Məhkəmə qərarları › İş №8(3-6)-321/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(3-6)-321/2026

27.07.2026 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 8(3-6)-321/2026 27.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Cəfərov Namiq Şamil oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(*-**)-***/**** saylı, ## #### 2026-cı il tarixli qərardadından borclu Ərizəni verən şəxs tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, m ü ə y y ə n e t di : Borclu Ərizəni verən şəxs Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icra məmuru Kəbirə Məmmədli tərəfindən qəbul edilmiş əmək haqqından 50 faiz miqdarında məbləğin tutulması barədə ##.##.2026-cı il tarixli qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayətdə göstərib ki, Bakı şəhəri ** saylı notariat ofisinin xüsusi notariusu X2 tərəfindən verilən reyestrdə 8İ-3921 nömrə ilə qeyd edilmiş ##.##.2024-cü il tarixli icra qeydinə əsasən iddiaçı ilə Tələbkar ASC arasında bağlanmış müqavilə üzrə müddət üçün vaxtında ödənilməmiş 21.516 manat, həmçinin 2.365,08 manat cərimə, tələbkar tərəfindən ödənilmiş 25 manat rüsum olmaqla, ümumilikdə 23.906,08 manat pul iddiaçıdan tutularaq Tələbkar ASC-yə ödənilməlidir. Kredit müqaviləsinin təminatı olaraq Tələbkar ASC, X1, Ərizəni verən şəxs və X3 arasında ##.##.2023-cü il tarixli, МК******/** nömrəli zaminlik müqaviləsi bağlanmışdır. Müvafiq icra qeydi Bakı şəhəri Xətai rayon icra Şöbəsinə göndərilmişdir. Bakı şəhəri Xətai rayon icra Şöbəsinin icra məmuru Kəbirə Məmmədli tərəfindən icra qeydinin icrasının həyata keçirilməsi məqsədi ilə əmək haqqının 50 faizi miqdarında məbləğin tutulması haqqında icra sənədi borclunun iş yerinə göndərilmiş və hazırda icra edilməkdədir. Borclu icra məmuru tərəfindən əmək haqqına tutmanın yönəldilməsinə dair qərardan iş yerindən ona verilmiş məlumat əsasında öyrəndikdən sonra ##.##.2026-cı il tarixdə icra şöbəsinə yaxınlaşaraq qərarı əldə etmişdir. Mülkiyyətində olan əmlaka həbs qoyulsa da, icra məmuru qanunsuz olaraq onun əmək haqqına tutmanı yönəltmişdir. İcra məmurunun hərəkətlərinin məhkəmə qaydasında qanunsuz hesab edilməsinə dair tərəfindən məhkəməyə müvafiq ərizə ilə müraciət edilməsi zərurəti yaranmışdır. Əmək haqqının 50 faizi miqdarında pul vəsaitinin tutulması olduqca ədalətsiz və borclunun yaşayış imkanlarını məhdudlaşdıran bir qərar kimi dəyərləndirilməlidir. Əsas borclu və digər zamindən tutulmalar aparılmadığı halda yalnız onun maaşına yönəldilməsi ədalət prinsipinə uyğun deyildir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(*-**)-***/**** saylı, ## #### 2026-cı il tarixli qərardadı ilə (hakim Vüqar Nağıyev) borclu Ərizəni verən şəxs tərəfindən verilmiş borclunun əmək haqqından 50 faiz miqdarında məbləğin tutulması barədə Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icra məmurunun ##.##.2026-cı il tarixli qərarının ləğv edilməsi barədə şikayətinin təmin edilməməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsi qənaətində göstərir ki, icra sənədinin icra olunmasının təmin edilməsinə yönəlmiş fəaliyyət - icra məmuru tərəfindən qəbul edilən qərarlar və edilən hərəkətlərdən ibarətdir, həmin fəaliyyətin, yəni icra məmurunun hərəkətlərinin (hərəkətsizliyinin) qanuniliyinin və əsaslılığının qiymətləndirilməsi icra sənədinin icrasının təmin edilməsi baxımından zəruri olub-olmaması meyarı üzrə yoxlanılır. Hazırkı iş üzrə müəyyən olunmuş hallardan göründüyü kimi şikayətçi, borclu olduğu icra sənədi üzrə tutulmanın əmək haqqının 50 faizi həcmində aparılmasından narazıdır. Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icra məmurunun ##.##.2026-cı il tarixli qərarından borclu tərəfindən şikayət vaxtında verildiyi üçün həmin şikayətə baxılması mümkün hesab olunmuşdur. Şikayətin mahiyyəti ilə bağlı qeyd edilməlidir ki, Bakı şəhəri ** saylı Notariat Kontorunun 8İ-3921 nömrəli, ##.##.2024-cü il tarixli icra sənədinin icrası üzrə Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icra məmuru tərəfindən qəbul olunmuş qərarlar və aparılmış icra hərəkətləri icra haqqında qanunvericiliyin tələbləri çərçivəsində həyata keçirilmiş, tələbin könüllü icrası üçün müyyən edilmiş müddət ərizində borclular tərəfindən icra sənədində qeyd olunmuş məbləğ ödənilmədiyindən, məcburi icra tədibiri kimi icra sənədi üzrə tutulmalı olan məbləğ düzgün olaraq borclu Ərizəni verən şəxs əmək haqqına yönəldilmişdir. Həmçinin qeyd olunmalıdır ki, qanunvericilik borclunun gəlirlərinin 50 faizi qədərinə tutma yönəldilməsinə icazə verdiyindən, borclunun əmək haqqına başqa icra sənədi üzrə tutuma yönəldilməsi aşkar edilmədiyindən, habelə Ərizəni verən şəxs digər borclularla birlikdə müştərək qaydada məsuliyyət daşıdığından, icra məmuru borclu Ərizəni verən şəxs əmək haqqının 50 faizi həcmində tutma yönəltməyə haqlı olmuşdur. Bu səbəbdən, borclunun əmək haqqından 50 faiz miqdarında məbləğin tutulması barədə icra məmurunun ##.##.2026-cı il tarixli qərarının qanunsuz olması məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. Borclu Ərizəni verən şəxs həmin qərardaddan verdiyi şikayətdə qərardadın ləğv edilib şikayətin təmin edilməsini xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(*-**)-***/**** saylı, ## #### 2026-cı il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün iş materialları ilə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə şikayəti təmin etməmə barədə mövqeyini bununla əsaslandırmışdır ki, “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən icra məmurunun hərəkətlərindən verilmiş şikayətə baxılarkən həmin qərarın qanunauyğunluğu, səlahiyyət çərçivəsində qəbul edilməsi və icra sənədinin icrasına xidmət edib-etməməsi yoxlanılmalıdır. Hazırkı iş üzrə müəyyən olunmuş hallardan göründüyü kimi şikayətçi, borclu olduğu icra sənədi üzrə tutulmanın əmək haqqının 50 faizi həcmində aparılmasından narazıdır. Şikayətin dəlilləri ilə bağlı qeyd edilməlidir ki, Bakı şəhəri ** saylı Notariat Kontorunun 8İ- 3921 nömrəli, ##.##.2024-cü il tarixli icra sənədinin icrası üzrə Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icra məmuru tərəfindən qəbul olunmuş qərarlar və aparılmış icra hərəkətləri icra haqqında qanunvericiliyin tələbləri çərçivəsində həyata keçirilmiş, tələbin könüllü icrası üçün müyyən edilmiş müddət ərizində borclular tərəfindən icra sənədində qeyd olunmuş məbləğ ödənilmədiyindən, məcburi icra tədibiri kimi icra sənədi üzrə tutulmalı olan məbləğ düzgün olaraq borclu Ərizəni verən şəxs əmək haqqına yönəldilmişdir. Qanunvericilik borclunun gəlirlərinin 50 faizi qədərinə tutma yönəldilməsinə icazə verdiyindən, borclunun əmək haqqına başqa icra sənədi üzrə tutma yönəldilməsi aşkar edilmədiyindən, habelə Ərizəni verən şəxs digər borclularla birlikdə müştərək qaydada məsuliyyət daşıdığından, icra məmuru borclu Ərizəni verən şəxs əmək haqqına 50 faizi həcmində tutma yönəltməyə haqlı olmuşdur. Bununla yanaşı məhkəmə xüsusilə vurğulayır ki, borclu barəsində başqa məcburi icra tədirlərinin görülməsi, yəni onun əmlakının üzərinə həbs qoyulması, hətta həmin əmlaka tutma yönəldilməsi, icra sənədi tam icra olunmayana qədər icra məmurunun əmək haqqına tutma yönəldilməsi barədə məcburi icra hərəkətləri görməsini istisna etmir. Bu səbəbdən, borclunun əmək haqqından 50 faiz miqdarında məbləğin tutulması barədə icra məmurunun ##.##.2026-cı il tarixli qərarının qanunsuz olması məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılacağı barədə məhkəmə bildirişi göndərilmiş və onlarda olan bütün sübutların, eləcə də şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmiş, lakin işdə iştirak edən şəxslər tərəfindən sübut, etiraz və ya izahat məhkəməyə təqdim edilməmişdir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Mülki Prosessual Məcəllənin 15.2-ci maddəsinə əsasən, məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən, məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. “İcra haqqında” Azərbaycan Respublikasının Qanunun 43.1.2-ci maddəsinə əsasən, tələbin borclunun əmək haqqına, pensiyasına, təqaüdünə və sair gəlirlərinə yönəldilməsi məcburi icra tədbirlərinə aiddir. Həmin Qanunun 44.1.1-ci maddəsinə əsasən, bu Qanunla müəyyən edilmiş qaydada tərtib olunmuş icra sənədinin icra məmuruna təqdim olunması məcburi icra tədbirlərinin tətbiqinin əsaslarındandır. Həmin Qanunun 63.1-ci maddəsinə əsasən, tələbin borclunun əmək haqqına və digər gəlirlərinə yönəldilməsinə aşağıdakı hallarda yol verilir: 63.1.1. vaxtaşırı ödəmələrin tutulması haqqında icra sənədləri icra edildikdə; 63.1.2. icra sənədində göstərilən tələb üzrə tutulmalı olan məbləğin həcmi bu Qanunun 65-ci maddəsində müəyyən edilmiş miqdardan artıq olmadıqda; 63.1.3. tələbin tam ödənilməsi üçün borclunun əmlakı olmadıqda və ya onun əmlakı kifayət etmədikdə. Həmin Qanunun 64-cü maddəsinə əsasən, borclunun əmək haqqından və digər gəlirlərindən tutulan məbləğin (tutmanın) miqdarı vergilər tutulduqdan sonra qalan məbləğdən hesablanır. Həmin Qanunun 65.1-ci maddəsinə əsasən, icra sənədi icra edilərkən borclunun əmək haqqından və ona bərabər sayılan digər gəlirlərindən tutmaların məbləği 50 faizdən çox ola bilməz. Həmin Qanunun 65.2-ci maddəsinə əsasən, tələb, bir neçə icra sənədi üzrə borclunun əmək haqqına və ona bərabər sayılan digər gəlirlərinə yönəldildikdə, qazancın 50 faizi borcluda qalmalıdır. Həmin Qanunun 65.3-cü maddəsinə əsasən, alimentlərin tutulması, sağlamlığa vurulmuş ziyanın ödənilməsi, ailəni dolandıranın itkisi nəticəsində zərər çəkmiş şəxslərə vurulmuş ziyanın ödənilməsi və cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsi zamanı bu Qanunun 65.1-ci və 65.2-ci maddələri ilə müəyyən edilmiş məhdudiyyətlər tətbiq edilmir. Belə hallarda əmək haqqından və ona bərabər sayılan digər gəlirlərdən tutmaların məbləği 70 faizdən çox ola bilməz. Həmin Qanunun 65.4-cü maddəsinə əsasən, tələbin borclunun təqaüdünə, pensiyasına, müəlliflik və əlaqəli hüquqlardan istifadəyə görə müəlliflik mükafatlarına yönəldildiyi hallarda da bu Qanunun 65-ci maddəsi ilə müəyyən edilmiş qaydalar tətbiq edilir. Həmin Qanunun 87-ci maddəsinə əsasən, icra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən tələbkar və ya borclu icra məmurunun olduğu yer üzrə inzibati məhkəməyə şikayət verə bilər. Bu Qanunun digər maddələrində başqa müddət müəyyən edilməyibsə, icra məmurunun hərəkətlərindən şikayət müvafiq hərəkətin edildiyi vaxtdan 10 gün müddətində verilir. Həmin Qanunun 87.3-cü maddəsinə əsasən, icra hərəkətinin yerinə yetirilməsi vaxtı və yeri haqqında xəbərdar edilməmiş şəxslər üçün bu Qanunun 87.1-ci maddəsində maddələrində nəzərdə tutulmuş müddətin axımı həmin şəxslərin müvafiq hərəkət barəsində məlumat aldıqları gündən başlayır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair Konstitusiya Məhkəməsinin Plenumunun # ######## 2015- ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, məhkəmə müdafiəsi hüququ bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə ağlabatan müddətdə baxmaq və ədalətli qərar qəbul edərək, onların vaxtında icra edilməsinə nəzarət etmək vəzifəsini müəyyən edir. “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 20-ci maddəsinin şərh edilməsinə dair ## ####### 2017-ci il tarixli qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, “İcra icraatının gedişində icra qurumu tərəfindən həyata keçirilən fəaliyyət şərti olaraq iki hissəyə ayrıla bilər: 1) icra sənədinin icra olunmasının təmin edilməsinə yönəlmiş fəaliyyət - bu zaman icra məmuru tərəfindən qəbul edilən qərarların və edilən hərəkətlərin qanuniliyinin və əsaslılığının qiymətləndirilməsi həmin fəaliyyətin icra sənədinin icrasının təmin edilməsi baxımından zəruri olub-olmaması meyarı üzrə aparılır. 2) icra sənədinin icrasının təmin edilməsi zamanı icra orqanı tərəfindən qanunsuz hərəkətlərə yol verilməklə ziyan vurulmasına gətirib çıxarmış hüquqazidd fəaliyyət - bu zaman isə icra sənədinin icrasının təmin edilməsindən kənara çıxan hərəkətlərin qanuniliyi yoxlanılır. “İcra haqqında” Qanunun 87.1-ci maddəsi birinci hal üzrə icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən verilən şikayətlərə dair məsələni tənzimləyir. Həmin halla bağlı aydınlaşdırılmalı məsələ isə ondan ibarətdir ki, icra sənədinin icra olunması ilə bağlı icra məmurunun qərarından, hərəkətlərindən (hərəkətsizliyindən) irəli gələn mübahisələrə məhkəmələrdə necə baxılmalıdır. Məhkəmə tərkibi hesab edir ki, şikayətdə göstərilən dəlillər qərardadın ləğv edilməsi üçün əsas ola bilməz. Çünki şikayətdə göstərilən dəlillər formal xarakter daşımaqla yanaşı qanunun konkret hansı tələblərinin pozulduğu da göstərilməyib. Mülki Prosessual Məcəlləsinin 398.0 və 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Şərh olunanlara əsasən apellyasiya instansiyası məhkəməsi hesab edir ki, şikayətlər təmin edilməməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(*-**)-***/**** saylı, ## #### 2026cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400-402-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə r a ra a l d ı: Şikayət təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(*-**)-***/**** saylı, ## #### 2026-cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar