Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 8(3-6)-291/2026 30.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakim Şirinov Ikram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Kazımov Elşən Cələddin oğlu və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, m ü ə y y ə n e t d i: Tələbkar Ərizəni verən şəxs şikayətlə məhkəməyə müraciət edərək, Səbail Rayon Məhkəməsinin *(***)-****/****-*** nömrəli, # ###### 2025-ci il tarixli icra vərəqəsi üzrə icra məmuru maraqlı şəxs1 hərəkətsizliyinin qanunsuz hesab edilməsi, Səbail Rayon Məhkəməsinin *(***)-****/****-*** nömrəli, # ###### 2025-ci il tarixli icra vərəqəsi üzrə məcburi icra tədbirlərinin görülməsi öhdəliyi Səbail Rayon Icra və Probasiya Şöbəsinə həvalə edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Səbail Rayon Məhkəməsinin 2(009)- ****/****-*** nömrəli, # ###### 2025-ci il tarixli qətnaməsinə və icra vərəqəsinə əsasən, X1 ailə üzvləri ilə birlikdə ünvan 1 ünvanında yerləşən yaşayış sahəsindən çıxarılmasını qət edilmişdir. Səbail Rayon Icra və Probasiya şöbəsinin icra məmuru maraqlı şəxs1 ## ###### 2025-ci il tarixdə icra vərəqəsinin icra edilməsi üçün cavabdehlərə göndərimişdir, lakin sonradan icra məmuru cavabdehin və onun ailə üzvlərinin məcburi köckün olduğuna istinad edərək cra sənədi üzrə icra tədbirlərini icra etməkdən imtina etmişdir. Azərbaycna Respublikası Qaçqınlar və X6 üzrə Dövlət Komitəsinin # ###### 2026-ci il tarixli məktubuna əsasən maraqlı şəxs3, onun həyat yoldaşı X2 və onların azyaşlı övladları ünvan 3 ünvanında yaşamalarına baxmayraq Abşeron rayonu, Saray qəsəbəsi ərazəsində 0.04 ha torpaq sahəsinin və Sumqayıt şəhəri, Saray 2, 170/A ünvanında mənzilin (əldə edilən şifahi məlumata görə - özbaşına tikinti) mülkiyyətçiləridir. Hesab edirlər ki, Səbail rayon Məhkəməsinin # ###### 2025-ci il tarixli qətnaməsi mütləq qaydada icra edilməldir və icra məmuru qanunsuz olaraq sözügedən qətnaməni icra etmir. Sözügedən icra vərəqəsinin icra edilməsi üçün ## #### 2026-cı il tarixdə Səbail Icra və Probasita Şöbəsinə ərizə göndərilmiş, lakin icra məmuru mobil telefonu vasitəsi ilə əlaqə saxlayaraq həmin icra vərəqəsinin icra etməyəcəklərini bildirmişdir. Səbail Rayon Məhkəməsinin *(*-***)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadı ilə tələbkarın şikayəti qismən təmin edilmiş, Səbail Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ## ###### 2025-ci il tarixində verilmiş, ## ###### 2025-ci il tarixli icra vərəqəsi üzrə Səbail rayon Icra şöbəsinin icra məmurunun hərəkətsizliyi qanunsuz hesab edilmiş, icra sənədi üzrə icra hərəkətlərinin davam etdirilməsi, şikayətin qalan hissədə təmin edilməməsi qərara alınmışdır. Səbail rayon Icra Şöbəsinin icra məmuru maraqlı şəxs1 həmin qərardaddan şikayət verərək, qərardadın ləğv edilməsini xahiş etmişdir. Şikayəti belə əsaslandırmışdır ki, Səbail Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ## ###### 2025-ci il tarixliicra sənədinə əsasən borclu X1 ailə üzvləri ilə birlikdə ünvan 2 ünvanında yerləşən yaşayış sahəsindən çıxarılmalıdır. Qeyd olunan icra sənədi üzrə ##.##.2025-ci il tarixli icraata başlamaq haqqında qərar qəbul edilmiş və borcluya icra sənədini könüllü müddət ərzində icra edilməsi barədə rəsmi qaydada bildiriş məlumat üçün göndərilmişdir. Bundan sonra icra məmuru ##.##.2026-cı il tarixdə AR QMKI üzrə DK-ya sorğu göndərib. Qaçqınların və X4 üzrə Dövlət Komitəsinin ##.##.2026-cı il tarixli məktubundan görünür ki, Zəngilan rayonunun Yenikənd kəndindən məcburi köçkün X1 rayonu, Badamdar qəsəbəsi, Seyran Məmmədov küçəsində yerləşən (Gəmi təmir zavodunun yataqxanası) ** saylı evin ** nömrəli otağında müvəqqəti məskunlaşmış, məcburi köçkünlər üçün inşa edilmiş yeni yaşayış məntəqələrində mənzillə təmin olunmamış və o, 2013-cü ildə vəfat etmişdir. Qeyd edirik ki, Zəngilan rayonunun Yenikənd kəndindən məcburi köçkün maraqlı şəxs3, həyat yoldaşı X3 və 2 azyaşlı övladları ilə birlikdə sözügedən ünvanda məskunlaşmış və məcburi köçkünlər üçün inşa edilmiş yeni yaşayış məntəqələrində mənzillə təmin olunmamışdır. maraqlı şəxs3 mülkiyyətində Abşeron rayonu, Saray qəsəbəsi ərazisində 0.04 ha torpaq sahəsinin olduğu aşkar edilmişdir. Sumqayıt şəhəri, Saray 2, 170/A ünvanında yerləşən su sayğacının abonen kodu da onun öz adına rəsmləşdirilib. maraqlı şəxs3 ilə telefon əlaqəsi saxlamaq mümkün olmadı. "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair Dövlət Proqramı"na uyğun olaraq Zəngilan rayonunun Yenikənd kəndindən olan məcburi köçkün ailələrinin qeydiyyatda olduqları doğma yurduna köçürülməsi başlanan zaman sözügedən ünvanda məskunlaşan ailənin də köçürülməsi məsələsinə baxılacaqdır. Rayon məhkəməsinin eyni nömrəli, ##.##.2026-cı il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, hazırkı şikayətə yazılı icraat qaydasında baxılır. Məhkəmə iş materiallarını nəzərdən keçirib, şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Səbail Rayon Məhkəməsinin *(***)-****/**** saylı ##.##.2025-ci il tarixli, ## ###### 2025-ci il tarixində verilmiş icra vərəqəsindən görünür ki, iddianın təmin edilməsi, X1 ailə üzvləri ilə birlikdə ünvan 2 ünvanında yerləşən yaşayış sahəsindən çıxarılmaları qət edilmişdir. Qaçqınların və X4 üzrə Dövlət Komitəsinin ##.##.2026-cı il tarixli məktubundan görünür ki, Zəngilan rayonunun Yenikənd kəndindən məcburi köçkün X1 rayonu, Badamdar qəsəbəsi, Seyran Məmmədov küçəsində yerləşən (Gəmi təmir zavodunun yataqxanası) ** saylı evin ** nömrəli otağında müvəqqəti məskunlaşmış, məcburi köçkünlər üçün inşa edilmiş yeni yaşayış məntəqələrində mənzillə təmin olunmamış və o, 2013-cü ildə vəfat etmişdir. Qeyd edirik ki, Zəngilan rayonunun Yenikənd kəndindən məcburi köçkün maraqlı şəxs3, həyat yoldaşı X3 və 2 azyaşlı övladları ilə birlikdə sözügedən ünvanda məskunlaşmış və məcburi köçkünlər üçün inşa edilmiş yeni yaşayış məntəqələrində mənzillə təmin olunmamışdır. maraqlı şəxs3 mülkiyyətində Abşeron rayonu, Saray qəsəbəsi ərazisində 0.04 ha torpaq sahəsinin olduğu aşkar edilmişdir. Sumqayıt şəhəri, Saray 2, 170/A ünvanında yerləşən su sayğacının abonen kodu da onun öz adına rəsmləşdirilib. maraqlı şəxs3 ilə telefon əlaqəsi saxlamaq mümkün olmadı. Nəzərinizə çatdırırıq ki, "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair Dövlət Proqramı"na uyğun olaraq Zəngilan rayonunun Yenikənd kəndindən olan məcburi köçkün ailələrinin qeydiyyatda olduqları doğma yurduna köçürülməsi başlanan zaman sözügedən ünvanda məskunlaşan ailənin də köçürülməsi məsələsinə baxılacaqdır. Həmçinin iş materialları ilə müəyyən edilir ki, icra məmuru tərəfindən qanunvericiliyin tələbinə uyğun olaraq ##.##.2025-ci il tarixdə icra sənədi üzrə icraata başlamaq haqqında qərar qəbul edilmiş və borcluya tələbin könüllü icrası barədə ##.##.2025-ci il tarixli bildiriş göndərilmişdir. Iş materiallarında olan poçt zərfinin surətindən görünür ki, borcluya göndərilən bildiriş “bu ünvanda yaşamır” qeydi ilə geri qaytarılmışdır. Rayon məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, Qaçqınların və X4 üzrə Dövlət Komitəsinin ##.##.2026-cı il tarixli məktubundan göründüyü kimi maraqlı şəxs3 mülkiyyətində Abşeron rayonu, Saray qəsəbəsi ərazisində 0.04 ha torpaq sahəsinin olduğu aşkar edilmiş, hətta Sumqayıt şəhəri, Saray 2, 170/A ünvanında yerləşən su sayğacının abonent kodu da onun öz adına rəsmiləşdirilməsi bildirilmişdir. Tələbkar tərəf borcluya məxsus yaşayış evinin olduğunu və kirayə verildiyini bildirmişdir. Məhkəmə qeyd edir ki, iş materiallarından müəyyən edildiyi kimi icra məmuru tərəfindən icra sənədi üzrə ##.##.2025-ci il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilsə də, qətnamənin icrası ilə bağlı zəruri icra tədbirləri həyata keçirilməmişdir. Icra məmuru tələbin könüllü icrası barədə borcluya bildiriş göndərsə də, bildiriş borcluya çatmamış, icra məmuru Qaçqınların və X4 üzrə Dövlət Komitəsinə X1 ailə üzvləri ilə birlikdə mənzillə təmin olunubolunmaması, eləcə də həmin ailə üzvlərini digər ərazilərdən köçürülmüş və hal-hazırda boş olan şəhərciklərə köçürülməsini mümkünlüyü barədə məlumat verilməsi barədə ## ###### 2026- cı il tarixli məktub göndərməklə kifayətlənmişdir. Eləcə də icra məmuru icra qanunvericiliyində nəzərdə tutulmuş hərəkətləri yerinə yetirməmiş, borcluya və ya ailə üzvlərinə məxsus yaşayış sahəsinin olub-olmadına dair əlavə araşdırma aparılmamışdır. “Icra haqqında” Azərbaycan Respublikasının Qanununun: Maddə 2.1. Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Maddə 3.1. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Maddə 8.2. Icra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. Maddə 12.1. Bu Qanunun 8.2-ci maddəsinin üçüncü bəndində nəzərdə tutulmuş hal istisna olmaqla, icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində bütün zəruri icra hərəkətlərini həyata keçirməlidir. Maddə 26. Icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. Maddə 43.1. Məcburi icra tədbirləri aşağıdakılardır: 1) borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi; 2) tələbin borclunun əmək haqqına, pensiyasına, təqaüdünə və sair gəlirlərinə yönəldilməsi; 3) tələbin borclunun üçüncü şəxslərdə olan pul vəsaitlərinə və digər əmlakına yönəldilməsi; 4) icra sənədində göstərilmiş müəyyən əşyaların borcludan götürülüb tələbkara verilməsi; 5) bu Qanuna və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına uyğun olaraq icra sənədinin icrasını təmin edən başqa tədbirlər. Maddə 44.1. Məcburi icra tədbirlərinin tətbiqinin əsasları aşağıdakılardır: 1. bu Qanunla müəyyən edilmiş qaydada tərtib olunmuş icra sənədinin icra məmuruna təqdim olunması;
2. icra məmuru tərəfindən icraata başlamaq haqqında qərarın qəbul edilməsi; 3. könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi. Insan Hüquqları üzrə Avropa Məhkəməsinin bir çox qərarlarında formalaşdırdığı hüquqi mövqeyinə görə Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində müəyyən olunmuş «məhkəmə araşdırması hüququ» təkcə məhkəməyə müraciəti və yekun məhkəmə aktının qəbulunu deyil, həm də (və mütləq qaydada) məcburi qüvvəyə malik yekun məhkəmə aktının icrasını nəzərdə tutur. Məhkəmə, Burdov Rusiyaya qarşı iş üzrə Qərarında həmçinin qeyd etmşdir ki, məhkəmə qərarının icrasının gecikdirilməsinə xüsusi hallarda haqq qazandırıla bilər, lakin bu gecikdirmə Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ilə qorunan hüquqların mahiyyətinə xələl gətirməməlidir. (Burdov Rusiyaya qarşı iş üzrə 2002-ci il # ### tarixli Qərar, § 35) Məhkəmənin mövqeyinə görə Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində tərəflərə verilən prosessual təminatlar (ədalətli, açıq və vaxtında aparılan məhkəmə araşdırması) məhkəmə qərarının icrası hüququnu müdafiə etməsəydi, bu, anlaşılmaz bir hal olardı. Iştirakçı dövlətlərin daxili qanunvericiliyi tərəflərdən birinin ziyanına məhkəmə qərarının icra olunmadan qalmasına imkan versəydi, onda 6-cı maddədə nəzərdə tutulmuş (təminat verilən) məhkəmə araşdırması hüququ xəyali hüquq olardı. Buna görə də hər hansı məhkəmə tərəfindən çıxarılmış qərarın icrasına Konvensiyanın 6-cı maddəsinin məqsədləri üçün «məhkəmə araşdırmasının» ayrılmaz tərkib hissəsi kimi baxılmalıdır (Hornsbi Yunanıstana qarşı iş üzrə 1997-ci il ## #### tarixli Qərar, § 40). Beləliklə, Məhkəmə hesab edir ki, rayon məhkəməsinin qərardadı qanuni və əsaslı, şikayət isə əsassız olduğundan təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə xüsusi olaraq onu da qeyd edir ki, qanunvericiliyə əsasən hazırkı qərardaddan icra məmurunun da şikayət vermək hüququ olsa da, lakin oxşar hallarda bu qərardadlar əsasən borclular tərəfindən mübahisələndirildiyi, hazırkı işdə isə borclunun həmin qərardadı mübahisələndirmədiyi - onunla razılaşdığı halda, icra məmurunun özünün həmin qərardadı mübahisələndirməsinin özü də bir o qədər anlaşılan olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 398-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək; qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək; qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək. «Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinə dəyişikliklər edilməsi haqqında» (2021-ci il # ####### tarixdən qüvvəyə minmiş) ## #### 2021-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən Məcəllənin 402-ci maddəsinə əsasən Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan MR Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apellyasiyanın qeyrimümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi, bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında qərardadlarından kassasiya şikayəti verilə bilər. Beləliklə müəyyən olunur ki, prosessual qanunvericiliyə edilmiş dəyişikliyə görə hazırkı qərardaddan kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2, 398, 400, 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası,
qərara aldı:
Icra məmuru maraqlı şəxs1 tərəfindən verilmiş şikayət təmin edilməsin. Səbail Rayon Məhkəməsinin *(*-***)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir, prosessual qanunvericilikdə bu qərardaddan şikayət verilməsi nəzərdə tutulmamışdır.