Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 8(3-6)-290/2026 01.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Tələbkar Ərizəni verən şəxs icra üsulunun dəyişdirilməsi barədə ərizəsinə dair iş üzrə (Açar sözlər: icra üsulunun dəyişdirilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim Abbasova Günel Məhərrəm qızının sədrliyi və məruzəsi ilə, hakimlər Talışınski Fuad Şəmsəddin oğlundan və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərardadından tələbkar Ərizəni verən şəxs tərəfindən verilmiş şikayət üzrə işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında baxaraq, aşağıdakıları MÜƏYYƏN ETDİ:
1. Bakı şəhər Səbail rayon Məhkəməsinin ##.##.2007-ci il tarixli *-***/**** saylı qətnaməsi ilə iddia tələbi təmin edilərək Ərizəni verən şəxs və X1 ailə üzvləri ilə birlikdə qeydiyyatda olduqları Bakı şəhəri Məmmədyarov küçəsi, ** saylı evin əvəzinə digər abad yaşayış sahəsi ilə təmin etmək vəzifəsi Bakı şəhər İcra Hakimiyyətinə və “İçərişəhər” Dövlət Tarixi-Memarlıq Qoruğu İdarəsinə həvalə olunması qət edilmişdir.
2. Ərizəçi Ərizəni verən şəxs Bakı şəhər Səbail Rayon Məhkəməsinin ##.##.2007-ci il tarixli *-***/**** saylı qətnaməsinin icra üsulunun dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, məhkəmə qərarının icra üsulunun dəyişdirilməsi və ona dəymiş ziyanın kompensasiya edilməsi haqqında o, ünvan 1 ünvanında qeydiyyatda olmuşdur və 1989-cu ilədək orada yaşamışdır. ##.##.2006-cı il tarixli Səbail Rayon Məhkəməsinin qətnaməsi ilə İcra Hakimiyyətinə yaşadığı ev əsaslı təmir üçün boşaldıldığından ona və ailə üzvlərinə əvəzində başqa abad yaşayış sahəsini verilməsini göstərmişdir. ##.##.2007-ci il tarixli Səbail Rayon Məhkəməsinin *-***/**** saylı qətnaməsi ilə həmin öhdəlik təsdiq edilib və Bakı Apellyasiya Məhkəməsinin ##.##.2008-ci il *(***)-**** saylı qərarı ilə qüvvəyə minib. Azərbaycan Respublikası Ali Məhkəməsi ##.##.2009-cu il tarixli qərarı ilə kassasiya şikayətini təmin edilməmişdir. 17 ildən artıq vaxt keçməsinə baxmayaraq məhkəmə qərarı icra edilməyib. Bakı Şəhər İcra Hakimiyyəti 12.2009-cu il tarixli məktubunda bildirilib ki, mərkəzləşdirilmiş qaydada yaşayış binaları inşa olunmadığı və boş mənzil olmadığı üçün qərarı icra etmək mümkün deyil. Bu müddət ərzində o və ailəsi kirayə mənzillərdə yaşamağa məcbur olmuşdur, maddi və mənəvi əziyyət çəkirlər. ##.##.2021-ci il tarixli Əmlak Ekspert Mərkəzinin rəyinə əsasən 229,500 manat dəyərində zərər dəymişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 228-232-ci maddələrinə, "İcra haqqında" Qanunun 20.5-ci maddəsinə və AİHM-in "Hornsby Yunanıstana qarşı" işi üzrə presedentinə əsasən məhkəmə qərarının icrası məhkəmə araşdırmasının ayrılmaz hissəsidir. 19 il hərəkətsizlik onun Konvensiyanın 6-cı maddəsi ilə təmin edilən ədalətli məhkəmə hüququnu pozur. Göstərilənləri nəzərə alaraq Səbail Rayon Məhkəməsinin ##.##.2007-ci il tarixli *-***/**** saylı qətnaməsinin icra üsulu dəyişdirilməsi və Bakı Şəhər İcra Hakimiyyətindən ona ev verilməsi mümkün olmadığından dəyən ziyana görə 229,500 manat kompensasiya tutulması və dövlət rüsumu cavabdehin üzərinə qoyulması barədə qərardad qəbul qəbul edilməsini xahiş etmişdir.
3. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərardadına əsasən ərizəçi Ərizəni verən şəxs Bakı şəhər Səbail rayon Məhkəməsinin ##.##.2007-ci il tarixli *-***/**** saylı qətnaməsinin icra üsulunun dəyişdirilməsi barədə ərizəsi üzrə işin icraatına eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə qanuni qüvvəyə minmiş məhkəmə aktının olması ilə əlaqədar xitam verilməsi qərara alınmışdır. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, ərizəçi Səbail rayon Məhkəməsinin ##.##.2007-ci il tarixli qətnaməsinin icra üsulunun dəyişdirilməsini xahiş etsə də, həmin qətnamə Bakı Apellyasiya Məhkəməsinin ##.##.2008-ci il tarixli qətnaməsi ilə qismən ləğv edilmişdir. Başqa sözlə ərizəçi faktiki olaraq qətnamənin dəyişdirilməyən hissəsinin icra üsulunun dəyişdirilməsini xahiş etmişdir. Hazırki ərizəçi iş üzrə digər tələbkarın hüquqi varisi ilə birgə analoji ərizə ilə məhkəməyə müraciət edərək qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə tələbkar kimi onların mənzil ilə təmin olunma öhdəliyi üzərinə qoyulmuş Bakı şəhər İcra Hakimiyyətinin uzun müddət onları mənzil ilə təmin edə bilməməsini əsas gətirərək icra üsulunu dəyişdirib hər bir tələbkara 230.000 manat məbləğində kompensasiyanın verilməsini xahiş etmişdir. Məhkəmə ərizəçinin əvvəllər analoji ərizə ilə məhkəməyə müraciət etməsini, irəli sürdüyü hallara hüquqi qiymət verilərək yekun məhkəmə aktı qəbul edilməsini, məhkəmə aktının qanuni qüvvəsini almasını nəzərə alaraq hesab edir ki, hazırki ərizəyə təkrar baxılması yolverilməz hesab edilməlidir. Əvvəllər verilmiş təqdimat və ərizələr üzrə qəbul edilmiş məhkəmə qərardadları mövcudluğu şəraitində həmin ərizəyə təkrar baxılması hüquqi müəyyənlik prinsipinə ziddir.
4. Birinci instansiyası məhkəməsi öz qərarını Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun C.İsmayılzadənin şikayəti üzrə ## ###### 2007-ci il tarixli və G.İsmayılzadənin şikayəti üzrə ## ###### 2016-cı il tarixli qərarlarına, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent təcrübəsində “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin tələblərinə və AR Mülki Prosessual Məcəlləsinin 261.0.2-ci maddəsinə istinadla əsaslandırmışdır.
ŞİKAYƏTİN DƏLİLLƏRİ, ŞİKAYƏTƏ ETİRAZIN DƏLİLLƏRİ və BİRİNCİ İNSTANSİYA MƏHKƏMƏSİNİN ŞİKAYƏTƏ DAİR GƏLDİYİ NƏTİCƏ:
5. Tələbkar – Ərizəni verən şəxs Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərardadından şikayət verərək, ##.##.2026-cı il tarixli *(*-***)-***/**** saylı qərardadı ləğv edərək, müraciətin mahiyyəti üzrə məhkəmə araşdırılmasının davam etdirilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırımışdır ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ##.##.2007-ci il tarixli, *-***/**** saylı qətnaməsi ilə Ərizəni verən şəxs ailə üzvləri ilə birlikdə abad yaşayış sahəsi ilə təmin edilməsi vəzifəsi Bakı şəhər İcra Hakimiyyətinə və “İçərişəhər” Dövlət Tarixi-Memarlıq Qoruğu İdarəsinə həvalə olunmuşdur. Həmin qətnamə yuxarı instansiya məhkəmələri tərəfindən qüvvədə saxlanılmış və ##.##.2009-cu il tarixində qanuni qüvvəsini almışdır . Lakin məhkəmə qərarı artıq 17 ildir ki, icra olunmur . Bakı şəhər İcra Hakimiyyəti mənzil fondunda boş mənzil olmadığını bildirərək qərarın icrasından yayınmışdır . Bu müddət ərzində ərizəçi və ailə üzvləri kirayə mənzillərdə yaşamağa məcbur qalmış, nəticədə onlara külli miqdarda maddi və mənəvi ziyan dəymişdir. ##.##.2021-ci il tarixli ekspert rəyinə əsasən, dəymiş ziyanın məbləği 229.500 manat təşkil edir. Qərarın icra olunmaması ilə bağlı məhkəməyə müraciət edərək, icra vərəqəsinin icraya yönəldilməsini və 17 illik ziyanın kompensasiya edilməsini (cəmi 230.500 manat) xahiş etmişdir. Lakin Səbail Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərardadı ilə iş üzrə icraata AR MPM-nin 261.0.2-ci maddəsinə əsaslanaraq xitam verilmişdir. Məhkəmə bu xitam qərarını əvvəllər "icra üsulunun dəyişdirilməsi" ilə bağlı verilmiş və təmin edilməmiş müraciətlərlə "eyni predmet və eyni əsaslar"ın olması ilə əsaslandırmışdır . Hesab edir ki, hazırkı müraciətin predmeti əvvəlkilərdən tamamilə fərqlidir və məhkəmə tərəfindən ziyanın ödənilməsi tələbi mahiyyəti üzrə araşdırılmamışdır.. Məhkəmənin bu nəticəsi MPM-nin 261.0.2-ci maddəsinin ruhuna və işin real vəziyyətinə tamamilə ziddir. Məhkəmə bu münasibətlərə hüquqi qiymət vermək əvəzinə, "icra üsulunun dəyişdirilməsi" maddəsi ilə xitam verməklə tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmişdir.
6. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərardadı ilə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)- ***/**** nömrəli qərardadından Ərizəni verən şəxs tərəfindən verilmiş şikayət təmin edilməmiş və baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. TƏTBİQ EDİLƏN HÜQUQ NORMALARI VƏ APELLYASİYA İNSTANSİYASI MƏHKƏMƏSİNİN MÖVQEYİ
7. Məhkəmə Kollegiyası şikayətin dəlillərini işin materialları ilə müqayisəli şəkildə təhlil edərək hesab edir ki, şikayət təmin edilməməli, iş üzrə qəbul edilmiş birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
8. İş materiallarında olan Bakı şəhəri Səbail Rayon Məhkəməsinin *-***/**** saylı, ##.##.2007-ci il tarixli qətnaməsinə əsasən, Ərizəni verən şəxs və X1 ailə üzvləri ilə birlikdə qeydiyyatda olduqları Bakı şəhəri Məmmədyarov küçəsi, ** saylı evin əvəzinə digər abad yaşayış sahəsi ilə təmin etmək vəzifəsi Bakı şəhər İcra Hakimiyyətinə və”İçərişəhər” Dövlət Tarixi-Memarlıq Qoruğu İdarəsinə həvalə olunması qət edilmişdir.
9. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin Mülki İşlər üzrə Kollegiyasının *(***)-****/** saylı, ##.##.2008-ci il tarixli qətnaməsinə əsasən Bakı şəhəri Səbail Rayon Məhkəməsinin *-***/**** saylı, ##.##.2007-ci il tarixli qətnaməsi qismən - Ərizəni verən şəxs və X1 ailə üzvləri ilə birlikdə qeydiyyatda olduqları Bakı şəhəri Məmmədyarov küçəsi, ** saylı evin əvəzinə digər abad yaşayış sahəsi ilə təmin etmək vəzifəsinin ”İçərişəhər” Dövlət Tarixi-Memarlıq Qoruğu İdarəsinə həvalə olunması hissəsində ləğv edilərək, iddia tələbi həmin hissədə təmin edilməmişdir.
10. İş materiallarında olan Bakı şəhər Səbail Rayon Məhkəməsinin ##.##.2023-cü il tarixli *(***)-***/**** saylı qərardadına əsasən təqdimat təmin edilərək Bakı Apellyasiya Məhkəməsinin ##.##.2008-ci il tarixli icra vərəqəsinin icra üsulu dəyişdirilərək, borclu Bakı şəhər İcra Hakimiyyəti tərəfindən 230.000 manat məbləğində kompensasiya tələbkar Ərizəni verən şəxs, 230.000 manat məbləğində kompensasiya tələbkar X1 ödənilməsi qərara alınmışdır.
11. İş materiallarında olan Bakı şəhər Səbail Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli *(***)-**/**** saylı qərardadına əsasən Bakı Apellyasiya Məhkəməsinin ##.##.2008-ci il tarixli, *(***)-****/**** saylı icra vərəqəsi üzrə icra üsulunun dəyişdirilməsi barədə Bakı şəhər Səbail rayon İcra şöbəsinin icra məmurunun təqdimatı əsassız olduğundan təmin edilməmişdir.
12. İş materiallarında olan Bakı şəhər Səbail Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli *(***)-***/**** saylı qərardadına əsasən Bakı Apellyasiya Məhkəməsinin ##.##.2008-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsinin icra üsulunun dəyişdirilməsi barədə tələbkar Ərizəni verən şəxs və X1 hüquqi varisi X2 ərizəsi təmin edilməmişdir.
13. AR MPM-nin 231.1-ci maddəsinə əsasən işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır.
14. Məhkəmə kollegiyası qeyd edir ki, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi dedikdə, qətnamədə nəzərdə tutulmuş onun icra üsulunun və qaydasının iddiaçının (tələbkarın) hüquqlarını və qanuni mənafeyini təmin edən digər icra üsulu və qaydası ilə əvəz edilməsi və ya qətnamədə nəzərdə tutulmuş ilkin icra üsulunun və qaydasının onların dəyişdirilməsi ilə transformasiya olunması başa düşülür. Qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsinin zəruriliyi qətnamənin icrası prosesində baş verən hallardan asılıdır. Belə bir zərurət, bir qayda olaraq, o halda yaranır ki, tərəflərin mövcud əmlak vəziyyəti və digər hallar qətnaməni icra etməyə imkan verməsin və qətnamənin icrasının əvvəl müəyyən edilmiş üsul və qaydasının onun icrasına kömək edə bilmədiyi təsdiq edilsin. Qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsinə, bir qayda olaraq, borclu qətnaməni könüllü yerinə yetirmədikdə və qətnamənin icrası onun hərəkətlərindən asılı olduqda həyata keçirilir.
15. Ərizəçi tərəfindən verilmiş hazırki ərizədən görünür ki, o məhkəmə qətnaməsinin icra üsulunun dəyişdirib icra sənədi üzrə Bakı şəhər İcra Hakimiyyəti tərəfindən evin verilməsinin mümkün olmadığından dəyən ziyana görə 229.500 manat kompensasiyanın tutulması barədə qərar qəbul edilməsini xahiş edir.
16. Məhkəmə kollegiyası qeyd edir ki, ərizəçi Səbail Rayon Məhkəməsinin ##.##.2007ci il tarixli qətnaməsinin icra üsulunun dəyişdirilməsini xahiş etsə də, həmin qətnamə Bakı Apellyasiya Məhkəməsinin ##.##.2008-ci il tarixli qətnaməsi ilə qismən ləğv edilmişdir. Başqa sözlə ərizəçi faktiki olaraq qətnamənin dəyişdirilməyən hissəsinin icra üsulunun dəyişdirilməsini xahiş edir.
17. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, hazırki ərizəçi iş üzrə digər tələbkarın hüquqi varisi ilə birgə analoji ərizə ilə məhkəməyə müraciət edərək qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə tələbkar kimi onların mənzil ilə təmin olunma öhdəliyi üzərinə qoyulmuş Bakı şəhər İcra Hakimiyyətinin uzun müddət onları mənzil ilə təmin edə bilməməsini əsas gətirərək icra üsulunu dəyişdirib hər bir tələbkara 230.000 manat məbləğində kompensasiyanın verilməsini xahiş etmişlər. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli *(***)-***/**** saylı, qərardadı ilə tələbkarların məhkəmə qətnaməsinin icra üsulunun dəyişdirilməsi barədə ərizələri təmin edilməmişdir. Eyni zamanda analoji ərizə ilə icra məmuru təqdimatla məhkəməyə müraciət etmiş və icra məmurunun icra üsulunun dəyişdirilməsi barədə təqdimatı da təmin edilməmişdir.
18. Məhkəmə kollegiyası ərizəçinin əvvəllər analoji ərizə ilə məhkəməyə müraciət etməsini, irəli sürdüyü hallara hüquqi qiymət verilərək yekun məhkəmə aktı qəbul edilməsini, məhkəmə aktının qanuni qüvvəsini almasını nəzərə alaraq hesab edir ki, hazırki ərizəyə təkrar baxılması yolverilməzdir.
19. Belə ki, əvvəllər verilmiş təqdimat və ərizələr üzrə qəbul edilmiş məhkəmə qərardadları mövcudluğu şəraitində həmin ərizəyə təkrar baxılması hüquqi müəyyənlik prinsipinə ziddir.
20. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun C.İsmayılzadənin şikayəti üzrə ## ###### 2007-ci il tarixli və G.İsmayılzadənin şikayəti üzrə ## ###### 2016cı il tarixli qərarlarında qeyd olunmuşdur ki, qanuni qüvvəyə minmiş məhkəmə aktı özündə mübahisələndirilən maddi hüququn, yaxud belə hüquqa əsaslanan faktın mövcud olubolmamasını qəti surətdə müəyyənləşdirir və səlahiyyətli şəxsin tələbi ilə hər hansı qeyd-şərt qoyulmadan onların həyata keçirilməsini ehtiva edir. Məhz bu baxımdan prosessual qanunvericilikdə nəzərdə tutulmuş bütün müdafiə vasitələri istifadə edildikdən sonra qanuni qüvvəyə minmiş məhkəmə aktı təkzibolunmazlıq, müstəsnalıq və məcburilik kimi hüquqi xassələrə malikdir. İşlərə eyni tərəflər arasında, eyni mübahisə predmeti üzrə fərqli məhkəmə icraatında baxılması mahiyyət etibarı ilə fərqli nəticələrə və sonda hüquqi müəyyənlik prinsipinin pozulmasına səbəb ola bilər.
21. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent təcrübəsində “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin tələbləri baxımından “res judicata” prinsipinə hörmət edilməsini ehtiva edən qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının bir qayda olaraq dəyişdirilmədən saxlanılmasını nəzərdə tutan preyudisiallıq və qanunun aliliyinin fundamental aspektlərindən olan hüquqi müəyyənlik prinsiplərinin təmin edilməsinə xüsusi önəm verilmiş, yalnız məhkəmə səhvlərinin düzəldilməsi və işin düzgün həlli üçün əhəmiyyət kəsb edən hallar aşkar olunduqda belə qərarlara yuxarı instansiya məhkəməsi tərəfindən yenidən baxılmasının mümkünlüyü əks olunmuşdur (Xotulyeva Rusiya Federasiyasına qarşı iş üzrə 2009-cu il ## #### tarixli, Kondraşov və digərləri Rusiya Federasiyasına qarşı iş üzrə 2009-cu il # ###### tarixli qərarlar).
22. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə ərizəçinin hazırki ərizəsinə hüquqi qiymət verilmişdir. AR MPM-nin 261.0.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa, iş üzrə icraata xitam verilir. Həmin Məcəllənin 13.4-cü maddəsinə əsasən barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir.
23. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi AR MPM-nin 261.0.2-ci maddəsinə əsasən iş üzrə icraata xitam verməklə düzgün nəticəyə gəlmişdir.
24. Belə olan halda Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən hüquq normaları düzgün tətbiq olunmuşdur. Bu baxımdan birinci instansiya məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
25. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır.
26. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 263, 264 və 398-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI:
Şikayət təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Sədrlik edən: Günel Abbasova Hakimlər: Fuad Talışınski Məmməd Məmmədov