Məhkəmə qərarları › İş №8(3-6)-317/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(3-6)-317/2026

20.07.2026 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 8(3-6)-317/2026 20.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-***/**** nömrəli qətnaməsinin icra üsulunun və qaydasının dəyişdirilməsi barədə borclu Borclu ərizəsinə dair iş üzrə Açar sözlər: icra üsulunun və qaydasının dəyişdirilməsi Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X11 (sədrlik edən və məruzəçi), X2 və X3 ibarət tərkibdə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-***/**** nömrəli qətnaməsinin icra üsulunun və qaydasının dəyişdirilməsi barədə borclu Borclu ərizəsinə dair iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*- ***)-***/**** nömrəli qərardadından borclu Borclu tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. Birinci instansiya məhkəməsində icraat

1. Borclu Borclu nümayəndəsi və vəkili Nümayəndə ərizə ilə məhkəməyə müraciət edərək, Borclu mərhum atası X4 borcu üzrə aparılan icra tədbirlərində Borclu əmək haqqından tutulmanın üsulu və qaydasının dəyişdirilməsi, tutulmaların məbləğinin Borclu real maddi vəziyyətinə uyğun olaraq azaldılması, borcun ödənilməsi üçün Borclu hissə-hissə (qrafik üzrə) ödəniş qaydasının müəyyən edilməsi, Borclu və azyaşlı, xəstə övladının minimum yaşayış səviyyəsi təmin olunmasına uyğun tutulmaların müəyyən olunması barədə qərardad qəbul edilməsini xahiş etmişdir.

2. Ərizə onunla əsaslandırılmışdır ki, hazırda tətbiq edilən icra üsulu Borclu və ailəsinin sosial-iqtisadi vəziyyətini son dərəcə ağırlaşdırmış, yaşayış minimumunu təmin etməyi faktiki olaraq mümkünsüz etmişdir. Borclu rəsmi qaydada işləyir və əmək haqqı yeganə gəlir mənbəyidir. “xxxx” X1 “xxxx” MMC tərəfindən verilmiş ##.##.2026-cı il tarixli arayışdan görünür ki, X10 əmək haqqı 4800 manat təşkil edir. Borclu özündə bank qarşısında kredit öhdəlikləri mövcuddur və bu öhdəlikləri yerinə yetirməyə məcburdur. ##.##.2023-cü il tarixli “xxxx” ASC ilə Borclu ilə bağlanmış kredit müqaviləsindən görünür ki, Borclu adına 30 000 manat kredit xətti açılmış və 752 manat pul ödəyir. Bundan başqa, ipoteka krediti olaraq hər ay 385,91 manat pul ödəyir. Borclu əri ilə nikahı pozulmuş azyaşlı övladı onun himayəsindədir, övladı xəstədir və daimi müalicəyə ehtiyacı vardır, bu isə əlavə maliyyə xərcləri yaradır.

3. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2021-ci il tarixli qətnaməsinə əsasən Borclu ilə, X5 olan nikahı pozulmuş və “nikahın pozulması” tələbinə dair aliment hissəsi üzrə işin icraatına xitam verilmişdir.

4. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin *(***)-***/**** nömrəli, ##.##.2025-ci il tarixli qətnaməsindən görünür ki, cavabdehlər X7, X8 və X9 müştərək qaydada 107000 manat pulun alınaraq, iddiaçı X16 verilməsi qət edilmişdir.

5. Iş materiallarında olan *(***)-***/**** nömrəli, ##.##.2021-ci il tarixli qətnamədən görünür ki, məhkəmə iclasında iştirak edən iddiaçı X10 nümayəndəsi və vəkili X6 aliment tələbləri olmadığını bildirmiş, iddiaçı X10 ilə cavabdeh X5 arasında ##.##.2015-ci il tarixdə * saylı Bakı “ASAN Xidmət” X17 *** nömrəli akt qeydi ilə bağlanılmış nikahın pozulması, birgə nikahdan doğulmuş ##.##.2016- cı il təvəllüdlü X13 anası X10 yanında saxlanılması qət edilmişdir.

6. Borclu ilə “xxxx” ASC arasında bağlanmış ##.##.2023-cü il tarixli istehlak krediti müqaviləsindən görünür ki, Borclu illik 16,9 faiz olmaqla, 59 ay müddətinə 30000 manat kredit verilmiş, aylıq ödəniş 752,02 manat təşkil etmişdir.

7. ##.##.2025-ci il tarixli Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin “xxxx” X1 tərəfindən verilmiş arayışdan görünür ki, Borclu övladı X13 inkişafın ümumi pozuntuları F84, yüngül koqnitiv pozuntusu F06.7-dır.

8. Iş materiallarından görünür ki, Borclu “xxxx” ASC-dən 50000 manat ipoteka krediti götürmüş, 38801,97 manat borcu qalmışdır.

9. Iş materiallarında olan ICMS-AZEMIS “Elektron məhkəmə” informasiya sistemindən əldə olunmuş məlumatla müəyyən edilir ki, Borclu “xxxx” MMC-də Şöbə müdiri vəzifəsində çalışır, aylıq əmək haqqı 6606,40 manatdır.

10. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərardadı ilə ərizə təmin edilməmişdir.

11. Qərardad onunla əsaslandırılmışdır ki, “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” ##.##.2015-ci il tarixli Qərarında qətnamənin icrasına möhlət verilməsi tələbkarın qanunla qorunan mənafelərinin və pozulmuş hüquqlarının real müdafiəsi müddətini uzatdığına görə, belə möhlətin verilməsi müstəsna xarakter daşımalı, icra hərəkətlərinin həyata keçirilməsinə ciddi maneələr və çətinliklər olduqda tətbiq edilməli, işdə iştirak edən şəxslərin hüquqlarının əsassız məhdudlaşdırılmasına yönəlməməlidir. Bunun üçün, ilk növbədə, qətnamənin icrasına möhlət bu aktın özü ilə əvəzlənməməli, onun məzmununu dəyişdirməməli, möhlətin müddəti isə məhkəmə müdafiəsinin səmərəliliyinə xələl gətirməməlidir. Həmçinin, nəzərə almaq lazımdır ki, məhkəmə qətnaməsinin icrası müddəti məhkəmə müdafiəsi hüququnun təsiri altına düşür. Belə olan halda icra hərəkətlərinin bu və ya digər səbəbdən uzun müddət başlanmaması məhkəmə müdafiəsinin ağlabatan müddətdə həyata keçirilməməsinə, pozulmuş hüquqların bərpa olunmamasına, nəticə etibarilə məhkəmə müdafiəsi hüququnun səmərəliliyinin azalmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.4-cü maddəsinin şərh edilməsinə dair ## #### 2014-cü il tarixli Qərarında qeyd olunmuşdur ki, Insan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra – Avropa Məhkəməsi) qanuni qüvvəyə minmiş məhkəmə aktlarının icrasına dair mövqeyinə görə, son və məcburi qüvvəyə malik olan məhkəmə qərarı tərəflərdən birinin ziyanına olaraq icra edilmədikdə, ədalətli məhkəmə araşdırması xəyali hüquqa çevrilir. Ağılasığmaz haldır ki, tərəflərə verilən ədalətli, açıq və ağlabatan müddətdə məhkəmə araşdırması kimi prosessual təminatları ətraflı təsvir edən “Insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsi məhkəmə qərarlarının icrasını təmin etməmiş olsun.Həmin maddənin yalnız məhkəməyə müraciət etmək hüququ və məhkəmə iclasının aparılmasına aid edilməsi iştirakçı dövlətlərin Konvensiyaya qoşularkən üzərlərinə götürdükləri öhdəliklərlə bağlı qəbuledilməz vəziyyət yarada bilər. Ona görə də hər hansı məhkəmə tərəfindən çıxarılmış qərarın icrası Konvensiyanın 6-cı maddəsinin mənasına görə “məhkəmə araşdırmasının” ayrılmaz tərkib hissəsi hesab edilməlidir (Hornsbi Yunanıstana qarşı iş üzrə ## #### 1997-ci il tarixli Qərar, §40). Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə qətnaməsi haqqında” ## ###### 2005-ci il tarixli, * nömrəli Qərarının 14-cü bəndinə əsasən məhkəmələr qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin içra üsulunun və qaydasının dəyişdirilməsinin müstəsna hal olub, qətnamənin içrası ücün çətinlik törədən və yaxud borclu ücün yaranmış əlverişsiz hallarda tətbiq oluna bilməsini nəzərə almalıdırlar. Məhkəmələr bu məsələləri həll etdikdə təkcə borclunun deyil, tələbkarın mənafeyini də nəzərə almalıdırlar. “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “Insan hüquqlarının və əsas azadlıqların müdafıəsi haqqında” Avropa Konvensiyası müddəalarının və Insan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun ## #### 2006-cı il tarixli Qərarının 6-cı bəndində deyilir ki, mülki işlər üzrə məhkəmə baxışı müddəti iddia ərizəsinin məhkəməyə daxil olduğu vaxtdan başlayır və məhkəmə qərarının icrasının başa çatmasına kimi davam edir. Hər bir iş üzrə «ağlabatan müddət» konkret işin xarakterindən, mürəkkəbliyindən, ərizəçinin proseslə bağlı davranışından asılı olaraq müəyyənləşdirilməlidir. Konvensiyanın 6-cı maddəsinə əsasən məhkəmə qətnaməsinin icrası müddəti məhkəmə baxışının tərkib hissəsi kimi qiymətləndirilir. Məhkəmələr məhkəmə aktlarının icrasına möhlət verilməsi, icranın dayandırılması, icra üsulunun dəyişdirilməsi, həmçinin məhkəmə icraçılarının hərəkətlərindən verilən şikayətlərlə əlaqədar məsələlərə baxarkən Konvensiyanın məhkəmə qətnamələrinin ağlabatan müddətdə icra olunması tələbini nəzərə almalıdırlar. Iş materiallarından müəyyən edilir ki, borclu Borclu daimi iş yerinə malikdir və onun aylıq əmək haqqı ICMS-AZEMIS sistemindən əldə olunmuş məlumatlara əsasən 6606,4 manat təşkil edir ki, bu da ölkə üzrə orta əmək haqqı göstəricisindən xeyli yüksəkdir və onun sabit ödəmə qabiliyyətinə malik olmasını göstərir. Eyni zamanda, iş materiallarından görünür ki, ərizəçi nikahın pozulması zamanı aliment tələbindən imtina etmişdir. Bu isə onun uşağın saxlanılması ilə bağlı xərclərin digər tərəf ilə bölüşdürülməsi imkanından könüllü şəkildə imtina etdiyini göstərir. Bu hal qətnamənin icrasının onun üçün qeyri-mümkün və ya həddindən artıq çətin olması barədə nəticəyə gəlməyə əsas vermir. Bundan başqa ərizəçi tərəfindən göstərilən kredit öhdəlikləri onun ümumi maliyyə vəziyyətini xarakterizə etsə də, bu öhdəliklər eyni zamanda onun ödəmə qabiliyyətinə malik olmasını da göstərir. Yəni, bank tərəfindən ona yüksək məbləğdə kreditlərin verilməsi onun sabit və kifayət qədər yüksək gəlirə malik olmasına əsaslanmışdır. Bu baxımdan, kredit öhdəlikləri yalnız xərclər kimi deyil, həm də ərizəçinin maliyyə imkanlarının mövcudluğunu təsdiq edən hal kimi qiymətləndirilməlidir. Məhkəmə, həmçinin nəzərə alır ki, məhkəmə qətnaməsinin icrasının gecikdirilməsi və ya dəyişdirilməsi tələbkarın hüquqlarının bərpasını əsassız olaraq yubadır və bu, Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə, eləcə də “Insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin tələblərinə ziddir. Qanuni qüvvəyə minmiş məhkəmə aktının vaxtında və tam icrası ədalətli məhkəmə araşdırması hüququnun ayrılmaz tərkib hissəsidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, ərizəçi tərəfindən irəli sürülən hallar qətnamənin icrasını qeyrimümkün edən və ya ciddi şəkildə çətinləşdirən müstəsna hallar kimi qiymətləndirilə bilməz. Əksinə, onun sabit və yüksək gəlirə malik olması qətnamənin icrasının real və mümkün olduğunu təsdiq edir.

12. Həmin qərardaddan borclu Borclu şikayət verərək, qərardadın ləğv edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir.

13. Şikayətin dəlillərinə görə, hazırda tətbiq edilən icra üsulu Borclu və ailəsinin sosialiqtisadi vəziyyətini son dərəcə ağırlaşdırmış, yaşayış minimumunu təmin etməyi faktiki olaraq mümkünsüz etmişdir. Borclu rəsmi qaydada işləyir və əmək haqqı yeganə gəlir mənbəyidir. “xxxx X1 “xxxx” MMC tərəfindən verilmiş ##.##.2026-cı il tarixli arayışdan görünür ki, X10 əmək haqqı 4800 manat təşkil edir. Borclu özünün də bank qarşısında kredit öhdəlikləri mövcuddur və bu öhdəlikləri yerinə yetirməyə məcburdur. ##.##.2023-cü il tarixli “xxxx” ASC ile Borclu ilə bağlanmış kredit müqaviləsindən görünür ki, Borclu adına 30 000 manat kredit xətti açılmış və 752 manat pul ödəyir, bundan başqa ipoteka krediti olaraq hər ay 385,91 manat pul ödəyir. Borclu əri ilə nikahı pozulmuş, azyaşlı övladı onun himayəsindədir, övladı xəstədir və daimi müalicəyə ehtiyacı vardır, bu isə əlavə maliyyə xərcləri yaradır. Məhkəmə borclunun kredit və ipoteka öhdəliklərini (cəmi 1137,93 manat) və xəstə uşağın müalicə xərclərini çıxdıqdan sonra ailənin sərəncamında qalan real vəsaitin ölkədə müəyyən edilmiş rəsmi yaşayış minimumunun altına düşməsini araşdırmamışdır. Məhkəmə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1306.1-ci maddəsini səhv şərh edilmişdir. Belə ki, icraatda olan borc borclunun öz şəxsi borcu deyil, mərhum atası X4 borcudur. Məhkəmə vərəsənin şəxsi əmək haqqını onun “sabit və yüksək gəliri” kimi qiymətləndirərək atanın borcuna görə vərəsənin şəxsi mülkiyyəti üzərindəki yükü ifrat dərəcədə ağırlaşdırmış və Mülki Məcəllənin vərəsəlik məsuliyyətinin həddi ilə bağlı bu maddəsinin mahiyyətini təhrif etmişdir. Iş materiallarında uşağın ağır psixi və koqnitiv pozuntu (F84 və F06.7 diaqnozları) xəstəliyindən əziyyət çəkdiyi rəsmi tibbi arayışla təsdiq edildiyi halda, məhkəmə bu faktı uşağın sağlamlıq və yaşamaq hüququ kontekstində qiymətləndirməmiş, mülki borcun icrasını uşağın həyatı ehtiyaclarından üstün tutmuşdur. Məhkəmə “Icra haqqında” Qanunun 65.1-ci maddəsinin tələblərini pozaraq aşağıdakı məcburi xərcləri nəzərə almamışdır: “xxxx” ASC-yə aylıq kredit ödənişi: 752,02 manat; - “xxxx” ASC-yə ipoteka krediti üzrə aylıq ödəniş: 385,91 manat; -Xəstə uşağın daimi müalicə xərcləri (F84 və F06.7 diaqnozları üzrə) Uşağın gündəlik saxlanma xərcləri (tək valideyn kimi) Yuxarıdakı məcburi öhdəliklər toplamda aylıq 1137,93 manat təşkil edir. Bu məbləğ icra tutulmaları ilə birlikdə şikayətçinin ailə üzvlərinin minimum yaşayış səviyyəsini ciddi şəkildə aşağı salır. MPMnin 231.1-ci maddəsinə əsasən işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Məhkəmə prosessual araşdırma zamanı yalnız iddiaçının (tələbkarın) maraqlarını əsas götürmüşdur. Borclunun azyaşlı və ağır xəstə (F84 və F06.7diaqnozlu) övladının olmasını, bu səbəbdən yaranan daimi tibbi xərcləri formal olaraq sadalamış, lakin qərar qəbul edərkən bu "digər halları" (Mülki Prosesual Məcəllə, maddə 231.1) tamamilə gözardı etmişdir. Prosessual hüquqda bu, tərəflərin bərabərliyi və balansın birtərəfli pozulması deməkdir. Həmin prosesual normaya - Mülki Prosesual Məcəllənin 386-cı maddəsinə görə maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Maddi hüquq normaları pozulmuşdur, düzgün tətbiq edilməmişdir. O cümlədən, bunun özü prosessual pozuntu hesab edilir. Prosessual hüquq normalarının pozulmasın və ya düzgün tətbiq olunmaması qətnamənin ləğv edilməsi üçün əsasdır.

14. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərardadı ilə şikayət təmin edilməyərək, mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.

Tətbiq edilən hüquq

15. “Icra haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 15. Tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası yaxud icra sənədinin icrası üsulunun və qaydasının dəyişdirilməsi haqqında işə baxmış məhkəməyə müraciət edə bilərlər. Borclunun əmlak vəziyyətini və digər halları nəzərə alaraq, məhkəmə həmin müraciətlərə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231ci maddəsi ilə müəyyən edilmiş qaydada baxır.

16. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” ## ###### 2005-ci il tarixli, * nömrəli Qərarı: “12. Məhkəmələr nəzərə almalıdırlar ki, qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi müstəsna hal olub, qətnamənin icrası üçün çətinlik törədən və yaxud borclu üçün yaranmış əlverişsiz hallarda tətbiq oluna bilər.

13. Məhkəmələr bu məsələləri həll etdikdə təkcə borclunun deyil, tələbkarın mənafeyini də nəzərə almalıdırlar.”

17. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 15.1. Məhkəmə məhkəmə aktlarını qətnamə, qərardad, qərar və əmr formasında qəbul edir. Maddə 15.2. Məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Maddə 15.3. Məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. Maddə 231.1. Işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Maddə 398.0. Apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: 398.0.1. Məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

18. Məhkəmə kollegiyası borclunun müraciətinə işin halları baxımından qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin ərizənin rədd olunması ilə bağlı nəticəyə gəlməsi əsaslıdır.

19. Şikayətin dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, qanunvericiliyin istinad edilən müddəalarından göründüyü kimi, məhkəmə qətnaməsinin hissə-hissə icrasına dair konkret müddəalar (icranın müddəti, ardıcıllığı, icra ediləcək hərəkətlərin və ya ödəniləcək məbləğlərin həcmi və s.) olmasa da, qətnamənin hissə-hissə icrası nəticəsində yaranan ümumi icra müddəti ağlabatan olmalı və bu məsələnin həllində hər iki tərəfin, yəni borclu və tələbkarın mənafeyi eyni cür qorunmalıdır. Göründüyü kimi qanunvericilik işdə iştirak edən şəxslərin ərizəsi əsasında qətnamənin hissə-hissə icra olunmasının mümkünlüyünü müəyyən etməklə yanaşı, bunu, ilk növbədə tərəflərin əmlak vəziyyətindən, eləcə də işin digər diqqətəlayiq hallarından asılı etmişdir. Qanunvericiliyin mənasına görə bu zaman borclunun əmlak vəziyyətinin və ya digər halların borcun birdəfəlik ödənilməsinə imkan verməməsini sübut etmək vəzifəsi belə ərizə ilə məhkəməyə müraciət etmiş borclunun üzərinə düşür.

20. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə qətnaməsi haqqında” ## ###### 2005-ci il tarixli, * nömrəli Qərarında da qeyd olunur ki, “məhkəmələr nəzərə almalıdırlar ki, qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi müstəsna hal olub, qətnamənin icrası üçün çətinlik törədən və yaxud borclu üçün yaranmış əlverişsiz hallarda tətbiq oluna bilər. Məhkəmələr bu məsələləri həll etdikdə təkcə borclunun deyil, tələbkarın mənafeyini də nəzərə almalıdırlar”.

21. Iş materialları ilə müəyyən edilir ki, borclu Borclu daimi iş yerinə malikdir və onun aylıq əmək haqqı ICMS-AZEMIS sistemindən əldə olunmuş məlumatlara əsasən 6606,4 manat təşkil edir ki, bu da ölkə üzrə orta əmək haqqı göstəricisindən xeyli yüksəkdir və onun sabit ödəmə qabiliyyətinə malik olmasını göstərir.

22. Birinci instansiya məhkəməsi tərəfindən ərizənin təmin edilməməsi qənaətinə gəlinərkən düzgün qiymətləndirmə aparıldığından məhkəmə kollegiyası əlavə araşdırma və qiymətləndirmə aparılmasına zərurət görmür və 2025-ci ildə icraya yönəldilmiş və mahiyyəti borcun ödənilməsindən ibarət olan icra sənədinin hal-hazıradək icra edilməməsi tələbkarın hüquqlarının pozulması ilə nəticələnir.

23. Beləliklə, hazırkı işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, şikayətin dəlilləri qərardadın ləğvinə əsas vermir. Buna görə də qərardad dəyişdirilmədən saxlanılmalı, şikayət təmin olunmamalıdır.

24. Göstərilənlərə əsasən və MPM-in 263, 264, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı:

Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərardadından borclu Borclu tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar