Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 8(3-6)-276/2026 24.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Qətnamənin icra üsulunun dəyişdirilməsi ilə bağlı borclu Rüstəmova Ülviyyə Hidayət qızının ərizəsi üzrə (Açar sözlər: qətnamənin icra üsulunun dəyişdirilməsi) Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, X3 (sədrlik edən və məruzəçi), X1 və X2 ibarət tərkibdə, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərardadından borclu Borclu tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi Iş üzrə qəbul edilmiş məhkəmə aktları
1. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-**(***)- ***/**** nömrəli icra vərəqəsinə əsasən, e-*(***)-****/**** nömrəli iş üzrə yekun məhkəmə qətnaməsi çıxarılanadək ərizəçi X5 övladları ##.##.2010-cu il təvəllüdlü X9 və ##.##.2018-ci il təvəllüdlü X6 ilə ünsiyyət (görüş) hüququnun müəyyən edilməsi və ünsiyyət qaydasının hər həftənin bazar günü 10:00-dan 18:00-dək müəyyən edilməsi, ünsiyyət hüququnun təmin edilməsi üçün ##.##.2010-cu il təvəllüdlü X9 və ##.##.2018-ci il təvəllüdlü X6 hər həftənin bazar günü yaşadığı ünvanda saat 10.00-da Borclu tərəfindən ərizəçi (atası) X5, həmin gün saat 18.00-da isə X5 tərəfindən Borclu təhvil verilməsi qərara alınmışdır.
2. Borclu nümayəndəsi və vəkili məhkəməyə uşaqla ünsiyyətə dair qərardadın icra üsulunun dəyişdirilməsinə dair ərizə ilə müraciət edərək, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin müvəqqəti təminat tədbirinin tətbiqinə dair e-**(***)-***/**** nömrəli ##.##.2025-ci il tarixli qərardadı ilə müəyyən edilmiş müvəqqəti təminat tədbirinin ## #### 2010-cu il təvəllüdlü X9 ərizəçi T.M.Rüstəmovla şəxsi görüşləri ilə bağlı növünün, X9 ilə ərizəçi T.M.Rüstəmovun video-zəng, telefonla danışıqları və yazışma vasitəsilə ünsiyyətin həftədə 1 dəfə 20-30 dəqiqə müddətində ünsiyyət saxlaması qaydası ilə dəyişdirilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir.
3. Ərizə onunla əsaslandırılmışdır ki, iddiaçı Iddiaçı Borclu cavabdeh X5 qarşı “nikahın pozulması, uşaqların iddiaçının (ananın) yanında qalması və aliment” tələbinə dair e-*(***)-****/**** saylı mülki iş hal-hazırda Bakı şəhər Sabunçu rayon Məhkəməsinin icraatındadır. Həmin mülki iş üzrə cavabdeh X5 müvəqqəti təminat tədbirinin tətbiq edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək birgə nikahdan olan ## #### 2010cu il təvəllüdlü X9 və ## ##### 2018-ci il təvəllüdlü X6 ilə müvəqqəti ünsiyyətin müəyyən olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmənin müvəqqəti təminat tədbirinin tətbiqinə dair ##.##.2025-ci il tarixli e-**(***)-***/**** saylı qərardadına əsasən məhkəmənin icraatında olan e-*(***)-****/**** saylı iş üzrə yekun məhkəmə qətnaməsi çıxarılanadək ərizəçi X5 övladları ##.##.2010-cu il təvəllüdlü X9 və ##.##.2018-ci il təvəllüdlü X6 ilə ünsiyyət (görüş) hüququ müəyyən edilmiş və ünsiyyət qaydası hər həftənin bazar günü saat 10:00-dan 18:00-dək müəyyən edilmişdir. Ünsiyyət hüququnun təmin edilməsi üçün ##.##.2010-cu il təvəllüdlü X9 və ##.##.2018-ci il təvəllüdlü X6 hər həftənin bazar günü yaşadığı ünvanda saat 10.00-da Borclu tərəfindən ərizəçi (atası) X5, həmin gün saat 18.00da isə X5 tərəfindən Borclu təhvil verilməsi müəyyən edilmişdir. Ərizəçi uşaqların ataları ilə ünsiyyət saxlamalarına və görüşmələrinə heç bir maneə törətmir, əksinə uşaqlara atalarına qarşı hörmətlə yanaşmalarını təbliğ edir. Lakin, ## #### 2010-cu il təvəllüdlü X9 atası Tələbkarla görüşmək və ünsiyyət saxlamaqdan imtina edir. Teymur Rüstəmzadə atası ilə görüşmək istəməməsinin səbəbini atası tərəfindən anasına, babasına, nənəsinə qarşı ünsiyyətinin pozulmasına çalışdığını, anası haqqında nalayiq fikirlər söyləyir. Hesab edir ki, atası ilə görüşməyi inkişafına mənfi təsir göstərir və onunla görüşmək istəmədiyinin nəzərə alınmasını xahiş edir. Həmçinin, Teymur Rüstəmzadə hər həftənin bazar günü ödənişli əlavə fakültativ hazırlıq dərslərində iştirak edir. Onun atası ilə həmin günü görüşmək imkanı olmur. Qeyd edir ki, X5 arvadı Borclu qarşı həqiqətə uyğun olmayan ifadələr işlətməklə ona böhtan atır və təhqir edir. Bununla bağlı hazırki sübutları da ərizəyə əlavə edir.
4. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)- ***/**** nömrəli qərardadı ilə ərizə təmin edilməmişdir.
Şikayətin dəlilləri, şikayətə etirazın dəlilləri və birinci instansiya məhkəməsinin şikayətə dair gəldiyi nəticə
5. Qərardaddan narazı qalan borclu Borclu şikayət verərək qərardadın ləğv edilməsini və ərizənin təmin edilməsini xahiş etmişdir.
6. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə ərizəyə baxan zaman psixoloq rəyi hələ alınmamışdı. Qeyd etmək istəyir ki, e-**(***)-***/**** saylı icra sənədinin icra edilməsi məqsədilə Borclu, X9 və X5, o cümlədən, Sabunçu rayon Icra Şöbəsinin icra məmuru X7 və dəvət olunmuş psixoloq X16 qızının iştirakı ilə ##.##.2026-cı il tarixində Sabunçu rayon Icra şöbəsinə dəvət olunaraq tərəflər ayrı-ayrılıqda dindirilmişdir. Psixoloqun müşahidəsinə görə T.T.Rüstəmzadə yeniyetmə olsa da, fikirlərini adekvat şəkildə ifadə etdi. T.T.Rüstəmzadə atasının (T.M.Rüstəmovun) ailəsinə qarşı soyuqluq, psixi problemlərinin olduğunu, anası ilə davranışlar və sair faktları nəzərə alaraq, atası T.M.Rüstəmovla görüşdən qəti şəkildə imtina etmişdir. Qeyd olunanlarla bağlı ##.##.2026-cı il tarixində akt tərtib edildi. Göründüyü kimi, məhkəmə öz qərardadında ünsiyyətin təmin edilməsi məqsədinə, habelə uşağın maraq və mənafeyinə xidmət etmədiyindən, əksinə məhkəmə tərəfindən müəyyən edilmiş ünsiyyət qaydasının icrasına süni şəkildə maneə törədəcəyindən və onun qarşısını alacağı ilə bağlı qeyd olunanlar əsassızdır. Məhkəmə tərəfindən işin hallarına reallıqdan kənar yanaşmış, tələbkar T.M.Rüstəmovun heç bir əsası olmayan mülahizələrinə uyğun nəticəyə gəlmişdir. Reallıqda odur ki, ərizə ilə birlikdə məhkəməyə təqdim edilmiş yetkinlik yaşına çatmayan X9 ərizəsinə, onun şifahi fikirlərinə əhəmiyyət verməmiş, onun hüquqlarını nəzərə almayaraq qərar qəbul etmişdir. Xüsusilə qeyd etmək istəyir ki, məhkəmə ərizəsi təmin etməməklə, X9 atası tərəfindən davamlı psixoloji təzyiqlərə və şiddətə məruz qalacağını nəzərə almamış, məcburi də olsa, Teymur Rüstəmzadənin atası X5 ilə canlı görüşlərinin daha üstün olduğunu, eləcə də, uşaq hüquqlarının məhkəmə üçün əhəmiyyətsiz olduğunu nümayiş etdirmiş, yetkinllik yaşına çatmamış Teymur Rüstəmzadənin qalacağı psixoloji şiddətə münasibətdə indeferent yanaşma göstərmişdir.
7. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.
8. Şikayətə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 397.2-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılır.
9. Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır.
Tətbiq edilən hüquq normaları:
10. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 231.1. Işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır.
11. Azərbaycan Respublikası Ailə Məcəlləsi: Maddə 50.1. Uşaq valideynləri, babaları, nənələri, qardaşları, bacıları və başqa qohumları ilə ünsiyyətdə olmaq hüququna malikdir. Maddə 50.2. Valideynlərinin nikahının pozulması və ya etibarsız sayılması, valideynlərinin ayrı yaşaması uşağın hüquqlarına təsir etmir. Maddə 50.3 Valideynlər ayrı yaşadıqda uşaq onların hər biri ilə ünsiyyət hüququna malikdir. Maddə 61.1. Uşaqlardan ayrı yaşayan valideyn onlarla ünsiyyət hüququna, uşaqların tərbiyə və təhsili ilə bağlı məsələlərin həll edilməsində iştirak etmək hüququna malikdir. Maddə 61.2. Uşaqlarla yaşayan valideyn uşağın fiziki, psixi sağlamlığına, onun əxlaqi inkişafına zərər yetirməyən digər valideynlə uşağın ünsiyyətinə mane olmamalıdır.
12. Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ##.##.2016-cı il tarixli, *- */**** nömrəli qərarı Bənd 7.1. Məhkəmələrə izah edilsin ki, yetkinlik yaşına çatmayan uşağın valideynlərdən hansının yanında qalması ilə bağlı iddialara baxılıb yekun qərarın qəbul edilməsinədək keçən müddət ərzində, yanında uşaq olmayan tərəfin vəsatətinə əsasən onunla uşaq arasında münasibətlərin gələcəkdə qətnamənin icrasını mümkünsüz edəcək dərəcədə soyumasının, ünsiyyət bağlarının kəsilməsinin qarşısını almaq məqsədilə Mülki Prosessual Məcəllənin 158.1.2 və 158.1.3-cü maddəsi ilə nəzərdə tutulmuş iddianın təmin tədbirinin görülməsi mümkündür. Mübahisənin həllinədək müvəqqəti olaraq uşaq yanında olan tərəfə digər tərəfin uşağı (uşaqları) ilə məhkəmənin müəyyən etdiyi minimal həddə ünsiyyətinə edilən maneələrin qadağan edilməsindən ibarət iddianın təmin tədbirinin görülməsinə dair vəsatətə baxılarkən uşağı tələb edən valideynə aid və uşağın mənafeyinə zidd ola biləcək açıq-aydın halların olub-olmamasına qiymət verilməlidir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
13. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
14. Işdən görünür ki, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-**(***)-***/**** nömrəli icra vərəqəsinə əsasən, e-*(***)-****/**** nömrəli iş üzrə yekun məhkəmə qətnaməsi çıxarılanadək ərizəçi X5 övladları ##.##.2010-cu il təvəllüdlü X9 və ##.##.2018-ci il təvəllüdlü X6 ilə ünsiyyət (görüş) hüququnun müəyyən edilməsi və ünsiyyət qaydasının hər həftənin bazar günü 10:00-dan 18:00-dək müəyyən edilməsi, ünsiyyət hüququnun təmin edilməsi üçün ##.##.2010-cu il təvəllüdlü X9 və ##.##.2018-ci il təvəllüdlü X6 hər həftənin bazar günü yaşadığı ünvanda saat 10.00-da Borclu tərəfindən ərizəçi (atası) X5, həmin gün saat 18.00-da isə X5 tərəfindən Borclu təhvil verilməsi qərara alınmışdır.
15. Kollegiya ilkin olaraq qeyd edir ki, uşaqla ünsiyyətə dair iddialara baxılıb yekun qərarın qəbul edilməsinədək müvəqqəti təminat tədbirinin tətbiq edilməsi iddia tələbini irəli sürmüş valideynlə uşaq arasında münasibətlərin gələcəkdə qətnamənin icrasını mümkünsüz edəcək dərəcədə soyumasının, ünsiyyət bağlarının kəsilməsinin qarşısını almaq məqsədinə xidmət edir.
16. Borclu hazırda yetkinlik yaşına çatmayan X9 atası (tələbkar) ilə görüşdən imtina etməsinə istinad etsə də, gələcəkdə T.Rüstəmzadənin atasına qarşı münasibətinin dəyişəcəyi istisna edilməməlidir.
17. Həmçinin nəzərə alınmalıdır ki, mülki-prosessual qanunvericiliyin tələblərinə əsasən müvəqqəti təminat tədbirinin tətbiqi barədə qərardad müvəqqəti xarakter daşıyır və işin qabaqcadan mahiyyəti üzrə həll edilməsi hesab edilmir.
18. Kollegiya belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin gəldiyi qənaət qanuni və əsaslı olmuşdur.
19. Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququna malikdir.
20. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qərara aldı:
Şikayət təmin edilməsin. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Hakimlər: Məhəmməd Rüstəmli Fuad Abdıyev Günay Axundova