Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 8(3-6)-327/2026 21.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Tələbkar Tələbkar 1 Tələbkar 2 tərəfindən verilmiş ödənilməli pul məbləğinin indeksasiya olunması barədə ərizəyə dair iş üzrə Açar sözlər: indeksasiya Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X5 (sədrlik edən və məruzəçi), X1 və X2 ibarət tərkibdə, tələbkar Tələbkar 1 Tələbkar 2 tərəfindən verilmiş ödənilməli pul məbləğinin indeksasiya olunması barədə ərizəyə dair iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərardadından tələbkar Tələbkar 1 Tələbkar 2 tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. Işin halları
1. Tələbkar Tələbkar 1 Tələbkar 2 (bundan sonra – ASC) ödənilməli pul məbləğinin indeksasiya olunması tələbinə dair ərizə, daha sonra ərizəyə əlavə ilə məhkəməyə müraciət edərək, Bakı Apellyasiya Məhkəməsinin 2(103)- ***/**** saylı, ##.##.2021-ci il tarixli qətnaməsi ilə ödənilməmiş 444575,96 manat və 186135,14 ABŞ dolları pul məbləğinin 2021-ci ilin dekabr ayından 2026-cı ilin fevral ayınadək 31,7% artımı (444575,96x31,7:100 = 140930,58 manat; 186135,14x31,7:100 = 59004,84 ABŞ dolları) nəzərə alınmaqla indeksləşdirilərək 585506,54 manat və 245139,98 ABŞ dolları məbləğində müəyyən edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir.
2. Məhkəmə iclasında tələbkar Tələbkar 1 ASC-nin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Nümayəndə ərizəyə uyğun izahat verərək bildirdi ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2019-cu il tarixli qətnaməsi ilə ## #### 2012-ci il tarixli, ****-F-B saylı kredit müqaviləsi üzrə cavabdeh “xxxx” MMC-dən 138975 manat əsas borc, 18000,67 manat faiz borcu, 100 manat cərimə olmaqla, cəmi 157075,67 manat məbləğində pulun tutularaq iddiaçı Tələbkar 1 ASC-nin xeyrinə ödənilməsi, tutmanın cavabdeh borclu3 mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Badamdar yolunda yerləşən 0,114 ha torpaq sahəsindəki 2 mərtəbəli, *** saylı fərdi yaşayış evinə (ipoteka predmetinin ilkin satış qiyməti 770000 manat olmaqla) yönəldilməsi, tutmanın cavabdeh X3 mülkiyyətindən olan Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 2.15148 ha torpaq sahəsinə (ipoteka predmetinin ilkin satış qiyməti 140000 manat olmaqla) yönəldilməsi, ## ###### 2012-ci il tarixli, ****-F-B saylı kredit müqaviləsi üzrə cavabdeh “xxxx” MMC-dən 397258,45 manat əsas borc, 49206,15 manat faiz borcu, 100 manat cərimə olmaqla, cəmi 446564 manat tutularaq iddiaçı Tələbkar 1 ASC-ə ödənilməsi, tutmanın borclu3 məxsus *** saylı fərdi yaşayış evinə, X3 məxsus 2.15148 ha torpaq sahəsinə, X8 məxsus Abşeron rayonu, Məmmədli kəndində yerləşən 13.391 ha torpaq sahəsinə yönəldilməsi və əmlakların açıq hərracda satılması, ## #### 2013-cü il tarixli, ****-F-B saylı kredit müqaviləsi üzrə X4 113023,39 manat əsas borc, 17283,41 manat faiz borcu, 100 manat cərimə olmaqla, cəmi 130406,8 manat, habelə 90 manat və 30 manat dövlət rüsumlarının tutularaq iddiaçı Tələbkar 1 ASC-nin xeyrinə ödənilməsi, tutmanın yuxarıda qeyd olunan əmlaklara yönəldilməsi, ## ###### 2015-ci il tarixli, IRH-FB-*** saylı kredit müqaviləsi üzrə X6 184207,48 ABŞ dolları əsas borc, 52994,20 ABŞ dolları faiz borcu, 100 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 237301,68 ABŞ dolları, habelə 31 manat və 30 manat dövlət rüsumlarının tutularaq iddiaçı "xxxx” ASCnin xeyrinə ödəniiməsi, tutmanın borclu3 məxsus *** saylı fərdi yaşayış evinə yönəldilməsi, əmlakın açıq hərracda satılaraq borcun ödənilməsi, çatışmayan məbləğin X6 tutulması, artıq qalan vəsaitin ipoteka qoyana qaytarılması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının *(***)- ***/**** saylı, ##.##.2021- ci il tarixi qətnaməsi ilə apellyasiya şikayətləri qismən təmin edilmiş, 1) ## #### 2012-ci il tarixli, 1346- F-B saylı kredit müqaviləsi üzrə “xxxx” MMC-nin banka olan faiz borcu 17823,05 manat, 2) ## ###### 2012-ci tarixli, ****-F-B saylı kredit müqaviləsi üzrə “xxxx" MMC-nin banka olan əsas borcu 395259,81 manat, 3) ## #### 2013-cü il tarixli, ****- F-B saylı kredit müqaviləsi üzrə X4 banka olan əsas borcu 112035,06 manat, 4) ## ###### 2015-ci il tarixli, IRH-FB-*** saylı kredit müqaviləsi üzrə X6 banka olan əsas borcu 183753,17 ABŞ dolları, faiz borcu 2281,97 ABŞ dolları müəyyən edilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanmışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)- ***/**** saylı, ##.##.2021-ci il tarixi qətnaməsinin qəbul olunmasından dörd ildən artıq müddət keçməsinə baxmayaraq qətnamə bu günədək tam icra olunmamışdır. Hazırki dövrə “xxxx” MMC-nin banka olan borc məbləği 444575,96 manat, X6 banka olan borc məbləği 186135,14 ABŞ dolları təşkil edir. Icranın gecikdirilməsi nəticəsində pulun alıcılıq qabiliyyəti kəskin aşağı düşmüşdür. Bu səbəbdən, pul vəsaitinin indeksləşdirilərək cari bazar dəyərinə uyğunlaşdırılması hüquqi bir zərurətdir. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin istehlak qiymətləri indeksi hesablamasından görünür ki, 2026-cı ilin fevral ayında 2021- ci ilin dekabr ayına nisbətən istehlak qiymətləri indeksi 131,7 faiz təşkil etmiş, yəni qiymətlərin səviyyəsi 31,7 faiz artmışdır. Ötən dövr ərzində bəzi kredit müqavilələri üzrə ödənişlər olmuş və bəzi ipoteka predmetləri ipotekadan azad edilmişdir, lakin borclunun əsassız iddiaları və şikayətləri nəticəsində icra hərəkətləri dəfələrlə dayandırılmış, icra sənədinin icrası tam şəkildə həyata keçirilə bilməmişdir. Qeyd olunanlara əsasən, ərizənin təmin edilməsini xahiş etmişdir.
3. Borclu borclu3 etibarnamə üzrə səlahiyyətli nümayəndəsi və vəkili Vəkil etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, qətnamənin icra edilməməsi və ya icrasının gecikməsi borclu tərəfin təqsirli, qəsdli və ya hüquqazidd hərəkətləri nəticəsində baş verməmişdir. Bu səbəbdən qətnamənin icrasının gecikdirilməsi ilə əlaqədar yaranmış halların mənfi nəticələrinin borclu tərəfə aid edilməsi və nəticə etibarilə indeksasiya tələbinin təmin olunması ədalətli və qanuni hesab edilə bilməz. Qətnamənin icrası mərhələsində yaranmış gecikmələr aşağıdakı obyektiv və hüquqi səbəblərlə bağlı olmuşdur: 1. Icra hərəkətlərinin həyata keçirildiyi dövr ölkədə tətbiq edilmiş xüsusi karantin rejimi ilə üst-üstə düşmüşdür. Həmin dövrdə pandemiyanın yayılmasının qarşısının alınması məqsədilə bir çox dövlət və özəl qurumların fəaliyyəti məhdudlaşdırılmış, o cümlədən hərrac təşkilatlarının fəaliyyəti faktiki olaraq dayandırılmışdır. Bu hal hamıya məlum olan və sübut edilməsinə ehtiyac duyulmayan faktdır. 2. Təxminən bir il müddətində keçirilmiş hərracların qanuniliyinin mübahisələndirilməsi, həmin hərracların etibarsız hesab edilməsi və restitusiya tələbləri ilə bağlı məhkəmə çəkişmələrinin aparılması səbəbindən yeni hərracların keçirilməsi hüquqi cəhətdən mümkün olmamışdır. Bununla bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2024-cü il tarixli qərarı iş materiallarına əlavə edilmişdir. Həmçinin, qeyd olunan müddətin daha aydın müəyyən edilməsi məqsədilə elektron məhkəmə sistemindən işin tarixçəsinə dair çıxarış (fotoşəkil) də təqdim edilmişdir. 3. Bundan sonra icra prosesində elektron hərrac sisteminə keçid mərhələsi başlamış və 2025-ci ilin may-oktyabr ayları ərzində sistemin təkmilləşdirilməsi ilə əlaqədar hərracların keçirilməsi faktiki olaraq mümkün olmamışdır. 4. Qətnamənin uzun müddət icra edilməməsi və ipoteka predmetinin satışından əldə olunacaq qalıq məbləğin tərəflərinə ödənilməməsi nəticəsində ciddi maddi itkilərə məruz qaldıqlarından, ipoteka predmetinin yenidən qiymətləndirilməsi ilə bağlı ##.##.2025-ci il tarixində məhkəməyə müraciət edilmişdir. Həmin mübahisə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının *(***)-***/**** saylı iş üzrə ##.##.2026-cı il tarixli qərardadı ilə yekunlaşmışdır. Göründüyü kimi, qətnamənin icrasının gecikməsi tərəfin hər hansı qəsdli davranışı və ya qanunsuz hərəkətləri ilə deyil, ondan asılı olmayan obyektiv hüquqi və faktiki hallarla bağlı olmuşdur. Bundan əlavə, göstərilən səbəblərdən iki hal (1 və 3-cü bəndlər) tamamilə tərəflərindən asılı olmayan səbəblərlə bağlı olmuş, digər iki hal isə hüquqlarının müdafiəsinə yönəlmiş və əsaslı hüquqi mübahisələrdən irəli gəlmişdir. Belə ki, həm ipoteka predmetinin yenidən qiymətləndirilməsi, həm də hərracların etibarsızlığı ilə bağlı mübahisələr üzrə qəbul edilmiş yekun məhkəmə aktları ilə haqlı tələbləri təmin edilmiş və icra prosesinin davamı bilavasitə müəyyən edilmişdir. Bu halların heç biri tərəfin qətnamənin icrasına qəsdən mane olması və ya prosesi süni surətdə uzatmaq niyyəti ilə bağlı olmamışdır. Əksinə, tərəf bütün mərhələlərdə öz əmlak və mülkiyyət hüquqlarının müdafiəsi məqsədilə qanunvericiliyin verdiyi imkanlardan istifadə etmişdir. Belə olan halda, qətnamənin icrasının gecikməsi ilə əlaqədar yaranmış mənfi nəticələrin tərəfin üzərinə qoyulması və bu əsasla indeksasiya tələbinin təmin edilməsi hüquqi əsasdan məhrumdur. Qeyd olunanlara əsasən, indeksasiya barədə ərizənin əsassız hesab edilərək təmin edilməməsi xahiş edilmişdir.
4. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərardadına əsasən ərizə təmin edilməmişdir.
5. Qərardad onunla əsaslandırılmışdır ki, icra mərhələsində borclunun öz hüquqlarının müdafiəsi ilə bağlı məhkəməyə müraciətləri tam və ya qismən təmin olunmaqla icra prosesində baş verən pozuntular aradan qaldırılmış, habelə icra sənədi üzrə icraat bilavasitə icra məmurunun öz qərarları ilə dayandırılmış, beləliklə icra prosesinin borclu tərəfin təqsirli davranışları ilə yubandığını və gecikmənin onun məsuliyyət daşıdığı hallardan irəli gəldiyini təsdiq edən hər hansı mötəbər sübut məhkəməyə təqdim edilməmişdir. Bununla yanaşı, pul öhdəliyinin ipoteka ilə təminat altına alındığı və icra sənədi üzrə tutmanın ipoteka predmetinə yönəldiyi nəzərə alınaraq, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun##.##.2009-cu il tarixli Qərarında ifadə olunan hüquqi mövqe rəhbər tutulmaqla, gecikmənin borcludan asılı olmayan hallardan irəli gəldiyi birmənalı olaraq təsdiq olunur. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ##.##.2009-cu il tarixli Qərarına əsasən, qanunverici Mülki Məcəllənin 448.2-ci maddəsində borclunun öz öhdəlikləri üzrə məsuliyyət daşımasını təqsirlə (hərəkət və ya hərəkətsizlik) əlaqələndirməklə, 448.4-cü maddəsində borclunun öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımamasını müəyyən etmişdir ki, o, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin. Məhkəmə qərarlarının icrası haqqında qanunvericiliyi könüllü yerinə yetirərək, öhdəliyin icra olunması məqsədilə borclu tərəfindən girov əmlakın təhvil verilməsi isə birmənalı olaraq sübut edir ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə borc və faizlərin girov əmlaka yönəldilməsindən sonrakı istənilən pozuntu ondan asılı olmayan haldan irəli gəlir. Bundan əlavə, ərizədən aydın olur ki, hazırda indeksasiya olunması tələb edilən borc məbləğinin bir hissəsi xarici valyuta ilə müəyyən edilmişdir, halbuki indeksasiyanın hüquqi təbiəti və həyata keçirilməsi qaydaları onun xarici valyutaya münasibətdə aparılmasını istisna edir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ##.##.2025-ci il tarixli Qərarına əsasən, Konstitusiya Məhkəməsinin Plenumu pul öhdəliyinin xarici valyutada icra edilməli olmasının şərtləşdirildiyi hallarda qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasın aparılmasının mümkünlüyü ilə bağlı qeyd edir ki, indeksasiyanın hüquqi təbiəti və həyata keçirilməsi qaydaları onun xarici valyutaya münasibətdə aparılmasını istisna edir. Istehlak qiymətlərinin indeksi ölkə iqtisadiyyatının istehlak mallarının istehsalı və əhaliyə göstərilən ödənişli xidmətlər sahəsində tələb və təklif əsasında, ölkə üzrə minimum əmək haqqına nisbətlə müəyyən olunur. Bu isə indeksləşdirilmənin məhz manatla ifadə olunan pul gəlirlərinə münasibətdə aparılmasını nəzərdə tutur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1-ci maddəsinə uyğun olaraq, müqavilə üzrə pul öhdəliyinin xarici valyutada icra edilməli olmasının şərtləndirildiyi hallarda qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasının həyata keçirilməsi istisna edilir. Bundan əlavə, iş materiallarından aydın olur ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2022-ci il tarixli qətnaməsi ilə ## ###### 2015-ci il tarixli IRH-FB-*** saylı kredit müqaviləsi üzrə ödənişin gecikdirilməsinə görə borcludan əlavə faiz tutulmuşdur, lakin hazırda tutulmuş faiz məbləği nəzərə alınmadan və həmin məbləğin tutulmalı pulun dəyərində yaranmış olan azalmadan daha az olduğu barədə sübutlar təqdim edilmədən indeksasiyanın həyata keçirilməsi tələb edilməkdədir. Həmçinin, iş materiallarından, o cümlədən icra sənədinin, tələbkarın ##.##.2026- cı il tarixli ərizəsinin və məktublarının surətlərindən aydın olur ki, ##.##.2012-ci il tarixli kredit müqaviləsi üzrə 444575,96 manat borc məbləği indiyə kimi ödənilmədiyi halda, həmin borcun təminatı olan bəzi ipoteka predmetləri artıq ipotekadan azad edilmiş, yalnız borclu borclu3 məxsus əmlak ipoteka predmeti olaraq qalmışdır. Qeyd olunan hallar, mövcud vəziyyətdə indeksasiya ilə bağlı tələbin əsaslı və ədalətli olmadığını, habelə hüquqdan sui-istifadə xarakteri daşıdığını göstərir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 16.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Həmin Məcəllənin 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ##.##.2025-ci il tarixli Qərarına əsasən, indeksasiya institutu borclu tərəfindən məhkəmə qətnaməsinin qanunla müəyyən edilmiş müddət ərzində icra edilməməsinə görə mülki-hüquqi məsuliyyət tədbiri olmamaqla, qətnamənin qanuni qüvvəyə mindiyi tarixlə müqayisədə məhkəmə aktının icrası anı üçün həmin akt üzrə tutulmalı olan pulun dəyərində yaranmış olan azalmanın kompensasiyasına, bununla da kreditorun məruz qaldığı itkiləri aradan qaldırmaqla onun mənafelərinin təmin edilməsinə yönəlmiş hüquqi mexanizmdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ##.##.2025-ci il tarixli Qərarına əsasən, mülki hüququn istənilən sahəsində, eləcə də öhdəlik münasibətlərində nəzərə alınmalı olan prinsiplərdən biri də vicdanlılıq prinsipidir. Vicdanlılıq prinsipi Mülki Məcəllənin 6-cı maddəsində sadalanan mülki qanunvericiliyin prinsipləri sırasında göstərilməsə də, Məcəllənin 5.3-cü maddəsində bu prinsip ümumi tələb kimi xüsusi olaraq vurğulanmışdır. Həmin maddəyə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Bununla bağlı onu da qeyd etmək lazımdır ki, ədalət mühakiməsini həyata keçirən məhkəmələr tərəflərin irəli sürüb-sürməməsindən asılı olmayaraq hüquqdan sui-istifadə halını müəyyən etdikdə bunu nəzərə almalıdırlar. Həmin Məcəllənin 16.1-ci maddəsində isə müəyyən olunmuşdur ki, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Beləliklə, yuxarıda qeyd olunan halları və sadalanan hüquq normalarının tələblərini nəzərə alaraq məhkəmə müəyyən edir ki, ərizə əsassız hesab olunaraq təmin edilməməlidir.
6. Həmin qərardaddan tələbkar “xxxx” Tələbkar 2 şikayət verərək, qərardadın ləğv edilməsi və ərizənin təmin olunması barədə qərardad çıxarılmasını xahiş etmişdir.
7. Şikayətin dəlillərinə görə, birinci instansiya məhkəməsinin qərardadı tamamilə əsassız olmaqla, işin faktiki hallarını düzgün qiymətləndirməmişdir, habelə prosessual və maddi hüquq normalarının ciddi şəkildə pozulması ilə qəbul edildiyi üçün ləğv edilməlidir. Belə ki, məhkəmə indeksasiya institutunun hüquqi təbiətini səhv təfsir edərək, mülki məsuliyyət normaları ilə eyniləşdirmiş, borcun manatla olan hissəsini əsassız olaraq araşdırmadan kənarda saxlamış, kreditorun qanuni diskresion hüquqlarını “hüquqdan sui-istifadə” kimi qiymətləndirməklə maddi hüquq normalarını pozmuşdur. Eyni zamanda, iş materiallarında olan mötəbər sübutlara — xüsusilə Bakı Apellyasiya Məhkəməsinin ##.##.2026-cı il tarixli qərardadı ilə təsdiq olunmuş əmlakın satış qiymətinə, rəsmi inflyasiya göstəricilərinə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, tam və hərtərəfli qiymət verilməmiş, nəticədə prosessual hüquq normaları kobud şəkildə pozulmuşdur. Belə ki, məhkəmə qətnaməsi ilə təsdiq olunmuş borc məbləği kreditorun əmlakı sayılır. Inflyasiya şəraitində bu məbləğin indeksasiya edilməməsi kreditorun mülkiyyət hüququna müdaxilədir və onu itkiyə məruz qoyur. Bundan əlavə, borcun tamamilə deyil, yalnız bir hissəsinin xarici valyutada olduğu məhkəmə tərəfindən müəyyən edilmişdir. Bu isə borcun milli valyutada (AZN) olan hissəsinə münasibətdə ərizənin təmin edilməməsi üçün əsas ola bilməz. Mülki Məcəllənin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Mülki Məcəllənin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Mülki hüquqda zərər anlayışı yalnız real zərəri deyil, həm də öhdəliyin icra edilməməsi nəticəsində əmlakın dəyərdən düşməsini və itkiləri əhatə edir.Konstitusiya Məhkəməsi Plenumunun ##.##.2025-ci il tarixli Qərarında da birmənalı olaraq vurğulanmışdır ki, indeksasiya institutu məhkəmə aktının icrası anı üçün tutulmalı olan pulun dəyərində yaranmış olan azalmanın kompensasiyasına, bununla da kreditorun məruz qaldığı itkiləri aradan qaldırmaqla onun mənafelərinin təmin edilməsinə yönəlmiş hüquqi mexanizmdir. Birinci instansiya məhkəməsi isə qərar qəbul edərkən qeyd olunan halı nəzərə almamış, əsassız qərardad qəbul etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2025-ci il tarixli Qərarına əsasən, indeksasiya mülki-hüquqi məsuliyyət (cəza) tədbiri deyil. O, inflyasiya nəticəsində pulun dəyərdən düşməsini kompensasiya edən və kreditorun mülkiyyət hüququnu bərpa edən xüsusi hüquqi mexanizmdir. Buna görə də borclunun təqsirinin olub-olmaması indeksasiyanın tətbiqinə təsir etmir. Mülki Prosessual Məcəllənin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Qeyd olunan norma eyni zamanda qanuni qüvvəyə minmiş məhkəmə qətnamələrinin tam, vaxtında icra olunmasını və icranın gecikdirilməsi nəticəsində mülkiyyətə dəymiş real zərərin (inflyasiya itkilərinin) kompensasiya edilməsini tələb etmək hüququnu özündə əks etdirir. Mülki Prosessual Məcəllənin 232-ci maddəsinə əsasən ödənilməli pul məbləğlərinin indeksasiyası barədə ərizəyə məhkəmə iclasında baxılır. Işdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. Tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. Indeksasiya adətən məhkəmə qətnaməsi çıxarıldıqdan sonra, borclunun həmin məbləği dərhal ödəmədiyi və icranın gecikdirildiyi hallarda tətbiq edilir. Normanın məzmunundan da göründüyü kimi, indeksasiyanın tətbiq olunması üçün qanunvericilik tərəfindən müəyyən edilmiş hüquqi əsas məhkəmə aktının icrasının faktiki olaraq gecikdirilməsi və pulun vaxtında ödənilməməsi faktıdır. Mülki Prosessual Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi yekun nəticə qanuni və əsaslı olmalıdır. Məhkəmə indeksasiya institutunun mahiyyətini səhv təfsir edərək mülki-hüquqi məsuliyyət normaları ilə eyniləşdirmiş, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun ##.##.2025-ci il tarixli Qərarına zidd olaraq, indeksasiyanın tətbiqini borclunun təqsiri ilə əlaqələndirmişdir. Bununla yanaşı, borcun yalnız bir hissəsinin xarici valyutada olmasını əsas gətirərək, manatla ifadə olunmuş əsas borc hissəsi üzrə indeksasiya aparılmasını rədd etməklə qanunvericiliyin tələblərini pozmuşdur.Məhkəmə qətnaməsinin illərlə icra edilmədiyi aşkar fakt olduğu halda, indeksasiya tələbinin tam rədd edilməsi ədalət mühakiməsinin prinsiplərinə ziddir. Belə ki, məhkəmə o qənaətə gəlmişdir ki, icra sənədi üzrə borcun ödənilməməsinə əsas icraatın dayandırılması və icra sənədinin mübahisələndirilməsi olmuşdur. Lakin bu hal məhkəmə qətnaməsinin faktik olaraq bu günədək icra edilməməsi və pulun alıcılıq qabiyyətinin aşağı düşməsi faktını dəyişdirmir. Bunu Bakı Apellyasiya Məhkəməsinin ipoteka predmetinin satış qiymətinin 3600000 manat müəyyən edilməsi ilə bağlı ##.##.2026-cı il tarixli qərardadı da sübut edir. Məhkəmə tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyətli olan qeyd edilmiş hallar sübut edilməmişdir. Məhkəmə borclunun özhüquqlarının müdafiəsi üçün müraciətlərini əsas gətirərək borcun gecikdirilməsi yaxud icra sənədinin tam icra edilməməsini onun (borclunun) qərəzi yaxud təqsiri nəticəsində olmaması qənaətinə gəlmişdir. Məhkəməyə bütün sübutlar təqdim edilmişdir.
8. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərardadı ilə şikayət təmin edilməyərək, işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.
Tətbiq edilən hüquq
9. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Maddə 16.1. Fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Maddə 439.1. Pul öhdəliyi manatla ifadə edilməlidir. Əgər tərəflərdən biri xarici fiziki və ya hüquqi şəxsdirsə, tərəflər pul öhdəliyini, əgər bu, qanunla qadağan edilməyibsə, xarici valyutada da müəyyənləşdirə bilərlər. Maddə 439.2. Əgər xarici valyutada olan pul öhdəliyi Azərbaycan Respublikasında ödənilməlidirsə, ödənişin xarici valyutada aparılmalı olduğunun şərtləşdirildiyi hallardan başqa, o, manatla ödənilir. Yenidən hesablama ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə aparılır. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Maddə 448.4. Borclu öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımır ki, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin. Borclu maneədən xəbərdardırsa və ya xəbərdar olmalıdırsa, həmin maneə və icra qabiliyyətinə onun təsiri barədə kreditora dərhal məlumat verməlidir. Əgər kreditor məlumatı dərhal almazsa, borclu məlumatın vaxtında alınmaması ilə əlaqədar kreditorun düşdüyü zərər üçün məsuliyyət daşıyır. Maddə 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir.
10. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 60 və 129-cu maddələrinin İ hissələri baxımından Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 232-ci maddəsinin şərh edilməsinə dair” ## #### 2025-ci il tarixli Qərarı: ... Azərbaycan Respublikası Konstitusiyasının 60 və 129-cu maddələrinin İ hissələrindən irəli gələrək Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 232-ci maddəsi üzrə tərəflər məhkəmə qətnaməsi qanuni qüvvəyə mindikdən sonra həmin qətnamə üzrə tutulmalı olan pul məbləğinin, onun tam ödənilməsinədək olan müddət ərzində indeksasiyası ilə bağlı ərizə ilə məhkəməyə müraciət edə bilərlər. ... Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1-ci maddəsinə uyğun olaraq, müqavilə üzrə pul öhdəliyinin xarici valyutada icra edilməli olmasının şərtləndirildiyi hallarda qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasının həyata keçirilməsi istisna edilir. ... Xarici valyuta ilə irəli sürülən pul tələbi ilə bağlı iddialara baxılması nəticəsində alınan və ya ödənilən məbləğin qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanması qət olunduğu halda qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasının həyata keçirilməsi mümkün hesab edilməlidir.”
11. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 232.1. Tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. Maddə 398.0. Apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: 398.0.2. qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək. Maddə 399. Birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
12. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq qeyd edir ki, birinci instansiya məhkəməsinin qərardadı qismən ləğv olunmalıdır.
13. Birinci instansiya məhkəməsi borcun ABŞ dolları ilə olan hissəsinə münasibətdə qeyd etmişdir ki, indeksasiyanın hüquqi təbiəti və həyata keçirilməsi qaydaları onun xarici valyutaya münasibətdə aparılmasını istisna edir.
14. Məhkəmə kollegiyası bu əsaslandırma ilə razılaşmayaraq qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2025-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1-ci maddəsinə uyğun olaraq, müqavilə üzrə pul öhdəliyinin xarici valyutada icra edilməli olmasının şərtləndirildiyi hallarda qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasının həyata keçirilməsi istisna edilir. Xarici valyuta ilə irəli sürülən pul tələbi ilə bağlı iddialara baxılması nəticəsində alınan və ya ödənilən məbləğin qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanması qət olunduğu halda qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indekssiyasının həyata keçirilməsi mümkün hesab edilməlidir.”
15. Birinci instansiya məhkəməsi qərarın 14-cü bənddə qeyd olunan 1-ci cümləsinə istinad etsə də, sonrakı mövqe ilə bağlı əsaslandırma aparmamışdır. Halbuki, qərarda əks olunan sonrakı mövqeyə görə xarici valyuta ilə irəli sürülən pul tələbi ilə bağlı iddialara baxılması nəticəsində alınan və ya ödənilən məbləğin qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanması qət olunduğu halda qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indekssiyasının həyata keçirilməsi mümkün hesab edilməlidir.
16. Iş mahiyyəti üzrə baxılarkən çıxarılmış yekun məhkəmə qərarlarından da görünür ki, həmin qərarlarda ödənilən məbləğin qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanması əksini tapdığından bu məbləğlərə münasibətdə də indeksasiya aparılmalıdır.
17. Borcun Azərbaycan manatı ilə hesablanan hissəsinə münasibətdə isə məhkəmə kollegiyası qeyd edir ki, ümumiyyətlə indeksasiya mülki-hüquqi məsuliyyət (cəza) tədbiri deyil, inflyasiya nəticəsində pulun dəyərdən düşməsini kompensasiya edən və kreditorun mülkiyyət hüququnu bərpa edən xüsusi hüquqi mexanizmdir. buna görə də borclunun təqsirinin olubolmaması indeksasiyanın tətbiqinə təsir etmir.
18. Tələbkar şikayətində haqlı olaraq qeyd etmişdir ki, mübahisə üzrə məhkəmə qəradadına əsasən ipoteka predmetinin satış qiyməti əhəmiyyətli dərəcədə dəyişdirilərək 3600000 manat müəyyən edilmişdirsə, bu zaman qətnaməsinin faktik olaraq hal – hazıradək icra edilməməsi nəticəsində pulun alıcılıq qabiyyətinin aşağı düşmüşdür.
19. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsi tərəfindən aparılmış yalnız bu əsaslandırma ilə razılaşır ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ## ###### 2022-ci il tarixli qətnaməsi ilə ## ###### 2015-ci il tarixli IRH-FB-*** saylı kredit müqaviləsi üzrə ödənişin gecikdirilməsinə görə borcludan əlavə faiz tutulmuşdur, lakin hazırda tutulmuş faiz məbləği nəzərə alınmadan və həmin məbləğin tutulmalı pulun dəyərində yaranmış olan azalmadan daha az olduğu barədə sübutlar təqdim edilmədən indeksasiyanın həyata keçirilməsi tələb edilməkdədir.
20. Iş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ## ###### 2022-ci il tarixli qətnaməsinin surətindən görünür ki, iddiaçı Tələbkar 1 ASC-nin cavabdeh X6 qarşı öhdəliyin icra edilməməsi ilə əldən çıxmış faydanın ödənilməsi tələbinə dair iddiası qismən təmin edilmiş, ## ###### 2015-ci il tarixli IRH-FB-*** saylı kredit müqaviləsi üzrə ödənişin gecikdirilməsinə görə 49404,08 ABŞ dolları faiz borcunun və 421 manat dövlət rüsumunun X6 tutularaq Tələbkar 1 ASC-yə ödənilməsi qət edilmişdir.
21. Lakin qeyd olunmalıdır ki, bu qətnamənin mövcudluğu yalnız həmin qətnaməyə əsasən faiz borcunun tutulduğu vaxta qədər indeksasiyanın aparılmasını istisna edir və həmin vaxtdan sonra indekasasiya ümumi qaydalarla aparılmalıdır.
22. Beləliklə, hazırkı işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara hüquqi qiymət verərək hesab edir ki, qərardad qanuni və əsaslı deyildir, şikayətin dəlilləri qərardadın qismən ləğvinə əsas verir. Buna görə də qərardad yalnız Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ## ###### 2022-ci il tarixli qətnaməsinə əsasən faiz borcunun tutulduğu dövrə münasibətdə ərizənin rədd olunması hissəsində dəyişdirilmədən saxlanılmalı, digər hissələrdə ləğv olunaraq iş qərardadda göstərilən xüsusatlar nəzərə alınmaqla müvafiq prosessual hərəkətlərin aparılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir.
23. Göstərilənlərə əsasən və MPM-in 263, 264, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı:
Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərardadından tələbkar Tələbkar 1 Tələbkar 2 tərəfindən verilmiş şikayət qismən təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərardadı Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ## ###### 2022-ci il tarixli qətnaməsinə əsasən faiz borcunun tutulduğu dövrə münasibətdə indeksasiya barədə ərizənin rədd olunması hissəsində dəyişdirilmədən saxlanılsın, digər hissələrdə ləğv edilsin və iş materialları həmin hissələrdə qərardadda göstərilən xüsusatlar nəzərə alınmaqla müvafiq prosessual hərəkətlərin aparılması üçün Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.