Məhkəmə qərarları › İş №8(3-6)-296/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(3-6)-296/2026

01.07.2026 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 8(3-6)-296/2026 01.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Babayev Fuad Fikrət oğlu (sədrlik edən və məruzəçi), X2 və X1 ibarət tərkibdə, Bakı şəhəri Sabunçu rayon İcra Şöbəsinin “icra sənədinin qaytarılması haqqında” ##.##.2025-ci il tarixli qərarından tələbkar Ləğv prosesində olan Tələbkar ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş şikayətə dair Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin *(*-***)-***/**** saylı ##.##.2026-cı il tarixli qərardadından borclu Borclu tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, Müəyyən etdi: Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin *(***)-***/**** nömrəli, ##.##.2021-ci il tarixli qətnaməsinə əsasən, iddia qismən təmin edilmiş, cavabdeh Borclu iddiaçı LPO Tələbkar ASCnin xeyrinə, ##.##.2015-ci il tarixli kredit müqaviləsi üzrə 63663.68 ABŞ dolları əsas, 18366,96 ABŞ dolları faiz, 1000 ABŞ dolları cərimə, illik beş faiz hesablanmaqla, 9878,90 ABŞ dolları faiz borcunun, cəmi 92909,54 ABŞ dollarının ödəniş gününə olan manat məzənnəsi ilə pul vəsaiti və 30 manat ödənilmiş dövlət rüsumu tutulması, Ekspert rəyinin alınması ilə bağlı 145 manat ekspertiza xərcinin cavabdeh Borclu tutulub Azerbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməsi, iddia tələbinin qalan hissələrdə təmin edilməməsi qət edilmişdir. Sabunçu rayon İcra Şöbəsinin ##.##.2025-ci il tarixli “icra sənədinin qaytarılması haqqında” qərarı ilə icra sənədi Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə qaytarılmışdır. Tələbkar Ləğv prosesində olan Tələbkar ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu həmin qərardan Sabunçu Rayon Məhkəməsinə şikayət verərək, “İcra sənədinin qaytarılması haqqında” Sabunçu rayon İcra şöbəsinin icra məmuru Rəşad Mustafayev tərəfindən qəbul edilmiş ##.##.2025-ci il tarixli qərarın ləğv edilməsinə və icra hərəkətlərinin davam etdirilməsi üçün Sabunçu Rayon Məhkəməsinin ##.##.2021-ci il tarixli *(***)-***/**** saylı icra sənədinin yenidən icraya yönəldilməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Sabunçu rayon İcra şöbəsinin icra məmuru R.Mustafayev tərəfindən ##.##.2025-ci il tarixli Sabunçu Rayon Məhkəməsinin ##.##.2021-ci il tarixli *(***)-***/**** saylı icra sənədi üzrə “icra sənədinin qaytarılması haqqında” qərar qəbul etmişdir. Aşağıda göstərilənlərə əsasən, hesab edirlər ki, Sabunçu rayon İcra şöbəsinin icra məmuru Rəşad Mustafayevin qərarı qanunsuzdur. Belə ki, Sabunçu Rayon Məhkəməsinin ##.##.2021-ci il tarixli *(***)-***/**** saylı icra sənədinə əsasən cavabdeh Borclu cəmi 92.909,54 ABŞ dolları məbləğində pul vəsaiti və 30 manat dövlət rüsumunun tələbkar Tələbkar ASC-nin xeyrinə tutulması qərara alınmışdır. İcra işinin materialları ilə tanış olan zaman məlum olmuşdur ki, Sabunçu Rayon Məhkəməsinin ##.##.2021-ci il tarixli *(***)-***/**** saylı icra sənədinin icra məmuru Rəşad Mustafayev tərəfindən ##.##.2025-ci il tarixli “İcra Haqqında” AR Qanununun 23.1.3-cü maddəsinə əsasən icra olunmadan məhkəməyə geri qaytarılması haqqında qərar qəbul etmişdir. İcra məmuru sözügedən qərarı qəbul edən zaman sədəcə olaraq elektron sistem üzərindən borclu şəxsin bank hesabları və vergi ödəyicisi kimi qeydiyyatını yoxlamaqla, mülkiyyətindəki əmlak və gəlirləri ilə bağlı vəziyyətinin yoxlanılması ilə kifayətlənmiş və icra qanunvericiliyinin müəyyən etdiyi digər zəruri məcburi icra tədbirlərinin görülməsi istiqamətində icra addımı atmamışdır. Həmçinin icraat dövründə borclu şəxsdən icra sənədinin icrasına münasibətin öyrənilməsi məqsədi ilə izahat alınmamış, icra sənədinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirməyən borclu şəxsin inzibati məsuliyyətə cəlb edilməsi istiqamətində müvafiq protokol tərtib edərək baxılması üçün məhkəməyə təqdim edilməmiş, eyni zamanda borclunun gələcəkdə ölkə hüdudlarını tərk etməsi məhkəmə qərarının icrasının mümkünsüzlüyü ilə nəticələnəciyini nəzərə alaraq borclunun ölkədən getmək hüququnun məhdudlaşdırılmasına dair təqdimatla məhkəməyə müraciət etməmişdir. Halbuki, elektron icra sistemindən əldə edilmiş məlumata əsasən borclu mütəmadi olaraq ölkə hüdudlarını tərk edir. Göründüyü kimi Sabunçu rayon İcra şöbəsinin icra məmuru Rəşad Mustafayevin “İcra haqqında” AR Qanununun 23.1.3-cü maddəsinə istinad edərək icra sənədinin qaytarılması haqqında qərar qəbul edərkən səhv qənaətə gəlmişdir. İcra məmuru sözügedən qərarı qəbul etməklə qanuni qüvvəsini almış məhkəmə qətnaməsinin icrasını mümkünsüz etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin *(*-***)-***/**** saylı ##.##.2026-cı il tarixli qərardadı ilə (hakim Cavid Süleymanov) şikayətin təmin edilməsi, Sabunçu rayon İcra Şöbəsinin ##.##.2025-ci il tarixli “icra sənədinin qaytarılması haqqında” qərarının ləğv edilməsi, Sabunçu Rayon Məhkəməsinin *(***)-***/**** nömrəli, ##.##.2021-ci il tarixli icra sənədinin icra edilməsi üzrə icra tədbirlərinin görülməsinin Sabunçu rayon İcra Şöbəsi tərəfindən təmin edilməsi qərara alınmışdır. Borclu Borclu həmin qərardaddan şikayət verərək, Sabunçu Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərardadının ləğv edilməsi və tələbkar tərəfindən verilən şikayətin rədd edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, işin hallarından da göründüyü kimi Sabunçu rayon İcra Şöbəsinin ##.##.2025-ci il tarixli “icra sənədinin qaytarılması haqqında” qərarı ilə icra sənədi Sabunçu Rayon Məhkəməsinə qaytarılmışdır. Sözügedən qərardan tələbkar tərəfindən 2026-cı ilin may ayında şikayət verilmişdir. Halbuki, “İcra haqqında” AR Qanuna əsasən icra sənədinin məhkəməyə qaytarılması barədə icra məmuru tərəfindən qəbul edilən qərardan tərəflər onun surətini aldıqdan sonra 30 gün müddətində müvafiq məhkəməyə şikayət verə bilərlər. İndiki halda, tələbkar həmin müddəti ötürmüş, məhkəmə isə ümumiyyətlə bu məsələni araşdırmamış və qəbul etdiyi qərardadda da bu məsələyə münasibət bildirməmişdir. Bundan başqa, İcra haqqında qanunvericiliyin tələbindən də göründüyü kimi 1) borcluda tələbin yönəldilə biləcəyi əmlak və gəlirlər olmadıqda və 2) icra məmuru tərəfindən onun əmlakının və gəlirlərinin axtarışı ilə bağlı görülmüş bütün tədbirlər nəticə vermədikdə icra sənədi məhkəməyə qaytarılır. İndiki halda, icra məmuru tərəfindən onun əmlakının və gəlirlərinin axtarışı ilə bağlı bütün tədbirlər görülmüş və borclunun əmlakı və gəliri aşkar edilməmişdir. Həmçinin, borclunun əmlakının və gəlirlərinin olubolmamasını müyyən etmək üçün icra məmurunun hansısa quruma sorğu verməsinə ehtiyac da yoxdur. Belə ki, icra məmuru elektron informasiya sistemlərindən istifadə etməklə şəxsin əmlakının və gəlirlərinin olub olmamasını rahatlıqla müəyyən edə bilər. Bundan başqa, işə baxan məhkəmə özü də elektron informasiya sistemlərindən istifadə etməklə borclunun əmlakının və gəlirlərinin olub olmamasını müəyyən edə bildiyi halda bunu etməmişdir. O cümlədən, məhkəmə icra şöbəsinə sorğu verməklə borclunun əmlakının və gəlirlərinin aşkar edilməsi ilə bağlı icra məmurunun gördüyü tədbirlər barədə müvafiq məlumat və sənədləri sorğulaya bildiyi halda bunu etməmişdi. Həmçinin, qanunvericilikdə icra sənədinin məhkəməyə geri qaytarılmasına dair sənədin forma və məzmununa dair hər hansı tələb yoxdur. Belə olan halda, məhkəmənin qərarda göstərilməmişdir ki, “sorğular” dedikdə hansı tarixli və məzmunlu sorğular nəzərdə tutulur və bu sorğulara hansı orqan tərəfindən verilmiş hansı tarixli və məzmunlu cavablar əsasında hansı hallar müəyyən edilmişdir - mülahizəsi əsassızdır. Sözügedən qərar o halda ləğv edilə bilərdi ki, həmin qərardan şikayət verən şəxs (tələbkar) icra sənədinin qaytarılmasına dair qərarın qəbul edildiyi vaxta qədər borclunun hər hansı əmlakının olduğunu və ya gəlirinin olduğunu sübut etsin. Tələbkar isə buna dair məhkəməyə heç bir sübut təqdim etməmişdir. Qeyd edilənlər onu deməyə əsas verir ki, məhkəmə sadəcə formal mülahizələrdən çıxış edərək icra məmurunun qərarını ləğv etmişdir. İcra sənədinin məhkəməyə qaytarılması barədə icra məmurunun qərarından məhkəməyə şikayət verən tələbkar icra sənədinin qaytarılmasına səbəb olan halların aradan qalxdığına dair məhkəməyə heç bir sübut təqdim etməmişdir. İndiki halda, icra sənədinin məhkəməyə qaytarılması barədə icra məmurunun qərarının qəbulundan sonra borclunun əmlak vəziyyətinin və ya gəlirinin dəyişməsinə dair heç bir hal olmamışdır. Bu isə icra sənədinin yenidən icraya yönəldilməsini istisna edir. İndiki halda, icra sənədinin məhkəməyə qaytarılması barədə icra məmurunun qərarından verilən şikayətdə və məhhkəmə prosesində şikayəti verən şəxs sözügedən qərarın ləğv edilməsini heç bir sübutla əsaslandırmamışdır. Şikayət birinci instansiya məhkəməsinin ##.##.2026-cı il tarixli qərardadı ilə təmin edilməyərək baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və şikayəti araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Kollegiya hesab edir ki, mübahisələndirilən qərardad qəbul edilərkən “İcra haqqında” Qanunun tətbiq edilməli olan normaları düzgün şərh olunmuş və işin hallarına uyğun olan nəticə qərara alınmışdır. Belə ki, iş materialları ilə müəyyən olunur ki, Sabunçu Rayon Məhkəməsinin *(***)-***/**** nömrəli, ##.##.2021-ci il tarixli qətnaməsinə əsasən, iddia qismən təmin edilmiş, cavabdeh Borclu iddiaçı LPO Tələbkar ASC-nin xeyrinə, ##.##.2015-ci il tarixli kredit müqaviləsi üzrə 63663.68 ABŞ dolları əsas, 18366,96 ABŞ dolları faiz, 1000 ABŞ dolları cərimə, illik beş faiz hesablanmaqla, 9878,90 ABŞ dolları faiz borcunun, cəmi 92909,54 ABŞ dollarının ödəniş gününə olan manat məzənnəsi ilə pul vəsaiti və 30 manat ödənilmiş dövlət rüsumu tutulması, Ekspert rəyinin alınması ilə bağlı 145 manat ekspertiza xərcinin cavabdeh Borclu tutulub Azerbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməsi, iddia tələbinin qalan hissələrdə təmin edilməməsi qət edilmişdir. Qətnamə qanuni əsaslarla icraya yönəldilmiş və Bakı şəhəri Sabunçu rayon İcra Şöbəsinin ##.##.2025-ci il tarixli “icra sənədinin qaytarılması haqqında” qərarı ilə icra sənədi Sabunçu Rayon Məhkəməsinə qaytarılmışdır. Bakı şəhəri Sabunçu rayon İcra Şöbəsinin ##.##.2025-ci il tarixli “icra sənədinin qaytarılması haqqında” qərarı onunla əsaslandırılmışdır ki, borclunun adına mülkün, bağ sahəsinin, torpaq sahəsinin, avtomobilin, VÖEN-mn, qiymətli kağızın, əmanətin olub-olmaması və təqaüd alıb-almaması barədə aidiyyəti orqan və təşkilatlara sorğular göndərilmiş və borclunun mülkiyyətində heç bir əmlak aşkar edilməmişdir. Bu səbəbdən icra məmuru “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 23.1.3-cü maddəsinə istinad edərək, icra sənədinin geri qaytarılmas barədə qərar qəbul etmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə görə bu Qanunun 8.2-ci maddəsinin üçüncü və beşinci abzaslarında nəzərdə tutulmuş hallar istisna olmaqla, icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində bütün zəruri icra hərəkətlərini həyata keçirməlidir. 23.1-ci maddəsinə görə tələbin icra edilmədiyi və ya qismən icra edildiyi icra sənədi aşağıdakı hallarda icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notariusun icra qeydi və xüsusi icra məmurunun icraatında olan icra sənədi tələbkara) qaytarılır: 23.1.3. borcluda tələbin yönəldilə biləcəyi əmlak və gəlirlər olmadıqda və icra məmuru tərəfindən onun əmlakının və gəlirlərinin axtarışı ilə bağlı görülmüş bütün tədbirlər nəticə vermədikdə; 23.2. Tələbin icrası bu Qanunun 23.1.2 - 23.1.5-ci maddələrində göstərilən əsaslara görə mümkün olmadıqda, icra məmuru bu haqda müvafiq akt tərtib edir və həmin akt icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur və bu barədə tələbkara məlumat verilir. 23.7-ci maddəyə görə icra sənədinin məhkəməyə və ya digər orqana (notariusun icra qeydinin və xüsusi icra məmurunun icraatında olan icra sənədinin tələbkara) qaytarılması, avans ödəməsinin isə tələbkara qaytarılması barədə icra məmuru tərəfindən qərar qəbul edilir və həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur. Tərəflər həmin qərardan onun surətini aldıqdan sonra 30 gün müddətində müvafiq məhkəməyə şikayət verə bilərlər. Kollegiya qeyd edir ki, icra sənədinin icra olunmadan qaytarılmasının əsasları “İcra haqqında” Qanunun 23.1.1-23.1.5-ci maddalərində təsbit edilmiş, 23.1.3-cü maddəyə əsasən bu əsaslardan biri də borcluda tələbin yönəldilə biləcəyi əmlak və gəlirlərin olmaması və icra məmuru tərəfindən onun əmlakının və gəlirlərinin axtarışı ilə bağlı görülmüş bütün tədbirlərin nəticə verməməməsi ilə bağlı olmuşdur. Lakin nəzərə alınmalıdır ki, icra məmuru tərəfindən həmin maddəyə əsaslanaraq icra sənədinin geri qaytarılması üçün təkcə formal istinad yetərli olmayıb, maddənin dispoziyasında qeyd olunan hər iki hal mötəbər sübutlarla təsdiq olunduqda mümkün ola bilər. Hansı ki, bu sübutlar icra sənədinin icrasını təmin etməkdən ötrü bütün icra imkanlarından istifadə edildiyini, lakin müsbət nəticənın əldə olunmadığını müəyyən etməyə imkan verməlidir. Əks yanaşma icra sənədinin əsassız olaraq icra edilməməsi və tələbkarın hüquqlarının pozulması ilə nəticələnə bilər. Halbuki icra məmurunun hazırki mübahisəli qərarında istinad etdiyi “İcra haqqında” Qanunun 23.1.3-cü maddəsindəki halların mövcudluğu kifayət qədər sübuta yetirilməmişdir. Belə ki, müvafiq qərarda borclunun adına mülkün, bağ sahəsinin, torpaq sahəsinin, avtomobilin, VÖENnin qiymətli kağızın, əmanətin olub-olmaması və təqaüd alıb-almaması barədə aidiyyəti orqan və təşkilatlara sorğularla müraciət edildiyi, lakin borclunun mülkiyyətində heç bir əmlak aşkar edilmədiyi qeyd edilsə də, hansı tarixli və məzmunlu sorğuların göndərildiyi və bu sorğulara verilmiş hansı cavab məktubları əsasında nə kimi halların müəyyən edildiyi göstərilməmişdir. Bununla da icra sənədinin geri qaytarılması barədə qərarın əsaslılığı üçün əhəmiyyət kəsb edən bütün icra tədbirlərinin tükənməsinin obyektiv qiymətləndirilməsi mümkün olmamışdır. Beləliklə, sadalanan hallar əsasında kollegiya belə qənaətə gəlir ki, icra məmurunun müvafiq qərarının əsaslı olmasına dair kifayət qədər sübutlar təqdim olunmamışdır. Şikayətin dəlillərinə münasibətdə isə kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır və onları qərardadın ləğvi üçün əsas hesab etmir. Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 231, 397-398, 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Şikayət təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin *(*-***)-***/**** saylı ##.##.2026-cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Fuad Babayev Hakimlər: Cəmilə Musayeva Fuad Abdıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar