Məhkəmə qərarları › İş №8(3-6)-299/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(3-6)-299/2026

06.07.2026 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azәrbaycan Respublikası adından Qərardad Bakı şәhәri İş № 8(3-6)-299/2026 06.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlәr Kazımov Elşәn Cәlәddin oğlunun sәdrliyi vә mәruzәsi ilә, Cәfәrov Namiq Şamil oğlu vә Şirinov İkram Sabir oğlundan ibarәt tәrkibdә, Bakı şәhәri Nәsimi Rayon Mәhkәmәsinin *(*-**)-***/**** saylı, ## ##### 2026-cı il tarixli qәrardadından borclu Ərizәni verәn şәxs tәrәfindәn verilmiş şikayәtә Bakı Apellyasiya Mәhkәmәsinin binasında yazılı icraat qaydasında baxaraq, m ü ə y y ə n e t di : Borclu Ərizәni verәn şәxs әrizә ilә mәhkәmәyә müraciәt edәrәk Bakı şәhәri Nәsimi Rayon mәhkәmәsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** saylı qәtnamәsinin hissә-hissә, hәr ay hәr bir tәlәbkar üçün 150 manat olmaqla cәmi 300 manat ödәmәklә icra olunması barәdә qәrardad qәbul edilmәsini xahiş etmişdir. Ərizәdә göstәrib ki, Bakı şәhәri Nәsimi Rayon mәhkәmәsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** saylı qәtnamәsinә әsasәn ondan 1.571 (min beş yüz yetmiş bir) manat mәblәğindә pul vәsaitinin tutularaq iddiaçı Tәlәbkar vә 1.571 (min beş yüz yetmiş bir) manat mәblәğindә pul vәsaiti tutularaq iddiaçı X1 ödәnilmәsi qәt edilmişdir. Bu qәtnamә qanuni qüvvәyә minmiş vә icra olunması üçün Bakı şәhәri Nәsimi rayon İcra şöbәsinә göndәrilmişdir. Onun maddi vәziyyәti çәtin olduğu üçün bu qәtnamәni tam şәkildә icra edә bilmir. Belә ki, halhazırda çalışmır vә hәr hansı bir gәliri yoxdur. Bu sәbәbdәn qәtnamәnin icra edilmәsinә 3 ay möhlәt verilmәsini, 3 ay bitdikdәn sonra hәr ay hәr bir tәlәbkar üçün 150 manat olmaqla cәmi 300 manat ödәmәklә icra olunması barәdә qәrardad qәbul edilmәsini xahiş etmişdir. Bakı şәhәri Nәsimi Rayon Mәhkәmәsinin *(*-**)-***/**** saylı, ## ##### 2026-cı il tarixli qәrardadı ilә (hakim Əfsanә Heydәrova) borclunun әrizәsinin rәdd edilmәsi qәrara alınmışdır. Borclu Ərizәni verәn şәxs qәrardaddan şikayәt verәrәk lәğv edilmәsini vә әrizәsinin tәmin edilmәsini xahiş etmişdir. Bakı şәhәri Nәsimi Rayon Mәhkәmәsinin *(*-**)-***/**** saylı, ## ### 2026-cı il tarixli qәrardadı ilә şikayәt tәmin edilmәmiş vә baxılması üçün iş materialları ilә birlikdә Bakı Apellyasiya Mәhkәmәsinә göndәrilmәsi qәrara alınmışdır. İşdә iştirak edәn şәxslәrә şikayәtә yazılı icraat qaydasında baxılacağı barәdә mәhkәmә bildirişi göndәrilmiş vә onlarda olan bütün sübutların, elәcә dә şikayәtә dair etiraz vә ya izahatlarının tәqdim edilmәsi tәklif edilmişdir. Tәlәbkar Tәlәbkar elektron kabinet vasitәsilә tәqdim etdiyi yazılı izahatda şikayәtin tәmin edilmәmәsini vә birinci instansiya mәhkәmәsinin qәrardadının dәyişdirilmәdәn saxlanılmasını xahiş edib bildirmişdir ki, qətnamənin vaxtında icra olunmaması onun hüququnu pozur. Tәlәbkar X1 vә borclu Ərizәni verәn şәxs tәrәfindәn isә sübut, etiraz vә ya izahat mәhkәmәyә tәqdim edilmәmişdir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Apellyasiya instansiyası mәhkәmәsi hesab edir ki, şikayәt tәmin edilmәmәlidir. Azәrbaycan Respublikası Konstitusiyasının 129-cu maddәsinә görә mәhkәmәnin qәbul etdiyi qәrarlar dövlәtin adından çıxarılır vә onların icrası mәcburidir. Mülki Prosessual Mәcәllәnin 231.1-ci maddәsinә әsasәn, işә baxmış hakim, işdә iştirak edәn şәxslәrin әrizәsi üzrә tәrәflәrin әmlak vәziyyәtinә vә digәr hallara әsasәn qәtnamәnin icrasına möhlәt vermәyә vә ya qәtnamәni hissә-hissә icra etdirmәyә, habelә onun icra üsulunu vә qaydasını dәyişdirmәyә haqlıdır. Konstitusiya Mәhkәmәsi Plenumunun "Azәrbaycan Respublikası Mülki Prosessual Mәcәllәsinin 231.4-cü maddәsinin şәrh edilmәsinә dair" ##.##.2014-cü il tarixli Qәrarında göstәrildiyi kimi, qәtnamәnin icrasına möhlәt verilmәsi tәlәbkarın qanunla qorunan mәnafelәrinin vә pozulmuş hüquqlarının real müdafiәsi müddәtini uzatdığına görә, belә möhlәtin verilmәsi müstәsna xarakter daşımalı, icra hәrәkәtlәrinin hәyata keçirilmәsinә ciddi maneәlәr vә çәtinliklәr olduqda tәtbiq edilmәli, işdә iştirak edәn şәxslәrin hüquqlarının mәhdudlaşdırılmasına yönәlmәmәlidir. Azәrbaycan Respublikası Ali Mәhkәmәsi Plenumunun “Mәһkәmә qәtnamәsi haqqında” ## ###### 2005-ci il tarixli * nömrәli qәrarının 12-ci bәndindә qeyd olunur ki, mәhkәmәlәr qәtnamәnin icrasına möhlәt verilmәsi vә ya onun hissә-hissә icra edilmәsi, qәtnamәnin icra üsulunun vә qaydasının dәyişdirilmәsi müstәsna hal olub, qәtnamәnin icrası üçün çәtinlik törәdәn vә yaxud borclu üçün yaranmış әlverişsiz hallarda tәtbiq oluna bilmәsini nәzәrә almalıdırlar. Mәhkәmәlәr bu mәsәlәlәri hәll etdikdә tәkcә borclunun deyil, tәlәbkarın mәnafeyini dә nәzәrә almalıdırlar. «İnsan hüquqlarının vә azadlıqlarının müdafiәsi haqqında» Konvensiyanın 6-cı maddәsinә әsasәn mәhkәmә qәtnamәsinin icrası müddәti mәhkәmә baxışının tәrkib hissәsi kimi qiymәtlәndirilir. Mәhkәmәlәr mәhkәmә aktlarının icrasına möhlәt verilmәsi, icranın dayandırılması, icra üsulunun dәyişdirilmәsi, hәmçinin icra mәmurlarının hәrәkәtlәrindәn verilәn şikayәtlәrlә әlaqәdar mәsәlәlәrә baxarkәn Konvensiyanın mәhkәmә qәtnamәlәrinin ağlabatan müddәtdә icra olunması tәlәbini nәzәrә almalıdırlar. Mәhkәmә tәrkibi hesab edir ki, tәlәbkarın da mәnafeyinin müdafiәsi baxımından şikayәt tәmin edilmәmәlidir. Çünki borclunun әrizәdә göstәrdiyi dәlillәr icra sәnәdinin hissә-hissә icra edilmәsi üçün әsas ola bilmәz. Bununla yanaşı, tәlәbkar borcun hissә-hissә ödәnilmәsinә rәsmi qaydada etiraz etmirsә bu barәdә icra mәmuruna müraciәt edilә bilәr. Başqa sözlә borcun hissә-hissә ödәnilmәsi barәdә qәrardad olmadan da borclu tәlәbkarın razılığı ilә qeyd olunan qaydada borcunu ödәyә bilәrdi. Mülki Prosessual Mәcәllәsinin 398.0 vә 398.0.1-ci maddәsinә әsasәn, apellyasiya instansiyası mәhkәmәsi şikayәtә baxıb qәrardad qәbul etdikdә mәhkәmәnin qәrardadını dәyişdirmәdәn saxlayıb şikayәti tәmin etmәmәk hüququ vardır. Şәrh olunanlara әsasәn apellyasiya instansiyası mәhkәmәsi hesab edir ki, şikayәtlәr tәmin edilmәmәli, Bakı şәhәri Nәsimi Rayon Mәhkәmәsinin *(*-**)-***/**** saylı, ## ##### 2026-cı il tarixli qәrardadı dәyişdirilmәdәn saxlanılmalıdır. Şәrh olunanlara әsasәn vә Mülki Prosessual Mәcәllәnin 398.0.1, 400-402-ci maddәlәrini rәhbәr tutaraq, apellyasiya instansiyası mәhkәmәsi q ə r a ra a l d ı: Şikayәt tәmin edilmәsin. Bakı şәhәri Nәsimi Rayon Mәhkәmәsinin *(*-**)-***/**** saylı, ## ##### 2026-cı il tarixli qәrardadı dәyişdirilmәdәn saxlanılsın. Qәrardad qәbul edildiyi andan qanuni qüvvәyә minir. Qәrardaddan şikayәt verilә bilmәz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar