə artım faizləri və aylıq vəzifə maaşlarının məbləğlərinin müəyyən edilməsi haqqında" ## #### 2026-cı il tarixli *** nömrəli Fərmanına uyğun olaraq onun aylıq əmək haqqı 4000 (dörd min) manat və staja və ixtisas dərəcəsinə görə əlavələrdən ibarətdir, eyni zamanda sosial vəziyyəti normaldır. Onun əmək haqqının 33 faizi (yəni 1/3-i) hazırda 2803 (iki min səkkiz yüz üç) manat təşkil edir, uşaqlar üçün nəzərdə tutulmuş yaşayış minimumunun 260 manat olduğunu nəzərə alınsa bu məbləğ onların saxlanması, tərbiyə və təhsilinin qarşılanması üçün həddindən artıq böyük məbləğdir, israfçılığa yol veriləcəyi ehtimalını artırır. Hazırda övladları azyaşlıdır, 2 yaş 3 aylıqdırlar, buna görə də, onların təhsil, geyim və s. xərcləri elə də böyük məbləğ təşkil etmir, gələcəkdə onlar yetkinlik yaşına çatdıqda daha çox maddi dəstəyə ehtiyacları olacaq, həmin vaxt onun gəlirlərinin bu qədər yüksək olmama ehtimalı vardır. Alimentin 50%-nin Ailə Məcəlləsinin 55.3-cü maddəsinə uyğun olaraq azyaşlı uşaqlarının adına açılmış bank hesabına köçürülməsi həm əlavə israfçılığın qarşısını alacaq, həm də uşaqların gələcəkdə həmin vəsaitdən özlərinin ehtiyaclarına uyğun istifadə edərək həyatlarını qurmalarına daha çox kömək edəcək. Onda olan məlumata əsasən cavabdeh tərəf aliment məbləğindən öz şəxsi ehtiyaclarına mənasız və israf etməklə xərcləyir, halbuki əsas məsələ övladlarının mənafeyi, gələcəyinintəminatıdır.

10. Borclu tərəfindən ərizəyə etiraz edilmiş, etiraz belə əsaslandırılmışdır: “Ərizəçi iddia etmişdir ki, tələbkar (uşaqların anası) aliment məbləğindən şəxsi məqsədləri üçün istifadə edir. Ərizənin məzmunundan və ərizəyə əlavə edilmiş sənədlərdən həmin xərclərin nədən ibarət olması və hansı məbləğdə xərclənməsi göstərilməmişdir. Dolayısı ilə bu iddia məhkəmədə yanlış fikir formalaşdırmaq məqsədilə irəli sürülmüşdür. İddianı irəli sürən şəxs MPM-nin 77-ci maddəsinin tələbləri baxımından bu faktı təsdiq etməyə borclu olmuşdur. Belə ki, Ali Məhkəmənin istinad olunan qərardadının 42-ci bəndində qeyd edilir ki, müraciət, alimentin (bir hissəsinin) uşağa deyil, başqa məqsədlərə sərf olunması əsası ilə edildiyi halda da mülki prosessual qanunvericiliyin sübutetmə ilə bağlı ümumi prinsiplərinə uyğun olaraq, sübutetmə yükü bu müraciəti edən tərəfin üzərinə düşür. Bundan başqa, uşaqların gündəlik və aylıq tələbatının nədən ibarət olduğunu ərizəçidən daha yaxşı bilən biri olaraq onlara ayrılmış vəsaitdən şəxsi məqsədləri üçün istifadə mümkün deyildir və ən əsası buna ehtiyacı olmamışdır, üstəlik öz qazancından uşaqların saxlanmasına sərf edir. Əgər belə bir niyyəti olsaydı, Ailə Məcəlləsinin 85- ci maddəsinə uyğun olaraq əlavə aliment tələbi irəli sürmək hüququndan istifadə edə bilər, bu baxımdan ərizəçinin bu dəlilləri əsassız olmaqla həqiqəti əks etdirmir. Ərizəçi bildirmişdir ki, uşaqları üçün məhkəmə qətnaməsi əsasında hazırda ödədiyi aliment ölkə üzrə müəyyən edilmiş ortalamadan yuxarıdır və uşaqların yaşı az olduğundan elə də böyük xərcləri yoxdur. Ali Məhkəmənin istinad olunan qərardadının 40-ci bəndində qeyd edilmişdir ki, ödənilən alimentin məbləğinin ölkədə uşaqlar üçün müəyyən olunan yaşayış minimumundan yüksək olması özü-özlüyündə alimentin artıq olan hissəsinin bank hesabına köçürülməsi üçün əsas vermir. Belə ki, bu zaman uşağın yaşı, təhsili (ödənişli və ya ödənişsiz), o cümlədən əlavə haqq ödənilməklə uşağın məktəbəqədər tərbiyə müəssisəsinə, müxtəlif dərnəklərə getməsi, səhhəti, həmçinin bu qaydanın müəyyən edilməsinin uşağın mənafelərinə uyğunluğu da nəzərə alınmalıdır. Ərizəçi nazir vəzifəsində, tələbkar isə dövlət qulluqçusu vəzifəsində çalışır, bu baxımdan onların nikahından olan uşaqların günlük və aylıq xərclərinin bu vəzifədə çalışan valideynlərin qazancına mütənasib olması təəccüb doğurmamalıdır. Digər tərəfdən uşaqların aylıq xərcləri barədə məlumatlar ərizəçiyə təqdim edilmiş və aylıq xərclərin ərizəçi (borclu) tərəfindən ödənilən alimentdən artıq olduğu ərizəçiyə məlum olmuşdur. Belə ki, Bakı şəhərində bir uşaq üçün baxıcının aylıq haqqı təxminən 500-700 manat arasıdır, iki uşaq üçün baxıcıya ayda 900 manat ödəniş edilir. Gecələr qaldıqda isə (bu bir qayda olaraq çox olur, atası xəstə olduğundan anası onunla nadir hallarda qalır), hər gecə üçün 25 manat əlavə ödəniş edilmiş, bir sözlə baxıcı üçün aylıq 1200-1400 manat ödəniş edilir. Uşaqlar “Simurq” uşaq bağçasına gedirlər, uşaqların birdəfəlik ödənişləri iki uşaq üçün 400 manatdır, bundan başqa bağçada təşkil edilən tədbirlər, bayramlar və digər əyləncələr üçün əlavə ödənişlər edilir ki, bu da təxminən aylıq 100-200 manat olur. Ağalar reflü xəstəsidir (mədədə olan qidanın geri qayıtması), eyni zamanda qan azlığından əziyyət çəkir, mütəmadi olaraq “Leyla Medical”ın Pediatriya xəstəxanasında Kamil Şərifovun qəbulunda olur, müalicələr alır. Müalicə kursları və dərmanlar kifayət qədər bahalıdır. Ağalar hazırda loqaped (pedaqoq/psixoloq) yanına gedir və aylıq ödəniş 240 manatdır. Ayxan da növbəti həftədən həmin loqaped-psixoloqun seanslarında iştirak edəcək, bu istiqamət üzrə xərc 480 manat təşkil edir. Növbəti mərhələ üçün uşaqlarının bağçasının dəyişdirilməsi təmin ediləcək, yeni bağçanın aylıq xidmət haqqı bahadır və uşaqların gediş-gəliş (yol haqqı) da bura əlavə edilsə, xərclər daha çox artacaqdır. Yaxın vaxtlarda əlavə kurslar (ingilis dili və sair) nəzərdə tutulmuş, eyni zamanda 5 yaşından etibarən uşaqların “Hədəf” liseyində təhsilə başlaması planlaşdırılmışdır, həmin liseydə bir illik təhsil xərci təxminən 8000 manatdır, hazırki ərizə təmin ediləcəyi təqdirdə bu məqsədə nail olmaq mümkün olmayacaq, üstəlik başqa karta köçürülən pula valideynlərdən biri təkbaşına sərəncam vermək səlahiyyəti olmadığından, bu hal gələcəkdə əlavə məhkəmə mübahisəsi demək olacaqdır. Bundan başqa, uşaqların gündəlik xərcləri, onların keyfiyyətli yeməklə təmin olunması (ət və süd məhsulları, yumurta və sair məhsullar) kənddən sifariş olunur və qiymətləri kifayət qədər yüksəkdir. Ərizəçinin verdiyi aliment və öz vəsaiti hesabına uşaqların əyləncəsini, geyimlərini və digər tələbatlarını yüksək səviyyədə təmin edir, iki uşaq üçün aylıq uşaq bezinin xərci 400 manatdan çoxdur, uşaqların cari xərcləri ərizəçinin ödədiyi alimentdən çoxdur və onun ½ hissəsinin ödənilməsi uşaqların həyat səviyyəsinə əhəmiyyətli təsir edəcəkdir. Ərizəçi özü də ortalamanın üzərində məvaciblə yaşayırsa, onun doğma uşaqları da ortalamanın üstündə həyat səviyyəsində yaşamaqda haqlıdırlar. Əgər ərizəçi bir ata olaraq uşaqların yaşayış səviyyəsinin yüksək olmasından, onların yaxşı qidalanmasından, yaxşı geyinməsindən, əylənməsindən onlara yüksək səviyyədə qayğı və diqqət göstərilməsindən məmnun deyilsə, bundan narazıdırsa, əlavə şərhə ehtiyac yoxdur. Ərizəçi qeyd etmişdir ki, tələbkarın əmək haqqı yüksəkdir, sosial vəziyyəti yaxşıdır, bununla bağlı qeyd olunmalıdır ki, nə Ailə Məcəlləsində, nə də Ali Məhkəmənin istinad olunan qərarında tələbkarın sosial vəziyyətinin yaxşı olmasının aliment məbləğinin başqa formada istifadəsi üçün əsas yaratmasına dair hər hansı bir müddəa yoxdur. O, mütəmadi müalicəyə ehtiyac olunan bir neçə xəstəlikdən, xüsusən də endokrinoloji haşimato tiroiditi xəstəliyindən əziyyət çəkir, bu xəstəlik daimi müalicəyə tabe tutulmalı və nəzarətdə saxlanılmalıdır. Bundan başqa, gücü çatdığı qədər yaşlı valideynlərini də himayə edir, əmək haqqından əlavə gəliri yoxdur. Ərizəçi hazırda əmək haqqısından əlavə tərəflərin birgə nikahı dövründə istifadə etdiyi mənzili kirayə verərək əlavə gəlir əldə edir, ərizəçinin onun əmək haqqı barəsində göstərdikləri həqiqəti əks etdirmir, onun aylıq gəliri (kart üzrə) 3400 manat təşkil edir. Ərizəçi isə uşaqlara aliment öhdəliyini icra etdikdən sonra aylıq gəliri 8000 manatdan çox olur. Ərizəçi hesablama apararkən onun yol xərcini, evin baxımını (cari tələbatlar, geyim, komunal ödənişlər, xəstəxana xərcləri, toy, hüzür mərasimləri və sair) nəzərə almamış, özünün həyat səviyyəsi yüksən qaldığı halda, onun gəlirini çox göstərməklə balansı pozmuşdur. Ərizəçi gəlirinin ⅓-ni aliment kimi ödədiyi halda, ona qalan məbləğ 8000 manatdan çox olur, ərizəçinin tələb etdiyi yeni vəziyyətdə isə o, 3400 manat əmək haqqının yarısından çoxunu uşaqlar üçün xərcləməli olacaq. Ərizəçi daha çox gəlirli biri olaraq öz qazancından əlavə bank hesabına ödənişlər edərək uşaqlarının gələcəyini təmin edə bilər. Bunun üçün uşaqların qayğısına qalan, onlarla birlikdə yaşayan, onların bütün problemlərini təkbaşına və valideynləri ilə həll edən ananın gəlirini hesablamaq lazım deyil. O və uşaqları valideynlərinin vəsaiti hesabına (onlar hələ də evin borcunuödəmişlər)əldəedilmişmənzildəyaşayırlar.Göründüyükimi,alimentinməbləğiuşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən olunmuşdur. Beləliklə, hazırki vəziyyətdə ərizəçinin iddia etdiyi hallar mövcud deyil, onun ödədiyi aliment məbləği uşaqların hazırki həyat səviyyəsini belə tam şəkildə ödəmir. Bu səbəbdən icra üsulunundəyişdirilməsiuşaqlarınmənafeyibaxımındanməqsədəuyğunhesabediləbilməz.”

11. Məhkəmə iclasında iştirak edən borclunun nümayəndəsi (vəkili) Nümayəndə ərizəni müdafiə edərək təmin olunmasını xahiş etmiş və izahatında bildirmişdir ki, təqdim etdiyi ərizəçinin əmək haqqından çıxarışdan da görünür ki, 12 ay ərzində 71 258,01 manat maaşdan 33 065,92 manat aliment ödənişinə köçürülmüş, 2025-ci ilin may ayında qətnamə qanuni qüvvəsini almış və o vaxtdan 2335,15 manat məbləğində aliment ödənişi edilmişdir. Həmin dövrdə ərizəçinin aylıq əmək haqqı 4670,30 manat olmuş, həmin maaşın da 33 faizi 1541 manat etmişdir. İcra şöbəsi tərəfindən isə şəxsin əmək haqqının 50 faizi aliment üçün tutulmuş, bunun əsas səbəbi əvvəlki vaxtlarda olan aliment borcu olmuş, 2026-cı ilin yanvar ayından isə ərizəçinin əmək haqqından 3596,18 manat məbləğində aliment tutulmuşdur. Hazırda ərizəçinin əsas niyyəti uşaqların gələcəyinin təminatı olaraq alimentin 50 faizini onların adına açılmış kart hesabına köçürülməsi olmuşdur. Çıxarışda olan maaş tutulmalar, vergi çıxıldıqdan sonra qalan net məbləğdir, hazırda 8491,52 manat əmək haqqı alır. Əvvəlki aliment borcu dekabr ayında yekunlaşmış, dayənin ödənişininalimentəaidiyyatıolmamışdır.

12. Məhkəmə iclasında iştirak edən tələbkarın nümayəndəsi (vəkili) Vəkil ərizəyə etiraz edərək bildirmişdir ki, təqdim etdiyi qəbzlərdən də görünür ki, ərizəçi 2335 manat aliment ödəyir. Aprel ayında dövlət qulluqçularının əməkhaqqında artım olduğu üçün həmin ay 3783 manat aliment ödənilmişdir. Ərizəçinin maaşı 8491 manatdırsa bunun da 1/3 hissə 2830 manat etmiş, fevral ayında 2335 manat aliment ödənilmişdir. Dayənin ödənişini xanım özü ödəmiş, dayəyə rəsmi 900 manat ödəniş edilmiş, lakin gecə qaldığı vaxtlarda 300, bəzən də 200 manat artıq ödəniş edilmişdir. Uşaqların bağça ödənişi 400 manat olmuş, 200 manat da əlavə çəkilən xərclər olmuş,qəbzlərdənbiridəuşağınxəstəliyiüçünçəkilənxərclərolmuşdur.

13. Birinci instansiya məhkəməsinin ## ### 2026-cı il tarixli qərardadı ilə ərizənin təmin edilməsi, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli *(***)-***/**** saylı qətnaməsinin icra üsulunun dəyişdirilərək borclu Ərizəni verən şəxs tərəfindən ##.##.2024-cü il təvəllüdlü X4 və ##.##.2024-cü il təvəllüdlü X2 üçün hər ay ödənilən aliment məbləğinin 50 faizinin yetkinlik yaşına çatmayan uşaqların hər birinin ayrılıqda adına açılmış bank hesabına bərabər paylarda köçürülməsi, ödənilən aliment məbləğinin 50 faizinin isə ##.##.2024-cü il təvəllüdlü X4 və##.##.2024-cüiltəvəllüdlüX2üçüntələbkarBorclusərəncamınaverilməsiqəraraalınmışdır.

14. Məhkəməgəldiyinəticəniaşağıdagöstərildiyikimiəsaslandırmışdır:

 Təqdim edilmiş Ərizəni verən şəxs 05.2025 – 05.2026-cı illər üzrə əmək haqqından çıxarış barədə arayışdan görünür ki, 2025-ci ilin dekabr ayınadək onun əmək haqqının təxminən 50 faizi aliment ödənişi kimi tutulmuşdur. 1 il ərzində onun aldığı 71 258 manat əmək haqqından 33 065,92 manat aliment ödənişi tutulmuşdur. Aliment ödənişinin borclunun 1 illik əmək haqqı məbləğinin təxminən yarısını təşkil etməsi görünür.

 Ərizəyə əlavə edilmiş “Dövlət qulluğunun inzibati və yardımçı vəzifələri üzrə aylıq vəzifə maaşının minimum məbləğləri, əməyin ödəniş səviyyələri üzrə vəzifələr, səviyyə və pillələr üzrə artım faizləri və aylıq vəzifə maaşlarının məbləğlərinin müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin ##.##.2026-cı il tarixli *** №-li fərmanı ilə Dövlət qulluğunun inzibati və yardımçı vəzifələri üzrə əməyin ödəniş səviyyələri təsdiq edilmişdir. Həmin Fərmanın 2026-cı ilin ######ın #-dən tətbiq edilməsi qeyd edilmişdir.

 Tələbkar tərəfindən təqdim edilmiş çıxarışlardan da görünür ki, 2335,15 manat məbləğində pul ##.##.2026-cı il tarixdə onun hesabına köçürülmüşdür. Həmin məbləğ borclu tərəfindən təqdim edilən arayışdakı aylıq aliment məbləği ilə üst-üstə düşmüşdür. Çıxarışlardan görünür ki, cari ilin aprel ayında tələbkarın kart hesabına 2 dəfə aliment ödənişi mədaxil edilmişdir. ##.##.2026-cı il tarixdə 2974,08 manat, ##.##.2026-cı il tarixdə 3783,09 manat aliment ödənişi hesabına köçürülmüşdür. Borclunun nümayəndəsi bunu Azərbaycan Respublikası Prezidentinin istinad edilən Fərmanının icrası ilə əlaqədar əmək haqqında artımların 3 aylıq məbləğinin aprel ayının sonunda köçürülməsi ilə izah etmişdir. Riyazi hesablama ilə: 3783,09 : 3 = 1261. Borclunun ödədiyi aylıq aliment məbləği arayışa əsasən 2335,15 manat təşkil etməsi nəzərə alındıqda həmin məbləğləri topladıqda 3596,18 alınır. Sonuncu məbləğ borclunun 2026-cı ilin yanvar ayından etibarən ödədiyi aliment məbləğini əks etdirir.

 Uşaqların 2 ay 4 aylıq olmaları, onların xüsusi təhsil, məşğələ və ya tibbi xidmətə ehtiyacları olması barədə tələbkar tərəfindən sübutlar təqdim edilməməsi nəzərə alınmalıdır. Borclu ərizəsini uşaqlarının gələcək mənafe və maddi təminatını nəzərə almaqla ödədiyi alimentin israfa yol verilməməsi üçün 50 faizini uşaqların adına açılmış bank hesabına köçürülməsi ilə əsaslandırmış, tələbkar isə etirazında ümumi xarakterli mülahizələrlə çıxış edərək uşaqların gələcəkdə özəl təhsil müəssisəsində təhsil almaq planı olması, atalarının “nazir olmaqla yüksək gəlirli şəxs olması, uşaqların xərclərinin bu vəzifədə çalışan valideynlərin qazancına mütənasib olması” arqumentləri gətirmişdir. Bununla yanaşı hesabına köçürülən aliment məbləğini uşaqların hansı ehtiyaclarına sərf olunması barədə kifayət qədər sübutlar təqdim etməmişdir. Tələbkar etirazında uşaqların bağça ödənişinin hər biri üçün 200 manat, cəmi 400 manat olduğunu baxıcı üçün aylıq 1200-1400 manat ödəniş etdiyini göstərmişdir. Lakin etirazda körpə uşaqların həm bağçaya getməsi, həm də baxıcı ilə təmin olunmasının zərurəti əsaslandırılmamış, baxıcıya ödənilən məbləğ barədə sübut, bağlanmış əmək müqaviləsinin surəti təqdim edilməmişdir. Hazırkı mərhələdə borclu tərəfindən aylıq ödənilmiş 2335,15 manat aliment məbləğinin tam olaraq uşaqların hansı ehtiyaclarına sərf edilməsi barədə kifayət qədər sübutlar tələbkar tərəfindən təqdim olunmamışdır. Beləliklə də, aliment kimi köçürülən vəsaitin aliment alan valideyn tərəfindən lazımi qaydada icra olunması sübuta yetirilməmişdir.

 Məhkəmə bir daha qeyd etməyi zəruri hesab edir ki, uşaqların qayğısına qalmağın hər iki valideynin borcu olması ali qanunvericilik aktı səviyyəsində təsbit edilmişdir. Tələbkar tərəfindən təqdim edilmiş etirazdan görünür ki, o, dövlət qulluqçusu kimi çalışmaqla, 3400 manat əmək haqqı almış və aldığı əmək haqqını uşaqların maddi ehtiyaclarının təmin edilməsi üçün xərcləmişdir. Belə olduğu təqdirdə körpə uşaqların gündəlik və aylıq xərclərinin kifayət qədər təmin edildiyi və layiqli həyat səviyyələrinin təmin olunmasında hər iki valideynin iştirak etməsi müəyyən edilir.

15. Mövqeyinin hüquqi əsası kimi məhkəmə, Azərbaycan Respublikası Konstitusiyanın 17ci, 34-cü, “Uşaq hüquqları haqqında” Qanunun 5-ci, Ailə Məcəlləsinin 55-ci, 58-ci, 60-cı maddələrinə, Ali Məhkəmənin Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2016-cı il ## #### tarixli Qərarına, “Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının Azərbaycan Respublikası AiləMəcəlləsinin55.3-cümaddəsinintətbiqiüzrə**/****nömrəliqərardadınaistinadetmişdir.

16. Həmin qərardaddan Borclun nümayəndəsi (vəkili) şikayət verərək onun ləğv olunmasını və ərizənin təmin edilməməsini xahiş etmiş, şikayətini ərizəyə etirazın məzmununa uyğun əsaslandırmaqla, məhkəmənin Ailə Məcəlləsinin 55.3-cü maddəsini düzgün tətbiq etmədiyini,sübutlaradüzgünqiymətvermədiyiniirəlisürmüşdür. Apellyasiya baxışı

17. Şikayətə məhkəmə iclasında baxılmasını zəruri edən MPM-in 397.2-ci maddəsində nəzərdətutulanhallaraşkaredilməmiş,işəyazılıicraatqaydasındabaxılmışdır.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Konstitusiyası

18. Maddə 34. Analıq, atalıq, uşaqlıq qanunla mühafizə edilir. Uşaqlara qayğı göstərmək, onlarıtərbiyəetməkvalideynlərinhəmhüququ,həmdəborcudur.

Azərbaycan Respublikasının Ailə Məcəlləsi

19. Maddə 55.3. Məhkəmə uşağa görə aliment ödəyən valideynin tələbi ilə alimentin 50 faizdən çox olmayan məbləğini yetkinlik yaşına çatmayan uşağın adına açılmış bank hesabına köçürməkbarədəqərarçıxarabilər.

“Uşaq hüquqları haqqında” Qanun

20. Maddə 5. Dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir.Uşağınhüquqvəmənafeləriniməhdudlaşdıranhərhansıəqdetibarsızdır.

Ali Məhkəmənin Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2016-cı il ## #### tarixli Qərarı

21. ...Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır ("Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsi). Məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalı və yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti öyrənilməlidir. Bu zaman məhkəmələr uşağın valideynlərinin birgə yaşadıqları dövrdə ailənin maddi vəziyyəti və yaxud ayrı yaşadıqları dövrdə uşağın saxlanılmasına valideynlərdən biri tərəfindən könüllü qaydada vəsait ödənilməsini və uşağın bu ödəmənin dayandırıldığı vaxtadək olan dövrdəki təminat səviyyəsini nəzərə almalıdırlar. Əlavə haqq ödənilməklə uşağın məktəbəqədər tərbiyə müəssisəsinə, musiqi, rəsm,idman,rəqsvədigərdərnəklərəgedib-getməməsidənəzərəalınmalıdır.

Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının Azərbaycan Respublikası Ailə Məcəlləsinin 55.3-cü maddəsinin tətbiqi üzrə ##.##.2023-cü il tarixli **/**** nömrəli qərardadı

22. Bənd 24. Nəzərə alınmalıdır ki, alimentin tutulması barədə məhkəmə qətnaməsi qanuni qüvvəyə mindikdən sonra aliment ödəyən şəxsin Ailə Məcəlləsinin 55.3-cü maddəsində nəzərdə tutulan tələbinə baxıldıqda, aliment yenidən tutulmur və ya onun məbləği müəyyən edilmir,yalnızalimentinbirhissəsininhansıqaydadaödəniləcəyimüəyyənolunur.

23. Bənd 34. Qeyd olunmalıdır ki, Ailə Məcəlləsinin 55.1-ci maddəsinə əsasən, aliment almaq uşağa məxsus olan hüquqdur və buna müvafiq olaraq aliment uşağa məxsus olan vəsait sayılır.

24. Bənd 39. Alimentin məbləği uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimalsaxlanılmasıəsastutularaqmüəyyənolunur.

25. Bənd 40. Ödənilən alimentin məbləğinin ölkədə uşaqlar üçün müəyyən olunan yaşayış minimumundan yüksək olması özü-özlüyündə alimentin artıq olan hissəsinin bank hesabına köçürülməsi üçün əsas vermir. Belə ki, bu zaman uşağın yaşı, təhsili (ödənişli və ya ödənişsiz), o cümlədən əlavə haqq ödənilməklə uşağın məktəbəqədər tərbiyə müəssisəsinə, müxtəlif dərnəklərə getməsi, səhhəti, həmçinin bu qaydanın müəyyən edilməsinin uşağın mənafelərinə uyğunluğudanəzərəalınmalıdır.

26. Bənd 41. Ödənilən aliment məbləğinin yüksək olması əsası ilə onun bir hissəsinin bank hesabına köçürülməsi barədə müraciət edən şəxs bu qaydanın müəyyən edilməsinin məhz uşağınmənafeyinəxidmətetdiyiniəsaslandırmaqvəsübutetməkvəzifəsidaşıyır.

27. Bənd 42 Müraciət, alimentin (bir hissəsinin) uşağa deyil, başqa məqsədlərə sərf olunması əsası ilə edildiyi halda da mülki prosessual qanunvericiliyin sübutetmə ilə bağlı ümumi prinsiplərinəuyğunolaraq,sübutetməyükübumüraciətiedəntərəfinüzərinədüşür.

28. Bənd 43. Nəzərə alınmalıdır ki, ödənilən alimentin məbləği uşağın ödənişli təhsilə, əlavə məşğələlərə cəlb edilməsinə, uşağın mənafeyinə xidmət edən daha yaxşı həyat şəraitinin təmin edilməsinə imkan verirsə, aliment ödəyən tərəfin yuxarıda qeyd edilən məsələlərlə bağlı xərclərə razılığı tələb edilmir. Belə ki, uşaq himayəsində saxlanılan valideyn məhkəmə qətnaməsi ilə xeyrinə tutulmuş alimentin məbləği, habelə öz şəxsi vəsaitləri və imkanları həddində uşağın saxlanılması, təhsili, tərbiyəsi və normal inkişafı üçün zəruri hesab etdiyi tədbirləri həyata keçirməkhüququnamalikdir.

29. Bənd 44. Aliment ödəyən tərəf müraciətinin təmin edilməsinə əsas verən sübutları təqdim etdiyi halda, aliment alan tərəf ödənilən alimentin mühüm hissəsini uşağın təhsilinə, müalicəsinə və digər təminatına xərclədiyinə dair etiraz irəli sürərsə, bununla bağlı etirazının əsaslarını sübut etmək vəzifəsini daşıyır. Bu zaman nəzərə alınmalıdır ki, uşağı saxlayan valideynin uşağın qidalanmasına, geyiminə, asudə vaxtının təşkili və digər xırda məişət məsələlərinədairxərcləribarədəsübutlartəqdimetməkvəzifəsiyoxdur.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

30. Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydadaməhkəməmüdafiəsindənistifadəetməkhüququnamalikdirlər.

31. Maddə 5.1. Hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədəişbaşlanılır.

32. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardanistifadəetməlidir.

33. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübutetməlidir.

34. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərəalırki,onlarişdətərəflərintələblərinimüəyyənedənfaktlarlavəhallarlaəlaqədardır.

35. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələriilətəsdiqedilməliolanişinhallarıbaşqasübutlarlatəsdiqolunabilməz.

36. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəməüçünqabaqcadanmüəyyənedilmişqüvvəsiyoxdur.

37. Maddə 231.1. İşə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissəicraetdirməyə,habeləonunicraüsulunuvəqaydasınıdəyişdirməyəhaqlıdır.

38. Maddə 398.0. Apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: 398.0.1. məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək; 398.0.2. qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək; 398.0.3. qərardadı tam və ya qismən ləğv edib qərardadlahəlledilməliolanməsələnihəlletmək.

Məhkəmə kollegiyasının mövqeyi

39. Qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi, bir icra üsulunun digəri ilə əvəz edilməsi, yaxud qətnamənin ilkin icra üsulunun dəyişdirilməsi ilə transformasiya olunması deməkdirvəheçbirhaldaqətnaməninözünündəyişdirilməsikimibaşadüşüləbilməz.

40. Ödənilən alimentin məbləğinin ölkədə uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumundan artıq olması alimentin müəyyən hissəsinin uşağın bank hesabına köçürülməsi üçün avtomatik əsas yaratmır; belə ki, yaşayış minimumu uşağın yalnız minimal ehtiyaclarını ifadə edən göstəricidir və konkret uşağın fərdi ehtiyaclarını tam əks etdirmir. Ali Məhkəmənin yuxarıda qeyd edilən qərardadından da aydın olur ki, məhkəmə belə tələblərə baxarkən uşağın yaşı, təhsil xüsusiyyətləri, əlavə təhsil və inkişaf fəaliyyətlərinə cəlb olunması, sağlamlıq vəziyyəti və digər fərdi hallarla yanaşı, təklif edilən qaydanın uşağın mənafelərinə nə dərəcədə uyğun olduğunu da qiymətləndirməlidir.

41. Aliment vəsaitinin istifadəsi qaydasının dəyişdirilməsi yalnız formal göstəricilərə deyil, uşağın mənafeyinin daha dolğun təmin olunmasına yönəlməli, alimentin təyinatı üzrə istifadə edilmədiyiniiddiaedəntərəfhəminhalıtəsdiqedənsübutlarıməhkəməyətəqdimetməlidir.

42. Hazırki halda ərizəçi alimentin təyinatı üzrə istifadə edilmədiyinə dair sübut təqdim etməsə də, işin hallarından görünür ki, onun ödədiyi aliment məbləği təxminən 3600 manatdır və ərizəçiərizəsinihəmdəalimentməbləğininyüksəkolduğuarqumentiiləəsaslandırmışdır.

43. Qeyd olunmalıdır ki, aliment məbləğinin yüksək olması əsası ilə onun bir hissəsinin bank hesabına köçürülməsi barədə müraciət edən şəxs bu qaydanın müəyyən edilməsinin məhz uşağınmənafeyinəxidmətetdiyiniəsaslandırmaqvəsübutetməkvəzifəsidaşıyır.

44. İşin hallarından görünür ki, uşaqlar azyaşlıdırlar və Mustafayeva (Zeynalova) Günel Fikrətqızınınözününaylıqəməkhaqqı3400manattəşkiledir.

45. Bu baxımdan kollegiyanın qənaətinə görə, uşaqlar üçün ödənilən alimentin bir hissəsinin onların adlarına açılmış bank hesabına köçürülməsi, uşaqların mənafeyinə xidmət edən tədbir kimi qiymətləndirilə bilər; lakin müvafiq hissə müəyyənləşdirilərkən uşaqların hazırkı yaşdaolanehtiyaclarıvəyaşam(həyat)standartlarınəzərəalınmalıdır.

46. Borclu tərəfindən təqdim edilmiş sənədlərdən aydın olur ki, ##.##.2024-cü il təvəllüdlü Ərizəni verən şəxs Ayxan oğlu 2025-ci il və 2026-cı illərdə mütəmadi olaraq həkim müayinələrində olmuşdur (bəzi aylar üzrə bir neçə dəfə olmaqla), iş materiallarına həmçinin X2 “Zəfər” liseyi təhsil kompleksində məktəbəqədər təhsil pilləsinə qəbul olduğunu təsdiq edən sənəd də əlavə edilmişdir.

47. Belə olan halda kollegiya hesab edir ki, ərizəçinin ödədiyi alimentin 50%-nin deyil, 30%nin uşaqların hər birinin adına açılmış bank hesabına bərabər paylarda köçürülməsi məqsədəuyğundur.

48. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261, 397-398, 405-cimaddələrinirəhbərtutaraqməhkəməkollegiyası QƏRARA ALDI:

Şikayətqisməntəminedilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin *(*-**)-***/**** saylı iş üzrə ## ### 2026-cı il tarixliqərardadıdəyişdirilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli qətnaməsi üzrə Ərizəni verən şəxs tərəfindən ##.##.2024-cü il təvəllüdlü X4 və ##.##.2024-cü il təvəllüdlü X2 üçün hər ay ödənilən aliment məbləğinin 30 (otuz) faizi yetkinlik yaşına çatmayan uşaqların hər birinin adına ayrılıqda açılmış bank hesablarına bərabər paylarda köçürülsün, ödənilən aliment məbləğinin 70 (yetmiş) faizi isə ##.##.2024-cü il təvəllüdlü X4 və ##.##.2024-cü il təvəllüdlü X2 üçünBorclusərəncamınaverilsin. Qərardaddankassasiyaşikayətiveriləbilməz.

Sədrlik edən hakim Elnur Həsənov

Hakimlər Rafael Eyvazov

Sabit Bəhrəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar