Məhkəmə qərarları › İş №8(3-6)-331/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(3-6)-331/2026

03.08.2026 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 8(3-6)-331/2026 03.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Mərdanova Xumar Afət qızı (sədrlik edən və məruzəçi), Məmmədov Məmməd Allahverdi oğlu və X2 ibarət tərkibdə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(*-***)-***/**** saylı, ##.##.2026-cı il tarixli qərardadından borclu Borclu tərəfindən verilmiş şikayətə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraata qaydasında baxaraq, Müəyyən etdi: Tələbkar Ərizəni verən şəxs şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Yasamal rayon İcra Şöbəsinin icra məmuru X4 hərəkətsizliyinin qanunsuz hesab edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, Yasamal rayon Məhkəməsinin ##.##.2007-ci il tarixli, *-****/**** nömrəli qətnaməsi ilə Ərizəni verən şəxs övladları ilə birlikdə Bakı şəhər, İnşaatçılar prospekti 5-də yerləşən X3 MTK İdarəsinin nəzdində olan * saylı yataqxananın ** saylı otağına köçürürülmələri və istifadə hüququ qət edilmişdir. ##.##.2025-ci il tarixdə məhkəməyə tələbkar tərəfindən ərizə ilə müraciət olunmuş və cavab məktubuna əsasən Yasamal rayon Məhkəməsinin ##.##.2007-ci il tarixli, *-****/**** nömrəli icra vərəqəsinin icra edilməsi üçün yenidən ##.##.2026-cı il tarixdə Yasamal rayon İcra şöbəsinə göndərilmişdir. Daha sonra tələbkar Yasamal rayon İcra Şöbəsinə müraciət etmişdir. İcra məmuru X4 tərəfindən ona bildirilmişdir ki, məhkəmə qətnaməsinin icrası təmin olunacaq və qanuni əsaslarla mənzilə köçürülmə həyata keçiriləcəkdir. O, həmçinin qeyd etmişdir ki, əgər qarşı tərəf məhkəmə qərarının icrasına maneçilik törədərsə və ya köçürülmənin həyata keçirilməsi mümkün olmazsa, həmin şəxslər barəsində qanunvericiliyə uyğun olaraq cinayət işi başlanılması üçün tədbirlər görüləcəkdir. Bundan əlavə, icra məmuru qarşı tərəflə əlaqə saxladığını və məsələnin böyük ehtimalla (80%) tələbkarın xeyrinə həll olunacağını bildirmişdir. İcra tədbirlərinin həyata keçirilməsi məqsədilə tələbkar tərəfindən aidiyyəti qurumların iştirakı üçün müəyyən maliyyə vəsaitləri ödənilmişdir. Belə ki, X1 xidmətinə 140 (yüz qırx) manat, polisə 100 (yüz) manat və Fövqəladə Hallar xidməti üçün əlavə 100 (yüz) manat məbləğində ödənişlər edilmişdir. Həmin ödənişlər icra tədbirlərinin həyata keçiriləcəyinə və məhkəmə qərarının faktiki olaraq icra olunacağına dair verilən təminatlara əsaslanaraq edilmişdir. Lakin bütün bunlara baxmayaraq, icra məmuru X4 üzərinə düşən vəzifələri lazımi qaydada və məsuliyyətlə yerinə yetirmir. Onun verdiyi vədlərlə faktiki fəaliyyəti arasında ciddi uyğunsuzluq mövcuddur. Məhkəmə qətnaməsinin icrası istiqamətində real və effektiv tədbirlər görülmür, məsələ müxtəlif bəhanələrlə yubadılır və icra prosesindən yayınma halları müşahidə olunur. Daha sonra isə icra məmuru açıq şəkildə bildirmişdir ki, guya həmin məhkəmə qərarının icrasını təmin etmək imkanında deyil və tövsiyə etmişdir ki, bu məsələ ilə bağlı məhkəməyə və Azərbaycan Respublikasının Birinci vitseprezidenti hörmətli Mehriban xanım Əliyevaya şikayət edilsin. Dövlət adından fəaliyyət göstərən vəzifəli şəxsin belə münasibət sərgiləməsi, öz vəzifə öhdəliklərini yerinə yetirməkdən faktiki olaraq imtina etməsi və vətəndaşı müxtəlif dövlət qurumlarına yönləndirməsi qanunvericiliyin tələblərinə və dövlət qulluqçusunun etik davranış prinsiplərinə ziddir. Tələbkar xüsusilə qeyd edir ki, İcra və Probasiya Şöbəsinin rəisi Pərviz Zəkərəliyev tərəfindən məsələnin qərəzli şəkildə uzadıldığı, prosesin bilərəkdən ləngidildiyi və vətəndaş olaraq onun hüquqlarının pozulduğu qənaətindədir. Aidiyyəti icra hərəkətləri vaxtında həyata keçirilmir, müraciətlər cavabsız saxlanılır və ya formal yanaşma nümayiş etdirilir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(*-***)-***/**** saylı, ##.##.2026-cı il tarixli qərardadı ilə şikayət təmin edilərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli *(***)-****/**** saylı icra sənədi üzrə Bakı şəhəri Yasamal Rayon İcra şöbəsinin icra məmuru X4 hərəkətsizliyinin qanunsuz hesab edilməsi, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli *(***)-****/**** saylı icra sənədi üzrə icra hərəkətləri davam etdirilməsi qərara alınmışdır. Həmin qərardaddan borclu Borclu şikayət verərək, qərardadın ləğv edilməsi və Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli *(***)-****/**** saylı icra sənədi üzrə tələbkar Ərizəni verən şəxs tərəfindən Bakı şəhəri Yasamal Rayon İcra şöbəsinin icra məmuru X4 hərəkətsizliyindən verilmiş şikayətin təmin edilməməsi barədə qərardad qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, hazırki iş üzrə qətnamənin yenidən icraya yönəldilməsi qanunsuzdur. Belə ki, icra işinin materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2007-ci il tarixli 2 ****/**** saylı icra sənədinə əsasında qətnаmə icra edilmiş və iş üzrə icraata xitam verilmişdir. Məhkəmə icra işini diqqətlə araşdımamış və icraata xitam verilmə sənədinə diqqət yetirməmişdir. Lakin sonradan ərizəçi və uşaqlar mübahisəli yaşayış sahəsində yaşamaq istəməyərək həmin mənzili könüllü surətdə tərk etmiş və başqa yaşayış yerində məskunlaşmışlar. Onlar uzun illər ərzində başqa daimi yaşayış yerindən istifadə etmiş, bu müddət ərzində mübahisəli mənzilə qayıtmaq və ya həmin yaşayış sahəsindən istifadə hüququnu həyata keçirmək istiqamətində hər hansı real addım atmamışlar. Bundan əlavə, ərizəçi borclu ilə ailə münasibətlərini faktiki olaraq dayandırmış, yaşayış yerini tərk etmiş və sonradan başqa şəxslə evlənmişdir. Bu davranış da onun mübahisəli yaşayış sahəsindən istifadə etmək niyyətinin olmadığını göstərən mühüm faktiki hallardan biridir. Qətnamənin qəbul edilməsindən sonra uzun müddət keçmiş, həmin dövrdə azyaşlı olan uşaqlar artıq yetkinlik yaşına çatmış, ailə qurmuş və müstəqil yaşayış yerlərinə malik olmuşlar. Beləliklə, qətnamənin qəbul edildiyi dövrdə mövcud olmuş ailə və sosial münasibətlər köklü şəkildə dəyişmişdir. Ərizəçinin uzun illər ərzində yaşayış sahəsini könüllü olaraq tərk etməsi, həmin sahədən istifadə etməməsi, oraya qayıtmaq üçün hər hansı təşəbbüs göstərməməsi və yalnız uzun müddət keçdikdən sonra qətnamənin yenidən icrasını tələb etməsi göstərir ki, irəli sürülən tələb faktiki yaşayış hüququnun təmin edilməsinə deyil, başqa məqsədlərə xidmət edir. Digər tərəfdən, ərizəçi əvvəlki icra tədbirləri nəticəsində mübahisəli yaşayış sahəsinə köçürüldükdən sonra onun həmin yaşayış yerindən istifadə etməsinə tərəfindən hər hansı maneə yaradılmamışdır. Buna baxmayaraq, o, həmin mənzildə yaşamağa davam etməmiş və öz təşəbbüsü ilə oranı tərk etmişdir. Bu hal da hazırkı tələbin faktiki zərurətdən deyil, uzun müddət sonra irəli sürülmüş formallıqdan irəli gəldiyini göstərir. Bundan başqa, mübahisə predmeti olan yaşayış sahəsinin hüquqi statusu ilə bağlı ciddi mübahisələr mövcuddur. İşin faktiki hallarından belə qənaətə gəlmək mümkündür ki, ərizəçi həmin mənzildə faktiki yaşamaq niyyətində deyil və qətnamənin yenidən icrası barədə tələb gələcəkdə həmin daşınmaz əmlakla bağlı əmlak xarakterli iddiaların və ya kompensasiya tələblərinin irəli sürülməsi üçün formal əsas yaradılmasına xidmət edə bilər. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(*-***)-***/**** saylı, ##.##.2026-cı il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və şikayət mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən məhkəmə işdə iştirak edən şəxsləri məhkəmə iclasının vaxtı və yeri, prosessual hüquq və vəzifələri, işə şifahi və ya yazılı icraat qaydasında baxılması, habelə ayrı-ayrı prosessual hərəkətlər haqqında xəbərdar etməlidir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılacağı barədə məhkəmə bildirişi göndərilmiş və onlarda olan bütün sübutların, eləcə də şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmiş, lakin işdə iştirak edən şəxslər sübutlar, etiraz və ya izahatlarını məhkəməyə təqdim etməmişlər. Məhkəmə Kollegiyası, şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Belə ki, iş materiallarından müəyyən olunur ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2007-ci il tarixli *-****/**** saylı qətnaməsi ## ####### 2007-ci il tarixdə qanuni qüvvəyə minmiş, icra edilməsi üçün icra vərəqəsi verilmişdir. Daha sonra Ərizəni verən şəxs məhkəməyə ünvanladığı ## ###### 2025-ci il tarixli ərizəsinə əsasən Bakı şəhəri, Yasamal Rayon Məhkəməsinin ##.##.2007-ci il tarixli *-****/**** saylı icra vərəqəsi yenidən icra edilməsi üçün Yasamal Rayon İcra şöbəsinə göndərilmişdir. Bakı şəhəri Yasamal Rayon Rayon İcra Şöbəsi ##.##.2026-cı il tarixdə sözügedən icra sənədi üzrə icraata başlamış, borcluya tələbin könüllü icrası haqqında bildiriş göndərmişdir. Hazırda tələbkar bildirir ki, məhkəmə qətnaməsinin icrası istiqamətində real və effektiv tədbirlər görülmür, məsələ müxtəlif bəhanələrlə yubadılır və icra prosesindən yayınma halları müşahidə olunur. Məhkəmə Kollegiyası işin müəyyən edilmiş hallarına münasibətdə qeyd edir ki “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin Plenumunun ## ####### 2017-ci il tarixli Qərarında qeyd edilmişdir ki, qətnamə çıxarıldıqdan sonra həmin qətnaməni çıxaran hakimin üzərinə qoyulan bir sıra vəzifələr (məsələn, qətnamədəki yanlışlıqların və ya açıq hesab səhvlərinin düzəldilməsi (maddə 228), əlavə qətnamənin çıxarılması (maddə 229), qətnamənin izah edilməsi (maddə 230), qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi (maddə 231.1, 231.2), ödənilməli pul məbləğlərinin indeksasiyası (maddə 232) məhz qətnamənin səmərəli icrasını təmin etmək məqsədini daşıyır. Qeyd olunanlar eyni zamanda məhkəmənin qəbul etdiyi qətnamənin icrasına nəzarət funksiyasının həyata keçirilməsinə də xidmət edir. Belə ki, “İcra haqqında” Qanunun 26-cı maddəsinə əsasən icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. “İcra haqqında” Qanunun 3.1-ci maddəsinə görə, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Göründüyü kimi icra sənədinin könüllü və məcburi icra qaydası müəyyənləşdirilmişdir. Belə ki, ilkin qayda könüllü icra olmaqla, öhdəliklərin iradə sərbəstliyi əsasında, məhkəmə və ya icra orqanlarının müdaxiləsi olmadan yerinə yetirilməsinin borcluya təklif olunmasını nəzərdə tutur. Əgər icra sənədi borclu tərəfindən könüllü şəkildə icra edilməzsə, bundan sonra icra qurumu məcburi icra tədbirlərini tətbiq etməkdə haqlıdır. İş materialları ilə müəyyən edilmişdir ki, Bakı şəhəri, Yasamal Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli *(***)-****/**** saylı icra sənədi üzrə Bakı şəhəri, Yasamal Rayon İcra Şöbəsi tərəfindən ümumiyyətlə heç bir icra hərəkəti həyata keçirilməmişdir. Qeyd edilənlərə əsasən işin faktiki halları ilə müəyyən edilir ki, hazırda könüllü icra ilə bağlı borcluya bildiriş göndərilsə də məcburi icra ilə bağlı bir dəfə ## ### 2026-cı il tarixdə mübahisəli ünvana gedilmiş və səs-küy səbəb göstərilərək icra hərəkətlərinin davam edilməsinin mümkünsüzlüyü qeyd edilmişdir. Bundan sonra hər hansı hərəkət edilməmişdir. Bununla da təsdiq olunur ki, icra məmuru tərəfindən icra sənədinin icrası ilə bağlı hərəkətsizlik edilmişdir. Belə olan halda Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq belə qənaətə gəlmişdir ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli *(***)-****/**** saylı icra sənədi üzrə icra hərəkətləri davam etdirilməlidir. Bu baxımdan Məhkəmə Kollegiyası hesab edir ki, şikayətin dəlilləri də əsassız olmuşdur, çünki “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 73.5-ci maddəsinə əsasən tələbkarın köçürülməsi barədə akt tərtib edildikdən sonra, borclu tələbkarın yaşamasına (olmasına) yenidən maneçilik törətdikdə, icra sənədi üzrə icraat təzələnməlidir. Hazırki işin hallarından da müəyyən edildiyi kimi qeyd edilən əsaslarla icra vərəqəsi yenidən icra edilməsi üçün göndərilmişdir ki, bundan sonra da icra vərəqəsi icra edilməmişdir. Bundan başqa borclu tələbkar tərəfindən yaşayış sahəsindən istifadə hüququnu həyata keçirmək istiqamətində hər hansı real addım atılmamasını qeyd etsə də işin faktiki hallarından göründüyü kimi hazırki mübahisə Ərizəni verən şəxs azyaşlı uşaqları ilə birlikdə Bakı şəhəri inşaatçılar prospekti 5-də yerləşən X3 MKT-nin İdarəsinin nəzdində olan * saylı yataqxananın ** saylı otağına köçürülməli və istifadə hüququ tanınmasından ibarətdir ki, həmin tədbirlər də məhz icra məmuru tərəfindən həyata keçirilməlidir. Eyni zamanda tələbkarın öz təşəbbüsü ilə yaşayış evindən çıxması barədə borclunun dəlilləri öz təsdiqini tapmamışdır. Şikayətdə məhkəmənin icra işini diqqətlə araşdımamış və icraata xitam verilmə sənədinə diqqət yetirməməməsi göstərilsə də, müəyyən edilmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən icra işi tətqiq edilmiş və icraata xitam verilmə sənədinin olmaması müəyyən edilmişdir. Kollegiya xüsusilə vurğulayır ki, icraata xitam verilmə sənədi mövcud olduğu təqdirdə yuxarıda qeyd edildiyi kimi icra məmuru tərəfindən 2026-cı ilin may ayında mübahisəli sahəyə gedilməz və akt tərtib olunmazdı. Qeyd olunanlara əsasən Məhkəmə Kollegiyası alaraq hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı əsaslıdır, şikayətdə göstərilən dəlillər isə əsassızdır və onun ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də şikayət təmin edilməməli və qərardad dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Porsessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə hüququ vardır ki, qərardadı dəyişdirmədən saxlayıb şikayəti təmin etməsin. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 397, 398, 400 və 402-ci maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası Qərara aldı: Borclu Borclu tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(*-***)-***/**** saylı, ##.##.2026-cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz. Qərardad dərhal qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar