Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 8(3-6)-328/2026 21.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Borclu Ərizəni verən şəxs icra məmurunun icraata başlamaq haqqında ## ##### 2026-cı il tarixli qərarından şikayətinə dair iş üzrə Açar sözlər: icraata başlamaq haqqında qərar Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X4 (sədrlik edən və məruzəçi), X1 və X2 ibarət tərkibdə, borclu Ərizəni verən şəxs icra məmurunun icraata başlamaq haqqında ## ##### 2026-cı il tarixli qərarından şikayətinə dair iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-***/**** nömrəli qərardadından borclu Ərizəni verən şəxs tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. Birinci instansiya məhkəməsində icraat
1. Borclu Ərizəni verən şəxs tərəfindən icra məmurunun “icraata başlamaq haqqında” ## ##### 2026-cı il tarixli qərarından məhkəməyə şikayət verilmişdir.
2. Şikayət onunla əsaslandırılmışdır ki, ##.##.2026-cı il tarixli, Maraqlı şəxs icra məmuru Gültac Sadiqovanın “icraata başlanılması haqqında” qərarı ilə tanış olmuşdur. Həmin qərarla onun barəsində “Xəzər Inşaat XXI Əsr” Mənzil-Tikinti Kooperativinin xeyrinə kredit müqaviləsi üzrə borcun tutulması məqsədilə icraata başlanılmışdır. Bildirir ki, həmin qərarla razı deyil. Belə ki, o, borcdan yayınmaq niyyətində deyil və könüllü şəkildə ödəniş etməyə hazırdır. Bu günədək ümumilikdə 90000 manat məbləğində ödəniş etmişdir. Qərarda qeyd edilən ekspertiza rəyi ilə müəyyən edilmiş mənzil dəyəri real bazar qiymətindən xeyli aşağı göstərilmişdir. Mənzilin faktiki bazar dəyəri daha yüksəkdir və bu, müstəqil qiymətləndirmə ilə sübut oluna bilər. Hazırda maliyyə imkanları məhdud olsa da, qalan borcun mərhələli və könüllü qaydada ödənilməsində maraqlıdır. Hesab edir ki, mövcud vəziyyətdə icra tədbirlərinin dərhal tətbiqi deyil, borcun könüllü qaydada ödənilməsi üçün şərait yaradılması daha məqsədəuyğundur. Yuxarıda göstərilənləri nəzərə alaraq, ##.##.2026-cı il tarixli icraata başlanılması haqqında qərardan verilmiş şikayətinin təmin edilməsini, mənzil üzrə aparılmış qiymətləndirmənin real bazar qiymətinə uyğun olmadığını nəzərə alaraq təkrar (müstəqil) ekspertiza təyin edilməsini, qalan borcun könüllü şəkildə ödənilməsi üçün ona müvafiq vaxt və ya ödəniş qrafiki verilməsini, icra tədbirlərinin (hərrac, satış, həbs və s.) ödəmə qrafiki müəyyən edilənədək dayandırılmasını xahiş etmişdir.
3. Bakı Apellyasiya Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** saylı icra vərəqəsindən görünür ki, cavabdehlər Ərizəni verən şəxs, X3 və “Xəzər Inşaat XXI Əsr” Mənzil- Tikinti Kooperativindən müştərək qaydada ##.##.2018-ci il tarixli kredit müqaviləsi üzrə 131269,14 manat əsas borc və 14431,43 manat faiz borcu olmaqla, cəmi 145700,57 manat məbləğində borc və 437,06 manat məbləğində dövlət rüsumu, 0,80 manat məbləğində xidmət haqqı və ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınması üçün ödənilmiş 52,48 manat məbləğində rüsumu tutularaq iddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyətinə ödənilməli, tutma ipoteka predmeti olan ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 98,4 m2 olan * nömrəli mənzilə yönəldilməli, ipoteka predmetinin likvid dəyəri 210.500 manat məbləğində müəyyən edilməklə həmin qiymətlə açıq hərracdan satılmalı və satışdan əldə olunan vəsait hesabına cavabdeh Ərizəni verən şəxs ##.##.2018-ci il tarixli kredit müqaviləsi üzrə iddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyətinə olan borcu həcmində ödəniş edilməli, cavabdehlər Ərizəni verən şəxs, X3 və “Xəzər Inşaat XXI Əsr” Mənzil-Tikinti Kooperativindən müştərək qaydada 200 manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməli, məhkəmə mühasibatlıq eskpertizasının aparılmasına sərf edilmiş 100 manat məbləğində pul cavabdeh Ərizəni verən şəxs tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına, mütəxəssis rəyinin alınmasına sərf edilmiş 500 manat məbləğində pul cavabdeh Ərizəni verən şəxs tutularaq Mərkəzi Ekspertiza Bürosunun hesabına ödənilməlidir.
4. Maraqlı şəxs icra məmuru Gültac Sadıqovanın ##.##.2026-cı tarixli qərarının surətindən görünür ki, Bakı Apellyasiya Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** saylı icra sənədi üzrə icraata başlanılmış və tələbin 10 gün müddətində könüllü icrası üçün borclulara, o cümlədən Ərizəni verən şəxs bildiriş göndərilməsi qərara alınmışdır.
5. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-***/**** nömrəli qərardadına əsasən Bakı Apellyasiya Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)- ****/**** saylı icra vərəqəsi üzrə icraata başlanılması haqqında Maraqlı şəxs icra məmuru Gültac Sadıqovanın ##.##.2026-cı il tarixli qərarından borclu Ərizəni verən şəxs tərəfindən verilmiş şikayət təmin edilməmişdir.
6. Qərardadın əsaslarına görə, cavabdehlər Ərizəni verən şəxs, X3 və “Xəzər Inşaat XXI Əsr” Mənzil-Tikinti Kooperativindən müştərək qaydada ##.##.2018-ci il tarixli kredit müqaviləsi üzrə 131269,14 manat əsas borc və 14431,43 manat faiz borcu olmaqla, cəmi 145700,57 manat məbləğində borc və 437,06 manat məbləğində dövlət rüsumu, 0,80 manat məbləğində xidmət haqqı və ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınması üçün ödənilmiş 52,48 manat məbləğində rüsumunun tutularaq iddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, tutmanın ipoteka predmeti olan ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 98,4 m2 olan * nömrəli mənzilə yönəldilməsi, ipoteka predmetinin likvid dəyərinin 210500 manat məbləğində müəyyən edilməklə həmin qiymətlə açıq hərracdan satılması və satışdan əldə olunan vəsait hesabına cavabdeh Ərizəni verən şəxs ##.##.2018-ci il tarixli kredit müqaviləsi üzrə iddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyətinə olan borcu həcmində ödəniş edilməsi və s. bağlı Bakı Apellyasiya Məhkəməsinin ##.##.2025ci il tarixli, *(***)-****/**** saylı icra vərəqəsi əsasında Maraqlı şəxs icra məmuru Gültac Sadıqovanın ##.##.2026-cı tarixli qərarı ilə icraata başlanılmış və tələbin 10 gün müddətində könüllü icrası üçün borclulara, o cümlədən Ərizəni verən şəxs bildiriş göndərilmişdir. Hazırda həmin qərar borclu tərəfindən mübahisələndirilmişdir. Icra sənədi “Icra haqqında” Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsində nəzərdə tutulan tələblərə uyğundursa, icra məmuru icra sənədini məhkəmədən və ya digər orqandan (qurumdan) “Elektron icra” informasiya sistemi vasitəsilə qəbul etməli və icraata başlamalıdır. Məhkəmə qeyd etmişdir ki, icra məmuru tərəfindən Bakı Apellyasiya Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** saylı icra vərəqəsi əsasında icraata başlanılarkən qanunvericiliklə müəyyən edilmiş səlahiyyətləri çərçivəsində hərəkət etmiş, “Icra haqqında” Qanunun 7-ci maddəsində nəzərdə tutulan tələblərə uyğun olan həmin icra sənədi əsasında istinad edilən Qanunun 8-ci maddəsinə uyğun olaraq icraata başlamış və bundan irəli gələrək sonrakı icra hərəkətlərini yerinə yetirmişdir. Qərardan şikayət vermiş şəxsin şikayətin əsası kimi irəli sürdüyü dəlillər isə icra məmurunun qanunvericiliyin tələblərinə əməl etməklə qəbul etdiyi icra sənədi üzrə icraata başlamaq haqqında ##.##.2026-cı il tarixli qərarın şübhə altına alınmasına, qərarın qanunsuz və əsassız olması ilə bağlı nəticəyə gəlinməsinə əsas vermir. Icra sənədində göstərilən ipoteka predmeti olan mənzilin dəyəri artıq qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmişdir, icra məmurunun həmin əmlakın qiymətləndirilməsi ilə bağlı prosedur həyata keçirmək səlahiyyəti yoxdur, borcun hissə-hissə ödənilməsi məsələsi ayrıca icraatda (burada ipoteka qoyanın razılığı olduqda) baxılaraq həll edilməli məsələdir. Hansı ki, borclu ümumi 145700,57 manat borcun hər ay 5000 manat olmaqla ödənilməsi barədə qərar qəbul edilməsi üçün ərizə ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət etmişdir və ərizə həmin məhkəmənin icraatındadır. Beləliklə, məhkəmə hesab etmişdir ki, Maraqlı şəxs icra məmurunun “icraata başlamaq haqqında” ##.##.2026-cı il tarixli qərarından borclu Ərizəni verən şəxs tərəfindən verilmiş şikayət təmin edilməməlidir.
7. Həmin qərardaddan borclu Ərizəni verən şəxs şikayət verərək, qərardadın ləğv edilməsini xahiş etmişdir.
8. Şikayətin dəlillərinə görə, şikayətçi mənzilin ekspertiza nəticəsində müəyyən edilmiş dəyərinin real bazar qiymətindən aşağı olduğunu göstərmişdir. Məhkəmə isə sadəcə qeyd etmişdir ki: “ipoteka predmetinin dəyəri qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmişdir”. Lakin məhkəmə aşağıdakı məsələləri araşdırmamışdır: ekspertiza hansı tarixdə aparılmışdır; hazırkı bazar vəziyyəti dəyişmişdirmi; yeni qiymətləndirməyə ehtiyac yaranmışdırmı; ipoteka əmlakının bazar dəyərində ciddi fərq yaranmışdırmı. Əmlakın bazar dəyərindən aşağı qiymətə realizasiyası mülkiyyət hüququna qeyri-proporsional müdaxilə təşkil edə bilər. Birinci instansiya məhkəməsi şikayətin predmetini yanlış qiymətləndirmişdir. Şikayətçi icra sənədinin mövcudluğunu və məhkəmə qərarının icrasının zəruriliyini mübahisələndirməmişdir. Şikayətçinin mövqeyi bundan ibarət olmuşdur ki: borcun könüllü şəkildə ödənilməsi niyyəti vardır; artıq 90000 manat məbləğində ödəniş edilmişdir; ipoteka predmetinin müəyyən edilmiş dəyəri real bazar dəyərindən əhəmiyyətli dərəcədə aşağıdır; məcburi icra tədbirlərinin tətbiqindən əvvəl könüllü icra mexanizmlərinin tətbiqinə imkan verilməlidir. Lakin məhkəmə bu halları faktiki olaraq araşdırmamış, yalnız icra sənədinin mövcudluğuna istinad etməklə şikayəti rədd etmişdir. Belə yanaşma Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14, 77, 88 və 217-ci maddələrinin tələblərinə uyğun deyildir. Hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməməsi, iş üzrə mühüm halların tam araşdırılmaması və məhkəmənin natamam hüquqi qiymətləndirməsi nəticəsində qəbul edilmişdir. Bu səbəbdən qərardad ləğv edilməlidir.
9. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-***/**** nömrəli qərardadına əsasən borclu Ərizəni verən şəxs tərəfindən verilmiş şikayət təmin edilməyərək, işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.
Tətbiq edilən hüquq
10. “Icra haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 2.1. Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Maddə 3.1. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Maddə 8.1. Icra sənədinin icraya yönəldilməsi bilavasitə müvafiq qərarı çıxarmış məhkəmənin və ya digər orqanın vəzifəsidir. Icra sənədi bu Qanunun 7-ci maddəsində nəzərdə tutulan tələblərə uyğundursa, icra məmuru icra sənədini məhkəmədən və ya digər orqandan qəbul etməli və icraata başlamalıdır. Maddə 8.2. Icra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. Həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməyibsə, həmçinin bu maddənin üçüncü bəndində müəyyən edilmiş icra müddəti istisna olmaqla, icraata başlanıldığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi və bu Qanunla nəzərdə tutulmuş icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı göstərilir. Ipoteka predmetinin açıq bazarda satılması üsulu ipoteka müqaviləsində nəzərdə tutulduğu halda notarius tərəflərdən birinin istəyi ilə ipoteka predmetinin açıq bazarda satılması barədə notariat qaydasında təsdiq edilmiş müraciətini icra qeydi ilə birlikdə 1 iş günü ərzində icra orqanına göndərir. Ipoteka predmeti açıq bazarda satılmaqla tələbin könüllü icrası üçün 2 ay müddət müəyyən edilir. Ipoteka predmeti bu müddətdə açıq bazarda satıldığı halda notarius satışdan əldə olunan pul məbləğini depozit hesabından icra orqanının depozit hesabına köçürür. Ipoteka predmeti bu müddətdə açıq bazarda satılmadığı halda tələb icra məmuru tərəfindən məcburi qaydada icra edilir. Maddə 8.3. Icraata başlamaq haqqında qərarın surəti onun qəbul edildiyi vaxtdan bir gün müddətində tələbkara, borcluya, habelə icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notarius istisna olmaqla) göndərilir. Maddə 26. Icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir.
11. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 398.0. Apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: 398.0.1. Məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
12. Məhkəmə kollegiyası borclunun müraciətinə işin halları baxımından qiymət verərək, hesab edir ki, birinci instansiya məhkəməsinin şikayətin təmin olunmaması ilə bağlı nəticəyə gəlməsi əsaslıdır.
13. Birinci instansiya məhkəməsi düzgün olaraq vurğulamışdır ki, icra məmuru tərəfindən Bakı Apellyasiya Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** saylı icra vərəqəsi əsasında icraata başlanılarkən qanunvericiliklə müəyyən edilmiş səlahiyyətləri çərçivəsində hərəkət etmiş, “Icra haqqında” Qanunun 7-ci maddəsində nəzərdə tutulan tələblərə uyğun olan həmin icra sənədi əsasında istinad edilən Qanunun 8-ci maddəsinə uyğun olaraq icraata başlamış və bundan irəli gələrək sonrakı icra hərəkətlərini yerinə yetirmişdir. Qərardan şikayət vermiş şəxsin şikayətin əsası kimi irəli sürdüyü dəlillər isə icra məmurunun qanunvericiliyin tələblərinə əməl etməklə qəbul etdiyi icra sənədi üzrə icraata başlamaq haqqında ##.##.2026-cı il tarixli qərarın şübhə altına alınmasına, qərarın qanunsuz və əsassız olması ilə bağlı nəticəyə gəlinməsinə əsas vermir.
14. Məhkəmə kollegiyası, həmçinin qeyd edir ki, icra sənədində göstərilən ipoteka predmeti olan mənzilin dəyəri artıq qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmişdir, icra məmurunun həmin əmlakın qiymətləndirilməsi ilə bağlı prosedur həyata keçirmək səlahiyyəti yoxdur, borcun hissə-hissə ödənilməsi məsələsi ayrıca icraatda (burada ipoteka qoyanın razılığı olduqda) baxılaraq həll edilməli məsələdir. Hansı ki, borclu ümumi 145700,57 manat borcun hər ay 5000 manat olmaqla ödənilməsi barədə qərar qəbul edilməsi üçün ərizə ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət etmişdir və ərizə həmin məhkəmənin icraatındadır.
15. Birinci instansiya məhkəməsi tərəfindən icra məmurunun icraata başlamaq haqqında qərarından verilmiş şikayətin təmin edilməməsi qənaətinə gəlinərkən düzgün qiymətləndirmə aparıldığından məhkəmə kollegiyası əlavə araşdırma və qiymətləndirmə aparılmasına zərurət görmür.
16. Beləliklə, hazırkı işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, şikayətin dəlilləri qərardadın ləğvinə əsas vermir. Buna görə də qərardad dəyişdirilmədən saxlanılmalı, şikayət təmin olunmamalıdır.
17. Göstərilənlərə əsasən və MPM-in 263, 264, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı:
Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-***/**** nömrəli qərardadından borclu Ərizəni verən şəxs tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-***/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.