Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 8(3-6)-347/2026 04.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Tələbkar Tələbkar ödənilməli pul məbləğinin indeksasiya olunması barədə ərizəsinə dair iş üzrə (Açar sözlər: ərizənin geri qaytarılması) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X4 (sədrlik edən və məruzəçi), X2 və X3 ibarət tərkibdə, tələbkar Tələbkar ödənilməli pul məbləğinin indeksasiya olunması barədə ərizəsinə dair iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-***/**** nömrəli qərardadından tələbkar Tələbkar tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. Birinci instansiya məhkəməsində icraat
1. Tələbkar Tələbkar ərizə ilə məhkəməyə müraciət edərək, Binəqədi Rayon Məhkəməsinin ## #### 2014-cü il tarixli, *(***)-****/**** nömrəli məhkəmə qərarı üzrə ödənilməmiş cəmi 1120 pul məbləğini indeksləşdirərək 2014-cü il yanvar ayından 2026-cı il aprel ayınadək 215,50 faiz artımı (1120 manat x 215,50% = 2413,60 manat) nəzərə alaraq cəmi 3534,60 manat məbləğində indeksləşdirilmənin müəyyən edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir.
2. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-***/**** nömrəli qərardadı ilə tələbkar Tələbkar “ödənilməli pul məbləğinin indeksasiya olunması” barədə ərizəsi geri qaytarılmışdır.
3. Qərardad onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 13.4-cü maddəsinə əsasən, barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Həmin Məcəllənin 149.2.2-ci maddəsinə əsasən, cavabdehin və işdə iştirak edən digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları) göstərilməlidir. Həmin Məcəllənin 149.2.3-cü maddəsinə əsasən iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb iddia ərizəsində göstərilməlidir. Hazırki ərizədən müəyyən olunur ki, ərizəçi mülki prosessual qanunvericiliklə nəzərdə tutulmuş qaydada istinad etdiyi hallara dair heç bir sübutunu məhkəməyə təqdim etməmiş, yalnız ərizə, məhkəmə qərarını və icraya yönəldilməsi barədə məktubu əlavə etməklə kifayətlənmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 232.1-ci maddəsinə əsasən tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. Göründüyü kimi qanunun tələbinə əsasən məhkəmə qərarının indeksasiyası məhz onun icrası zamanı həyata keçirilə bilər. Hazırki halda tələbkar 2014-cü il tarixdə onun xeyrinə qəbul edilmiş məhkəmə qərarı ilə tutulmalı məbləğin indeksasiyasını tələb etsə də, həmin məhkəmə qərarı üzrə icraata başlanılması üzrə heç bir rəsmi məlumatı məhkəməyə təqdim etməmiş, o cümlədən ərizəsinin məzmununda göstərməmiş, habelə pulun indeksasiyasını məhkəmə qərarının qüvvəyə minməsi, icraya yönəldilməsi tarixlərini nəzərə almadan qərarın qəbul edildiyi tarixdən aparılmasını tələb edir. Bu məzmunda ərizənin isə mülki prosessual qanunvericiliyin tələblərinə əsasən icraata götürülməsi və mahiyyəti üzrə baxılması isə məqsədəmüvafiq hesab edilə bilməz. Beləliklə, məhkəmə ərizənin qəbul olunmasının mümkünlüyü məsələsini yoxlayaraq belə nəticəyə gəlmişdir ki, ərizə mülki prosessual qanunvericiliyinin tələblərinə riayət edilmədən verildiyinə görə geri qaytarılmalı və tələbkara göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən məhkəməyə müraciət etmək hüququnun olması izah olunmalıdır.
4. Həmin qərardaddan tələbkar Tələbkar şikayət verərək, qərardadın ləğv edilməsi və ərizənin təmin olunması barədə qərardad qəbul edilməsini xahiş etmişdir.
5. Şikayətin dəlillərinə görə, ərizəçi Tələbkar “ödənilməli pul məbləğinin indeksasiya olunması” barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2014-cü il tarixli məhkəmə qərarı üzrə ödənilməmiş cəmi 1120 pul məbləğini indeksləşdirərək 2014-cü il yanvar ayından 2026-cı il aprel ayınadək 215,50 faiz artımı (1120 manat x 215,50% = 2413,60 manat) nəzərə alaraq cəmi 3534,60 manat məbləğində indeksləşdirilmənin müəyyən edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)- ***/**** nömrəli qərardadı ilə ərizəçi X1 “ödənilməli pul məbləğinin indeksasiya olunması” barədə ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. Konstitusiya Məhkəməsi indeksasiya institutunun məqsədinin məhkəmə qərarının icrası zamanı pul vəsaitinin inflyasiya nəticəsində itirdiyi alıcılıq qabiliyyətinin bərpası olduğunu müəyyən etmişdir. Birinci instansiya məhkəməsi həmin hüquqi mövqeni nəzərə almamış, indeksasiya hüququnun həyata keçirilməsini qanunda nəzərdə tutulmayan məhdudiyyətlərdən asılı vəziyyətə salmış və nəticədə hüquq normasını düzgün tətbiq etməmişdir. Məhkəmə qanunvericilikdə nəzərdə tutulmayan əlavə şərtlər tətbiq etməklə indeksasiya hüququnun həyata keçirilməsini əsassız olaraq məhdudlaşdırmış və nəticədə normanı düzgün tətbiq etməmişdir. Məhkəmə qanunvericilikdə mövcud olmayan əlavə tələblər tətbiq etmiş, ərizəçinin üzərinə nəzərdə tutulmayan sübutetmə yükü qoymuş və bununla da prosessual hüquq normasını düzgün tətbiq etməmişdir. Bundan əlavə, məhkəmənin gəldiyi nəticə qərardadda göstərilən faktiki hallarla ziddiyyət təşkil edir. Belə ki, məhkəmə özü müəyyən etmişdir ki, ərizəçi məhkəmə qətnaməsini və həmin qətnamənin icraya yönəldilməsi barədə məktubu ərizəyə əlavə etmişdir. Buna baxmayaraq, daha sonra ərizəçinin məhkəmə qərarı üzrə icraata başlanılması barədə heç bir rəsmi məlumat təqdim etmədiyi göstərilərək ərizənin geri qaytarılması nəticəsinə gəlinmişdir. Məhkəmə təqdim olunmuş icraya yönəldilmə barədə məktubun hansı səbəbdən icra prosesinin başlanmasına dair ilkin sübut kimi qəbul edilmədiyini, onun sübut əhəmiyyətini nə üçün istisna etdiyini və hansı hüquqi əsasla kifayət hesab etmədiyini əsaslandırmamışdır. Bu isə qərardadın motivləri ilə müəyyən edilmiş faktiki hallar arasında ziddiyyət yaradır. Bundan başqa, məhkəmə ərizəçinin indeksasiyanın məhkəmə qərarının qəbul edildiyi tarixdən hesablanmasını tələb etdiyini göstərərək bunu da ərizənin geri qaytarılması üçün əsas kimi qiymətləndirmişdir. Halbuki indeksasiyanın hansı tarixdən hesablanmalı olması ərizənin məqbul olub-olmaması ilə deyil, onun mahiyyəti üzrə həll edilməli olan hüquqi məsələdir. Bu hal ərizənin icraata qəbul edilməsindən imtina və ya onun geri qaytarılması üçün deyil, zərurət olduqda mahiyyəti üzrə baxılarkən hüquqi qiymətləndirmə aparılması üçün əsas ola bilərdi. Birinci instansiya məhkəməsi qərardadda gəldiyi nəticələri təsdiq edən kifayət qədər sübutlara istinad etməmişdir. Məhkəmə tərəfindən indeksasiya hüququnun həyata keçirilməsinə maneə kimi qiymətləndirilən halların mövcudluğu və həmin halların ərizənin geri qaytarılması üçün hüquqi əsas yaratması sübuta yetirilməmişdir. Qərardadda istinad edilən nəticələr iş materiallarında olan sübutlardan irəli gəlmir, həmin nəticələrlə sübutlar arasında səbəbli əlaqə göstərilmir və məhkəmə tərəfindən bu halların hansı sübutlarla müəyyən edildiyi əsaslandırılmır. Bundan əlavə, məhkəmə indeksasiya institutunun tətbiqinə maneə kimi qəbul etdiyi halların qanunvericilikdən irəli gəldiyini və ya ərizəçinin hüququnun məhdudlaşdırılması üçün kifayət qədər əsas təşkil etdiyini sübut etməmişdir. Nəticədə məhkəmənin gəldiyi nəticələr ehtimallara və normanın geniş təfsirinə əsaslanmış, lakin mötəbər və kifayət qədər sübutlarla təsdiq olunmamışdır.
6. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-***/**** nömrəli qərardadına əsasən şikayət təmin edilməyərək, mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.
Tətbiq edilən hüquq
7. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 13.4 Barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Maddə 149.2.2. Cavabdehin və işdə iştirak edən digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları) göstərilməlidir. Maddə 149.2.3. Iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb iddia ərizəsində göstərilməlidir. Maddə 232.1. Tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. Maddə 398.0. Apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: 398.0.1. Məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
8. Şikayətin dəlilləri kimi ona istinad olunur ki, birinci instansiya məhkəməsi təqdim olunmuş icraya yönəldilmə barədə məktubun hansı səbəbdən icra prosesinin başlanmasına dair ilkin sübut kimi qəbul edilmədiyini, onun sübut əhəmiyyətini nə üçün istisna etdiyini və hansı hüquqi əsasla kifayət hesab etmədiyini əsaslandırmamışdır. Həmçinin, məhkəmə ərizəçinin indeksasiyanın məhkəmə qərarının qəbul edildiyi tarixdən hesablanmasını tələb etdiyini göstərərək, bunu da ərizənin geri qaytarılması üçün əsas kimi qiymətləndirmişdir. Halbuki indeksasiyanın hansı tarixdən hesablanmalı olması ərizənin məqbul olub-olmaması ilə deyil, onun mahiyyəti üzrə həll edilməli olan hüquqi məsələdir. Bu hal ərizənin icraata qəbul edilməsindən imtina və ya onun geri qaytarılması üçün deyil, zərurət olduqda mahiyyəti üzrə baxılarkən hüquqi qiymətləndirmə aparılması üçün əsas ola bilərdi. Birinci instansiya məhkəməsi qərardadda gəldiyi nəticələri təsdiq edən kifayət qədər sübutlara istinad etməmişdir.
9. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırki şikayətin dəlilləri üzrə düzgün qiymətləndirmə apararaq qeyd etmişdir ki, ərizəçi mülki prosessual qanunvericiliklə nəzərdə tutulmuş qaydada istinad etdiyi hallara dair heç bir sübutunu məhkəməyə təqdim etməmiş, yalnız ərizə, məhkəmə qərarını və icraya yönəldilməsi barədə məktubu əlavə etməklə kifayətlənmişdir. Qanunun tələbinə əsasən məhkəmə qərarının indeksasiyası məhz onun icrası zamanı həyata keçirilə bilər. Hazırki halda tələbkar 2014-cü il tarixdə onun xeyrinə qəbul edilmiş məhkəmə qərarı ilə tutulmalı məbləğin indeksasiyasını tələb etsə də, həmin məhkəmə qərarı üzrə icraata başlanılması üzrə heç bir rəsmi məlumatı məhkəməyə təqdim etməmiş, o cümlədən ərizəsinin məzmununda göstərməmiş, habelə pulun indeksasiyasını məhkəmə qərarının qüvvəyə minməsi, icraya yönəldilməsi tarixlərini nəzərə almadan qərarın qəbul edildiyi tarixdən aparılmasını tələb edir. Bu məzmunda ərizənin isə mülki prosessual qanunvericiliyin tələblərinə əsasən icraata götürülməsi və mahiyyəti üzrə baxılması isə məqsədəmüvafiq hesab edilə bilməz.
10. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 149.2.2-ci maddəsinə əsasən cavabdehin və işdə iştirak edən digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları) göstərilməlidir. Həmin Məcəllənin 149.2.3-cü maddəsinə əsasən iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb iddia ərizəsində göstərilməlidir.
11. Beləliklə məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı qanuni və əsaslıdır, şikayətin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunmaqla, qərardadın ləğvinə əsas vermir. Buna görə də qərardad dəyişdirilmədən saxlanılmalı, şikayət təmin olunmamalıdır.
12. Göstərilənlərə əsasən və MPM-in 263, 264, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı:
Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-***/**** nömrəli qərardadından tələbkar Tələbkar tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-***/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.