Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 8(3-6)-281/2026 24.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi və məruzəsi ilə, X4 və X2 ibarət tərkibdə, Pirallahı Rayon İcra Şöbəsinin böyük icra məmuru İsayev Oqtay Əli oğlunun ##.##.2024cü il tarixli icraata xitam verilməsi haqqında qərarından tələbkar Ərizəni verən şəxs ASC tərəfindən verilmiş şikayətin təmin edilməməsinə dair Pirallahı Rayon Məhkəməsinin *(*-***)- **/**** saylı, ## ### 2026-cı il tarixli qərardadından tələbkar Ərizəni verən şəxs ASC tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq Müəyyən etdi: Tələbkar Ərizəni verən şəxs ASC şikayətlə məhkəməyə müraciət edərək, Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin *(***)-**/**** saylı, ##.##.2016-ci il tarixli icra sənədi üzrə Bakı şəhəri Pirallahı Rayon İcra Şöbəsinin böyük icra məmuru İsayev Oqtay Əli oğlu tərəfindən qəbul edilmiş ##.##.2024-cü il tarixli icraata xitam verilməsi haqqında qərarının qanunsuz hesab edilməklə ləğv olunması və qeyd olunan icra sənədi üzrə icraatın davam etdirilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayəti onunla əsaslandırılmışdır ki, Pirallahı Rayon Məhkəməsinin *(***)-**/**** nömrəli, ##.##.2016-ci il tarixli icra sənədi üzrə icraata Pirallahı rayon icra şöbəsinin ##.##.2024cü il tarixli qərarı ilə xitam verilmişdir (borclu Borclu). Həmin Qərarın surəti Pirallahı Rayon Məhkəməsinə göndərilmişdir. İcra icraatına “İcra haqqında” AR Qanununun 20.1.5-ci (icra sənədi tam icra olunduqda) maddəsinə əsasən xitam verilmişdir. Bu zaman borclunun iş yeri olan AR MH HHQ-nın ##.##.2023-cü il tarixli məktubu nəzərə alınmışdır. Həmin məktubda borclunun gəlirlərindən tutulması hesabına borcunun tam ödənilməsi göstərilmişdir. Belə ki, Pirallahı rayon məhkəməsinin 2(094)- **/**** nömrəli, ##.##.2016-cı il tarixli əmr ilə cavabdehdən borcun əvəzi olaraq 4.043,32 ABŞ dolları məbləğində pul vəsaitinin və 20 manat dövlət rüsumu tutulması əmr edilmişdir. Həmin borcun aid olduğu ****nkNFT/** nömrəli kredit müqaviləsi üzrə tələb hüququ 02/21 UB nömrəli ##.##.2021-ci il tarixli müqavilə əsasında Ərizəni verən şəxs ASC-yə (əvvəlki adı“xxxx” Kollektor Agentliyi MMC) keçmişdir. Hazırda borcun məbləği 158,69 ABŞ dolları təşkil edir. Şirkətdə yoxlama zamanı məlum olmuşdur ki, həmin borc tam ödənilməmişdir. Təqdim olunmuş hesabdan çıxarışda və maliyyə arayışında qalıq borc əks olunmuşdur. İcra məmuru icra sənədinin icra edilməsi və borcun bağlanması haqqında məlumatı məktubdan götürmüş, bunu digər mənbələrdən (məs., ödəniş sənədləri, hesablardan çıxarış, tələbkarın təsdiqi və s.) yoxlamamışdır. İcra məmuru icra hərəkətlərinin həyata keçirilməsi ilə əlaqədar məlumatları müvafiq icra hakimiyyəti orqanının “Elektron icra” informasiya sistemi vasitəsilə əldə etmək, icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı icra məmurlarının borclu hüquqi və fiziki şəxsin əmlakı, o cümlədən pul vəsaitləri və digər maddi sərvətləri barədə məlumatı müvafiq icra hakimiyyəti orqanının informasiya sistemi vasitəsilə əldə etmək, dövlət qurumlarına, hüquqi və fiziki şəxslərə müraciət etmək, sorğular vermək, məlumat, arayış və izahatlar almaq və digər hüquqları vardır. Pirallahı Rayon İcra Şöbəsinin böyük icra məmuru, R Oqtay İsayevin Pirallahı Rayon Məhkəməsinin *(***)-**/**** nömrəli, ##.##.2016-cı il tarixli icra sənədi üzrə İcraata xitam verilməsi haqqında ##.##.2024- cü il tarixli Qərarını ləğv edilməsi və icraatın davam etdirilməsi üçün icra sənədini Pirallahı Rayon İcra Şöbəsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Pirallahı Rayon Məhkəməsinin *(*-***)-**/**** saylı, ## ### 2026-cı il tarixli qərardadı ilə (hakim Faiq Qasımov) icra məmurunun qərarından şikayət geri qaytarılmışdır. Həmin qərardaddan tələbkar Ərizəni verən şəxs ASC şikayət verərək qərardadın ləğv olunmasını, ərizəsinin təmin edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, qərardadda qərarın tələbkar tərəfindən ##.##.2026cı il tarixdə əldə edildiyi qeyd edilməsinə baxmayaraq, həmin halı təsdiq edən hər hansı sübutun məhkəməyə təqdim edilmədiyi qeyd olunmuşdur. Pirallahı rayon İcra şöbəsinə tərəfimizdən ##.##.2026-cı il tarixində rəsmi müraciət edilmişdir. Müraciətin məktubunun, üzərində daxil olma ştampı olan surəti iş materiallarına əlavə edilmişdir. Xitam qərarının surətindən də görünür ki, sənədin Şirkətə daxil olma tarixi ##.##.2026-cı ildir. Pirallahı Rayon Məhkəməsinin *(*-***)-**/**** saylı, ## #### 2026-cı il tarixli qərardadı ilə şikayət təmin olunmayaraq baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılacağı barədə məhkəmə bildirişi göndərilmiş və onlarda olan bütün sübutların, eləcə də şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmiş, lakin işdə iştirak edən şəxslər sübutlar, etiraz və ya izahatlarını məhkəməyə təqdim etməmişlər. Məhkəmə kollegiyası, şikayətin dəlililərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, işə prosessual normaların tələblərinin pozulması ilə baxıldığından, şikayət qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, tələbkar Ərizəni verən şəxs ASC icra məmurunun xitam qərarından şikayətə yenidən baxılması üçün iş həmin məhkəməyə göndərilməlidir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi hazırki nəticəyə gələrkən işin bütün faktiki halları üzrə ətraflı araşdırma aparmamış və sübutlara hərtərəfli qiymət vermədən qərardad qəbul etmişdir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin *(***)-**/**** saylı ##.##.2016-ci il tarixli məhkəmə əmrinə əsasən cəmi 4043,32 ABŞ dolları məbləğində borc və 20 manat məbləğində dövlət rüsumu Borclu alınaraq “xxxx” KB ASC-nin xeyrinə ödənilməlidir. ##.##.2024-cü il tarixli icraata xitam verilməsi haqqında qərardan görünür ki, Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin *(***)-**/**** saylı ##.##.2016-ci il tarixli icra sənədinə xitam verilmişdir. ##.##.2021-ci il tarixli 02/21UB N-li “tələb hüququnun satılması haqqında” müqavilədən görünür ki, tələb hüququ “xxxx” KB ASC-dən “xxxx” Kollektor Agentliyi MMC-ə keçirilmişdir. Birinci instansiya məhkəməsi tələbkar tərəfindən verilmiş ərizəni geri qaytararkən icraata xitam verilmə barədə qərarın mübahisələndirmə müddətinin ötürüldüyünə istinad etmişdir. Bu mövqeyə münasibətdə kollegiya aşağıdakıları qeyd edir. «İcra haqqında» Azərbaycan Respublikasının Qanununun 20.1.5-ci maddəsinə icra sənədi tam icra edildikdə icra sənədi üzrə icraata xitam verilir. Həmin maddənin 2-ci bəndinə əsasən icra sənədi üzrə icraata xitam verilməsi barədə icra məmuru tərəfindən əsaslandırılmış qərar qəbul edilir. Həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur və onun surəti 3 gün müddətində tərəflərə, habelə icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notarius istisna olmaqla) göndərilir. Həmin maddənin 5-ci bəndinə əsasən tərəflər və icra sənədini vermiş digər orqan qərarın onlara təqdim olunduğu (onlar tərəfindən alındığı) gündən 10 gün müddətində həmin qərardan müvafiq məhkəməyə şikayət verə bilərlər. Həmin maddənin 7-ci bəndinə əsasən İcraata xitam verilməsi barədə icra məmurunun qərarı bu Qanunun 20.4-cü və 20.5-ci maddələrinə müvafiq olaraq ləğv olunmadıqda və ya ondan şikayət verilmədikdə, şikayət verildikdə isə bu şikayətin təmin olunmaması barədə məhkəmə qərarı qanuni qüvvəyə mindikdən sonra icra sənədi 3 gün müddətində onu vermiş məhkəməyə və ya digər orqana (notarius istisna olmaqla) geri qaytarılır. Kollegiya qeyd edir ki, işin faktiki hallarına nəzər yetirdikdə məlum olur ki, Pirallahı Rayon İcra şöbəsinin icra məmuru Oqtay İsayev tərəfindən birinci instansiya məhkəməsində keçirilən məhkəmə iclasında ##.##.2024-cü il tarixli xitam qərarının həmin tarixdə elektron sistemə əlavə edildiyi və rəsmi olaraq “xxxx” KB ASC-yə göndərildiyi, xitam qərarının alınması ilə bağlı Ərizəni verən şəxs ASC tərəfindən İcra şöbəsinə rəsmi müraciət olunmadığı bildirilmişdir. Bununla bağlı qeyd olunmalıdır ki, Mülki Məcəllənin 194.1-ci maddəsinə əsasən, Tələb sahibi (kreditor) borclunun razılığı olmadan tələbi üçüncü şəxsə güzəşt edə bilər (tələbin güzəşti), bu şərtlə ki, həmin güzəşt öhdəliyin mahiyyətinə, onun borclu ilə razılaşmasına və ya qanunvericiliyə zidd olmasın. Güzəştin yolverilməzliyi barədə borclu ilə razılaşma yalnız borclunun üzrlü mənafeyi olduqda mümkündür. Həmin Məcəllənin 194.2-ci maddəsinə əsasən, Tələbin güzəşti tələbin sahibi ilə üçüncü şəxs arasında bağlanan müqavilə ilə həyata keçirilir və belə hallarda ilk sahibin yerini üçüncü şəxs tutur. Bu halda “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq tələbin sahibi ilə borclu arasında bağlanmış müqaviləyə dəyişiklik edilməsi tələb olunmur. İşin hallarından görünür ki, ##.##.2021-ci il tarixli 02/21UB N-li “tələb hüququnun satılması haqqında” müqavilədən görünür ki, tələb hüququ “xxxx” KB ASC-dən “xxxx” Kollektor Agentliyi MMC-yə keçirilmişdir və buna baxmayaraq icra şöbəsinin mövqeyinə əsasən icraata xitam verilməsi barədə qərar “xxxx” KB ASC-nin elektron kabinetinə göndərilmişdir. Nəticə etibarilə işin hallarından da göründüyü kimi, iş üzrə hazırda tələbkar kimi çıxış edən Ərizəni verən şəxs ASC-yə ##.##.2024-cü il tarixli xitam qərarı təqdim olunmamışdır. Bundan əlavə iş materiallarından görünür ki, Agentlik tərəfindən Pirallahı rayon İcra şöbəsinə ##.##.2026-cı il tarixində məktubun üzərində müvafiq ştamp olan rəsmi müraciət edilmiş, xitam qərarının surəti isə tələbkara ##.##.2026-cı il tarixdə daxil olmuşdur. Beləliklə, məhkəmə kollegiyası qeyd olunanlara əsasən hesab edir ki, hazırki işə baxılması zamanı müddətin ötürülməsinə dair mövqe kifayət qədər əsaslandırılmamışdır. Buna əsasən şikayət qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, məhkəmənin göstərişləri nəzərə alınmaqla tələbkar Ərizəni verən şəxs ASC-nin icra məmurunun xitam qərarından şikayətə yenidən baxılması üçün həmin məhkəməyə göndərilməlidir. MPM-in 398.0 və 398.0.2-ci maddələrinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Şərh olunanlara əsasən və MPM-in 263-264, 357-358, 366, 395, 397-400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, Qərara aldı: Şikayət qismən təmin edilsin. Pirallahı Rayon Məhkəməsinin *(*-***)-**/**** saylı, ## ### 2026-cı il tarixli qərardadı ləğv edilsin və iş tələbkar Ərizəni verən şəxs ASC-nin Pirallahı Rayon İcra Şöbəsinin böyük icra məmuru İsayev Oqtay Əli oğlunun ##.##.2024-cü il tarixli icraata xitam verilməsi haqqında qərarından şikayətə yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən hakim: Fuad Babayev Hakimlər: Cəmilə Musayeva Fuad Abdiyev
Məhkəmə qərarları › İş №8(3-6)-281/2026
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(3-6)-281/2026
24.06.2026 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver