Məhkəmə qərarları › İş №8(3-6)-341/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(3-6)-341/2026

30.07.2026 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 8(3-6)-341/2026 30.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Borclu Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icraat üzrə (Açar sözlər: borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X4 (sədrlik edən və məruzəçi), X7 və X9 ibarət tərkibdə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(*-**)-***/**** saylı, ##.##.2026-cı il tarixli qərardadından borclu Borclu tərəfindən verilmiş şikayət üzrə mülki işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: Iş üzrə qəbul edilmiş məhkəmə aktları:

1. Nəsimi rayon Icra şöbəsinin icra məmuru X5 təqdimatla məhkəməyə müraciət edərək, borclu Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərar qəbul edilməsi məsələsinə baxılmasını xahiş etmişdir.

2. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən verilmiş *(***)-***/****-*** nömrəli, ##.##.2018-cü il tarixli icra sənədinə ## ##### 2016-cı il tarixli, K**** saylı kredit müqaviləsinə əsasən cavabdehlər “xxxx” MMC-dən, X17, X3 və Borclu iddiaçı Tələbkar Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 1111796 (bir milyon bir yüz on bir min yeddi yüz doxsan altı) manat 34 (otuz dörd) qəpik əsas, 449536 (dörd yüz qırx doqquz min beş yüz otuz altı) manat 09 (doqquz) qəpik faiz, 32155 (otuz iki min bir yüz əlli beş) manat 81 (səksən bir) qəpik cərimə, cəmi 1593488 (bir milyon beş yüz doxsan üç min dörd yüz səksən səkkiz) manat 24 (iyirmi dörd) qəpik məbləğində pul vəsaiti, ## #### 2015-ci il tarixli, K****/** saylı maliyyələşdirmə üçün ərizəyə əsasən cavabdehlər “xxxx” MMC-dən və X17 iddiaçı Tələbkar Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 235542 (iki yüz otuz beş min beş yüz qırx iki) manat 77 (yetmiş yeddi) qəpik əsas, 4305(dörd min üç yüz beş) manat 20 (iyirmi) qəpik faiz, 2767 (iki min yeddi yüz altmış yeddi) manat 63 (altmış üç) qəpik cərimə, cəmi 242615 (iki yüz qırx iki min altı yüz on beş) manat 60 (altmış) qəpik məbləğində pul vəsaiti, ## ###### 2015-ci il tarixli, K**** saylı ərizə çərçivəsində verilmiş 2015-129LG bank qarantiyası üzrə cavabdehlər “xxxx” MMC-dən və X17 iddiaçı Tələbkar Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 99898 (doxsan doqquz min səkkiz yüz doxsan səkkiz) ABŞ dolları 36 (otuz altı) sent əsas, 5149 (beş min bir yüz qırx doqquz) ABŞ dolları 14 (on dörd) sent faiz, 275 (iki yüz yetmiş beş) ABŞ dolları 90 (doxsan) sent cərimə, cəmi 105323 (bir yüz beş min üç yüz iyirmi üç) ABŞ dolları 40 (qırx) sent məbləğində pul vəsaiti ödəniş gününə valyutanın cari kursu ilə Azərbaycan manatı ifadəsində, həmçinin cavabdehlər “xxxx” MMC-dən, X17, X3 və Borclu iddiaçı Tələbkar Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 30 (otuz) manat məbləğində dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişlərin qeydə alınması üçün ödənilmiş 40 (qırx) manat dövlət rüsumu və 150 (bir yüz əlli) manat xidmət haqqı vəsaiti tutulsun. K1662, K1606 və K**** saylı kredit müqavilələri üzrə tələb ipoteka ilə yüklü edilmiş X1 mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin 1-ci mərtəbəsinin 1-ci səviyyəsində yerləşən qeyriyaşayış sahəsinə yönəldilsin, ipoteka predmeti olan həmin qeyri-yaşayış sahəsinin ilkin satış qiyməti 330000 (üç yüz otuz min) manat məbləğində müəyyən edilsin, həmçinin tutma X6 mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin 1-ci mərtəbəsinin 2-ci səviyyəsində yerləşən qeyri-yaşayış sahəsinə yönəldilsin, ipoteka predmeti olan həmin qeyri-yaşayış sahəsinin ilkin satış qiyməti 140000 (bir yüz qırx min) manat məbləğində müəyyən edilsin, həmçinin K1874 və K**** saylı kredit müqavilələri üzrə tutma X15 mülkiyyətində olan ünvan 5 ünvanında yerləşən 0,20 ha torpaq sahəsi ilə birlikdə əmlak kompleksi kimi müəssisəyə yönəldilsin, ipoteka predmeti olan həmin qeyri-yaşayış sahəsinin ilkin satış qiyməti 1150000 (bir milyon bir yüz əlli min) manat məbləğində müəyyən edilsin, həmçinin K1874 və K**** saylı ərizələr üzrə tutma X11 mülkiyyətində olan ünvan 3 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə yönəldilsin, ipoteka predmeti olan həmin qeyri-yaşayış sahəsinin ilkin satış qiyməti 155000 (bir yüz əlli beş min) manat məbləğində müəyyən edilsin, həmin əmlaklar açıq hərracda satılsın, həmin daşınmaz əmlakların satışından əldə olunmuş vəsait cavabdehlər “xxxx” MMC nin, X17, X3 və Borclu iddiaçı Tələbkar Açıq Səhmdar Cəmiyyətinə olan kredit borclarının ödənilməsinə yönəldilsin, həmin əmlaklara tutma yönəldildikdən və satıldıqdan sonra bir ay ərzində boşaldılaraq, mülkiyyətçilərinə təhvil verilsin, ipoteka predmetlərinin satışından əldə olunan məbləğ “xxxx” MMC-nin, Borclu, X3 və X17 iddiaçı Tələbkar ASC-yə olan kredit öhdəliklərinin icrasına kifayət etmədiyi halda qalıq məbləğ “xxxx” MMC-dən, Borclu, X3 və X17 ümumi qaydada tutularaq iddiaçı Tələbkar ASC-yə ödənilsin. Yuxarıda qeyd olunan icra sənədi ##.##.2018-cü il tarixində Bakı şəhəri Nəsimi rayon Icra şöbəsinə daxil olmuş və qanuna müvafiq qaydada icraya yönəldilmişdirlər. Icraata başlamaq haqqında qərar qəbul edilərək, qərarın surəti bildirişlə icra sənədi üzrə borclu Borclu göndərilmiş, icra sənədində olan tələbi könüllü təmin edilməsi üçün 0 gün müddət müəyyən edilmişdir. Lakin bu müddət ərzində borclu tərəfindən icra sənədində olan tələb könüllü təmin edilmədiyi üçün tərəfindən borclunun əmlak vəziyyətini yoxlamaq üçün aidiyyəti təşkilatlara sorğular göndərilmişdir. Həmin tarixdən bu vaxta kimi icra sənədinin icrası tam şəkildə təmin olunmamışdır. Icra sənədinin icrasını təmin etmək məqsədilə, borclunun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır.

3. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(*-**)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadı ilə təqdimatın təmin edilməsi, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(***)-***/**** nömrəli, ##.##.2018-ci il tarixli icra sənədi üzrə borclu Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması qərara alınmışdır.

Şikayətin dəlilləri, birinci instansiya məhkəməsinin şikayətə dair gəldiyi nəticə və şikayətə etirazın dəlilləri:

4. Borclu Borclu tərəfindən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(*-**)-***/**** saylı, ##.##.2026-cı il tarixli qərardadından verilmiş şikayəti həmin məhkəmənin ##.##.2026-cı il tarixli qərardadı ilə təmin edilməmiş, işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.

5. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə ##.##.2026 tarixli qərardadda yalnız işdə olan sənədləri, hamıya bəlli olan qanun normalarını sadalamışdır, əsaslandırma aparmamışdır. Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin ##.##.2026 tarixli, *(*-**)-***/**** saylı qərardadı əsassız olduğu üçün ləğv edilməli, təqdimat təmin edilməməlidir. 1)Icra sənədinin əsası olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(***)-***/**** nömrəli, ##.##.2018-ci il tarixli qətnaməsi Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının *(***)-***/**** nömrəli iş üzrə ## ###### 2021-ci il tarixli qətnaməsi (hakimlər: A.Hüseyn (sədrlik edən və məruzəçi), V.Ağayev A.Nuriyeva) və Ali Məhkəmənin *(***)-****/**** saylı, ##.##.2021 tarixli qətnaməsi ilə qüvvəsində saxlanılmışdır. 2) Ali Məhkəmənin bu qərarının əsaslandırıcı hissəsində qeyd edilmişdir ki, “Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsinin qəbul olunmasından sonra kredit müqavilələri üzrə edilmiş ödənişlər Məhkəmə Ekspertizası Mərkəzinin ##.##.2020-ci il tarixli ekspert rəyində öz əksini tapmışdır. Həmin rəydən görünür ki, birinci instansiya məhkəməsinin qətnaməsinin qəbul olunmasından sonra ##.##.2015-ci il tarixli K****/** nömrəli kredit müqaviləsi üzrə kimi ##.##.2019-cu ilə 41000 manat, ##.##.2016-cı il tarixli K**** nömrəli kredit müqaviləsi üzrə ##.##.2019-cu ilə kimi 539000 manat olmaqla cəmi 580000 manat ödəniş edilmişdir. 77. Bununla bağlı qeyd edilməlidir ki, həmin ödənişlər hazırkı işin baxılması zamanı deyil, qətnamənin icra mərhələsində nəzərə alınmalıdır. Belə ki, apellyasiya baxışının predmetini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının yoxlanılması, kassasiya baxışının predmetini isə apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsinin qəbulundan sonra edilmiş ödənişlər icra mərhələsində nəzərə alınmalı və yekun borcdan silinməlidir. Həmçinin qeyd edilməlidir ki, birinci instansiya məhkəməsinin qətnaməsinin qəbulundan sonra edilmiş ödənişlər icra mərhələsində nəzərə alınmadığı halda cavabdehlər qeyd edilən məsələni qanunla müəyyən edilmiş qaydada mübahisələndirmək hüququna malikdirlər.” 3) 1-ci instansiya məhkəməsi kimi Bakı şəhəri Nəsimi məhkəməsinin ## ####### 2018-ci il tarixli, *(***)-***/**** nömrəli qətnaməsində rəqəmlər qarışıq olsa da, qətnamə ilə cavabdehlərdən iddiaçının xeyrinə cəmi 1836103 manat və 105323 ABŞ dolları (179049,1 manat) borclar, 40 manat dövlət rüsumu və 150 manat ipoteka qeydiyyatı xərcləri tutulmuşdur. Yekun borc 2015152,0 manat təşkil edir. 4) Qətnamənin icra mərhələsində ödənilən vəsaitlər aşağıdakı kimidir: ##.##.2022 tarixdə keçirilmiş hərrac üzrə əmlak 733125,0 manata bank tərəfindən balansa götürülmüş, ##.##.2022 tarixdə keçirilmiş hərrac üzrə əmlak 98812,5 manata bank tərəfindən balansa götürülmüş, 3-cü əmlakın əvəzi olaraq banka 650000 manat vəsait ödənilmiş və əmlak ipotekadan azad edilmişdir. Hərraclarla ödənilən vəsait cəmi 1481937,5 manat təşkil edir. 5) Bundan sonra icra məmurunun məcburi icra tədbirləri ilə borc Borclu əmək haqqına yönəldilmiş, 2026 ilin yanvar ayından bu günə kimi əmək haqqının 50% kimi 4000 manat vəsait bankın xeyrinə tutulmuşdur. 6) 2015152,0 manat borca qarşı cəmi ödənilən vəsait 2065937,5 manat təşkil edir (580000 Ali Məhkəmənin qərarında qeyd edilən, 1481937,5 manat hərrac üzrə, 4000 manat əmək haqqından tutuma). Yəni, banka 50785,5 manat artıq ödəmə var. Belə olan halda necə demək olar ki, icra vərəqəsinin verilməsindən 4 il keçməsinə baxmayaraq, qətnamənin icrası təmin edilməmişdir. Bu kateqoriya işlərə baxarkən ilk əvvəl araşdırılmalı məqam icra işidir. Icra işi olmadan işə baxmaq olmaz, icra işindəki sənədlər olmadan qərar vermək olmaz. Məhkəmə təqdimat daxil olduqdan sonra soğru verib, icra işini almaq əvəzinə, bunu etməmişdir. Sual yaranır: Hazırkı borc nə qədərdir, nə qədər qalıb? Məhkəmə bu rəqəmi qərardadda niyə yazmır və ya müəyyən etməyib? Necə oldu ki, 4 il icra sənədi icraatda olduğu halda borclunun ölkədən çıxışına zərurət bu gün yarandı? Məhkəməyə order və əlavə etməklə ərizə verib, Bakı Apellyasiya Məhkəməsinin hakimi Fəhmin Hümbətovun sədrliyi ilə *(*-*)-****/**** saylı işə baxılmasında iştirak edəcəyi üçün məhkəmə iclasının təxirə alınmasını xahiş etsə də, məhkəmə iclası təxirə almamışdır. Halbuki ərizəyə e-məhkəmə portalından çıxarışı əlavə etmişdir, məhkəmə bu sənədlərə heç bir reaksiya verməyib. Həmçinin bildirirmişdir ki, icra işi ilə bağlı məhkəməyə bağlı bir çox zəruri materiallar və dəliilər təqdim edəcək, təqdimatın həmin sənədlər əsasında müzakirəsi aparılmalıdır. Məhkəmə şikayətdə qeyd edildiyi kimi imkan vermədi ki, vəsatət verilsin, icra işi məhkəməyə təqdim edilsin. Məhkəmə imkan vermədi ki, Ali Məhkəmənin *(***)-****/**** saylı, ##.##.2021ci il tarixli qərarını işə əlavə edilsin.

6. Borclunun vəkili və nümayəndəsi şikayətə əlavə təqdim edərək bildirmişdir ki, 1) Borclu Azərbaycanla bağlılığı elə bir vəziyyətdədir ki, o heç vaxt ölkəni tərk etməz. Icra vərəqəsinin icraya yönlədilməsindən sonra 4 il vaxt keçib, bu müddət ərzində Borclu ölkədən çıxışına məhdudiyyət qoyulmayıb və onun imkanı olub ki, ölkəni tərk etsin, lakin o bunu etməyib və etməyəcək də. Icra məmuru nədən o qənaətə gəldi ki, belə bir təhlükə var. Borclu ahıl yaşlı ata anası, xəstə və 1951 təvəllüdlü (75 yaş) atası var, onları atıb ölkədən gedəcək? Və ya əmək haqqılı iş yeri, xaricə niyə getməlidir ki? 2) 2014 ildən 2025 dekabr ayında kimi 2 dəfə xaricə gedib, sonuncu dəfə 2025 dekabr ayında, başqa niyyət olsaydı getmişkən qalardı, qayıtmazdı. 3)2026 fevral ayında əmək haqqından hər ay 1000 manat Paşabanka əmək haqqından ödəniş edib. Icra məmuru həmin 1000 manatlar ödənilməyən çıxışa məhdudiyyət qoymurdu, ödəyəndən sonra isə çıxışa məhdudiyyət qoyur. 4)Təqdimat və sənədlər əsassızdır, ölkədən çıxışa məhdudiyyətin tətbiqinə əsas ola biləcək faktiki hallar mövcud deyil, tələbin üzrlü ya üzrsüz səbəbdən icra edilməməsi (icradan yayınma) görünmür. Çıxışa məhdudiyyətin icra vərəqəsinin vaxtında, tam və düzgün icra edilməsinə nə xidmət edəcəyi sənədlərlə müəyyən edilmir, çünki çıxışa məhdudiyyət cəzalandırılma vasitəsi deyil. Şikayətin təmin edilməsini xahiş edir.

7. Şikayətə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 397.2-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılır.

8. Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır.

Tətbiq edilən hüquq normaları:

9. Mülki Prosessual Məcəllənin 231.3-cü maddəsində qeyd edilir ki, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması icra məmurunun təqdimatına əsasən həll edilir. Həmin maddədə həmçinin qeyd edilir ki, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması məsələsinə icra məmurunun olduğu yer üzrə məhkəmə tərəfindən baxılır.

10. “Icra haqqında” haqqında Qanunun 84-1.1-ci maddəsində qeyd edilir ki, məhkəmə qərarları, əmrləri və vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir.

11. Həmin Qanunun 84-1.2-ci bəndində qeyd edilir ki, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqdan sonra icra məmuru həmin məhdudlaşdırmanın götürülməsi barədə icra qurumunun rəhbəri tərəfindən təsdiq olunan qərar qəbul edir. Həmin qərar dərhal borcluya, tələbkara, məhkəməyə və müvafiq icra hakimiyyəti orqanına göndərilir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

12. Məhkəmə kollegiyası şikayətin dəlillərini müzakirə edərək hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

13. Belə iş materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(***)-***/**** nömrəli, ## ####### 2018-ci il tarixli icra sənədində qeyd edilmişdir ki, “Iddia ərizəsi təmin olunsun. ## ##### 2016-cı il tarixli, K**** saylı kredit müqaviləsinə əsasən cavabdehlər "xxxx" MMC-dən, X17, X3 və Borclu iddiaçı Tələbkar Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 1111796 (bir milyon bir yüz on bir min yeddi yüz doxsan altı) manat 34 (otuz dörd) qəpik əsas, 449536 (dörd yüz qırx doqquz min beş yüz otuz altı) manat 09 (doqquz) qəpik faiz, 32155 (otuz iki min bir yüz əlli beş) manat 81 (səksən bir) qəpik cərimə, cəmi 1593488 (bir milyon beş yüz doxsan üç min dörd yüz səksən səkkiz) manat 24 (iyirmi dörd) qəpik məbləğində pul vəsaiti, ## #### 2015-ci il tarixli, K****/** saylı maliyyələşdirmə üçün ərizəyə əsasən cavabdehlər "xxxx" MMC-dən və X17 iddiaçı Tələbkar Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 235542 (iki yüz otuz beş min beş yüz qırx iki) manat 77 (yetmiş yeddi) qəpik əsas, 4305 (dörd min üç yüz beş) manat 20 (iyirmi) qəpik faiz, 2767 (iki min yeddi yüz altmış yeddi) manat 63 (altmış üç) qəpik cərimə, cəmi 242615 (iki yüz qırx iki min altı yüz on beş) manat 60 (altmış) qəpik məbləğində pul vəsaiti, ## ###### 2015-ci il tarixli, K**** saylı ərizə çərçivəsində verilmiş 2015-129LG bank qarantiyası üzrə cavabdehlər "xxxx" MMC-dən və X17 iddiaçı Tələbkar Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 99898 (doxsan doqquz min səkkiz yüz doxsan səkkiz) ABŞ dolları 36 (otuz altı) sent əsas, 5149 (beş min bir yüz qırx doqquz) ABŞ dolları 14 (on dörd) sent faiz, 275 (iki yüz yetmiş beş) ABŞ dolları 90 (doxsan) sent cərimə, сəmi 105323 (bir yüz beş min üç yüz iyirmi üç) ABŞ dolları 40 (qırx) sent məbləğində pul vəsaiti ödəniş gününə valyutanın cari kursu ilə Azərbaycan manatı ifadəsində, həmçinin cavabdehlər “xxxx " MMC-dən, X17, X3 və Borclu iddiaçı Tələbkar Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 30 (otuz) manat məbləğində dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişlərin qeydə alınması üçün ödənilmiş 40 (qırx) manat dövlət rüsumu və 150 (bir yüz əlli) manat xidmət haqqı vəsaiti tutulsun. K1662, K1606 və K**** saylı kredit müqavilələri üzrə tələb ipoteka ilə yüklü edilmiş X1 mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin 1-ci mərtəbəsinin 1-ci səviyyəsində yerləşən qeyri-yaşayış sahəsinə yönəldilsin, ipoteka predmeti olan həmin qeyri yaşayış sahəsinin ilkin satış qiyməti 330000 (üç yüz otuz min) manat məbləğində müəyyən edilsin, həmçinin tutma X6 mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən qeyriyaşayış sahəsinin 1-ci mərtəbəsinin 2-ci səviyyəsində yerləşən qeyri-yaşayış sahəsinə yönəldilsin, ipoteka predmeti olan həmin qeyri yaşayış sahəsinin ilkin satış qiyməti 140000 (bir yüz qırx min) manat məbləğində müəyyən edilsin, həmçinin K1874 və K**** saylı kredit müqavilələri üzrə tutma X15 mülkiyyətində olan ünvan 5 ünvanında yerləşən 0,20 ha torpaq sahəsi ilə birlikdə əmlak kompleksi kimi müəssisəyə yönəldilsin, ipoteka predmeti olan həmin qeyri-yaşayış sahəsinin ilkin satış qiyməti 1150000 (bir milyon bir yüz əlli min) manat məbləğində müəyyən edilsin, həmçinin K1874 və K**** saylı ərizələr üzrə tutma X11 mülkiyyətində olan ünvan 4 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə yönəldilsin, ipoteka predmeti olan həmin qeyri yaşayış sahəsinin ilkin satış qiyməti 155000 (bir yüz əlli beş min) manat məbləğində müəyyən edilsin, həmin əmlaklar açıq hərracda satılsın, həmin daşınmaz əmlakların satışından əldə olunmuş vəsait cavabdehlər "xxxx" MMC-nin, X17, X3 və Borclu iddiaçı Tələbkar Açıq Səhmdar Cəmiyyətinə olan kredit borclarının ödənilməsinə yönəldilsin, həmin əmlaklara tutma yönəldildikdən və satıldıqdan sonra bir ay ərzində boşaldılaraq, mülkiyyətçilərinə təhvil verilsin, ipoteka predmetlərinin satışından əldə olunan məbləğ "xxxx" MMC-nin, Borclu, X3 və X17 iddiaçı Tələbkar ASC-yə olan kredit öhdəliklərinin icrasına kifayət etmədiyi halda qalıq məbləğ “xxxx" MMC-dən, Borclu, X3 və X17 ümumi qaydada tutularaq iddiaçı Tələbkar ASC-yə ödənilsin”. Məhkəmə aktı ##.##.2021-ci il tarixdə qanuni qüvvəyə minmişdir.

14. ##.##.2022-ci il tarixli qərardan görünür ki, Bakı şəhəri Nəsimi rayon Icra şöbəsinin icra məmuru X5 tərəfindən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(***)-***/**** nömrəli, ##.##.2018-ci il tarixli icra sənədi üzrə icraata başlanılmışdır.

15. Tələbin könüllü icrası haqqında ##.##.2022-ci il tarixli bildirişdən görünür ki, borclu X11 və “xxxx” MMC-dən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(***)-***/**** nömrəli, ##.##.2018-ci il tarixli icra sənədini könüllü icra etmələri xahiş edilmişdir.

16. Icra məmuru Ramin Quliyevin borclunun axtarışı haqqında ##.##.2025-ci il tarixli qərarından görünür ki, Borclu ##.##.1983-cü il təvəllüdlü, ünvan 1 ünvanında qeydiyyatda olan Borclu barəsində axtarış elan edilməsi qərara alınmışdır.

17. ##.##.2026-cı il tarixli “xxxx” MMC-yə ünvanlanmış müraciətdən görünür ki, borclu Borclu icra ödənişinin məbləği 421,498.00 manat təşkil edir. Icra sənədinin icrası ilə bağlı hər ay borclunun gəlirinin 50%-nin tutulması tələb olunur. Tutulan məbləğin 90%-i tələbkarın, 10%-i icra qurumunun hesabına ödənilməlidir.

18. Iş materiallarından göründüyü kimi Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(***)- ***/**** nömrəli, ##.##.2018-ci il tarixli icra sənədi üzrə borclu Borclu tərəfindən qanuni qüvvəsini almış və icraya yönəldilməsindən 4 ildən çox müddət keçmiş qətnamə əsasında verilən həmin icra sənədi hələ də tam icra edilməmişdir.

19. Borclu üzrsüz səbəbdən icra vərəqəsinin icra etmədiyindən icra məmuru tərəfindən ödənişlərin borclunun gəlirlərinə yönəldilməsi barədə “xxxx” MMC-yə müraciət ünvanlanmışdır. Bundan başqa, borclu barəsində axtarış elan edilmişdir. 20.Təqdimatın təmin edilməsi ilə bağlı məhkəmənin möqeyini qanuni hesab edən kollegiya qeyd edir ki, iş materiallarından göründüyü kimi borclu Borclu icra sənədindən məlumatlı olmasına baxmayaraq, 4 ildən çoxdur ki, borcun tam şəkildə ödənilməsi üçün tədbir görməmiş, icra məmuru tərəfindən borcun ödənilməsinə dair bütün prosessual hərəkətlər yerinə yetirilmiş, lakin borclu icra sənədinin icrasını təmin etməkdən yayınmış, icra vərəqəsi tutulmalı olan pul məbləği borclu tərəfindən könüllü icra edilməmişdir.

21. Şikayətin dəlilləri ilə bağlı kollegiya qeyd edir ki, iş materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(***)-**/**** nömrəli ##.##.2023-cü il tarixli qərardadı ilə Bakı şəhəri Nəsimi rayon Icra şöbəsinin, Bakı şəhəri Yasamal rayon Icra şöbəsinin və Biləsuvar rayon Icra və probasiya şöbəsinin icra məmurlarının hərəkətlərindən borclu “xxxx” MMCnin nümayəndəsi (vəkili) X2 tərəfindən verilmiş şikayət ərizəsinin təmin edilməməsi qərara alınmışdır. Həmçinin qərardadda göstərilmişdir ki, “... Məhkəmə ilk öncə borclu tərəfin 590.000 manat məbləğində pul vəsaitinin ödənilməsinə istinad etdiyi dəlilinə münasibətdə qeyd edir ki, işdə olan sənədlər toplusu borclunun bu dəlilini bilavasitə əsassız hesab etməyə imkan verir. Belə ki, iş materiallarında olan ##.##.2018 - ##.##.2019-cu il tarix aralığını əks etdirən ödəniş qəbzlərindən görünür ki, həyata keçirilmiş bütün ödənişlər məhz “AZ40PAHA41010AZNFC0190038702” saylı cari hesab üzrə həyata keçirilmişdir. Habelə, həmin qəbzlər sırasında borclunun istinad etdiyi məbləğdən 444.000 manat məbləğində pul vəsaitinin ödənilməsinə dair ödəniş qəbzi aşkar edilməmişdir. Eyni zamanda məhkəmə qeyd edir ki, tələbkar tərəfindən məhkəməyə təqdim edilmiş müxtəlif tarixli maliyyə arayışlarında bütün ödənişlərin məhz “41010AZNFC0190038702” saylı cari hesab üzrə həyata keçirildiyi aşkar görünsə də, yalnız ##.##.2018-ci il tarixinə aid 444.000 manat məbləğində olan ödənişin fərqli - “45019AZNBL0200000001” saylı hesab üzrə həyata keçirildiyi müəyyən edilmişdir. Məhkəmə xüsusi olaraq vurğulamağı zəruri hesab edir ki, məhkəmə gedişatı zamanı borclu tərəfindən 444.000 manat ödənilməsinə istinad edilən pul vəsaitinə dair məhkəməyə hər hansı bir ödəniş qəbzi təqdim edilməmiş və borclu tərəf kassasiya instansiyası məhkəməsinin qərarının bu məsələyə dair mövqeyinin kifayət etməsinə istinad etmişdir. Habelə məhkəmə onu da qeyd edir ki, borclu tərəf kassasiya instansiyası məhkəməsinin qərarı ilə kifayətlənsə də, tələbkar məhkəməyə maliyyə arayışları və digər sənədlər təqdim etməklə, bu məsələyə dair məhkəmə qərarına zidd olmayan mövqeyini sərgiləmişdir. Belə ki, tələbkarın təqdim etmiş olduğu maliyyə arayışları və səlahiyyətli nümayəndəsinin məhkəmə iclasında vermiş olduğu izahatı ilə ##.##.2016-cı il tarixli, K**** saylı kredit müqaviləsinə əsasən ##.##.2018-ci il tarixindən ##.##.2019-cu il tarixi aralığında ümumi olaraq 529.000 Azərbaycan manatı məbləğində vəsaitin silindiyi, bu silinmələrdən Məhkəmə Ekspertizası Mərkəzinə təqdim edilmiş hesabdan çıxarışda və yuxarıda qeyd olunan məlumatlar sırasında olan ##.##.2018-ci il tarixdə *****AZNBL********** saylı hesabdan müştərinin hesabına köçürülmüş və silinmiş 444.000 manat vəsaitin müştəri tərəfindən ödənilmədiyi, həmin vəsaitin Azərbaycan Respublikası Mərkəzi X10 “Aktivlərin təsnifləşdirilməsi və mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatların yaradılması Qaydası”nın tələblərinə uyğun olaraq Tələbkar ASC-nin AZ**PAHA*****AZNBL********* saylı hesabından balansdan kənar hesaba keçirildiyi, bu zaman həmin əməliyyatın müştərinin hesabından çıxarışında texniki olaraq bankın yuxarıda qeyd olunan müvafiq hesabından müştərinin hesabına pul vəsaitinin köçürülməsi kimi əks olunduğu müəyyən edilmişdir. ...”.

22. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının *(***)-***/**** nömrəli ##.##.2023-cü il tarixli qərardadı ilə borclu “xxxx” MMC-nin Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2018-ci il tarixli, *(***)-***/**** saylı icra sənədi üzrə Bakı şəhəri Nəsimi rayon Icra şöbəsinin, Bakı şəhəri Yasamal rayon Icra şöbəsinin və Biləsuvar rayon Icra və probasiya şöbəsinin icra məmurlarının hərəkətlərindən verdiyi şikayət üzrə Bakı Nəsimi Rayon Məhkəməsinin *(***)-**/**** nömrəli, ## ### 2023-cü il tarixli qərardadından borclu tərəfindən verilmiş şikayət təmin edilməyərək, Bakı Nəsimi Rayon Məhkəməsinin *(***)- **/**** nömrəli, ## ### 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Həmçinin qərardadda göstərilmişdir ki, “... Göründüyü kimi, qanunverici borclunun borc sənədində göstərilən məbləği tamamilə və ya hissəvi ödəməsi durumunda, bu halın təsdiqi üçün müəyyən qaydalar müəyyən etmişdir. Borclu isə, müvafiq ödənişləri həyata keçiməsi barədə qanunvericiliklə nəzərdə tutulmuş hər hansı mötəbər sübutu məhkəməyə təqdim edə bilməmiş, etirazının əsası kimi istinad etdiyi halları əsaslandıra bilməmişdir. Borclunun istinad etdiyi Məhkəmə Ekspertizası Mərkəzinin ##.##.2020-ci il tarixli, */**** saylı ekspert rəyindən isə görünür ki, ekspert məhz iddiaçının (Tələbkar ASC nin) təqdim etdiyi hesabdan çıxarışın məlumatlarına əsaslanmış, cavabdehin hər hansı ödəniş sənədinin mövcudluğunu qeyd etməmişdir. Tələbkar isə hesabdan çıxarışda olan məlumatlarla bağlı məhkəməyə arayışlar təqdim edərək göstərmişdir ki, silinməsi iddia edilən pul vəsaitləri müştəri tərəfindən ödənilməmiş, həmin vəsait Azərbaycan Respublikası Mərkəzi X10 “Aktivlərin təsnifləşdirilməsi və mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatların yaradılması Qaydası”nın təsdiq edilməsi barədə ##.##.2022-ci il tarixli, **/*-* nömrəli qərarının tələblərinə uyğun olaraq Tələbkar ASC-nin AZ**PAHA*****AZNBL********* saylı hesabından balansdan kənar hesaba keçirilmişdir. Bu hal isə, özü-özlüyündə öhdəliyin borclu tərəfindən tam və ya qismən icrası (xitamı) anlamına gəlməməklə, bank sahəsində qəbul edilmiş müvafiq qərarların icrası ilə bağlı olmuşdur. Göründüyü kimi, borclu şikayətin dəlilləri üzrə istinad etdiyi halları əsaslandıra və sübut edə bilməmişdir. ...”.

23. Bakı Kommersiya Məhkəməsinin e-*-*(***)-****/**** nömrəli ##.##.2023-cü il tarixli qətnaməsi ilə iddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Tələbkar Açıq Səhmdar Cəmiyyətinə qarşı iddiaçı tərəfindən ##.##.2015-ci il tarixli K****/** nömrəli kredit müqaviləsi üzrə ##.##.2018-ci ildən ##.##.2019-cu il tarixədək aparılmış 41.000 manat məbləğində və ##.##.2016-cı il tarixli K**** nömrəli kredit müqaviləsi üzrə ##.##.2019-cu ildən ##.##.2019-cu ilə kimi aparılmış 549.000 manat məbləğində (cəmi 590.000) ödənişin borcdan silinməsinin cavabdehə həvalə olunması, ödənilmiş 400 manat mediasiya xərcinin və 490 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə iddiasının rədd edilməsi qət edilmişdir. Həmçinin qətnamədə göstərilmişdir ki, “... Məhkəmə qərardadı (Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(***)-**/**** nömrəli ##.##.2023-cü il tarixli qərardadı) ilə müəyyən olunmuş faktlardan göründüyü kimi ##.##.2016-cı il tarixli, K**** saylı kredit müqaviləsinə əsasən ##.##.2018-ci il tarixindən ##.##.2019-cu il tarixi aralığında ümumi olaraq 529.000 Azərbaycan manatı məbləğində vəsaitin silindiyi, bu silinmələrdən Məhkəmə Ekspertizası Mərkəzinə təqdim edilmiş hesabdan çıxarışda və yuxarıda qeyd olunan məlumatlar sırasında olan ##.##.2018-ci il tarixdə *****AZNBL********** saylı hesabdan müştərinin hesabına köçürülmüş və silinmiş 444.000 manat vəsaitin müştəri tərəfindən ödənilmədiyi, həmin vəsaitin Azərbaycan Respublikası Mərkəzi X10 “Aktivlərin təsnifləşdirilməsi və mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatların yaradılması Qaydası”nın tələblərinə uyğun olaraq Tələbkar ASC-nin AZ**PAHA*****AZNBL********* saylı hesabından balansdan kənar hesaba keçirildiyi, bu zaman həmin əməliyyatın müştərinin hesabından çıxarışında texniki olaraq bankın yuxarıda qeyd olunan müvafiq hesabından müştərinin hesabına pul vəsaitinin köçürülməsi kimi əks olunduğu müəyyən edilmişdir. ...”.

24. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının *-*(***)-***/**** nömrəli ##.##.2024-cü il tarixli qərardadı ilə iddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Tələbkar Açıq Səhmdar Cəmiyyətinə qarşı “ödənilmiş pulun borcdan silinməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin ## ####### 2023-cü il tarixli e-*-*(***)-****/**** saylı qətnaməsindən iddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməyərək, Bakı Kommersiya Məhkəməsinin ## ####### 2023-cü il tarixli e-*-*(***)-****/**** saylı qətnaməsinin ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. Həmçinin qərardadda göstərilmişdir ki, “... Kollegiya qeyd edir ki, göründüyü ki, hazırkı iş üzrə iddiaçı “xxxx” MMC (borcu) öz hüququndan istifadə edərək şikayət ərizəsi ilə məhkəməyə müraciət etmiş, tərəflərindən ##.##.2015 ci il tarixli, K****/** nömrəli kredit müqaviləsi üzrə ##.##.2018-ci tarixdən ##.##.2019- cu il tarixədək aparılmış 41.000 manat məbləğində ödənişin və ##.##.2016-cı il tarixli, K**** nömrəli kredit müqaviləsi üzrə ##.##.2019-cu ildən ##.##.2019-cu ilə kimi 549.000 manat məbləğində (cəmi 590.000 manat) ödənişin Nəsimi Rayon Məhkəməsinin icra vərəqəsi üzrə tutulmalı olan borcdan silinməsinin Biləsuvar rayon Icra və probasiya şöbəsinə və Bakı şəhəri Yasamal rayon Icra şöbəsinə həvalə edilməsi xahiş etmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ## ### 2023-cü il tarixli, *(***)-**/**** saylı qərardadı ilə şikayət ərizəsinin təmin edilməməsi qərara alınmış, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının *(***)-***/**** saylı, ##.##.2023- cü il tarixli qərardadı ilə borclu “xxxx” MMC tərəfindən verilmiş şikayət təmin olunmamış, iş üzrə Bakı Nəsimi Rayon Məhkəməsinin *(***)-**/**** nömrəli, ## ### 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, hazırkı tələbə mülki məhkəmə icraatı qaydasında baxıla bilməz. ...”.

25. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 2-2(102) ***/**** nömrəli ##.##.2024-cü il tarixli qərarı ilə iddiaçı “xxxx” MMC-nin kassasiya şikayəti təmin edilməyərək, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il ## ###### tarixli *-*(***)-***/**** nömrəli qərardadının dəyişdirilmədən saxlanılması qərara alınmışdır.

26. Borclu Borclu Bakı şəhəri Nəsimi rayon Icra şöbəsinə ünvanladığı ##.##.2025-ci il tarixli izahatında göstərmişdir ki, borclunun icra sənədindən xəbəri var. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsində işə baxılarkən kreditə ödənilən 580.000 manat pul vəsaitini nəzərə alınmadığı üçün ödənişi icra etməmişdir. Qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin qərarında göstərilmişdir ki, 580.000 manat icra mərhələsində borcdan azad edilməlidir. 580.000 manat məhkəmə müddətində ödəniş icra etmişdir. 600.000 manat qarşılığında 2 əmlakı azad etmişlər. 733.125 manat dəyərində 1 əmlak bankın balansına götürülmüş və sonuncu əmlakı 98.812 manat satışını icra etmişdir. Bankın şifahi məlumatına görə 420.000 borc qalmışdır. Lakin, 580.000 manat bank tərəfindən nəzərə alınması üçün həmin məbləği ödəniş etməmişdir. Icra şöbəsindən xahiş edir ki, bunun araşdırılması ilə bağlı möhlət verilsin və yaxın bir zamanda məsələ öz həllini tapacaqdır. Adına rəsmiləşdirilmiş daşınar və daşınmaz əmlakı, həmçinin aidiyyəti təşkilatlarda qiyməti kağızları və ya əmanəti yoxdur.

27. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(***)-***/**** nömrəli, ##.##.2025-ci il tarixli qərardadından görünür ki, ##.##.2022-ci il tarixli, ***/** saylı «Açıq hərracın yekunları barədə protokol»a əsasən, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(***)-***/****-*** nömrəli, ##.##.2018-ci il tarixli icra vərəqəsinə əsasən Bakı şəhəri Yasamal rayon Icra şöbəsi tərəfindən verilmiş **/**-*****/****** nömrəli ##.##.2022-ci il tarixli sifariş əsasında keçirilmiş hərracda ünvan 3 1 ünvanında yerləşən qeyri yaşayış sahəsi hərracın qalibi Tələbkar ASC tərəfindən 98.812,50 manata alınmışdır. ##.##.2022-ci il tarixli, ***/** saylı «Açıq hərracın yekunları barədə protokol»a əsasən, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(***)-***/****-*** nömrəli, ##.##.2018-ci il tarixli icra vərəqəsinə əsasən Biləsuvar rayon Icra şöbəsi tərəfindən verilmiş *****/**** nömrəli ##.##.2022- ci il tarixli sifariş əsasında keçirilmiş hərracda ünvan 5 ünvanında yerləşən 0,20 ha torpaq sahəsi ilə birlikdə əmlak kompleksi kimi müəssisə hərracın qalibi Tələbkar Açıq Səhmdar Cəmiyyəti tərəfindən 733.125 manata alınmışdır.

28. Təqdimata əlavə edilmiş ##.##.2026-cı il tarixli “xxxx” MMC-yə ünvanlanmış müraciətdən görünür ki, borclu Borclu icra ödənişinin məbləği 421,498.00 manat təşkil edir. Icra sənədinin icrası ilə bağlı hər ay borclunun gəlirinin 50%-nin tutulması tələb olunur. Tutulan məbləğin 90%-i tələbkarın, 10%-i icra qurumunun hesabına ödənilməlidir.

29. Göründüyü kimi Azərbaycan Respublikasının Ali Məhkəməsinin 2(102) ****/**** nömrəli, ##.##.2021-ci il tarixli qərarında 580000 manat vəsaitin borc məbləğindən silinməsi məsələsinə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(***)-**/**** nömrəli ##.##.2023-cü il tarixli qərardadında hüquqi qiymət verilmiş, bununla bağlı şikayət ərizəsi təmin edilməmişdir. Həmin qərardad Bakı Apellyasiya Məhkəməsinin *(***)-***/**** nömrəli ##.##.2023-cü il tarixli qərardadı ilə dəyişdirilmədən saxlanılmışdır. Bundan başqa, Bakı Kommersiya Məhkəməsinin e-*-*(***)-****/**** nömrəli ##.##.2023-cü il tarixli qətnaməsi ilə borcun silinməsi barədə iddia rədd edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının *-*(***)-***/**** nömrəli ##.##.2024-cü il tarixli qərardadı ilə icraata xitam verilmiş, həmin qərardad Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının *-*(***)-***/**** nömrəli ##.##.2024-cü il tarixli qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. Göründüyü kimi, şikayətdə qeyd edilən 580000 manatın borcdan silinməməsi ilə bağlı preyudisial əhəmiyyətə malik qanuni qüvvəyə minmiş məhkəmə aktları mövcuddur. Bu baxımdan, həmin vəsaitin ödənilmiş kimi qəbul edilməsi ilə bağlı şikayətin dəlili əsassızdır. Təqdimata əlavə edilmiş ##.##.2026-cı il tarixli “xxxx” MMC-yə ünvanlanmış müraciətdən görünür ki, borclu Borclu icra ödənişinin məbləği 421,498.00 manat təşkil edir. Borclu Borclu şikayətdə göstərdiyi kimi, həmin vaxtdan etibarən onun əmək haqqından 4000 manat vəsait tutulmuşdur.

30. Iş materiallarından aydın olur ki, hazırda borclunun tələbkar qarşısında qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş borc öhdəliyinin yüksək məbləğdə hissəsi icra edilməmiş qalmaqda davam edir.

31. Qeyd edilənlərə əsasən kollegiya hesab edir ki, borclunun ölkəni tərk etməsi icra sənədinin icrasız qalması və tələbkarın hüquqlarının pozulması ilə nəticələnə bilər.

32. Beləliklə şikayətin dəlillərini əsassız hesab edən kollegiya qeyd edir ki, icra sənədi üzrə borclu tərəfindən könüllü olaraq tələb icra edilməyərək icra vərəqəsi üzrə tutulmalı olan pul məbləği tam ödənilməmişdir.

33. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir.

34. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir.

35. Məhkəmə qətnamələrinin vaxtında icra olunmaması ədalətli məhkəmə baxışına olan hüququn pozulması hesab olunur. Məhkəmə qətnamələrinin icrasının zəruriliyi Azərbaycan Respublikası Konstitusiyasında, mülki-prosessual, eləcə də cinayət və inzibati qanunvericilikdə, bir sıra beynəlxalq normativ aktlarda öz ifadəsini tapmışdır.

36. Məhkəmə kollegiyası borclunun icra edilməmiş pul öhdəliyinin o cümlədən, həmin öhdəliyin tam icra edilməməsi nəticəsində yaranmış borcun mövcudluğunu və icra məmuru tərəfindən görülmüş digər tədbirlərin nəticə vermədiyini həmçinin tələbkarın mənafeyini nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə təqdimatı təmin edərkən qanuni və əsası nəticəyə gəlmişdir.

37. Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır.

38. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏRARA A L D İ:

Şikayət təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(*-**)-***/**** saylı, ##.##.2026-cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Məhəmməd Rüstəmli Fərrux Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar