Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 8(3-6)-284/2026 06.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Cəfərov Namiq Şamil oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(*-***)-***/**** saylı, ## ### 2026-cı il tarixli qərardadından borclu Borclu şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, m ü ə y y ə n e t di : Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin icra məmuru X1 təqdimatla məhkəməyə müraciət edərək, ##.##.1984 cü il tarixdə anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olan borclu Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, ##.##.2017-ci il tarixli qərarla icraata başladığı iş Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2017-ci il tarixli icra sənədinə əsasən ##.##.2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün borclu Borclu hər ay 180 manat sabit pul məbləğində aliment tutularaq tələbkar Tələbkar xeyrinə ödənilməlidir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- ****/**** saylı, ##.##.2017-ci il tarixli qətnaməsi ilə ## ### 2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanılması üçün cavabdeh Borclu iddiaçı Tələbkar ödənilməli alimentin məbləği ## ###### 2026-cı il tarixdən başlayaraq, sonrakı artımlar nəzərə alınmaqla, ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 1.55 misli həddində indeksasiya olunmalıdır. Yuxarıda qeyd olunan icra sənədləri ##.##.2017-ci il və ##.##.2026-cı il tarixlərdə Bakı şəhəri Yasamal rayon İcra şöbəsinə daxil olmuş və qanuna müvafiq qaydada icraata yönəldilmişdir. İcraata başlamaq haqqında qərar qəbul edilərək, qərarın surəti bildirişlə icra sənədi üzrə borclu Borclu göndərilmiş, icra sənədində olan tələbi könüllü təmin edilməsi üçün 10 gün müddət müəyyən edilmiş, borclu icranı təmin etməkdən üzürsüz səbəbdən boyun qaçırmışdır. Bu səbəbdən də borcun ödənilməsi təmin edilməmişdir. Həmçinin bu müddət ərzində borclu tərəfindən icra sənədində olan tələb könüllü təmin edilmədiyi üçün tərəflərindən borclunun əmlak vəziyyətini yoxlamaq üçün aidiyyəti təşkilatlara sorğular göndərilmişdir. Həmin tarixdən bu vaxta kimi icra sənədinin icrası tam şəkildə təmin olunmamışdır. İcraat zamanı qeyd olunan icra sənədi üzrə tələbkar Tələbkar ##.##.2026-cı il tarixdə şöbəyə ərizə ilə müraciət edərək borclu Borclu bu günə olan aliment borcunun 18720 min manat təşkil etdiyini qeyd etmiş və məcburi icra tədbirlərinin görülməsini xahiş etmişdir. Hesab edir ki, icra sənədinin icrasını təmin etmək məqsədilə, borclunun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(*-***)-***/**** saylı, ## ### 2026-cı il tarixli qərardadı ilə (hakim Ayşən Sultanova-Məmmədova) təqdimat təmin edilərək Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2017-ci il tarixli icra sənədinin icrasını təmin etmək məqsədilə borclu - ##.##.1984 cü il tarixdə anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olan borclu Borclu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılması, qərardadın icrasının Bakı şəhəri Yasamal rayon icra şöbəsinə həvalə edilməsi qərara alınmışdır. Məhkəmə qənaətində göstərib ki, icra işini araşdıraraq, icra işindəki sənədlərə hüquqi qiymət verərək hesab edir ki, təqdimat əsaslıdır, məhkəmə qərarı əsasında verilmiş icra sənədi könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzürsüz səbəbdən icra edilməmişdir. İş materiallarından görünür ki, borclu icra şöbəsi tərəfindən ona xəbərdarlıq edilməsinə baxmayaraq, icra sənədini icrasını təmin etməmişdir. İcra şöbəsi tərəfindən borclunun yaşayış yerində olmuş, borclunun qeyd edilən ünvanda yaşamadığı müəyyən edilmişdir və bu səbəbdən borclu barəsində axtarış elan edilmişdir. Borclu Borclu (və nümayəndəsi və vəkili X4) həmin qərardaddan verdiyi şikayətdə qərardadın ləğv edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(*-***)-***/**** saylı, ## #### 2026-cı il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün iş materialları ilə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılacağı barədə məhkəmə bildirişi göndərilmiş və onlarda olan bütün sübutların, eləcə də şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmişdir. Tələbkar Tələbkar elektron kabinet vasitəsilə təqdim etdiyi yazılı izahatda şikayətin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş edib bildirmişdir ki, borclu 12 ildən artıqdır aliment ödənişlərini qəsdən və qərəzli şəkildə yerinə yetirmir. Aliment borcu 21.820 manat məbləğinə çatıb. Borcluya könüllü icra üçün 10 günlük müddət verilmiş, o bu müddət ərzində heç bir ödəniş etməmişdir. Həmçinin, əvvəlki məhdudiyyət mövcud olmasına baxmayaraq, borclu “saxta arayış” təqdim etməklə dövlət sərhədini keçmiş və hazırda İtaliyada yaşamaqdadır. 10 ildən çox ölkəni tərk edən, ölkəyə qayıtmayan, qərəzli şəkildə icra sənədlərinin icrasından yayınan borclun hazırda sərbəst şəkildə ölkəyə qayıdaraq yenidən sərbəst şəkildə ölkəni tərk etmək, bununla da icra sənədlərinin icrasından yenə də yayınmaq fikri vardır. Bundan başqa, borclu barəsində axtarış elan edilmişdir (Yasamal RPI, ##.##.2026, №*****/**). Bu hallar borclunun icra sənədini icra etməkdən “qəsdən yayındığını” açıq şəkildə sübut edir. Borclu Borclu tərəfindən isə sübut, etiraz və ya izahat məhkəməyə təqdim edilməmişdir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir. Apellyasiya instansiya məhkəməsi hesab edir ki, borclu könüllü icra üçün müəyyən olunmuş vaxtda icra sənədini üzrsüz səbəbdən icra etmədiyindən şikayət əsaslı ola və təmin edilə bilməz. Çünki borclu ölkədən getmək hüququnun olduğunu və bundan maneəsiz şəkildə istifadə etmək istədiyini bilsə də, nədənsə Dövlətin adından çıxarılmış icra sənədinin icra etmək vəzifəsinin də olduğunu unudur. Şikayətdə göstərdiyi dəlillər də məhdudlaşdırılmanın ləğvi üçün yetərli deyildir. Çünki icra sənədinin tam icra olunması hansısa sənədlərlə təsdiq olunmur. Lakin icra sənədi icra edildikdə məhdudlaşdırmanın aradan qaldırılması üçün borclunun icra məmuruna müraciət etmək hüququ mövcuddur. Mülki Prosessual Məcəlləsinin 398.0 və 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Şərh olunanlara əsasən apellyasiya instansiyası məhkəməsi hesab edir ki, şikayətlər təmin edilməməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(*-***)-***/**** saylı, ## ### 2026-cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400-402-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə r a ra a l d ı: Şikayət təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(*-***)-***/**** saylı, ## ### 2026-cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №8(3-6)-284/2026
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(3-6)-284/2026
06.07.2026 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver