Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 8(3-6)-325/2026 21.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakim Şirinov Ikram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Kazımov Elşən Cələddin oğlu və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, Yasamal Rayon Məhkəməsinin *(*-***)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadından tələbkar Tələbkar tərəfindən verilmiş şikayətə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraata qaydasında baxaraq, m ü ə y y ə n e t d i:
1. X2 X1 “alimentin 50% hissəsinin bank hesabına köçürülməsi" barədə ərizə ilə məhkəməyə müraciət edərək, Yasamal Rayon Məhkəməsinin *(***)-***/**** nömrəli, ##.##.2023-cü il tarixli qətnaməsinin icra qaydası kimi ##.##.2015-ci il təvəllüdlü X6 və ##.##.2019-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün X2 X1 tutulmalı olan aylıq alimentin 50 faizinin həmin uşaqların adına açılmış bank hesablarına köçürülməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir.
2. Ərizə onunla əsaslandırılmışdır ki, borclunun cavabdeh olduğu Yasamal Rayon Məhkəməsinin icraatında olmuş mülki iş üzrə *(***)-***/**** nömrəli ##.##.2023-cü il tarixli qətnamə qəbul etmişdir. Həmin qətnamə üzrə iddiaçı Tələbkar iddia tələbi tam təmin edilmişdir. Tələbkar ilə Ərizəni verən şəxs arasında ##.##.2015-ci il tarixdə Bakı şəhəri Yasamal rayon qeydiyyat şöbəsində *** nömrəli akt qeydi ilə bağlanmış nikah pozulmuş, ##.##.2015-ci il təvəllüdlü X6 və ##.##.2019-cu il təvəllüdlü X3 anaları Tələbkar yanında saxlanılmış, ##.##.2015- ci il təvəllüdlü X6 və ##.##.2019cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün cavabdeh (borclu) Ərizəni verən şəxs hər ay qazancının (başqa gəlirlərinin) 1/3 (üçdə bir) hissəsi miqdarında aliment tutularaq iddiaçı Tələbkar ödənilməsi qət edilmişdir. Alimentin tutulma vaxtı ## ### 2023-cü il tarixdən hesablanmış, qətnamə alimentin tutulması hissəsində dərhal icra edilməsi üçün yönləndirilmişdir. Borclu hazırda "xxxx" şirkətinin nümayəndəliyində Əməliyyatlar üzrə Texniki Xidmət Meneceri vəzifəsində çalışır və yüksək əmək haqqı əldə edir. Onun əmək haqqı "Azərbaycan Respublikasında 2026-cı il üçün yaşayış minimumu haqqında" Qanuna əsasən müəyyən edilmiş əmək qabiliyyətli əhali üçün 317 manatlıq yaşayış minimumundan təxminən 32 dəfə artıqdır. Bu səbəbdən, hazırkı vəziyyətdə hər ay orta hesabla 3912 manat məbləğində aliment tutulur (arayış qoşmaya əlavə edilir). Qeyd edilməlidir ki, tərəflərin nikahından doğulmuş azyaşlı uşaqların faktiki sosial-məişət vəziyyəti və gündəlik ehtiyacları nəzərə alındıqda aşağıdakı hallar müəyyən edilir: Uşaqlar dövlət təhsil müəssisəsində təhsil aldıqlarından onların təhsili ilə bağlı əsas xərclər (təhsil haqqı və sair) dövlət tərəfindən qarşılanır və bu istiqamətdə əlavə maliyyə yükü mövcud deyildir; Uşaqların səhhəti qənaətbəxşdir, onların hər hansı xroniki və ya uzunmüddətli müalicə tələb edən xəstəlikləri mövcud deyil, bu səbəbdən mütəmadi tibbi xərclərin yaranması halları müşahidə olunmur; Uşaqların yaşadığı yaşayış sahəsi üzrə kirayə ödənişləri həyata keçirilmir, yəni onların yaşayış təminatı əlavə maliyyə öhdəliyi yaratmır; Uşaqların gündəlik ehtiyacları (qida, geyim, məktəb ləvazimatları və s.) adi və orta səviyyəli xərclərlə məhdudlaşır, yüksək maliyyə tələb edən hallar mövcud deyil. Bununla yanaşı, "Azərbaycan Respublikasında 2026-cı il üçün yaşayış minimumu haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən uşaqlar üçün yaşayış minimumu 260 manat məbləğində müəyyən edilmişdir. Bu isə onu göstərir ki, qanunverici tərəfindən müəyyən edilən minimal təminat səviyyəsi mövcud aliment məbləği ilə müqayisədə xeyli aşağıdır. Beləliklə, uşaqların real ehtiyacları ilə hazırda borcludan tutulmaqda olan yüksək məbləğli aliment arasında aşkar uyğunsuzluq mövcuddur ki, bu da aliment vəsaitlərinin təyinatı üzrə və proporsional şəkildə istifadə edilməməsi ehtimalını daha da gücləndirir. Mövcud vəziyyət göstərir ki, borcludan tutulmuş yüksək məbləğdə alimentin əhəmiyyətli hissəsi uşaqların ehtiyaclarına sərf edilmir. Aliment vəsaitləri əsasən tələbkarın şəxsi və uşaqlarla bağlı olmayan xərclərinə yönəldilir. Qeyd edir ki, tərəflər arasında nikaha xitam verildikdən və tələbkarın aliment hüququ yarandıqdan sonra, tələbkar tərəfindən formal olaraq öz bacısı X12 adına rəsmiləşdirilməklə "Hyundai i20" markalı, ** NJ *** dövlət qeydiyyat nişanlı avtomobil lizinq yolu ilə əldə edilmişdir. Lakin faktiki vəziyyət onu göstərir ki, qeyd olunan avtomobil üzərində istifadə və sərəncam hüququ lizinq müqaviləsində tərəf qismində çıxış edən şəxsə deyil, məhz tələbkara məxsus olmuşdur. Belə ki, avtomobilə dair yol vərəqələri və digər istifadə sənədləri birbaşa tələbkarın adına verilmiş və avtomobildən gündəlik istifadə edən şəxs də məhz tələbkar olmuşdur. Eyni zamanda, lizinq öhdəliyi tam şəkildə yerinə yetirildikdən sonra, yəni ##.##.2025-ci il tarixdən etibarən, avtomobilin faktiki idarə olunması və istifadəsi tələbkar tərəfindən davam etdirilmiş, bu məqsədlə mülkiyyətçi tərəfindən verilmiş etibarnamə əsasında tələbkar avtomobili bu günə qədər fasiləsiz olaraq idarə etmişdir. Göstərilən hallar onu deməyə əsas verir ki, avtomobil formal olaraq üçüncü şəxsin adına rəsmiləşdirilsə də, faktiki olaraq tələbkarın istifadəsindədir və onun maddi vəziyyəti, o cümlədən əlavə xərclər və maliyyə imkanları barədə obyektiv təsəvvür yaradan mühüm göstəricilərdən biridir. Bundan əlavə, tələbkarın sosial-iqtisadi vəziyyəti və gəlir mənbələri ilə bağlı aşağıdakı hallar müəyyən edilmişdir: Tələbkar hər hansı əmək fəaliyyəti ilə məşğul olmur, yəni rəsmi və ya qeyri-rəsmi əmək münasibətlərində iştirak etmir, O, müvafiq dövlət orqanlarında (məşğulluq xidmətlərində) işsiz və ya işaxtaran şəxs kimi qeydiyyatdan keçməmiş, əmək bazarına çıxış əldə etmək üçün hər hansı təşəbbüs göstərməmişdir; Tələbkarın hər hansı hüquqi şəxsdə təsisçilik, iştirak payı və ya sahibkarlıq fəaliyyəti mövcud deyil; Onun adına rəsmiləşdirilmiş hər hansı rəsmi gəlir mənbəyi, o cümlədən əmək haqqı, sahibkarlıq gəliri və ya digər qanuni gəlir növləri qeydə alınmamışdır. Eyni zamanda, mövcud məlumatlar tələbkarın faktiki xərclərinin onun rəsmi gəlir imkanları ilə uyğunluq təşkil etmədiyini göstərir. Bu hallar bir daha onu təsdiq edir ki, tələbkarın rəsmi gəlir mənbəyi olmadığı halda müəyyən səviyyədə maliyyə xərcləri həyata keçirməsi, o cümlədən avtomobil istifadəsi kimi əlavə xərcləri qarşılaması aliment vəsaitlərinin təyinatı üzrə deyil, fərqli istiqamətlərdə istifadə olunması ehtimalını artırır. Beləliklə, göstərilən xüsusatlar aliment vəsaitlərinin uşaqların saxlanılması, tərbiyəsi və inkişafı məqsədlərinə uyğun şəkildə xərclənmədiyini ehtimal etməyə əsas verir və bu səbəbdən alimentin bir hissəsinin birbaşa uşaqların adına açılmış bank hesablarına yönəldilməsi zərurətini daha da aktuallaşdırır.
3. Yasamal Rayon Məhkəməsinin *(*-***)-***/**** saylı, ##.##.2026-cı il tarixli qərardadı ilə ərizə qismən təmin edilərək, ##.##.2015-ci il təvəllüdlü X6 və ##.##.2019-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün Ərizəni verən şəxs hər ay qazancının (başqa gəlirinin) üçdə bir hissəsi miqdarında tutulan alimentin 30 faiz məbləği X6 və X3 adlarına açılmış bank hesabına köçürülməsi, ərizənin qalan hissədə təmin edilməməsi qərara alınmışdır.
4. Borclu qərardadla razılaşmış, onu mübahisələndirməmiş, tələbkar qərardaddan şikayət verərək, qərardadın ləğv edilməsi və ərizənin təmin edilməməsini xahiş etmişdir.
5. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə zamanı borclu Teymur Ələsgərovun əmək haqqını 9837 manat təşkil etdiyi müəyyən edilmişdir. Buna uyğun olaraq borclunun əmək haqqının 1/3 hissəsi 3279 manatdır. Borclu tərəfindən ödənilən aliment ödənişləri uşaqların adət etdiyi həyat səviyyəsi ilə bağlı xərcləri ödəyir. Məhkəmə aliment ödənişlərinin bir hissəsinin, yəni 1000 manatın ipotekanı ödəmək üçün istifadə edildiyini nəzərə almalı idi. Lakin məhkəmə iclasında müəyyən edilmiş bu halı nəzərə almamışdır və bu hala heç qiymət də verməmişdir. Nəticədə əsassız olaraq, ödənilən alimentin 30% faizini uşaqların adına açılmış bank hesabına keçirilməsinə qərara almışdır. Məhkəmə qərardad qəbul edərkən qərəzlilik, birtərəflilik və qanunsuzluq gostərmişdir. Belə ki, rayon məhkəməsi yalnız borclunun dəlillərini nəzərə almışdır. Lakin tələbkar tərəfindən təqdim edilən bütün arqumentlər nəzərə alınmamışdır. Hesab edir ki, rayon məhkəməsi tam əsassız olaraq borclunun alimentin 50 %-in uşaqların açılmış hesabına köçürülməsi barədə ərizəsini qismən təmin etmişdir. Iş üzrə müəyyən olunmuşdur ki, boşanmadan sonra iki yetkinlik yaşına çatmayan uşaq anaları ilə yaşamağa davam etmişdir. Boşanmadan əvvəl uşaqlar komfortlu üç otaqlı mənzildə yaşayırdılar və onların oyun və ev tapşırıqları üçün ayrıca uşaq otağı var idi. Rayon məhkəməsi borclunun yüksək əmək haqqını nəzərə almamışdır. Rayon məhkəməsi həmçinin borclunun qazancından alınan aliment ödənişlərinin üçdə birinin uşaqlar üçün zəruri xərcləri ödəmək üçün kifayət etdiyini də qəbul etməmişdir. Uşaqlar üçün mənzil almaq ehtiyacı nəzərə alınmaqla borclunun ödədiyi aylıq aliment məbləği bütün zəruri xərcləri ödəyir. Aliment ödənişlərinin bir hissəsi yetkinlik yaşına çatmayan uşaqların bank hesabına köçürülərsə, uşaqlar tezliklə yaxşı yaşayış şəraiti olan mənzildə yaşamaq imkanından məhrum olacaqlar. Rayon məhkəməsi məhkəmə iclaslarında müəyyən edilmiş bu halları nəzərə almamış, həmin hallara heç qiymət də verməmişdir.
6. Rayon məhkəməsinin eyni saylı, ##.##.2026-cı il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.
7. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, hazırkı şikayətə yazılı icraat qaydasında baxılır.
8. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilirMəhkəmə kollegiyası mülki işin materiallarını nəzərdən keçirib, şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, rayon məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
9. Məhkəmə kollegiyası (bundan sonra – Məhkəmə) iş materiallarını nəzərdən keçirib, şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır.
10. Belə ki, Yasamal Rayon Məhkəməsinin *(***)-***/**** nömrəli, ##.##.2023-cü il tarixli qətnaməsi ilə iddia təmin edilərək, Tələbkar ilə Ərizəni verən şəxs arasında ##.##.2015-ci il tarixdə Bakı şəhəri Yasamal rayon qeydiyyat şöbəsində *** nömrəli akt qeydi ilə bağlanmış nikahın pozulması, ##.##.2015-ci il təvəllüdlü X6 və ##.##.2019-cu il təvəllüdlü X3 anaları Tələbkar yanında saxlanılması, ##.##.2015-ci il təvəllüdlü X6 və ##.##.2019-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün cavabdeh Ərizəni verən şəxs hər ay qazancının (başqa gəlirlərinin) 1/3 (üçdə bir) hissəsi miqdarında alimentin tutularaq iddiaçı Tələbkar ödənilməsi, alimentin tutulma vaxtının ## ### 2023-cü il tarixdən hesablanması qət edilmişdir.
11. “Azemis” Elektron Məhkəmə Informasiya Sistemindən əldə edilmiş məlumatdan görünür ki, Ərizəni verən şəxs “xxxx” Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyində mühəndis vəzifəsində çalışır, əmək haqqısı 9837 manat təşkil edir.
12. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin 2-ci hissəsinə görə uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir.
13. «Icra Haqqında» Qanunun 15-ci maddəsinə əsasən tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası yaxud icra sənədinin icrası üsulunun və qaydasının dəyişdirilməsi haqqında işə baxmış məhkəməyə müraciət edə bilərlər. Borclunun əmlak vəziyyətini və digər halları nəzərə alaraq, məhkəmə həmin müraciətlərə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsi ilə müəyyən edilmiş qaydada baxır.
14. Mülki Prosessual Məcəllənin 231.1-ci maddəsinə əsasən işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır.
15. Həmin Məcəllənin 234.1-ci maddəsinə əsasən bu Məcəllənin 234.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir.
16. Ailə Məcəlləsinin 55.3-cü maddəsinə əsasən məhkəmə uşağa görə aliment ödəyən valideynin tələbi ilə alimentin 50 faizdən çox olmayan məbləğini yetkinlik yaşına çatmayan uşağın adına açılmış bank hesabına köçürmək barədə qərar çıxara bilər.
17. Ailə Məcəlləsinin 60.3, 75.1, 75.2 və 75.4-cü maddələrinə müvafiq olaraq uşaqların tərbiyə və təhsilinə aid olan bütün məsələlər uşaqların hüquq və mənafeləri, onların rəyi nəzərə alınmaqla, valideynlərin qarşılıqlı razılığı əsasında həll olunur. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur.
18. “Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən 2025-ci il üçün yaşayış minimumu uşaqlar üçün 246 manat məbləğində müəyyən edilmişdir.
19. Qanunvericiliyin sadalanan normalarının mənasına görə aliment institutunun təyinatı ilk növbədə uşaqların mənafelərinin təmin edilməsindən, uşaqların saxlanmasında könüllü iştirak etməyən valideynlərin onların saxlanmasına məcburi cəlb olunmasından ibarətdir. Ailə qanunvericiliyi alimentin tutulması zamanı tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq olan digər halları nəzərə alır, lakin bu zaman həlledici amil kimi uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyənləşdirir. Bununla yanaşı, hər il ölkə üzrə bir uşağın saxlanması üçün tələb olunan yaşayış minimumu müəyyən edilir və həmin məbləğ qanunla tənzimlənir.
20. Qanunvericilikdə qətnamədə nəzərdə tutulmuş onun icra üsulunun və qaydasının ərizəçinin hüquqlarını və qanuni mənafeyini təmin edən digər icra üsulu və qaydası ilə əvəz edilməsi mümkünlüyü nəzərdə tutulur. Qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsinin zəruriliyi qətnamənin icrası prosesində baş verən hallardan asılıdır. Belə bir zərurət, bir qayda olaraq o halda yaranır ki, tərəflərin mövcud əmlak vəziyyəti və digər hallar qətnaməni icra etməyə imkan verməsin və qətnamənin icrasının əvvəl müəyyən edilmiş üsul və qaydasının onun icrasına kömək edə bilmədiyi təsdiq edilsin.
21. Rayon məhkəməsində məhkəmə gedişatında uşaqlardan ##.##.2015-ci il təvəllüdlü X6 ödənişsiz dövlət məktəbində ibtidai sinifdə təhsil alması, ##.##.2019-cu il təvəllüdlü X3 yeni tədris ilində eyni məktəbdə ibtidai sinifdə təhsil alacağı, uşaqların səhhətində hər hansı bir problemin olmadığı, son illər ölkə xaricinə çıxmadıqları müəyyən olunmuşdur. Uşaqların hansısa dərnəklərə getməsi ilə bağlı hər hansı bir məlumat tələbkar tərəfindən məhkəməyə təqdim edilməmişdir. Rayon məhkəməsi belə qənaətə gəlmişdir ki, borclunun uşaqlarının yetkinlik yaşına çatanadək saxlanması üçün ödədiyi alimentin miqdarı uşaqların saxlanması üçün tələb olunan məbləğdən artıq olduğundan həmin məbləğin 30 faiz hissəsinin uşaqların adına açılmış bank hesabına köçürülməsi həmin uşaqların mənafeyi naminə daha məqsədəmüvafiqdir. Belə ki, borclunun aylıq qazancının və (və ya) başqa gəlirlərinin 1/3 hissəsi 3279 manatdır. Alimentin 70 faiz hissəsi 2295,30 manat təşkil edir ki, həmin miqdarda aliment 2 uşağın saxlanması və hərtərəfli ehtiyaclarının ödənilməsi üçün kifayət edir. Rayon məhkəməsi qeyd etmişdir ki, uşağı saxlamaq hər iki valideynin borcudur. Bu səbəbdən və uşaqların əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanılmasını əsas tutularaq rayon məhkəməsi hesab etmişdir ki, ərizə qismən təmin olunmalı, borclunun hər ay ödədiyi alimentin 30 faiz hissəsi uşaqların adına açılmış bank hesabına köçürülməlidir.
22. Məhkəmə rayon məhkəməsinin mövqeyi ilə razılaşaraq və tələbkarın şikayətinin dəlillərini əsassız hesab edərək qeyd edir ki, məhkəmə qətnaməsinin icra üsulunun dəyişdirilməsi yetkinlik yaşına çatmayan uşaqların mövcud təminat səviyyəsini aşağı salmamaqla və qorumaqla yanaşı, onların həm indiki, həm də daha çox vəsaitin tələb edilməsi gözlənilən gələcək - yetkinlik yaşına çatdığı gənclik dövrləri üçün həyat şəraitinin, əsasən də təhsil və fərdi inkişaflarının digər sahələrinin etibarlı planlaşdırılmasına və təminatına xidmət edəcəkdir. Uşaqlarının üstün maraqları da məhz bunu tələb edir.
23. Beləliklə, Məhkəmə qeyd edir ki, tələbkarın şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli, qərardad qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalıdır.
24. Mülki Prosessual Məcəllənin 398-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: 398.0.1. məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək; 398.0.2. qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək; 398.0.3. qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək.
25. «Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinə dəyişikliklər edilməsi haqqında» (2021-ci il # ####### tarixdən qüvvəyə minmiş) ## #### 2021-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən Məcəllənin 402-ci maddəsinə əsasən Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apellyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi, bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında qərardadlarından kassasiya şikayəti verilə bilər.
26. Qeyd olunanlardan müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır.
27. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
q ə r a r a a l d ı:
Tələbkar Tələbkar tərəfindən verilmiş şikayət təmin edilməsin. Yasamal Rayon Məhkəməsinin *(*-***)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadı onun şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir, prosessual qanunvericilikdə hazırkı qərardaddan şikayət verilməsi nəzərdə tutulmamışdır.