Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 8(3-6)-315/2026 13.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Borclu Borclu ölkədən getmək hüququnun məhdudlaşdırılmasının götürülməsi barədə ərizəyə dair (Açar sözlər: ölkədən getmək hüququnun məhdudlaşdırılması) hakimlər X3 (sədrlik edən və məruzəçi), Babayev Fuad Fikrət oğlu və X1 ibarət tərkibdə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin *(*-**)-***/**** saylı # ### 2026-cı il tarixli qərardadından borclu Borclu tərəfindən verilmiş şikayət üzrə mülki işə Bakı Apelyasiya Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İş üzrə qəbul edilmiş məhkəmə aktları:
1. Bakı şəhəri Nərimanov rayon İcra şöbəsi (icra məmuru İsayev Elzamin Rövşən oğlu) tərəfindən məhkəməyə təqdimatla müraciət edilərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** saylı icra sənədi üzrə borclu Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərardad qəbul edilməsi xahiş edilmişdir.
2. Təqdimat onunla əsaslandırılmışdır ki, ##.##.2026-cı il tarixli qərarla icraata başladığı Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən verilmiş ##.##.2025-ci il tarixli, 2(005)- ***/****-*** nömrəli icra sənədi üzrə borclu Borclu ##.##.2024-cü il tarixli, ****nkCNTRb/** saylı müqaviləyə əsasən 27.266,01 manat əsas, 2.844,18 manat məbləğində faiz, 167,19 manat cərimə borcu olmaqla, ümumilikdə 30.277,38 manat məbləğində pul “xxxx” KB ASCnin xeyrinə tutulmalıdır. Mülki iş üzrə ödənilmiş 185,70 manat məbləğində dövlət rüsumunun 10 manatı borclu Borclu tələbkar “xxxx” KB ASC-nin xeyrinə tutulmalı, qalan hissədə iddiaçıya aid edilməlidir. Aparılmış mühasibatlıq ekspertizası tədqiqatının dəyəri olan 100 manat məbləğində pulun 95 manatı borclu Borclu, 5 manatı isə “X4" ASC-dən müştərək qaydada tutularaq Məhkəmə Ekspertizası Mərkəzi hesabına keçirilməlidir. Qeyd olunan icra sənədi ##.##.2026-cı il tarixində Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinə daxil olmuş və qanunamüvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar qəbul edilərək, qərar və bildirişin surəti icra sənədi üzrə borclu Borclu göndərilmiş, icra sənədində olan tələbin könüllü təmin edilməsi üçün 10 gün müddət müəyyən edilmişdir. Həmçinin, icra sənədi üzrə borclu Borclu Nərimanov rayon İcra şöbəsinə dəvət edilərək tələbin könüllü icra olunması ilə bağlı qərar və bildirişin surəti ##.##.2026-cı il tarixdə borcluya təqdim edilmiş və borclu tərəfindən rəsmi şəkildə qəbul edilmişdir. Lakin bu müddət ərzində borclu tərəfindən icra sənədində olan tələb könüllü təmin edilmədiyi üçün tərəflərindən borclunun əmlak vəziyyətini yoxlamaq üçün aidiyyəti təşkilatlara sorğular göndərilmişdir. Həmin tarixdən bu vaxta kimi icra sənədinin icrası tam şəkildə təmin olunmamışdır.
3. Borclu Borclu bildirmişdir ki, borcu tam olaraq ödəməyə maddi imkanı kifayət etmir. Hazırda rəsmi olaraq heç yerdə işləmir. Lakin buna baxmayaraq, az da olsa aylıq borcundan ödəniş edir. Müxtəlif işlərlə məşğul olub aylıq ödəniş etməyə çalışır. Hazırda 1.200 manat civarında ödəniş edib. O, uzun illər menecer vəzifəsində çalışdığı üçün xaricə tez-tez səfər edib. Hazırda işsiz olsa belə, yenidən menecer vəzifəsinə işə qəbul olunmaq istəyir. Menecer isə xaricə gedib-gəlməlidir. Menecer ola bilməsə belə, dayə də işləyə bilər. Lakin çox vaxtı ailələr dayəni xaricə səfər edərkən özü ilə aparır. Onun ölkədən çıxışına məhdudiyyət qoyulsa özünə uyğun iş tapmaqda çətinlik çəkəcək. İzahatının sonunda təqdimatın təmin edilməməsini xahiş etdi.
4. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin *(*-**)-***/**** nömrəli, # ### 2026-cı il tarixli qərardadı ilə təqdimat təmin edilərək Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** saylı icra sənədi üzrə borclu Borclu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır.
5. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** saylı icra sənədi üzrə Borclu 27.266,01 manat əsas, 2.844,18 manat məbləğində faiz, 167,19 manat cərimə borcu olmaqla, ümumilikdə 30.277,38 manat məbləğində pul “xxxx” KB ASC-nin xeyrinə tutulmalıdır. İcra sənədi İcra şöbəsinin icraatına daxil olduqdan sonra icra məmuru tərəfindən icraata başlanılmış, qərarla yanaşı tələbin könüllü icrası barədə bildiriş tərtib edilərək borcluya ünvanlanmışdır ki, sonuncu imza etməklə qeyd edilən sənədləri İcra şöbəsindən təhvil almışdır. Lakin bu günədək icra sənədi üzrə tələb tam icra edilməmişdir. Bu səbəbdən məhkəmənin qənaətinə görə qanuni qüvvəsini almış məhkəmə qətnaməsi əsasında verilmiş icra sənədinin icrasının təmin edilməsi və tələbkarın hüquqlarının pozulmasının qarşısının alınması məqsədilə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması məqsədəmüvafiqdir.
6. Həmçinin məhkəmə borclunun gətirdiyi dəlillərə münasibətdə qeyd edilməlidir ki, borclu təqdimata etiraz edərkən hazırda özünün işsiz olması, lakin iş axtarışında olması və tapacağı işin də məhz bilavasitə xariclə əlaqəli olacağını qeyd etsə belə, bu dəlillər formal şifahi mülahizələr kimi qiymətləndirilməli, təqdimatın təmin edilməməsi üçün tutarlı əsaslar hesab olunmamalıdır.
7. Birinci instansiyası məhkəməsi qərardadını "İcra Haqqında" Azərbaycan Respublikası Qanununun 2.1, 3.1, 84-1.1 və 84-1.2-ci maddələrinə; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.3 və 231.4-cü maddələrinə; Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Kollegiyasının ##.##.2013-cü il tarixli *-N nömrəli Qərarı ilə təsdiq edilmiş “Şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının icra və probasiya qurumları tərəfindən tətbiqi qaydaları haqqında” Təlimatın 2.2, 2.5 və 2.8-ci bəndlərinə istinadla əsaslandırmışdır.
Şikayətin dəlilləri, şikayətə etirazın dəlilləri və birinci instansiya məhkəməsinin şikayətə dair gəldiyi nəticə:
8. Borclu Borclu həmin qərardaddan şikayət verərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin *(*-**)-***/**** saylı, # ### 2026-cı il tarixli qərardadı ləğv edilərək, təqdimatın rədd olunması barədə qərardad qəbul edilməsini xahiş etmişdir.
9. Şikayət onunla əsaslandırılmışdır ki, hakim icraatında daha əvvəl digər hakim tərəfindən çıxarılmış və əvvəlki ölkədən çıxma məhdudiyyətinin ləğv edilməsi ilə nəticələnmiş qərardadı ümumiyyətlə nəzərə almamışdır. Məhkəmə iclası zamanı hakim təkidlə bildirmişdir ki, guya onun barəsində ölkədən çıxma məhdudiyyəti heç vaxt götürülməyib. Halbuki daha əvvəl verilmiş apellyasiya şikayəti təmin edilmiş və əvvəlki qərardad ləğv olunmuşdur. Burada ən ciddi hüquqi və məntiqi ziddiyyət ondan ibarətdir ki, əgər hakimin dediyi kimi əvvəlki ölkədən çıxma məhdudiyyəti qüvvədə qalmışdırsa və heç vaxt aradan qaldırılmamışdısa, o zaman icra məmuru niyə yenidən ölkədən çıxma məhdudiyyəti qoyulması üçün məhkəməyə təqdimat verir? Əgər əvvəlki qadağa qüvvədə idisə, hakim bu dəfə nəyi təmin etmişdir? Bu hal açıq şəkildə göstərir ki, əvvəlki məhkəmə qərarı ya ümumiyyətlə araşdırılmamış, ya da məhkəmə həmin qərardan xəbərsiz olmuşdur. Qərardadda qeyd olunur ki, borclunun əmlak vəziyyətini yoxlamaq üçün aidiyyəti təşkilatlara sorğular göndərilmişdir. Eyni zamanda məhkəmə iclasında iştirak edən borclu Borclu izahatında bildirilmişdir ki, borcu tam şəkildə ödəməyə maddi imkanı çatmır, hazırda rəsmi olaraq heç yerdə işləmir, lakin buna baxmayaraq aylıq şəkildə müəyyən ödənişlər edir, müxtəlif işlərlə məşğul olaraq borcunu ödəməyə çalışır və artıq təxminən 1200 manat civarında ödəniş etmişdir. Həmçinin bildirmişdir ki, uzun illər menecer vəzifəsində çalışdığı üçün işi xarici səfərlərlə əlaqəli olmuşdur və gələcəkdə yenidən menecer vəzifəsində və ya xariclə əlaqəli başqa işlərdə işləmək istəyir. Ölkədən çıxışına məhdudiyyət qoyulacağı halda özünə uyğun iş tapmaqda ciddi çətinlik çəkəcəyini məhkəməyə izah etmişdir. Bununla yanaşı, xüsusi olaraq qeyd etmişdir ki, o, həqiqətən uzun müddət işsiz olmuşdur. Lakin ##.##.2026-cı il tarixindən etibarən yeni iş yerində rəsmi əmək fəaliyyətinə başlamışdır. Hazırda aylıq əməkhaqqı 450 manat təşkil edir və faktiki olaraq bank kartına 425 manat məbləğində əməkhaqqı köçürülür. Bu əməkhaqqı yüksək olmasa da, onun öz səyləri nəticəsində əldə etdiyi qanuni gəlir mənbəyidir. Bu fakt onu göstərir ki, o, öhdəliklərindən yayınmağa çalışan şəxs deyil, əksinə, maddi vəziyyətini yaxşılaşdırmağa və borcunu imkan daxilində hissə-hissə ödəməyə çalışan şəxsdir. Yeni işə qəbul olunmağı da məhz borcun ödənilməsi istiqamətində göstərdiyi real səylərin göstəricisidir. Burada açıq şəkildə görünür ki, borclu üzrsüz yayınan şəxs deyil, əksinə üzrlü vəziyyətdə olan şəxsdir. Çünki həm işsiz olması, həm də borcu ödəmək üçün müxtəlif yollarla gəlir əldə etməyə çalışması məhkəmənin öz qərardadında əks olunmuşdur. Qərardadda qeyd olunur ki, Elektron İcra İnformasiya Sistemində və Elektron Məhkəmə İnformasiya Sistemində mənim daşınar və daşınmaz əmlak məlumatları sorğulanmış və adına hər hansı əmlakın qeydiyyatda olmadığı müəyyən edilmişdir. Bununla yanaşı qərardadda göstərilir ki, guya sərhədkeçmə məlumatlarına əsasən o, mütəmadi olaraq ölkə hüdudlarını tərk edir. Bu iddia tamamilə əsassızdır və həqiqəti əks etdirmir. Sonuncu dəfə o, ##.##.2025-ci il tarixində ən son işlədiyi iş yerindən əvvəlcədən planlaşdırılmış işgüzar səfərlə ölkə xaricinə çıxmış və ##.##.2025-ci ildə yenidən Azərbaycana qayıtmışdır. ##.##.2025-ci ildən indiyə qədər ölkə xaricinə heç bir çıxışı olmamışdır. Bu halda “mütəmadi olaraq ölkə hüdudlarını tərk etməsi” faktının hansı əsasla müəyyən edildiyi tamamilə anlaşılmazdır. Bundan əlavə qeyd etmişdir ki, ##.##.2025ci ildə icra məmuru tərəfindən faktiki olaraq mümkünsüz tələblər irəli sürülmüş, yəni borcun tam məbləğinin dərhal ödənilməsi tələb edilmiş və icra edilmədiyi halda 30 gün həbs ilə hədələnmişdir. Halbuki ##.##.2025-ci il tarixli səfər aylar əvvəl planlaşdırılmış və təşkil edilmiş səfər olmuşdur. Əgər o, həqiqətən ödənişdən yayınmaq niyyətində olsaydı, ##.##.2025-ci ildə ölkəyə geri qayıtmazdı. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Burada sual yaranır ki, məhkəmə və digər orqanların hansı qərarına əsasən icra məmuru ölkədən çıxma məhdudiyyəti qoyur? Əgər əvvəlki məhdudiyyət qüvvədə idisə, yenidən məhdudiyyət tətbiq edilməsinin hüquqi əsası nə olmuşdur? Qərardadda həmçinin “Elektron icra” sistemi vasitəsilə məhdudiyyətin tətbiqi və aradan qaldırılması prosedurlarından bəhs edilir. Lakin həmin müddəalarda “borclu hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun məhdudlaşdırılması” ifadələri işlədilmişdir. Halbuki hazırkı iş fiziki şəxs olan Borclu ilə bağlıdır. Burada heç bir hüquqi şəxsin icra orqanının rəhbəri yoxdur. Hakimin çıxartdığı qərardadda belə ciddi məzmun və məna səhvlərinin olması həm çaşqınlıq yaradır, həm də qərardadın şablon və səthi şəkildə hazırlandığını göstərir
10. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin # #### 2026-cı il tarixli qərardadı ilə məhkəmənin *(*-**)-***/**** saylı, # ### 2026-cı il tarixli qərardadından verilmiş şikayət təmin edilməmiş və şikayət baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.
11. Şikayətə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 397.2-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.
12. Şikayətə qarşı etiraz ərizəsi daxil olmamışdır.
Tətbiq edilən hüquq normaları:
13. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin 1-ci hissəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir.
“İcra haqqında” Azərbaycan Respublikası Qanununun
14. 2.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir.
15. 3-cü maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir.
16. 84-1.1-ci maddəsinə əsasən, məhkəmə qərarları, əmrləri və vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir.
17. 84-1.2-ci maddəsinə əsasən, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqdan sonra icra məmuru həmin məhdudlaşdırmanın götürülməsi barədə icra qurumunun rəhbəri tərəfindən təsdiq olunan qərar qəbul edir. Həmin qərar dərhal borcluya, tələbkara, məhkəməyə və müvafiq icra hakimiyyəti orqanına göndərilir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin ##.##.2013-cü il tarixli *-N nömrəli Kollegiya Qərarı ilə təsdiq edilmiş “Şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının icra xidməti tərəfindən tətbiqi qaydaları haqqında Təlimat”ın
18. 2.2-ci bəndinə əsasən borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması zərurəti yarandıqda icra məmuru təqdimatla məhkəməyə müraciət etməzdən əvvəl: könüllü icra üçün bildirişin borcluya rəsmən təqdim olunmasını, yəni icra məmurunun özü, yaxud müəyyən olunmuş qaydada sifarişli poçt göndərişi (məktubu) ilə rabitə orqanları tərəfindən borclunun yaşadığı ünvana və ya onun işlədiyi yer üzrə çatdırılmasını təmin edir. Könüllü icra üçün bildiriş borcluya qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Bildirişlərin rəsmi qaydada verilməsi icra qurumunda da həyata keçirilə bilər. Borclu onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapılmadıqda, bildiriş borclu ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda yerli icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Borclunun əvəzinə bildirişi qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməlidir; icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi səbəblərini müəyyənləşdirir; borcun ödənilməsi tələbinə dair icra sənədlərinin icrası zamanı borclunun əmlakının axtarılması üçün bütün tədbirləri həyata keçirir, o cümlədən onun yaşadığı mənzildə tələbin yönəldilə biləcəyi əmlakların olubolmamasını yoxlayır.
19. 2.4-cü bəndində qeyd olunmuşdur ki, təqdimata borclunun soyadı, adı, atasının adı, doğulduğu yer və tarix, qeydiyyatda olduğu və yaşadığı ünvan, vətəndaşlığı, icra sənədinin icrası ilə əlaqədar həyata keçirilmiş tədbirlər, borcluya icraata başlamaq haqqında qərarın və könüllü icra üçün bildirişin verilməsi, həmin vaxtda və daha sonra borclu tərəfindən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi barədə məlumatlar qeyd olunur. Təqdimata icraat materialının, o cümlədən icraata başlamaq haqqında qərarın və könüllü icra üçün verilmiş müddət barədə bildiriş və onun çatdırılmasını təsdiq edən sifarişli poçt göndərişinin (məktubun) və ya şəxsən verilməsi barədə sənədin surəti əlavə edilir
20. 2.5-ci bəndinə əsasən borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmurunun təqdimatına icra qurumunun rəhbəri tərəfindən operativ baxılaraq aşağıdakı hərəkətlər yerinə yetirilir: borcluya icraata başlamaq haqqında qərarın və könüllü icra üçün bildirişin rəsmi qaydada verilməsini yoxlayır; borclunun icra sənədinin icrasından üzrsüz səbəbdən yayınması hallarını araşdırır; bu Təlimatın 2.2-ci bəndində göstərilən tələblərə əməl olunub-olunmamasını yoxlayır; təqdimatla razılaşdıqda onu təsdiq edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
21. Məhkəmə kollegiyası şikayətin dəlillərini işin materialları ilə müqayisəli şəkildə təhlil edərək hesab edir ki, şikayət təmin edilməməli, iş üzrə qəbul edilmiş birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
22. Belə ki, məhkəmə qərarları, əmrləri və vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktlar əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, “İcra Haqqında” Azərbaycan Respublikasının Qanununun 84-1-ci maddəsinə uyğun olaraq icra məmurunun əsaslandırılmış təqdimatı əsasında borclunun ölkədən getmək hüququ məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Göründüyü kimi qanunverici bu məsuliyyət növünün zəruriliyini qətnamənin icrasının mümkün qədər qısa müddət ərzində təmin edilməsi məqsədi ilə əlaqələndirmişdir.
23. İş materiallarından müəyyən edildiyi kimi borclu Borclu Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2025-ci il tarixli icra sənədini üzrsüz səbəbdən icra etməməklə icra sənədlərinin icrası haqqında müvafiq qanunvericiliyi pozmuş, bununla əlaqədar onun ölkədən getmək hüququ məhkəmə qərarına əsasən müvəqqəti məhdudlaşdırılmışdır. Belə ki, borclu Borclu icra məmurunun qanuni tələblərini yerinə yetirməyərək, edilən xəbərdarlıqlara məhəl qoymayaraq məhkəmə qərarında nəzərdə tutulmuş tələbi müəyyən edilmiş müddət ərzində icra etmədiyindən, məhkəmə qərarlarının vaxtında, tam və düzgün icra edilməsi üçün icra məmuru tərəfindən “İcra haqqında” Qanunda nəzərdə tutulmuş digər tədbirlərin tətbiq edilməsi heç bir nəticə vermədiyindən, onun müəyyən hərəkətləri etməyə məcbur edən icra sənədinin icra olunmamasına görə məsuliyyətə cəlb edilməsi üçün “İcra haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş əsaslar yaranmışdır.
24. Hazırkı məqamda da Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin *(***)- ***/**** saylı, ##.##.2025-ci il tarixli icra sənədi üzrə maliyyə xarakterli öhdəlik borclu tərəfindən tam icra edilməmişdir.
25. Beləliklə də Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2025-ci il tarixli icra sənədinin icrasını təmin etmək məqsədilə icra məmuru tərəfindən verilmiş təqdimata əsasən, birinci instansiya məhkəməsi tərəfindən borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması növündə görülmüş məsuliyyət tədbirinin ləğv edilməsi üçün əsaslar mövcud deyildir.
26. Bundan başqa məhkəmə kollegiyası qeyd edir ki, qanunverici məhz mütənasiblik prinsipi baxımından yalnız icra sənədi könüllü icra üçün müəyyən olunmuş vaxtda və üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının mümkünlüyünü müəyyən etmişdir. Adıçəkilən tədbir borclunun cəzalandırılması vasitəsi deyil, onun tərəfindən məhkəmə qərarı ilə müəyyən olunmuş öhdəliklərin yerinə yetirilməsinə xidmət edir.
27. BMT-nin İnsan Hüquqları Komitəsinin Beynəlxalq Paktın 12-ci maddəsinə dair qəbul etdiyi 1999-cu il # ###### tarixli ** saylı X5 göstərilir ki, həmin maddə ilə təmin olunmuş hüquqlara aid icazə verilən məhdudiyyətlər hərəkət sərbəstliyi prinsipini sarsıtmamalıdır. Bu hüquqlara dair məhdudiyyətlərin məqbul sayılması üçün onlar qanunvericilikdə nəzərdə tutulmalı, demokratik cəmiyyətdə Paktın 12-ci maddəsinin 3cü bəndində göstərilən məqsədlərə nail olmaq üçün zəruri olmalı və Paktda göstərilən bütün digər hüquqlara uyğun gəlməlidir. Dövlətlər Paktın 12-ci maddəsinin 3-cü bəndində icazə verilmiş məhdudiyyətləri əks etdirən qanunları qəbul edərkən, hər zaman bu məhdudiyyətlərin nəzərdən keçirilən hüququn mahiyyətinə toxunmaması prinsipini rəhbər tutmalıdırlar. Məhdudlaşdırıcı tədbirlər mütənasiblik prinsipinə uyğun gəlməlidir; onlar müdafiə funksiyalarının yerinə yetirilməsi üçün yararlı olmalıdır; arzu edilən nəticəyə gətirib çıxara bilən bütün vasitələr sırasında onlar ən az məhdudlaşdırıcı vasitə olmalı və müdafiə olunan maraqlarla mütənasib olmalıdır. Mütənasiblik prinsipinə təkcə müvafiq məhdudiyyətin nəzərdə tutulduğu qanunvericilikdə deyil, həmçinin həmin qanunvericiliyin tətbiq edilməsi prosesi çərçivəsində inzibati və məhkəmə hakimiyyəti orqanlarında da əməl olunmalıdır.
28. Avropa Məhkəməsinin bir sıra qərarlarında göstərilmişdir ki, hərəkət azadlığı hüququnu məhdudlaşdıran hər hansı tədbir qanuna uyğun olmalı, Konvensiyaya dair * saylı Protokolun 2-ci maddəsinin 3-cü bəndində qeyd edilən legitim məqsədlərdən birini güdməli, demokratik cəmiyyətdə zəruri olmalı, yəni mütənasiblik meyarına cavab verməlidir (Battista İtaliyaya qarşı iş üzrə # ###### 2014-cü il tarixli, § 37; Stamose Bolqarıstana qarşı iş üzrə ## ###### 2012-ci il tarixli, § 30; Bartik Rusiyaya qarşı iş üzrə ## ###### 2006-cı il tarixli, § 46 Qərarlar).
29. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyasının gəldiyi qənaətə görə, hazırkı şikayət təmin edilməməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin # ### 2026-cı il tarixli, *(*-**)-***/**** saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən qanun normaları düzgün tətbiq olunmuş, mütənasiblik prinsipinin tələbləri nəzərə alınmışdır. İş üzrə düzgün qərardad qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiya məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
30. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır.
31. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 263, 264 və 398-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDI:
Borclu Borclu tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin # ### 2026-cı il tarixli, *(*-**)-***/**** saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Sədrlik edən hakim imza: Cəmilə Musayeva Hakimlər imzalar: Fuad Babayev Fuad Abdıyev