Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 8(3-6)-311/2026 08.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Ərizəçi Tələbkar alimentin indeksasiyası barədə ərizəsinə dair iş üzrə (Açar sözlər: aliment məbləğinin indeksasiyası) Hakim Abbasova Günel Məhərrəm qızı (sədrlik edən və məruzəçi), Hakimlər Talışınski Fuad Şəmsəddin oğlundan Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-**)-***/**** saylı qərardadından borclu Borclu tərəfindən verilmiş şikayət üzrə işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları MÜƏYYƏN ETDİ: Tələbkar Tələbkar Borclu Borclu Tələb İcra sənədi üzrə tələbkar Tələbkar aliment məbləğinin indeksasiyasına dair ərizə ilə məhkəməyə müraciət edərək, aliment məbləğinin indeksasiya edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Tələbkar ərizəni onunla əsaslandırmışdır ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)- ****/**** nömrəli, ##.##.2013-cü il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, ## ###### 2011-ci il təvəllüdlü X2 və ## #### 2013-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Borclu ## ####### 2013-cü ildən başlayaraq hər uşaq üçün 100 manat olmaqla, hər ay cəmi 200 manat məbləğində alimentin tutularaq Tələbkar verilməsi qərara alınmışdır. Tələbə qarşı təqdim edilmiş etiraz Tələbə qarşı yazılı etiraz məhkəməyə daxil olmamışdır. Birinci instansiya məhkəməsi 1)Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin ## ### tərəfindən qəbul edilmiş 2026-cı il tarixli, *(*-**)-***/**** saylı qərardadı ilə məhkəmə aktları ərizə təmin edilmiş, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2013-cü il tarixli qətnaməsi ilə cavabdeh Borclu ## ###### 2011-ci il təvəllüdlü X2 və ## #### 2013-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün iddiaçı Tələbkar xeyrinə hər ay 100 manat sabit pul məbləğində tutulmuş aliment məbləği ##.##.2026-cı il tarixdən başlayaraq sonrakı artımlar nəzərə alınmaqla ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının 0,95 misli həddində indeksasiya olunması qərara alınmışdır. 2) Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-***/**** nömrəli qərardadı ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-***/**** nömrəli qərardadından icra sənədi üzrə borclu Borclu tərəfindən verilmiş şikayət təmin edilməyərək, işlə birlikdə apellyasiya qaydasında baxılması üçün göndərilmişdir. Birinci instansiya məhkəməsinin Birinci instansiyası məhkəməsi qərardadını hüquqi əsaslandırması Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2016-cı il ## #### tarixli *-*/**** nömrəli Qərarına istinadla əsaslandırmışdır. ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ ŞİKAYƏTƏ ETİRAZIN DƏLİLLƏRİ Birinci instansiya məhkəməsinin Borclu Borclu qərardadından şikayəti verən şəxs Şikayətin məzmunu İcra sənədi üzrə borclu qeyd olunan qərardaddan şikayətlə məhkəməyə müraciət edərək, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-***/**** nömrəli qərardadının ləğv edilməsini və ərizəyə yenidən baxılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə qərardad qəbul edərkən kifayət qədər araşdırma aparmamış, alimentin artırılması səbəblərinə aydınlıq gətirməmişdir. Bununla məhkəmə MPM-in 4, 14, 88-ci, AR Ailə Məcəlləsinin 112-ci maddəsinin tələblərinə əməl etməmiş, 2-ci və 3-cü nikahından daha 4 övladının olmasını, övladlarından 3-nün 18 yaşına çatmadığı, bir övladının hal-hazırda hərbi xidmətdə olmasını, digər övladlarının məktəbli olmasını nəzərə almamışdır. Təyin olunmuş aliment məbləği həddən artıq yüksəkdir. Tələbkar fiziki cəhətdən sağlamdır, tam əmək qabiliyyətlidir. Həmçinin onun məhkəmə iclasından məlumatı olmayıb, ##.##.2026-cı il iclasının bildirişi poçta ##.##.2026-cı ildə daxil olub, öz etirazlarını bildirmək, izahat vermək və iş üçün əhəmiyyət kəsb edən sübutları təqdim etmək faktiki olaraq mümkün olmamışdır. Şikayətə qarşı təqdim edilmiş Şikayətə qarşı etiraz təqdim edilməmişdir etiraz MÜBAHİSƏNİN HƏLLİ İLƏ BAĞLI MƏHKƏMƏ ARAŞDIRMASININ ƏSASINI TƏŞKİL EDƏN SƏNƏDLƏR Tələbkar tərəfindən təqdim edilmiş 1) Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin *(***)sübutlar ****/**** nömrəli, ##.##.2013-cü il tarixli qətnaməsindən görünür ki, iddia təmin edilmiş, ## ###### 2011-ci il təvəllüdlü X2 və ## #### 2013-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Borclu ## ####### 2013-cü ildən başlayaraq hər uşaq üçün 100 manat olmaqla, hər ay cəmi 200 manat məbləğində alimentin tutularaq Tələbkar verilməsi qət edilmişdir. Borclu tərəfindən təqdim edilmiş Əlavə sübut təqdim edilməmişdir. sübutlar TƏTBİQ EDİLƏN HÜQUQ və MƏHKƏMƏNİN MÖVQEYİ Məhkəmə kollegiyası şikayətin dəlillərini işin materialları ilə müqayisəli şəkildə təhlil edərək hesab edir ki, şikayət təmin edilməməli, iş üzrə qəbul edilmiş birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının Azərbaycan Respublikası Mülki Prosessual 129-cu maddəsi Məcəlləsinin 10.8-1, 232.1, 397.2-ci Azərbaycan Respublikası Ailə Məcəlləsinin maddələri 110.1, 110.2-ci maddələri “Azərbaycan Respublikasında vətəndaşların pul gəlirlərinin və əmanətlərinin indeksləşdirilməsi haqqında” Qanunun 1-ci maddəsinə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” ## ###### 2024cü il tarixli ** saylı Qərarının 8.4-2-ci bəndi Məhkəmə kollegiyası qeyd edir ki, ödənilməli olan pul məbləğinin indeksasiyası dedikdə, tələbkarın hüquqlarının və qanuni mənafelərinin inflyasiya proseslərinin mənfi təsirlərindən qorunması məqsədilə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə əsasən tələbkara ödənilməli olan pul məbləğinin inflyasiyanın artım səviyyəsinə mütənasib olaraq artırılması başa düşülür. Beləliklə, indeksasiya inflyasiya nəticəsində istehlak qiymətlərinin artdığı bir şəraitdə tələbkarın üzləşdiyi zərərin əvəzinin ödənilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş prosessual mexanizmdir. Mahiyyət etibarı ilə valideynlərlə uşaqların münasibətlərində aliment institutunun mövcudluğunun qanunverici tərəfindən tanınması uşaqların üstün mənafelərinin qorunmasına yönəldilmişdir. Uşaqların saxlanılması valideynlərin mənəvi borcu olmaqla yanaşı, həm də hüquqi vəzifəsidir. Alimentin ödənilməsi valideynlərə öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə, valideynlər mənbəyindən asılı olmayaraq öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar. İş materialları ilə müəyyən olunur ki, tərəflərin birgə nikahından 2 (iki) uşağı anadan olmuşdur. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2013-cü il tarixli qətnaməsindən görünür ki, iddia təmin edilmiş, ## ###### 2011-ci il təvəllüdlü X2 və ## #### 2013-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Borclu ## ####### 2013-cü ildən başlayaraq hər uşaq üçün 100 manat olmaqla, hər ay cəmi 200 manat məbləğində alimentin tutularaq Tələbkar verilməsi qət edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, tərəflərin birgə nikahından doğulmuş uşaqların saxlanılması üçün müvafiq məhkəmə qətnaməsi qət edilən zaman ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqı məbləğinin cari il üzrə artımı alimentin miqdarının indeksasiyası üçün yeganə meyar kimi qəbul edilməlidir. Hazırkı şəraitdə ayda hər uşaq üçün təyin olunuş 100 manat olmaqla, ümumilikdə 200 manat təyin olunmuş alimentlə uşaqın artan tələbatını ödəmək və onların əvvəlki təminat səviyyəsini saxlamaq qeyrimümkündür. Belə olan halda, uşaqların əvvəlki təminat səviyyəsinin maksimal saxlanılması, həmçinin tərəflərin mənafeləri arasında ədalətli tarazlıq yaradılmasına nail olmaq üçün aliment məbləği indeksasiya olunmalıdır. Aliment məbləğinin indeksasiyası zamanı qüvvədə olan müvafiq məhkəmə qətnaməsinin qəbul edildiyi vaxt (2013-cü il) tutulması qət olunan aliment məbləğinin həmin il ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinə nisbəti nəzərə alınmalı və qərardadın nəticə hissəsində tutulan alimentin məbləğinin ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.95 misli həddində (100:105=0.9523) indeksasiya olunması şəklində qeyd olunmalıdır. Məhkəmə borclunun maddi vəziyyətinin dəyişməsi və aliment ödəmə qabiliyyətinin azalmasına dair dəlillərinə, ərizəyə baxılan zaman bu halların nəzərə alınmalı olması ilə bağlı məhkəməyə ünvanlandığı ərizəsinə münasibətdə qeyd edir ki, aliment miqdarının artırılması ilə aliment məbləğinin indeksasiyası fərqli anlayışlar olmaqla, onlara tətbiq edilməli olan müvafiq normalar da oxşar olmamaqla bir-birindən fərqlənir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Yəni, məhkəmə tərəfindən uşaqların yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay ödənilməli olan sabit pul məbləğində aliment təyin edildikdən sonra, tərəflərin birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olduğu halda Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112-ci maddəsi tətbiq edilir və həmin maddədə nəzərdə tutulmuş klassik şərtlərin mövcudluğu nəzərə alınmaqla müvafiq qərar qəbul edilir. Mahiyyət etibarı ilə aliment məbləğinin indeksasiyası qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində tutulması qət edilən aliment məbləğinin konkret rəqəmlə ifadə edildiyi hallarda maraqlı şəxsin (xeyrinə aliment tutulması qət edilən) ərizəsi əsasında müvafiq aliment məbləğinin tutulmasına dair məhkəmə qətnaməsinin qəbul edildiyi vaxt qüvvədə olan minimum əmək haqqının cari il üzrə artımına mütənasib şəkildə həmin aliment məbləğinin indeksləşdirilməsindən, yəni xeyrinə aliment tutulan şəxsin uşağın saxlanılması üçün məhkəmə qətnaməsi əsasında tələb etməyə haqqı çatdığı pul vəsaitinin (aliment məbləğinin) inflyasiya proseslərinin mənfi təsirlərindən qorunmasından, pulun alıcılıq qabiliyyətinin stabil vəziyyətdə saxlanılmasından ibarətdir. Bir sözlə, aliment məbləğinin tutulmasına dair bu və ya digər qanuni qüvvəyə minmiş qətnamənin mövcudluğu və həmin qətnamədə tutulması qət edilən aliment məbləğinin konkret rəqəmlə ifadə edilmiş olması həmin alimentin icra icraatı qaydasında təqdim edilən ərizə(lər) əsasında indeksləşdirilməsini şərtləndirir. Həmçinin bu qaydada indeksasiyanın həyata keçirilməsi qanunvericilik səviyyəsində hər hansı əlavə şərtdən asılı edilmir. Kollegiya qeyd etməyi zəruri hesab edir ki, ödənilməli olan pul məbləğinin indeksasiyası dedikdə, tələbkarın hüquqlarının və qanuni mənafelərinin inflyasiya proseslərinin mənfi təsirlərindən qorunması məqsədilə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə əsasən tələbkara ödənilməli olan pul məbləğinin inflyasiyanın artım səviyyəsinə mütənasib olaraq artırılması başa düşülür. Beləliklə də, indeksasiya inflyasiya nəticəsində istehlak qiymətlərinin artdığı bir şəraitdə tələbkarın üzləşdiyi zərərin əvəzinin ödənilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş prosessual mexanizmdir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda da, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilir. Bu halda sabit pul məbləğində tutulan alimentin indeksasiyasının, yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınır. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qərardad qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiya məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 263, 264 və 398-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: Şikayət təmin edilməsin. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-**)-***/**** saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Günel Abbasova Hakimlər Fuad Talışınski Məmməd Məmmədov
Məhkəmə qərarları › İş №8(3-6)-311/2026
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(3-6)-311/2026
08.07.2026 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver