Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 8(3-6)-308/2026 14.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Tələbkar A Allahverdi qızının “alimentin indeksasiyası” barədə ərizəsi ilə bağlı iş üzrə (Açar sözlər: alimentin indeksasiyası) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X2 (sədrlik edən və məruzəçi), X5 və X1 ibarət tərkibdə, Tələbkar A Allahverdi qızının “alimentin indeksasiyası” barədə ərizəsi ilə bağlı iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərardadından tələbkar tərəfindən verilmiş şikayətə Bakı Apelyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: Işin halları
1. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2020-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə ##.##.2010-cu il təvəllüdlü X3 və ##.##.2014-cü il təvəllüdlü X4 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün cavabdeh Borclu hər ay hər uşağa 170 manat olmaqla, ümumilikdə 340 manat sabit pul məbləğində alimentin tutularaq iddiaçı Abdullayeva (Həmidova) Nərminə Allahverdi qızının xeyrinə ödənilməsi qət edilmişdir.
2. Bakı * saylı Mediasiya Təşkilatında bağlanmış ##.##.2024-cü il tarixli, MŞB\9\****- ***** nömrəli Barışıq Sazişindən görünür ki, Borclu ilə Ərizəni verən şəxs aşağıda göstərilən tələblər üzrə göstərilən şərtlərlə razılığa gəlmişlər: “1. Qarşılıqlı razılaşmaya əsasən ##.##.2010-cu il təvəllüdlü X3 və ##.##.2014-cü il təvəllüdlü X4 hər iki valideynin himayəsində qalırlar. Uşaqlara müəyyən vaxtlarda himayəçiliyi tərəflər qarşılıqlı razılaşma ilə müəyyən edirlər. 2. 1-ci tərəf Borclu ##.##.2014-cü il təvəllüdlü X4 üçün uşaq yetkinlik yaşına çatanadək öz mülahizəsinə uyğun (peşəkarlıq dərəcəsi nəzərə alınmaqla) dayəni seçir və onun aylıq 500 manat məvacibini ödəməyi öhdəsinə götürür. 3. Tərəflər övladları X3 və X4 və təhsili üçün qəbul edəcəkləri dayə ilə bağlı münasibətləri birgə razılıqla həll edəcəklər. 4. 1-ci tərəf Borclu Bakı şəhəri, Yasamal rayonu, H.ünvan 1 ünvanında 2-ci tərəf Ərizəni verən şəxs və övladlarının yaşayış hüquqlarını təmin edir. Həmin mənzilin kommunal və digər xərclərini ödəməyi öhdəsinə götürür. 5. 1-ci tərəf Borclu övladlarının gündəlik məişət xərclərini (bazarlıq və digər) ödəməyi öhdəsinə götürür. 6. Tərəflər uşaqlarla məhdudiyyətsiz qaydada, istənilən ünvanda, istənilən vaxt çərçivəsində ünsiyyətdə olurlar. 7. 2-ci tərəf Ərizəni verən şəxs 1-ci tərəfə qarşı hər hansı pul tələbindən imtina edir (yəni aliment, borc və s. tələblərdən). 8. 2-ci tərəf Ərizəni verən şəxs qeyd olunan şərtlər daxilində gələcəkdə aliment tələbinə dair 1-ci tərəfə qarşı iddia qaldırmır. 9. Yuxarıda göstərilən bəndləri hər hansı tərəfin icra etməməsi digər tərəfə bu sazişin ləğv edilməsi ilə bağlı əsasdır. 10. Uşaq hər hansı valideynin yanında olarkən təhsilindən yayınmamalıdır (ciddi əsaslar olmadan).”
Birinci instansiya məhkəməsində icraat
3. Tələbkar A Allahverdi qızı alimentin indeksasiyası barədə ərizə ilə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək, həmin Məhkəmənin *(***)-****/**** saylı, ##.##.2020-ci il tarixli qətnaməsi ilə təyin edilmiş, yetkinlik yaşına çatmayan ##.##.2010-cu il təvəllüdlü X3 və ##.##.2014-cü il təvəllüdlü X4 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün borclu Borclu tələbkar Abdullayeva (Həmidova) Nərminə Allahverdi qızının xeyrinə ödənilən alimentin hər ay hər uşağa görə ölkə üzrə müəyyən edilmiş əmək haqqının 1,5 misli həddində indeksasiya edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir.
4. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərardadı ilə ərizə qismən təmin edilmiş, ##.##.2026-cı il tarixindən başlayaraq yetkinlik yaşına çatmayan ##.##.2010-cu il təvəllüdlü X3 və ##.##.2014-cü il təvəllüdlü X4 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün borclu Borclu tələbkar Abdullayeva (Həmidova) Nərminə Allahverdi qızının xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşağa görə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,68 misli həddində sabit pul məbləğində alimentin tutulması, ərizənin qalan hissədə təmin edilməməsi qərara alınmışdır.
5. Borclu Borclu Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərardadından şikayət verərək, həmin qərardadın ləğv edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir.
6. Şikayət onunla əsaslandırılmışdır ki, 4 ildir ki, tərəflər arasında mediasiya təşkilatında bağlanmış MŞB\9\****-***** nömrəli ##.##.2024-cü il tarixli barışıq sazişinə əsasən, birgə nikahlarından olan övladları onun himayəsində olmaqla, atasına məxsus Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy ünvan 2 ünvanında yerləşən mənzildə yaşayırlar. Onların bütün xərclərini artıqlamasıyla qarşılamaqla, təlim-tərbiyələri ilə məşğul olur, onlar üçün aylıq 500 manat ödəməklə dayə belə tutmuşdur, yaşadıqları evin kommunal, ərzaq, təhsil xərclərini qarşılayır, hal-hazırda da uşaqlar onun himayəsindədir. Birgə nikahlarından olan övladlarının yaşayışını təmin etmək üçün təxminən 1.500 manatdan artıq aylıq pul məbləği xərcləyir.
7. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərardadı ilə şikayət təmin edilmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(*-***)- ***/**** saylı, ##.##.2026-cı il tarixli qərardadı ləğv edilərək, tələbkar Abdullayeva (Həmidova) Nərminə Allahverdi qızının alimentin indeksasiyası barədə ərizəsinin təmin edilməməsi qərara alınmış, tələbkar Abdullayeva (Həmidova) Nərminə Allahverdi qızına alimentin miqdarının dəyişdirilməsinə dair qanunamüvafiq qaydada yeni iddia tələbi ilə məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir.
8. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2020-ci il tarixli qətnaməsindən sonra tərəflər arasında uşaqların saxlanması və alimentlə bağlı məsələnin mediasiya prosesi nəticəsində bağlanmış ##.##.2024-cü il tarixli barışıq sazişi ilə tənzimləndiyini nəzərə alaraq hesab edilir ki, sonuncu dəfə tərəflər arasında alimentlə bağlı məsələ ##.##.2024-cü il tarixli barışıq sazişinə əsaslandığından və həmin sazişdə alimentin sonrakı indeksasiyası nəzərdə tutulmadığından, bununla da ##.##.2020-ci il tarixli qətnamə ilə müəyyən edilmiş aliment məbləğinin minimum əmək haqqının mislinə uyğun indeksasiyası tərəflərin iradə ifadəsinə zidd olduğundan, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin *(*-***)-***/**** saylı, ##.##.2026-cı il tarixli qərardadı ləğv edilməli, ərizə təmin edilməməli və ərizəçiyə (tələbkara) alimentin miqdarının dəyişdirilməsinə dair yeni iddia tələbi ilə məhkəməyə müraciət etmək hüququnun olması izah edilməlidir.
Şikayətin dəlilləri, şikayətə etirazın dəlilləri və birinci instansiya məhkəməsinin şikayətə dair gəldiyi nəticə
9. Tələbkar həmin qərardaddan şikayət verərək qərardadın ləğv edilməsini, ərizənin təmin olunması barədə yeni qərardad qəbul edilməsini xahiş etmişdir.
10. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə təsdiq edilməmiş barışıq sazişinin borclu tərəfindən icra edilib-edilməməsini araşdırmamaqla səhv nəticəyə gəlmişdir. Barışıq sazişinin borclu tərəfindən icrası ilə bağlı sübut yoxdur.
11. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.
12. Şikayətə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 397.2-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılır.
13. Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır.
Tətbiq edilən hüquq
14. Azərbaycan Respublikası Mülki prosessual Məcəlləsi Maddə 232.1. Tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. Maddə 398.0.2. Apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır.
15. Azərbaycan Respublikasının Ailə Məcəlləsi: Maddə 110.1. Məhkəmə qətnaməsi ilə sabit pul məbləğində tutulan alimentin indeksasiyası aliment tutan təşkilatın müdiriyyəti tərəfindən müəyyən olunmuş minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq müəyyən edilir. Maddə 110.2. Alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir.
16. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ###### 2024-cü il tarixli ** nömrəli Qərarı: Bənd 8.4-1. Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. Istinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər. Bənd 8.4-2. Nəzərə alınmalıdır ki, Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
17. Məhkəmə kollegiyası iş materiallarını və tələbkarın şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, şikayət qismən təmin edilməli, birinci instansiya məhkəməsinin ##.##.2026-cı il tarixli qərardadı ləğv edilməli və məhkəmənin ##.##.2026-cı il tarixli qərardadından borclu tərəfindən verilmiş şikayətə yenidən baxılması üçün iş həmin məhkəməyə göndərilməlidir.
18. Işdən görünür ki, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2020-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə ##.##.2010-cu il təvəllüdlü X3 və ##.##.2014-cü il təvəllüdlü X4 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün cavabdeh Borclu hər ay hər uşağa 170 manat olmaqla, ümumilikdə 340 manat sabit pul məbləğində alimentin tutularaq iddiaçı Abdullayeva (Həmidova) Nərminə Allahverdi qızının xeyrinə ödənilməsi qət edilmişdir.
19. Hazırda tələbkar Abdullayeva (Həmidova) Nərminə Allahverdi qızı məhkəməyə artıq qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə tutulan sabit pul məbləğində alimentin qanunvericiliyin yuxarıda istinad olunan müddəalarına uyğun olaraq indeksasiyası ilə bağlı müraciət etmişdir.
20. Tərəflər arasında bağlanmış mediasiya sazişinin 8-ci bəndində isə qeyd edilmişdir ki, “Ərizəni verən şəxs qeyd olunan şərtlər daxilində gələcəkdə aliment tələbinə dair 1-ci tərəfə qarşı iddia qaldırmır”.
21. Kollegiya qeyd edir ki, alimentin indeksasiya olunması tələbi MPM-in 232.1-ci maddəsinə əsasən qətnamənin icrası ilə bağlı icraatın bir hissəsidir və yeni iddia tələbi kimi qiymətləndirilə bilməz.
22. Hətta tələbkarın hazırki xahişi yeni iddia kimi qiymətləndirilsə belə, tərəflər sazişin 9-cu bəndində razılığa gəlmişlər ki, onlardan hər hansı birinin öhdəliyi icra etməməsi (o cümlədən aliment tələbinə dair iddianın qaldırılması) sazişin ləğvi üçün əsasdır. Başqa sözlə, hazırki tələbin irəli sürülməsi artıq sazişin ləğv edilməsi ilə nəticələnir.
23. Lakin işə baxan birinci instansiya məhkəməsi göstərilənləri nəzərə almayaraq tərəflər arasında bağlanmış mediasiya sazişini alimentin indeksasiyası olunması ilə bağlı tələbkarın hüququnu məhdudlaşdıran sənəd kimi qiymətləndirmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin ##.##.2025-ci il tarixli *-*-**-*/*-**/**** nömrəli məktubuna istinad etməklə tələbkara alimentin miqdarının dəyişdirilməsinə dair yeni iddia tələbi ilə məhkəməyə müraciət etmək hüququnu izah etmişdir.
24. Halbuki, sözügedən məktubda söhbət tərəflər arasında məhkəməyə müraciət edilmədən öncə bağlanmış mediasiya sazişindən (hazırki işdə olduğu kimi qanuni qüvvəsini almış məhkəmə aktından sonra bağlanmış deyil), iddia icraatının gedişatında təsdiq edilmiş barışıq sazişindən, həmçinin mediasiya sazişi olmaqla, barışıq sazişinin təsdiq edilməsi barədə məhkəmə aktlarından gedir. Həmçinin, hazırki iş üzrə tərəflər öz aralarında bağlanmış sazişdə ümumiyyətlə alimentin miqdarını konkret rəqəmlə də müəyyən etməmişlər.
25. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qərara aldı:
Şikayət qismən təmin edilsin. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərardadı ləğv edilsin və iş, borclunun şikayətinə yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir, ondan şikayət verilə bilməz.
Hakimlər: