Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 8(3-6)-345/2026 05.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI X3 Nuru oğlunun Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin ##.##.2014-cü il tarixli, *(***)-****/**** nömrəli icra sənədi üzrə indeksasiya barədə ərizəsi ilə bağlı iş üzrə (Açar sözlər: ödənilməli pul məbləğinin indeksasiyası) Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, X2 (sədrlik edən və məruzəçi), X7 və X1 ibarət tərkibdə, X3 Nuru oğlunun Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin ##.##.2014-cü il tarixli, *(***)-****/**** nömrəli icra sənədi üzrə indeksasiya barədə ərizəsinə dair Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərardadından tələbkar tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi. Işin halları:
1. Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin ##.##.2014-cü il tarixli, *(***)- ****/**** nömrəli əmri ilə borclu2 və borclu1 Meyxoş oğlundan müştərək qaydada cəmi 449 manat məbləğində borcun tutularaq X3 Nuru oğlunun xeyrinə ödənilməsi əmr edilmişdir.
2. ##.##.2026-cı il tarixli inkasso sərəncamından görünür ki, icra məmuru tərəfindən borc məbləğinin Nargilə Əsgərovanın bank hesabında olan pul vəsaitindən tutulması üçün ona məxsus hesabların üzərinə sərəncam qoyulmuşdur.
3. Suraxanı rayon icra şöbəsinin ##.##.2026-cı il tarixli məktubunda qeyd olunmuşdur ki, məhkəmənin ##.##.2014-cü il tarixli icra sənədi üzrə tələbin X6 Bəhram qızının pensiyasından tutulması üçün icra məmuru tərəfindən inkasso sərəncamı qəbul edilmişdir. Lakin şöbəyə tələbkar tərəfindən borclunun pensiyasından tutulmaların tələbkarın hesabına köçürülmədiyi bildirilmişdir. Bu səbəbdən ##.##.2026-cı il tarixdə inkasso sərəncamı ləğv edilmiş borclunun pensiyasından tələbkarın hesabına tutulmaların aparılmasının dəqiqləşdirilməsi üçün “xxxx” ASC-yə sorğu verilmişdir.
Iş üzrə qəbul edilmiş məhkəmə aktları:
4. X3 Nuru oğlu Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2014-cü il tarixli məhkəmə əmri ilə ödənilməli pul məbləğinin indeksasiya edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə əmri ilə müəyyən edilmiş 449 manat pulun 2014-cü ilin fevral ayından 2026-cı ilin mart ayınadək 211,70 faiz artım nəzərə alınmaqla (449 x 211,70 % = 950,53) cəmi 1.399,53 manat məbləğində indeksləşdirilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir.
5. Məhkəmə iclasında icra məmuru X5 bildirmişdir ki, bu iş onun icraatına təzə daxil olub, əvvəl Nisə Ismayılovanın icraatında idi. 3 ay əvvəl tələbkar tərəf ərizə ilə müraciət etmiş, həmin ərizəyə əsasən borclu tərəfin pensiyasından ödənişlər tutulmuşdur. Borclu bildirmişdir ki, 12 il bundan əvvəl borcunu ödəyib. Tələbkar tərəf isə bildirir ki, borcludan tutulan məbləğ hesaba köçməmişdir.
6. X6 məhkəməyə ərizə ünvanlayaraq, Musayev Ramil Nuru oğluna olan borcunun 449 manat deyil, 200 manat olmasını və həmin borcu da 2014-cü il tarixində ödədiyini bildirmişdir.
7. Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)- ***/**** nömrəli qərardadı ilə ərizə təmin edilməmişdir.
Şikayətin dəlilləri, şikayətə etirazın dəlilləri və birinci instansiya məhkəməsinin şikayətə dair gəldiyi nəticə:
8. Tələbkar qərardaddan şikayət verərək onun ləğv edilməsini və ərizənin təmin edilməsini xahiş etmişdir.
9. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə özü müəyyən etmişdir ki, icra sənədi üzrə icra hərəkətləri davam etdirilmiş, borclunun pensiyasından tutulmaların aparılması məqsədilə inkasso sərəncamı qəbul edilmiş, sonradan isə tutulmuş vəsaitlərin tələbkarın hesabına köçürülüb-köçürülməməsinin müəyyən edilməsi məqsədilə aidiyyəti banka sorğu göndərilmişdir. Bu hallar icra sənədinin tam icra olunmadığını və icra prosesinin hələ yekunlaşmadığını göstərdiyi halda, məhkəmə həmin hallara düzgün hüquqi qiymət verməmiş və əksinə, borcun ödənilib-ödənilməməsinin müəyyən edilməsinin mümkün olmamasını ərizənin təmin edilməməsi üçün əsas kimi qəbul etmişdir. Bundan əlavə, borclunun borcu ödədiyini bildirməsi həmin öhdəliyin faktiki icra olunmasını təsdiq edən mötəbər sübut hesab edilə bilməz. Məhkəmə yalnız borclunun izahatına əsaslanaraq borcun ödənilib-ödənilməməsi barədə mübahisənin mövcud olduğu qənaətinə gəlmiş, lakin bu iddianı təsdiq edən hər hansı ödəniş sənədinə, bank çıxarışına və ya digər obyektiv sübuta istinad etməmişdir. Digər tərəfdən isə icra orqanının təqdim etdiyi rəsmi məktubdan görünür ki, tutulmuş vəsaitlərin tələbkarın hesabına köçürülməsi faktı belə müəyyən edilməmişdir. Belə olan halda, məhkəmənin iş materiallarında olan rəsmi sənədlərə deyil, sübutlarla təsdiq olunmamış izahatlara üstünlük verməsi sübutların obyektiv və hərtərəfli qiymətləndirilməsi prinsipinə uyğun deyildir.
10. Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün işlə birlikdə Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir.
11. Şikayətə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 397.2-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılır.
12. Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır.
Tətbiq edilən hüquq normaları:
13. Azərbaycan Respublikası Mülki prosessual Məcəlləsi: Maddə 232.1. Tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
14. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin ##.##.2026cı il tarixli, *(*-***)-***/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, hazırda icra sənədi üzrə tutulmuş vəsaitlərin tələbkarın hesabına köçürülübköçürülməməsi
15. barədə icra orqanı tərəfindən araşdırma aparılır.
16. Kollegiya hesab edir ki, hazırki mərhələdə icra sənədi üzrə borcun faktiki icra olunub-olunmaması müəyyən edilmədən həmin məbləğin indeksasiyasının aparılması mümkün deyildir.
17. Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququna malikdir.
18. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qərara aldı:
Şikayət təmin edilməsin. Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.