Məhkəmə qərarları › İş №8(3-6)-288/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(3-6)-288/2026

06.07.2026 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 8(3-6)-288/2026 06.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ## ###### 2021-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsinin icra üsulunun və qaydasının dəyişdirilməsi barədə borclu Ərizəni verən şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin ərizəsinə dair iş üzrə Açar sözlər: icra üsulunun və qaydasının dəyişdirilməsi Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X3 (sədrlik edən və məruzəçi), X1 və X2 ibarət tərkibdə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ## ###### 2021-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsinin icra üsulunun və qaydasının dəyişdirilməsi barədə borclu Ərizəni verən şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin ərizəsinə dair iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-***/**** nömrəli qərardadından borclu Ərizəni verən şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Birinci instansiya məhkəməsində icraat

1. Borclu Ərizəni verən şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti (bundan sonra – MMC) Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ## ###### 2021-ci il tarixli qətnaməsinin icra üsulunun və qaydasının dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ## ###### 2021-ci il tarixli qətnaməsinə əsasən, cavabdeh Ərizəni verən şəxs MMC tərəfindən iddiaçı Tələbkar ##.##.2020-ci il tarixdən ##.##.2021-ci il tarixinədək ödənilməmiş əmək haqqı, məcburi iş buraxma müddəti üçün əmək haqqı və istifadə olunmamış məzuniyyətə görə ödənilməli olan məbləğin hissə-hissə ödənilməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir.

2. Ərizə onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin *(***)- ****/**** nömrəli, ## ###### 2021-ci il tarixli qətnaməsinə əsasən, cavabdeh Ərizəni verən şəxs MMC-nin ** nömrəli, ##.##.2021-ci il tarixli əmrinin ləğv edilməsi və iddiaçı Tələbkar əvvəlki vəzifəsinə bərpa olunması, cavabdeh Ərizəni verən şəxs MMC tərəfindən iddiaçı Tələbkar ##.##.2020-ci il tarixdən ##.##.2021-ci il tarixinədək ödənilməmiş əmək haqqı və məcburi iş buraxma müddəti üçün əmək haqqı və istifadə olunmamış məzuniyyətə görə pul ödənilməsi, cavabdeh Ərizəni verən şəxs MMC-dən vəkilin göstərdiyi yardıma görə 110 manat və mediasiya prosesi ilə bağlı ödənilmiş 50 manat dövlət rüsumunun iddiaçı Tələbkar xeyrinə ödənilməsi, cavabdeh Ərizəni verən şəxs MMC-dən əlavə olaraq 50 manat həcmində dövlət rüsumunun tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Qeyd edilmişdir ki, Ərizəni verən şəxs MMC tərəfindən iddiaçı Tələbkar əvvəlki işinə bərpa edilməsinə dair müvafiq tədbirlər həyata keçirilmişdir. Lakin məhkəmə qətnaməsi əsasında, iddiaçılara ödənilməli olan pul məbləğinin Ərizəni verən şəxs MMC tərəfindən hal-hazırkı mərhələdə tam şəkildə birdəfəlik ödənilməsi bir sıra maliyyə çətinlikləri səbəbindən mümkün deyildir. Ərizəni verən şəxs MMC məhkəmə qətnaməsinin icrasından yayınmaq niyyətində deyildir. Əksinə məhkəmə qətnaməsinin tam şəkildə icrasının təmin edilməsi məqsədilə iddiaçıya ödənilməli olan pul məbləğinin hissə-hissə icra edilməsi ilə bağlı müraciət edilməsi zərurəti yaranmışdır.

3. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-***/**** nömrəli qərardadı ilə ərizə təmin edilməmişdir.

4. Qərardad onunla əsaslandırılmışdır ki, qanunun mənasına görə qətnamənin hissəhissə icrası dedikdə, icra hərəkətlərinin birdəfəlik deyil, müəyyən müddətə və hissələrlə (mərhələlərlə) həyata keçirilməsi başa düşülür. Qanunvericiliyin istinad edilən müddəalarından göründüyü kimi, məhkəmə qətnaməsinin hissə-hissə icrasına dair konkret müddəalar (icranın müddəti, ardıcıllığı, icra ediləcək hərəkətlərin və ya ödəniləcək məbləğlərin həcmi və s.) olmasa da, qətnamənin hissə-hissə icrası nəticəsində yaranan ümumi icra müddəti ağlabatan olmalı və bu məsələnin həllində hər iki tərəfin, yəni borclu və tələbkarın mənafeyi eyni cür qorunmalıdır. Göründüyü kimi qanunvericilik işdə iştirak edən şəxslərin ərizəsi əsasında qətnamənin hissə-hissə icra olunmasının mümkünlüyünü müəyyən etməklə yanaşı, bunu ilk növbədə tərəflərin əmlak vəziyyətindən, eləcə də işin digər diqqətəlayiq hallarından asılı etmişdir. Qanunvericiliyin mənasına görə bu zaman borclunun əmlak vəziyyətinin və ya digər halların borcun birdəfəlik ödənilməsinə imkan verməməsini sübut etmək vəzifəsi belə ərizə ilə məhkəməyə müraciət etmiş borclunun üzərinə düşür. Bu cür ərizələrə baxılarkən tələbkarın əmlak mənafeləri də nəzərdən yayınmamalıdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ## ###### 2021-ci il tarixli qətnaməsi ilə tutulması qət edilən məbləğin hissə-hissə ödənilməsinə dair borclunun təklifinə tələbkarın razılığını müəyyən etmək mümkün olunmamışdır. Beləliklə, məhkəmə hesab etmişdir ki, iddiaçının maraqlarının qorunması və “Insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyanın 6-cı maddəsində göstərilən ağlabatan müddətlərin gözlənilməsi baxımından hazırki ərizə təmin edilməməlidir.

5. Borclu Ərizəni verən şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti həmin qərardaddan şikayət verərək, qərardadın ləğv edilməsinə və ərizənin təmin olunmasına dair yeni qərardad qəbul edilməsini xahiş etmişdir.

6. Şikayətin dəlillərinə görə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-***/**** nömrəli qərardadı tamamilə əsassız olmaqla, ərizəçinin hüquqlarının pozulmasına səbəb olur. Qeyd edir ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ## ###### 2021-ci il tarixli qətnaməsinə əsasən, cavabdeh Ərizəni verən şəxs MMC-nin ** nömrəli, ##.##.2021-ci il tarixli əmrinin ləğv edilməsi və iddiaçı Tələbkar əvvəlki vəzifəsinə bərpa olunması, cavabdeh Ərizəni verən şəxs MMC tərəfindən iddiaçı Tələbkar ##.##.2020-ci il tarixdən ##.##.2021-ci il tarixinədək ödənilməmiş əmək haqqı və məcburi iş buraxma müddəti üçün əmək haqqı və istifadə olunmamış məzuniyyətə görə pul ödənilməsi, cavabdeh Ərizəni verən şəxs MMC-dən vəkilin göstərdiyi yardıma görə 110 manat və mediasiya prosesi ilə bağlı ödənilmiş 50 manat dövlət rüsumunun iddiaçı Tələbkar xeyrinə ödənilməsi, cavabdeh Ərizəni verən şəxs MMC-dən əlavə olaraq 50 manat həcmində dövlət rüsumunun tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Bildirilir ki, Ərizəni verən şəxs MMC tərəfindən iddiaçı Tələbkar əvvəlki işinə bərpa edilməsinə dair müvafiq tədbirlər həyata keçirilmişdir. Lakin məhkəmə qətnaməsi əsasında, iddiaçılara ödənilməli olan pul məbləğinin Ərizəni verən şəxs MMC tərəfindən hal-hazırkı mərhələdə tam şəkildə birdəfəlik ödənilməsi bir sıra maliyyə çətinlikləri səbəbindən mümkün deyildir. Məhz bu səbəbdən də tərəfindən iddiaçıya ödənilməli olan pul məbləğinin hissə hissə icra edilməsi ilə bağlı məhkəməyə müraciət edilmişdir. Vurğulamaq lazımdır ki, Ərizəni verən şəxs MMC məhkəmə qətnaməsinin icrasından yayınmaq niyyətində deyildir. Əksinə məhkəmə qətnaməsinin tam şəkildə icrasının təmin edilməsi məqsədilə məhkəməyə müraciət etmişdir. Lakin məhkəmə yalnızca “borclunun təklifinə tələbkarın razılığını müəyyən etmək mümkün olunmadığına” əsaslanaraq, ərizəni təmin etməmişdir. Məhz məhkəmənin bu mövqeyi qanunverciliyin tələblərinə tamamilə ziddir. Belə ki, qərardadda tələbkar tərəfindən hissə-hissə icra barədə müraciətə qarşı hər hansı rəsmi etirazın və ya narazılığın olması faktı öz əksini tapmamışdır. Razılığın müəyyən edilə bilməməsi faktiki olaraq bir qeyri-müəyyənlik halıdır və məhkəmə tərəfindən bu halın birbaşa “etiraz” kimi qiymətləndirilərək ərizənin rədd edilməsi ehtimaldan başqa bir şey deyildir. Halbuki, qanunvericiliyə əsasən, məhkəmələr icraya möhlət verilməsi və ya onun hissə-hissə icrası məsələsini həll edərkən təkcə borclunun deyil, həm də tələbkarın mənafeyini və tərəflər arasındakı maraqlar balansını mütləq nəzərə almalıdırlar. Lakin hazırkı halda məhkəmənin qərardadı hər iki tərəfin mənafeyinə zidd bir vəziyyət yaratmışdır. Ərizəni verən şəxs MMC-nin faktiki olaraq sözügedən məbləği tam şəkildəvə birdəfəlik ödəmək imkanının olmaması obyektiv bir reallıqdır və bu vəziyyətdə hissə-hissə ödəniş təklifinin rədd edilməsi tələbkarın öz vəsaitini almasını daha da gecikdirir, icra prosesini isə çıxılmaz vəziyyətə salır. Halbuki, ərizə təmin edildiyi təqdirdə tələbkar borc məbləğini hissəhissə də olsa, əldə etməyə başlayacaqdı ki, bu da məhz Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə qətnaməsi haqqında” ## ###### 2005-ci il tarixli, * nömrəli Qərarında nəzərdə tutulan tələbkarın mənafeyinin qorunması prinsipinə tam uyğun gəlirdi. Məhkəmə isə tələbkarın konkret bir etirazı olmadığı halda, sırf formal bir əsasla müraciəti rədd etməklə, hər iki tərəfin, xüsusilə də ərizəçinin hüquqlarının pozulmasına səbəb olmuşdur. Məhz bu səbəbdən də, hesab edir ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-***/**** nömrəli qərardadı əsassızdır və ləğv edilməlidir. Qeyd edildiyi kimi, Ərizəni verən şəxs MMC-nin mövcud vəziyyətdəki maliyyə vəziyyəti sözügedən borc məbləğinin tələbkara birdəfəlik və tam şəkildə ödənilməsini qeyri-mümkün edir. Məhz məhkəmə qətnaməsinin icra edilməsində maraqlı olması səbəbindən, Ərizəni verən şəxs MMC tərəfindən hissə-hissə icraya dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Lakin məhkəmə tamamilə formal bir əsas qeyd etməklə, əsassız şəkildə ərizəni təmin etməmişdir. Bu isə borclunun hüquqlarının pozulması ilə nəticələnmişdir. Qeyd edilir ki, tərəfindən məhkəmə qətnaməsinə uyğun olaraq, tələbkarın əvvəlki işinə bərpa edilməsi ilə bağlı lazımı addım atılmışdır. Tələbkara ödənilməli olan pul məbləğinin təmin edilməsi məqsədilə məhkəməyə hissə-hissə icra ilə bağlı müraciət edilmişdir. Məhkəmə tələbkarın razılığının müəyyən edilməsinin mümkün olmadığını qeyd etsə də, bununla bağlı hər hansı addımın atılıbatılmaması barədə məlumat qeyd edilməmişdir. Qaldı ki, qanunvericilikdə mütləq şəkildə tələbkarın razılığının tələb edildiyi qeyd edilməmişdir. Yalnızca bu cür məsələlər də tələbkarın mənafeyinin nəzərə alınmasını qeyd etmişdir ki, məhkəmənin borclunun ərizəsini rədd etməsi borclu ilə yanaşı tələbkarın da mənafeyinə ziddir. Məhkəmə tələbkarın razılığının olubolmaması ilə bağlı faktiki məlumat olmadığı halda, birbaşa olaraq ərizəni rədd etmiş və bunu da formal bir əsas kimi göstərmişdir. Həmçinin, qeyd edir ki, məhkəmə tərəfindən təqdim edilən qərərdad sturuktur baxımından da düzgün tərtib edilməmiş, əsaslandırma hissə qərardadda öz əksini tapmamışdır. Sözügedən qərardad yalnızca işin faktiki halları, maddələr və nəticə hissədən ibarətdir. Əsaslandırma adı altında yalnızca bir cümlə qeyd edilmişdir, hansı ki yuxarıda qeyd edilənlərə əsasən, həmin cümlənin əhəmiyyəti olmadığını, sadəcə formal olaraq əlavə edildiyi görünür. Məhz bu səbəbdən də hesab edir ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-***/**** nömrəli qərardadı ləğv edilməlidir.

7. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-**)-***/**** nömrəli qərardadı ilə şikayət təmin edilməyərək işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.

Tətbiq edilən hüquq

8. “Icra haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 15. Tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası yaxud icra sənədinin icrası üsulunun və qaydasının dəyişdirilməsi haqqında işə baxmış məhkəməyə müraciət edə bilərlər. Borclunun əmlak vəziyyətini və digər halları nəzərə alaraq, məhkəmə həmin müraciətlərə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231ci maddəsi ilə müəyyən edilmiş qaydada baxır.

9. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” ## ###### 2005-ci il tarixli, * №-li Qərarı: “12. Məhkəmələr nəzərə almalıdırlar ki, qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi müstəsna hal olub, qətnamənin icrası üçün çətinlik törədən və yaxud borclu üçün yaranmış əlverişsiz hallarda tətbiq oluna bilər.

13. Məhkəmələr bu məsələləri həll etdikdə təkcə borclunun deyil, tələbkarın mənafeyini də nəzərə almalıdırlar.”

10. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 15.1. Məhkəmə məhkəmə aktlarını qətnamə, qərardad, qərar və əmr formasında qəbul edir. Maddə 15.2. Məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Maddə 15.3. Məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. Maddə 231.1. Işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Maddə 398.0. Apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: 398.0.1. Məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

11. Məhkəmə kollegiyası borclunun müraciətinə işin halları baxımından qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin ərizənin rədd olunması ilə bağlı nəticəyə gəlməsi əsaslıdır.

12. Şikayətin dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, qanunvericiliyin istinad edilən müddəalarından göründüyü kimi, məhkəmə qətnaməsinin hissə-hissə icrasına dair konkret müddəalar (icranın müddəti, ardıcıllığı, icra ediləcək hərəkətlərin və ya ödəniləcək məbləğlərin həcmi və s.) olmasa da, qətnamənin hissə-hissə icrası nəticəsində yaranan ümumi icra müddəti ağlabatan olmalı və bu məsələnin həllində hər iki tərəfin, yəni borclu və tələbkarın mənafeyi eyni cür qorunmalıdır. Göründüyü kimi qanunvericilik işdə iştirak edən şəxslərin ərizəsi əsasında qətnamənin hissə-hissə icra olunmasının mümkünlüyünü müəyyən etməklə yanaşı, bunu ilk növbədə tərəflərin əmlak vəziyyətindən, eləcə də işin digər diqqətəlayiq hallarından asılı etmişdir. Qanunvericiliyin mənasına görə bu zaman borclunun əmlak vəziyyətinin və ya digər halların borcun birdəfəlik ödənilməsinə imkan verməməsini sübut etmək vəzifəsi belə ərizə ilə məhkəməyə müraciət etmiş borclunun üzərinə düşür.

13. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə qətnaməsi haqqında” ## ###### 2005-ci il tarixli, * №-li Qərarında da qeyd olunur ki, “məhkəmələr nəzərə almalıdırlar ki, qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi müstəsna hal olub, qətnamənin icrası üçün çətinlik törədən və yaxud borclu üçün yaranmış əlverişsiz hallarda tətbiq oluna bilər. Məhkəmələr bu məsələləri həll etdikdə təkcə borclunun deyil, tələbkarın mənafeyini də nəzərə almalıdırlar”.

14. Birinci instansiya məhkəməsi tərəfindən ərizənin təmin edilməməsi qənaətinə gəlinərkən düzgün qiymətləndirmə aparıldığından məhkəmə kollegiyası əlavə araşdırma və qiymətləndirmə aparılmasına zərurət görmür və qeyd edir ki, 2021-ci ildə icraya yönəldilmiş və mahiyyəti məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsindən ibarət olan icra sənədinin 6 il ərzində icra edilməməsi tələbkarın hüquqlarının pozulması ilə nəticələnir.

15. Beləliklə, hazırkı işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, şikayətin dəlilləri qərardadın ləğvinə əsas vermir. Buna görə də qərardad dəyişdirilmədən saxlanılmalı, şikayət təmin olunmamalıdır.

16. Göstərilənlərə əsasən və MPM-in 263, 264, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı:

Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-***/**** nömrəli qərardadından borclu Ərizəni verən şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-***/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar