Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 8(3-6)-274/2026 25.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Borclu Ərizəni verən şəxs Səbail rayon icra şöbəsinin icra məmurunun hərəkətlərindən şikayət ərizəsinə dair icraat üzrə (Açar sözlər: icra məmurunun hərəkətlərindən şikayət) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X1 (sədrlik edən və məruzəçi), X2 və X3 ibarət tərkibdə, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin *(*-***)-***/**** saylı, ##.##.2026-cı il tarixli qərardadından borclu Ərizəni verən şəxs tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: Iş üzrə qəbul edilmiş məhkəmə aktları:
1. Səbail Rayon Məhkəməsinin e-*(***)-****/****-*** nömrəli, ##.##.2025-ci il tarixli icra sənədinə əsasən Ərizəni verən şəxs “xxxx” ASC-nin xeyrinə ##.##.2024-cü il tarixli ******-*-***** saylı Yenidən Maliyyələşdirilən Kreditin əsas şərtlərinə dair Müştəri Ərizə-Razılaşması üzrə ##.##.2025-ci il tarixə yaranmış 37.587,58 manat əsas borc, 1.365,78 manat faiz borcu, həmçinin ödənilmiş dövlət rüsumunun əvəzi kimi 209,82 manat, cəmi 39.163,18 manat məbləğində pul tutulmalıdır.
2. Borclu Ərizəni verən şəxs şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, əmək haqqından 50 faiz tutulmanın dayandırılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir.
3. Ərizə onunla əsaslandırılmışdır ki, icra məmurunun qərarı ilə əmək haqqından 50 % tutulur. Rəsmi əmək haqqısı 1800 manat təşkil edir. Digər kredit ödənişlərinin cəmi isə 1400 manat təşkil edir. 50 % tutulma nəticəsində ona yalnız 900 manat qalır ki, bunun da 600- 700 manatı digər kreditlərə çıxılır.
4. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin *(*-***)-***/**** saylı, ##.##.2026-cı il tarixli qərardadı ilə ərizənin təmin edilməməsi qərara alınmışdır.
Şikayətin dəlilləri, birinci instansiya məhkəməsinin şikayətə dair gəldiyi nəticə və şikayətə etirazın dəlilləri:
5. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin *(*-***)-***/**** saylı, ##.##.2026-cı il tarixli qərardadından borclu Ərizəni verən şəxs tərəfindən verilmiş şikayət həmin məhkəmənin ##.##.2026-cı il tarixli qərardadı ilə təmin edilməmiş, işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.
6. Şikayət ərizə ilə eyni qaydada əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, “Icra haqqında” Qanunun 65.1-ci maddəsində tutulmanın 50 faizdən çox olmaması nəzərdə tutulsa da, həmin norma icra məmuruna maksimum həddi müəyyən edir və hər bir halda məhz 50 faiz tutulmasını məcburi etmir. Icra hərəkətləri həyata keçirilərkən borclunun sosial vəziyyəti, maddi imkanları və minimal yaşayış şəraiti nəzərə alınmalıdır. Birinci instansiya məhkəməsi onun maddi vəziyyətini, daimi maliyyə öhdəliklərini, yaşayış xərclərini və tutulmanın ona ağır sosial nəticələr yaratmasını tam və hərtərəfli araşdırmamışdır. Məhkəmə yalnız tələbkarın maraqlarına üstünlük verərək balanslı hüquqi qiymətləndirmə aparmamışdır. Azərbaycan Respublikası Konstitusiyasının sosial dövlət prinsiplərinə, insanın layiqli həyat səviyyəsi hüququna və məhkəmə qərarlarının icrası zamanı proporsionallıq prinsipinə əsasən tutulmanın daha aşağı faizlə müəyyən olunması mümkündür və məqsədəuyğundur. Həmçinin məhkəmə qərarında qeyd olunan hallar icra məmurunun tətbiq etdiyi maksimum tədbirin dəyişdirilməsini istisna etmir. Tutulmanın azaldılması məhkəmə qərarının icrasından yayınma deyil, borclunun real maliyyə imkanlarına uyğun icranın təmin edilməsidir.”
7. Şikayətə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 397.2-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılır.
Tətbiq edilən hüquq normaları:
8. “Icra haqqında” haqqında Azərbaycan Respublikasının Qanunu:
Maddə 2.1. Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Maddə 26. Icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. Maddə 43.1.2. Tələbin borclunun əmək haqqına, pensiyasına, təqaüdünə və sair gəlirlərinə yönəldilməsi məcburi icra tədbirlərindən biri kimi nəzərdə tutulmuşdur;; Maddə 63.1. Tələbin borclunun əmək haqqına və digər gəlirlərinə yönəldilməsinə aşağıdakı hallarda yol verilir: 63.1.1. vaxtaşırı ödəmələrin tutulması haqqında icra sənədləri icra edildikdə; 63.1.2. icra sənədində göstərilən tələb üzrə tutulmalı olan məbləğin həcmi bu Qanunun 65-ci maddəsində müəyyən edilmiş miqdardan artıq olmadıqda; 63.1.3. tələbin tam ödənilməsi üçün borclunun əmlakı olmadıqda və ya onun əmlakı kifayət etmədikdə. Maddə 65.1. Icra sənədi icra edilərkən borclunun əmək haqqından və ona bərabər sayılan digər gəlirlərindən tutmaların məbləği 50 faizdən çox ola bilməz. Maddə 65.3. Tələb, bir neçə icra sənədi üzrə borclunun əmək haqqına və ona bərabər sayılan digər gəlirlərinə yönəldildikdə, qazancın 50 faizi borcluda qalmalıdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
9. Məhkəmə kollegiyası şikayətin dəlillərini müzakirə edərək hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
10. Iş materiallarının tədqiqi ilə müəyyən edilir ki, Səbail Rayon Məhkəməsinin e-*(***)- ****/****-*** nömrəli, ##.##.2025-ci il tarixli icra sənədinə əsasən Ərizəni verən şəxs “xxxx” ASC-nin xeyrinə ##.##.2024-cü il tarixli ******-*-***** saylı Yenidən Maliyyələşdirilən Kreditin əsas şərtlərinə dair Müştəri Ərizə-Razılaşması üzrə ##.##.2025-ci il tarixə yaranmış 37.587,58 manat əsas borc, 1.365,78 manat faiz borcu, həmçinin ödənilmiş dövlət rüsumunun əvəzi kimi 209,82 manat, cəmi 39.163,18 manat məbləğində pul tutulmalıdır.
11. Səbail rayon icra şöbəsinin icra məmurunun “X4” MMC-yə ünvanladığı məktubunda qeyd edilir ki, icra sənədinin icrası ilə bağlı hər ay borclunun gəlirinin 50 %-nin tutulması tələb olunur. Tutulan məbləğin 90 %-i tələbkarın, 10 %-i icra qurumunun hesabına ödənilməlidir. 12.Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçünməcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır
13. “Icra haqqında” Azərbaycan Respublikasının Qanununun 43.1.2-ci maddəsinə əsasən, tələbin borclunun əmək haqqına, pensiyasına, təqaüdünə və sair gəlirlərinə yönəldilməsi məcburi icra tədbirlərindən biri kimi nəzərdə tutulmuşdur;
14. Həmin Qanunun 63.1-ci maddəsinə əsasən, tələbin borclunun əmək haqqına və digər gəlirlərinə yönəldilməsinə aşağıdakı hallarda yol verilir: 63.1.1. vaxtaşırı ödəmələrin tutulması haqqında icra sənədləri icra edildikdə; 63.1.2. icra sənədində göstərilən tələb üzrə tutulmalı olan məbləğin həcmi bu Qanunun 65-ci maddəsində müəyyən edilmiş miqdardan artıq olmadıqda; 63.1.3. tələbin tam ödənilməsi üçün borclunun əmlakı olmadıqda və ya onun əmlakı kifayət etmədikdə.
15. Eyni Qanunun 65.1-ci maddəsinə əsasən, icra sənədi icra edilərkən borclunun əmək haqqından və ona bərabər sayılan digər gəlirlərindən tutmaların məbləği 50 faizdən çox ola bilməz.
16. Işdən göründüyü kimi icra sənədi üzrə borcludan tələbkarın xeyinrə tutulmalı məbləğin həcmi 39.163,18 manat olmaqla kifayət qədər yüksək məbləğ təşkil edir.
17. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, 39.163,18 manat borcun Ərizəni verən şəxs qeyd etdiyi kimi daha az hissələrlə ödənilməsi tələbkarın mənafeyinə aşkar şəkildə zidd olmaqla, məhkəmə qərarının məcburi icrası prinsipinin əsassız məhdudlaşdırılmasına və eyni zamanda tələbkarın mövqeyinin zədələnməsinə səbəb ola bilər.
18. Həmçinin "Icra haqqında" Azərbaycan Respublikası Qanununa görə, borclunun əmək haqqından və ya pensiyasından tutulmaların həcmi 50%-dən çox ola bilməz. Icra məmuru isə qanunun müəyyən etdiyi yuxarı həddi (50%) aşmamışdır.
19. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən hesab edir ki, şikayətin dəlilləri əsassız olmaqla məhkəmənin gəldiyi nəticənin ləğvi üçün əsas təşkil etmir.
20. Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır.
21. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA A L D İ:
Şikayət təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin *(*-***)-***/**** saylı, ##.##.2026-cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Məhəmməd Rüstəmli Fərrux Qasımov