Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 8(3-6)-318/2026 21.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı şəhəri Binəqədi Rayon Icra Şöbəsinin icra məmurunun borclu Borclu əmlakının üzərinə həbs qoyulması barədə təqdimatı ilə bağlı icraat üzrə (Açar sözlər: əmlakın üzərinə həbs qoyulması) Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, X2 (sədrlik edən və məruzəçi), X4 və X1 ibarət tərkibdə, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2026-cı tarixli, *(*-**)-***/**** nömrəli qərardadından tələbkar Tələbkar ASC tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: Birinci instansiya məhkəməsində icraat
1. Bakı şəhəri Binqədəi rayon Icra şöbəsi Bakı şəhəri ** saylı Notariat Kontorunun *i-**** nömrəli, ##.##.2025-ci il tarixli icra sənədinə əsasən təqdimatla məhkəməyə müraciət edərək, borclu Borclu mülkiyyətində olan BMW 535I minik markalı **GB*** dövlət qeydiyyat nişanlı və Ford Transit yük markalı **KR*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir.
2. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı şəhəri ** saylı Notariat Kontorunun *i- **** nömrəli, ##.##.2025-ci il tarixli müvafiq icra vərəqəsi üzrə borclunun hazırki zamanda tələbkara 41.853,34 manat məbləğində Tələbkar ASC-ə borcu vardır. Yuxarıda göstərilənləri nəzərə alaraq "Icra haqqında" Azərbaycan Respublikası Qanunun 43, 45, 50.2-ci maddəsini rəhbər tutaraq icra vərəqəsinin icrasını təmin etmək məqsədilə borclu Borclu mülkiyyətində olan BMW 535I minik markalı **GB*** dövlət qeydiyyat nişanlı və Ford Transit yük markalı **KR*** dövlət qeydiyyat nişanlı avtomobillər var. Hazırda BMW 535I minik markalı **GB*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulması və borcun avtomobilə yönəldilməsi ilə bağlı qərardad qəbul edilməsi xahiş edilmişdir.
3. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2026-cı tarixli, *(*-**)-***/**** nömrəli qərardadı ilə təqdimat rədd edilmişdir.
Şikayətin dəlilləri, şikayətə etirazın dəlilləri və birinci instansiya məhkəməsinin şikayətə dair gəldiyi nəticə
4. Tələbkar Tələbkar ASC həmin qərardaddan şikayət verərək onun ləğv edilməsini və təqdimatın təmin edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir.
5. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə tərəfindən qeyd olunan qərardadın qəbul edilməsi tələbkarın hüquq və azadlıqlarının məhkəmə müdafiəsinə və işinə qərəzsiz baxılmasına maneə yaratmışdır, məhkəmə qərardadı qanuna və sübutlara əsaslanmamış, qanun normaları düzgün təfsir edilməmişdir. Bu nöqteyi nəzərdən, qeyd etmək lazımdır ki, məhkəmə qanunvericiliyin tələblərini nəzərə almamış, tələbkar bankın hüquqlarının pozulmasına səbəb olan qərardad qəbul etmişdir. Hər kəsin, o cümlədən də bankın məhkəmədə işinə qərəzsiz yanaşılması hüququ vardır. Əksi məhkəmə müdafiəsi hüququnun pozulması və hüquqdan sui-istifadə hallarının yaranması ilə nəticələnir. Belə ki, hazırkı təqdimat pulun tutulması ilə bağlı icra qeydinin (icra sənədinin) könüllü müddət ərzində icra edilməməsi ilə əlaqədar məcburi icra tədbiri olaraq icra məmuru tərəfindən məhkəməyə verilmişdir. Bu fakt, yəni sözügedən icra sənədinin icra edilməməsi aşkardır. Məhkəmə isə başqa bir icra sənədi üzrə tutmanının ipoteka premdetinə yönəldilməsini əsas gətirməklə, təqdimatın verilməsi üçün əsas olmuş icra sənədininin icrası üçün maneə yaratmış, həmin icra sənədi üzrə qanunvericlikdə təsbit edilmiş məcburi icra tədbirlərinin görülməsinin qarşısını almışdır. Hesab edir ki, məhkəmənin qərardadda qeyd olunan mövqeyi Konstitusiyon normanın pozulması ilə nəticələnmişdir. məhkəmə öz qərardadında icra sənədi üzrə öhdəliyin təmin edilməsi məqsədilə Icra haqqında qanunvericiliyin tələbinə uyğun məcburi icra tədbirlərinin tətbiq edilməsinin nəzərdə tutulduğunu, tələbkar bankın borclunun mövcud öhdəliklərini yerinə yetirməməsi səbəbindən notariat orqanına icra qeydlərinin verilməsi məqsədilə müraciət etdiyini, həm borcun tutulması, həmçinin də tutmanın ipoteka predmetinə yönəldilməsi ilə əlaqədar ayrıca icra qeydlərinin verilməsini qeyd etmişdir. Lakin Məhkəmə daha sonra bu mövqeyinə zidd olaraq tələbin yalnız borcluya məxsus öhdəliyinin təminatı olan Hyundai R***LC-9 Ekskavator markalı **BC*** dövlət qeydiyyat nişanlı texniki vasitə olan ipoteka predmetinə yönəldilməli olduğunu qeyd etmişdir. Eyni zamanda, məhkəmə BMW 535I minik markalı, **GB*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulması barədə tələbin güya icra sənədinə aidiyyəti olmadığı, tələbkarın icra üsulunun dəyişdirilməsinə dair müraciəti olmadığı və həmin əmlakın yalnız borclunun mülkiyyətində olma səbəbinin onun üzərinə həbsin qoyulması üçün yetərsiz olduğunu əsas gətirərək təqdimatı qanunsuz və əsassız olaraq rədd etmişdir. Beləliklə, məhkəmə icra məmurunun icraatında borclunun barəsində ayrı ayrılıqda iki icra qeydinin (ipotekaya tutma və pul tələbi) olduğunu qeyd etsə də, daha sonra öz mövqeyini yanlış əsaslandıraraq borcluya məxsus BMW 535I minik markalı, **GB*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbsin qoyulmasının sanki icra sənədinin icrasına aidiyyətinin olmadığını irəli sürmüşdür. Halbuki, qanunvericilik hər bir icra sənədi üzrə ayrıca icraatın aparılması və bu icraatın daxilində məcburi icra tədbirlərinin (əmlak üzərinə həbs, əmək haqqına və digər gəlirlərə yönəltmə və s.r) tədbiq edilməsi üçün heç bir məhdudiyyət qoymur. Eyni zamanda, qeyd edək ki, göstərilən hallarda tələbin yalnız ipotekaya yönəldilməli olduğunu və digər icra tədbirlərinin yolverilməzliyini ehtiva edən müddəalar qanunvericilikdə təsbit edilməmişdir. Göründüyü kimi məhkəmənin qərardadda qeyd olunan mövqeyi qeyd edilən maddi normalara ziddir və həmin maddi normaların pozulması ilə nəticələnmişdir. Məhkəmə nəzərə almamışdır ki, sözügedən təqdimat pulun tutulması ilə bağlı icra qeydi (icra sənədi) üzrə icraat zamanı icra məmuru tərəfindən məhkəməyə verilmişdir və hazırda həmin icra sənədi könüllü müddət ərzində icra edilməmişdir. Icra sənədi icra edilmədiyi təqdirdə isə məcburi icra təıdbirlərinin görülməsi birbaşa qanunvericiliyin tələbidir. Qanunvericliyin tələbləri içərisində tələbin yönəldilə biləcəyi borcluya məxsus əmlaklar sırasında minik avtomobili müəyyən edilmişdir. Lakin məhkəmə qanunvericliyin tələblərini obyektiv olmayan fərqli bir aspektdən qiymətləndirməklə sözügedən prosessual normaların tələblərini pozmuşdur.
6. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.
7. Şikayətə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 397.2-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılır.
8. Borclu şikayətə qarşı yazılı etiraz verərək bildirmişdir ki, şikayət əsassız olduğu üçün rədd edilməlidir. Işin müəyyən edilmiş halı ondan ibarətdir ki, onun tələbkara yalnız bir kredit müqaviləsi üzrə borcu var. Həmin kreditin təminatı kimi isə Hyundai R***LC-9 Ekskavator markalı **BC*** dövlət qeydiyyat nişanlı əmlak girov qoyulmuşdur. Buna görə də, icra qeydi yalnız bununa bağlı verilməli idi. Indiki halda isə, tələbkar eyni borcla bağlı qəsdən notariusa 2 dəfə icra qeydinin verilməsi ilə bağlı müraciət etmiş, həmin müraciətlərin birində girov göstərilməmiş, digərində isə göstərilmişdir. Indiki halda icra məmuru girov göstərilən icra vərəqəsinin icrası ilə məşğul olmur, qəsdən digər girov göstərilməyən icra vərəqəsi ilə bağlı onun barəsində icra tədbirləri görür. Bu isə onun hüquqlarının əsassız yerə məhdudlaşdırılmasıdır. Tələbkar şikayətdə 2 ayrı-ayrı icra qeydlərinin olduğunu qeyd etsə də, hər iki icra qeydinin bir təminatlı öhdəlik üzrə verildiyini qeyd etmir və bu yola məhkəməni çaşdırmağa çalışır. Binəqədi rayon məhkəməsi isə qərardadda düzgün olaraq göstərmişdir ki, tərəflər arasında kredit münasibətləri mövcuddur. Tərəflər artıq gələcəkdə borcun ödənilmədiyi halda öhdəliyin hansı qaydada təmin olunmasını müəyyənləşdirmiş, aralarında girov müqaviləsi də bağlamışlar. Tələbkar bank sonradan borclunun onun qarşısında mövcud öhdəliklərini yerinə yetirməməsi səbəbindən notariat orqanına icra qeydinin verilməsi məqsədilə müraciət etmiş, icra qeydi həm borcun tutulması, həmçinin də tutmanın ipoteka girov predmetinə yönəldilməsi ilə əlaqədar ayrıca icra qeydinin verilməsi üçün müraciət etmişdir. Hər iki icra qeydi icra məmurunun icraatında olsa da, girov predmetindən məlumatlı olsa da, icra məmuru sadəcə tələbkarın mülahizəsi və şəxsi istəyi əsasında rəsmi müqavilə və icra sənədlərindən kənar borclunun şəxsi istifadəsində olan və kredit öhdəliyi üzrə mövcud girov predmeti olan Hyundai R***LC-9 Ekskavator markalı **BC*** dövlət qeydiyyat nişanlı əmlak olduğu təqdirdə, icra sənədinə aidiyyəti olmayan, həmçinin tələbkarın icra üsulunun dəyişdirilməsinə dair müraciəti olmadan, yalnız borclunun mülkiyyətində olma səbəbindən BMW 535I minik markalı, **GB*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoymuş, borcu həmin əmlakın hesabına realizəsinə yönəldiləcək icra hərəkətlərini həyata keçirmişdir. Onu da bildirir ki, həqiqətən də icra məmuru bankın şəxsi mülahizəsi ilə bu cür qanunsuz təqdimatlar verir. Onu da əlavə edir ki, o, Bakı şəhəri ** saylı Notariat Kontorunun *i-**** nömrəli, ##.##.2025-ci il tarixli icra qeydinin ləğvi ilə bağlı Bakı şəhəri Xətai rayon məhkəməsinə müraciət etmişdir. Daha sonra icra işinin dayandırılması ilə bağlı Binəqədi rayon icra şöbəsinin icra məmuru Ruslan Məmmədova da müraciət etmişdir.
Tətbiq edilən hüquq
9. “Icra haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 26. Icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. Maddə 43.1.1. Məcburi icra tədbirlərindən biri də borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsidir. Maddə 45.1. Tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasında ibarətdir. Maddə 50.1. Icraata başlamaq haqqında qərar borcluya təqdim olunduğu gündən ən geci 1 ay müddətində, təxirəsalınmaz hallarda isə qərarın təqdim olunması ilə eyni vaxtda borclunun əmlakı üzərinə həbs qoyulur. Maddə 50.2. Icra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur.
10. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 398.0.1. Apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququna malikdir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
11. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2026-cı tarixli, *(*-**)-***/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
12. Işdən müəyyən olunur ki, Bakı şəhəri ** saylı Notariat Kontorunun *i-**** nömrəli, ##.##.2025-ci il tarixli icra sənədinə əsasən borclu Borclu 41.853,34 manat pul məbləğində tutularaq Tələbkar ASC-nin xeyrinə ödənilməlidir.
13. Işdən həmçinin görünür ki, ##.##.2025-ci il tarixli icra qeydinə əsasən Borclu və X3 Tələbkar ASC-nin xeyrinə cəmi 41.853,34 manat məbləğində pul tutulmalı və ipoteka predmeti olan Hyundai R***LC-9 Ekskavator markalı **BC*** dövlət qeydiyyat nişanlı əmlaka tutma yönəldilməlidir.
14. Göründüyü kimi, icra sənədi üzrə yaranmış öhdəliyin təminatı məqsədilə borcluya məxsus nəqliyyat vasitəsi girov qoyulmuş, tələbkar bank sonradan həm borcun tutulması, həm də tutmanın ipoteka girov predmetinə yönəldilməsi ilə əlaqədar ayrıca icra qeydinin verilməsi üçün notariat orqanına müraciət etmişdir.
15. Məhkəmə kollegiyası şikayətin dəlilləri ilə bağlı qeyd edir ki, icra qanunvericiliyinə əsasən icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur.
16. Göründüyü kimi, qanunvericilik icra məmurunun üzərinə əsaslandırılmış təqdimatla məhkəməyə müraciət etmək vəzifəsini qoyur. Lakin icra məmuru belə əsaslandırma aparmamış, təqdimatda girov predmetinin borcun təmin edilməsi üçün kifayət etmədiyi, onun realizəsinin mümkün olmadığı və ya borcun ödənilməsini təmin etməyəcəyi barədə konkret və mötəbər məlumatlar göstərilməmişdir. Belə məlumatlar mövcud olmadığı təqdirdə təqdimatın təmin edilməsi borclunun mülkiyyət hüququnu əsassız məhdudlaşdırmaqla onun üzərinə əlavə yükün qoyulması ilə nəticələnəcəkdir.
17. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qərara aldı:
Şikayət təmin edilməsin. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2026-cı tarixli, *(*-**)-***/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Hakimlər: a