Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 8(3-6)-297/2026 07.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Abbasova Günel Məhərrəm qızı və X3 ibarət tərkibdə, hazırkı iş üzrə Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş ## ### 2026-cı il tarixli qərardaddan iş üzrə tələbkar Tələbkar İbiş oğlunun verdiyi şikayətə yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: Suraxanı Rayon Məhkəməsi hazırkı iş üzrə qəbul etdiyi ##.##.2026-cı il tarixli qərardadla Nizami Rayon Məhkəməsinin *(***)-***/**** saylı iş üzrə qəbul etdiyi ##.##.2025ci il tarixli qətnamə əsasında verilmiş “İcra vərəqəsinin” icrasını həyata keçirən Bakı Şəhəri Suraxanı Rayon İcra Şöbəsinin “icra sənədi üzrə borclu Borclu Rahiq qızının ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında” təqdimatının təmin edilməsini qərara almışdır. İş üzrə tələbkar Tələbkar İbiş oğlunun həmin qərardaddan verdiyi şikayətə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi ##.##.2026-cı il tarixli qərardadla şikayətin təmin edilməməsini və baxılması üçün şikayətin Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) şikayətin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli və Rayon Məhkəməsinin iş üzrə qəbul etdiyi qərardad dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Nizami Rayon Məhkəməsinin *(***)-***/**** saylı iş üzrə qəbul etdiyi qətnamə əsasında verdiyi ##.##.2026-cı il tarixli “İcra vərəqəsindən” görünür ki, cəmi 146.700 ABŞ dolları məbləğində pul (məzənnə uyğun olaraq Azərbaycan manatı ilə) cavabdehlər (borclular) Borclu və X1 müştərək qaydada tutularaq iddiaçı (tələbkar) Tələbkar ödənilməlidir. Həmin icra sənədi icra edilməsi üçün Bakı Şəhəri Suraxanı Rayon İcra Şöbəsinə göndərilmiş və icra sənədi İcra Şöbəsinə daxil olduqdan sonra onun icrası icra məmuru X2 həvalə edilmişdir. İcra məmuru borclulardan biri olan Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında təqdimatla Suraxanı Rayon Məhkəməsinə müraciət edərək bildirmişdir ki, qeyd edilən icra sənədi üzrə icraata başlanmış, tələbin könüllü icrası ilə bağlı bildiriş rəsmi şəkildə borcluya təqdim olunmuş, lakin borclu icranı könüllü təmin etməmiş və bu halın məhz üzürlü səbəbdən baş verdiyi təsdiq edən sübut təqdim etməmişdir. Buna görə də, onun tərəfindən məcburi icra hərəkətlərinin həyata keçirilməsi proseduru başlanmış, borclunun əmlak vəziyyətini yoxlamaq üçün aidiyyəti təşkilatlara sorğular göndərilmişdir. Həmin tarixdən bu vaxta kimi icra sənədinin icrası tam şəkildə yerinə yetirilməmişdir. Odur ki, o, göstərilənləri nəzərə alaraq hesab edir ki, icra sənədinin icrasının məcburi qaydada təmin edilməsi məqsədi ilə borclu Borclu ölkədən getmək hüququ müvəqqəti olaraq məhdudlaşdırılmalıdır. Təqdimatda qeyd edilən məlumatlar təqdimata əlavə edilmiş sənədlər ilə təsdiq edildiyi üçün Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi ##.##.2026-cı il tarixli qərardadla təqdimatın təmin edilməsini qərara almışdır. Tələbkarın həmin qərardaddan verdiyi şikayət isə onunla əsaslandırılmışdır ki, icra sənədi üzrə borclu təkcə Borclu deyil, eyni zamanda Aygün Budaqovadır. Məhkəmə aktı ilə tutulmalı olan pul məbləği hər iki borcludan müştərək qaydada tutulmalıdır. Nəticə etibarilə hər iki borclu haqqında “ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında” təqdimat verilməli olduğu halda icra məmuru Rövşən Əliyev yalnız Borclu haqqında tədbir görülməsi barədə təqdimat vermiş və Rayon Məhkəməsi də hərtərəfli araşdırma aparmadan həmin təqdimatın təmin edilməsini qərara almışdır. Göstərilənləri nəzərə alan Məhkəmə bildirir ki, Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə görə, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin (MPM) 15.2-ci maddəsinə görə, məhkəmələrin qanuni qüvvəyə minmiş aktları bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 3.1-ci maddəsinə görə, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Həmin Qanunun 84-1.1-ci maddəsinə görə, məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. “Şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının icra və probasiya qurumları tərəfindən tətbiqi qaydaları haqqında” təlimatın 2.1-ci maddəsinə görə, məhkəmə qərarı, əmri və vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktı əsasında verilmiş icra sənədi könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Qeyd edilənləri nəzərə alan Məhkəmə bildirir ki, qərardadda göstərilən əsas – icra sənədi üzrə borclu iki nəfər borclu şəxs olduğu halda yalnız Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında tədbir görülməsinin qanunsuz olması, qanuni qüvvəyə minmiş məhkəmə aktını icra etməkdən azad etmir. Bundan başqa nəzərə alınmalıdır ki, “İcra haqqında” Qanunda nəzərdə tutulmamışdır ki, qətnaməni müştərək və ya birgə qaydada icra etməli olan borcluların bu kimi hüquqları mütləq eyni vaxtda məhdudlaşdırılmalıdır. Göstərilənləri nəzərə alan Məhkəmə hesab edir ki, apellyastorun dəlili əsassızıdır. Qanuni qüvvəyə minmiş məhkəmə aktlarına əsasən verilmiş icra sənədləri üzrə öz öhdəliyini yerinə yetirməyən icra etməyən borclunun öhdəliyini icra etmədən ölkə hüdudlarını tərk etməsi qəbuledilməzdir. Çünki o, fiziki şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə təqdimatın verilməsinə əsas olan icra sənədlərinin müvafiq icra şöbəsinin icraatına daxil olmasından xeyli müddət keçməsinə baxmayaraq, icra sənədləri üzrə tələblərin könüllü icra müddətində üzrsüz səbəbdən icra edilməməsinə görə icra məmuru bu barədə təqdimatla məhkəməyə müraciət etməkdə, Rayon Məhkəməsi isə həmin təqdimatı təmin etməkdə haqlı olmuşlar. Qərardaddan verilmiş şikayətdə qeyd edilən hallar qərardadın ləğvinə əsas ola bilməz. Şikayət əsassızdır. Eyni zamanda qeyd edilməlidir ki, apellyasiya baxışı zamanı apellyator tələbkar tərəfindən icra məmurunun və icra məmurunun verdiyi təqdimatı təmin etmiş Rayon Məhkəməsinin hakimi barəsində xüsusi qərardad çıxarılması barədə vəsatət verilmişdir. Məhkəmə vəsatəti müzakirə edərək, hesab edir ki, icra məmuru tərəfindən verilmiş təqdimat və təqdimatın təmin edilməsi haqqında hakimin qəbul etdiyi qərardad əsaslı olduğundan vəsatət əsaslı hesab edilə bilməz. Odur ki, MPM-in 398.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətlərinə əsaslanan, göstərilənləri nəzərə alan və MPM-in 397, 398, 402-ci maddələrinin tələblərini rəhbər tutan Məhkəmə QƏRARA ALDI: Tələbkar Tələbkar İbiş oğlunun verdiyi şikayət təmin edilməsin. Hazırkı iş üzrə Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş ## ### 2026-cı il tarixli qərardad dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan şikayət verilmir.
Məhkəmə qərarları › İş №8(3-6)-297/2026
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(3-6)-297/2026
07.07.2026 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver