Məhkəmə qərarları › İş №8(3-6)-352/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(3-6)-352/2026

10.08.2026 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 8(3-6)-352/2026 10.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Azad Nizam oğlu Imanovun sədrliyi ilə, Səadət Rəşid qızı Səlimovadan və Elnur Məmmədsaat oğlu Həsənovdan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin binasında Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin *(*-**)-***/**** nömrəli ##.##.2026-cı il tarixli qərardadından borclu Ərizəni verən şəxs tərəfindən verilmiş şikayətə əsasən mülki işə yazılı icraat qaydasında baxaraq Müəyyən etdi: Borclu Ərizəni verən şəxs ərizə ilə məhkəməyə müraciət edərək, Bakı Apellyasiya Məhkəməsinin MK-nın *(***)-***/**** nömrəli, ##.##.2023-cü il tarixli icra sənədi üzrə tələbkar Tələbkar qızma ödəməli olduğu 47140 (qırx yeddi min yüz qırx) manat məbləğində vəsaitin hər ay hissə-hissə, yəni ayda 1000 manat ödəməyi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin MK-nın *(***)-***/**** nömrəli, ##.##.2023-cü il tarixli icra sənədinə əsasən, Ərizəni verən şəxs Tələbkar xeyrinə 64000 (altmış dörd min manat) manat pulun tutulması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin *(***)-***/**** nömrəli, ##.##.2023-cü il tarixli icra sənədinin icrası Bakı şəhəri, Nərimanov rayon Icra şöbəsinə həvalə edilmişdir. Nərimanov rayon Icra şöbəsinin böyük icra məmuru X2 tərəfindən həmin icra sənədi üzrə ##.##.2023-cü il tarixli, “Icraata başlamaq haqqında” qərar qəbul edilərək icraata götürülmüşdür. Icra sənədinin icrası Bakı şəhəri, Nərimanov rayon Icra və probasiya şöbəsinin icraatına verilmişdir. Bakı şəhəri, Nərimanov rayon Məhkəməsinin *(***)-*/**** saylı, ##.##.2024-cü il tarixli qərardadı ilə Ərizəni verən şəxs adma Salyan rayonu, Çuxanlı kəndində yerləşən 1,42 ha və 2,4703 ha torpaq sahəsi üzərində ümumi birgə mülkiyyət hüququnun qeydiyyata alındığı borcluya aid olan hissəsində həbs qoyulmuşdur. Bundan sonra Bakı şəhəri, Nərimanov rayon Icra şöbəsi Bakı Apellyasiya Məhkəməsinin *(***)-***/**** nömrəli, ##.##.2023cü il tarixli icra il tarixli icra sənədi üzrə borclu Ərizəni verən şəxs adına olan Salyan rayonu, Çuxanlı kəndində yerləşən 1,42 ha və 2,4703 ha torpaq sahəsi üzərində ümumi birgə mülkiyyət hüququnun qeydiyyata alındığı borcluya aid olan hissəsinin qiymətləndirilməsi və açıq hərracdan satışının həyata keçirilməsi üçün işi Salyan rayon Icra və probasiya şöbəsinə göndərmişdir. Salyan rayon Icra və probasiya şöbəsinin icra məmuru Nicat Mahmudov icra sənədi üzrə borclunun Salyan rayonu, Çuxanlı kəndində yerləşən 1.42 ha və 2.74703 ha torpaq sahələrindəki mülkiyyət payına dair qiymətləndirinə rəyi almış və ##.##.2025- ci il tarixli Qərarla hər iki torpaq sahələrindəki payın 1860 manat müqabilində borc əvəzi X1 verilməsini qərara almışdır. Beləliklə tələbkara 62140 manat borcu qalmışdır. Həmin borcdan 15000 manat hissəsini ## ###### 2026-cı il tarixində qohumlarının köməkliyi ilə yığıb tələbkara ödəmişdir. Hal-hazırda icra sənədi üzrə 47140 manat pul borcu vardır. Borclu kimi bildirir ki, hal-hazırda heç bir yerdə işləmir, rəsmi iş yeri də yoxdur, Bakı şəhəində makler fəaliyyəti ilə məşğul olur və aylıq gəliri 1500-2000 manat təşkil edir. Himayəsində xəstə həyat yoldaşı və azyaşlı övladı vardır. Onların bütün tələbatı öz üzərindədir. 47140 manat məbləğində vəsaitin hamısını birdən ödəməyə maddi imkanı yoxdur. Hər ay 800-1000 manat məbləğində pulu borcundan ödəyə bilər. Ona görə də məhkəməyə bu ərizə ilə müraciət edir ki, Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)- ***/**** nömrəli, ##.##.2023-cü il tarixli icra sənədi üzrə ödəməni hissə-hissə ödəməyinə köməklik göstərilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli *(*-**)-***/**** saylı qərardadı ilə borclu Ərizəni verən şəxs tərəfindən verilmiş qətnamənin hissə-hissə icra edilməsinə dair ərizəsinin təmin edilməməsi qərara alınmışdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli *(*-**)-***/**** saylı qərardadından borclu Ərizəni verən şəxs tərəfindən verilmiş şikayət ##.##.2026-cı il tarixdə dəftərxana vasitəsilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə daxil olmuşdur. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli *(*-**)-***/**** saylı qərardadı ilə borclu Ərizəni verən şəxs tərəfindən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli *(*-**)-***/**** saylı qərardadından verilmiş şikayət geri qaytarılmışdır. Borclu Ərizəni verən şəxs tərəfindən ##.##.2026-cı il tarixdə “Elektron Məhkəmə” informasiya sistemi vasitəsi ilə yenidən qərardaddan şikayət və şikayət vermək üçün qanunvericiliklə nəzərdə tutulmuş prosessual müddətin bərpa olunması barədə ərizə təqdim etmişdir. Borclu Ərizəni verən şəxs tərəfindən qərardaddan verilmiş şikayət onunla əsaslandırılmışdır ki, icra sənədi üzrə tələbi hissə-hissə ödəyə bilər. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin *(*-**)-***/**** nömrəli ##.##.2026-cı il tarixli qərardadı ilə müddətin bərpa edilməsi barədə ərizənin təmin edilməsi, borclu Ərizəni verən şəxs tərəfindən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli *(*-**)-***/**** saylı qərardadından şikayət verilməsi üçün buraxılmış müddətin üzrlü hesab edilərək bərpa edilməsi, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli *(*-**)-***/**** saylı qərardadından borclu Ərizəni verən şəxs tərəfindən verilmiş şikayətin təmin edilməməsi və şikayətin baxılması üçün 7 gün müddətində iş materialları ilə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Məhkəmə kollegiyası iş materiallarını və şikayəti araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin *(*-**)-***/**** nömrəli ##.##.2026-cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrası məhkəməyə müraciət etmək hüququnun tərkib hissəsi olmaqla xüsusi önəm daşıyır. Belə ki, məhkəmə qərarının vaxtında və düzgün icra olunmaması bütövlükdə məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsini səmərəsiz və qəbul olunmuş qərarı əhəmiyyətsiz edir. Konstitusiya və beynəlxalq hüquq aktlarının tələblərinə görə ədalət mühakiməsi məhkəmə qərarlarının effektiv icrası nəticəsində hüquqların səmərəli şəkildə bərpa olunmasını təmin etməlidir (Konstitusiya Məhkəməsi Plenumunun “Icra haqqında” Azərbaycan Respublikası Qanununun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair” 2015ci il # ######## tarixli Qərarı) Azərbaycan Respublikası MPM-nın 231.1-ci maddəsinə əsasən, işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. “Icra haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası yaxud icra sənədinin icrası üsulunun və qaydasının dəyişdirilməsi haqqında işə baxmış məhkəməyə müraciət edə bilərlər. Borclunun əmlak vəziyyətini və digər halları nəzərə alaraq, məhkəmə həmin müraciətlərə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsi ilə müəyyən edilmiş qaydada baxır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.4-cü maddəsinin şərh edilməsinə dair” # #### 2014-cü il tarixli Qərarında göstərilir ki, ... Konstitusiyanın 60-cı maddəsində təsbit edilən hüquq və azadlıqların məhkəmə təminatı hüququ məhkəmə tərəfindən yalnız qanuni və əsaslandırılmış qərarın qəbul edilməsini deyil, həmçinin onun vaxtında icra edilməsini nəzərdə tutur. Göstərilənlərə əsasən, Konstitusiya Məhkəməsinin Plenumu xüsusilə vurğulayır ki, qətnamənin icrasına möhlət verilməsi tələbkarın qanunla qorunan mənafelərinin və pozulmuş hüquqlarının real müdafiəsi müddətini uzatdığına görə, belə möhlətin verilməsi müstəsna xarakter daşımalı, icra hərəkətlərinin həyata keçirilməsinə ciddi maneələr və çətinliklər olduqda tətbiq edilməli, işdə iştirak edən şəxslərin hüquqlarının məhdudlaşdırılmasına yönəlməməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, Avropa Insan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında məhkəmə aktlarının vaxtında icra edilməməsini ədalətli məhkəmə araşdırmasının həyata keçirilməsinin təmin edilməməsi kimi qiymətləndirmişdir. Konvensiyanın 6-cı maddəsinə, habelə Avropa Məhkəməsinin presedent hüququna gəldikdə isə qeyd olunmalıdır ki, məhkəmə Konstitusiyanın 12-ci maddəsinin II hissəsinin mənasınagörə Konvensiyanın müddəalarını və Avropa Məhkəməsinin təcrübəsini də nəzərə alır. Insan Hüquqları üzrə Avropa Məhkəməsinin “Kutic Xorvatiyaya qarşı” iş üzrə # #### 2002ci il tarixli Qərarındakı hüquqi mövqeyə görə məhkəmənin bir sira fərdlərə məhkəmədə mülki iddia qaldırmaq hüququ verməklə həmin iş üzrə yekun qərarın qəbul olunmasının təmin edilməməsi məhkəməyə müraciət etmək hüququnu qeyri-real edərdi. Eyni mövqeni təkrarlayaraq Insan Hüquqları üzrə Avropa Məhkəməsinin “Çuykina Ukraynaya qarşı” iş üzrə ## ###### 2011-ci il tarixli Qərarında bir daha qeyd edilmişdir ki, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ilə tərəflərə verilən prosessual təminatların təfsilatı ilə izah edilməsi müqabilində mülki mubahisələrin qəti həllinin təmin edilməməsi ağlasığmaz olardı. Məhkəmə müdafiəsi hüququnun məzmununa gəldikdə isə o, bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə ağlabatan müddətdə baxmaq və onlara dair ədalətli qərar qəbul edərək, onların vaxtında icra edilməsi vəzifəsini müəyyən edir. Işin müəyyən edilmiş hallarından görünür ki, Bakı Apellyasiya Məhkəməsinin MK-nın *(***)- ***/**** nömrəli, ##.##.2023-cü il tarixli icra sənədinə əsasən, Ərizəni verən şəxs Tələbkar xeyrinə 64000 (altmış dörd min) manat pul tutulması qərara alınmışdır. Icra məmuru tərəfindən ##.##.2023-cü il tarixdə icraata başlanılmışdır. Ərizəyə əlavə olunmuş sənədlərlə müəyyən olunur ki, hazırda icra sənədi üzrə 41060 manat borcu qalmışdır (tələbkarın ##.##.2026-cı il tarixli ərizəsi). Borclu icra sənədi üzrə ödənilməli qalan məbləğin hissə-hissə - hər ay 1000 manat olmaqla ödənilməsini xahiş etmişdir. Kollegiya qeyd edir ki, qətnamənin hissə-hissə icra edilməsi tələbkarın qanunla qorunan mənafelərinin və pozulmuş hüquqlarının real müdafiəsi müddətini uzatdığına görə, belə qətnamənin icrasına möhlətin verilməsi müstəsna xarakter daşımalı, icra hərəkətlərinin həyata keçirilməsinə ciddi maneələr və çətinliklər olduqda tətbiq edilməli, işdə iştirak edən şəxslərin hüquqlarının əsassız məhdudlaşdırılmasına yönəlməməlidir. Qanunvericilik işdə iştirak edən şəxslərin ərizəsi əsasında məhkəmə aktının hissə-hissə icrasının mümkünlüyünü müəyyən etməklə yanaşı, bunu ilk növbədə tərəflərin əmlak vəziyyətindən, eləcə də işin digər diqqətəlayiq hallarından asılı etmişdir. Qanunvericiliyin mənasına görə bu zaman borclunun əmlak vəziyyətinin və ya digər halların borcun birdəfəlik ödənilməsinə imkan verməməsini sübut etmək vəzifəsi belə ərizə ilə məhkəməyə müraciət etmiş borclunun üzərinə düşür. Bu cür ərizələrə baxılarkən tələbkarın əmlak mənafeləri də diqqətdən yayınmamalıdır. Belə ki, qətnamənin hissə-hissə icra edilməsi müstəsna haldır və onun mümkünlüyü zamanı təkcə borclunun deyil, o cümlədən tələbkarın mənafeyi nəzərə alınmalıdır. Kollegiya hesab edir ki, borclu tərəfindən göstərilən dəlillər tələbkarın mənafeyi, onun hazırki ərizəyə etiraz etməsi, habelə icra sənədi üzrə yaranmış borcun məbləği nəzərə alınmaqla, icra sənədinin hissə-hissə icra edilməsi barədə qərardad qəbul edilməsi üçün əsas ola bilməz. Iş materialları ilə hazırki iş üzrə qətnamənin hissə-hissə icra edilməsi üçün müstəsna hal müəyyən olunmamışdır. Ərizəçi qətnamənin icrasını çətinləşdirən əsaslarla bağlı hər hansı sübutu ərizəsinə yaxud şikayətə əlavə etməmişdir. Şikayətin dəlilləri formal mülahizələr olmaqla əsaslı sayıla və təmin edilə bilməz. Məhkəmə haqlı olaraq hesab etmişdir ki, icra vərəqəsi üzrə ödənilməli olan geriyə qalan borcun ərizədə təklif edilən qaydada hər ay hissə-hissə 1000 manat olmaqla ödənilməsi icra sənədinin icrası üçün kifayət qədər uzun müddət vaxt tələb etməklə sonda tələbkarın məhkəmə aktının icrasını uzun müddət ərzində gözləməsi ilə nəticələnəcəkdir. Tələbkar isə bu halla razı deyildir. Eyni zamanda icra hərəkətlərinin həyata keçirilməsinə ciddi maneələr və çətinliklər olmadığından hazırki ərizədə qeyd edilən əsaslarla borclu tərəfindən verilmiş qətnamənin hissə-hissə icra edilməsinə dair ərizə əsaslı hesab edilərək təmin edilə bilməz. Kollegiya hesab edir ki, bu şəraitdə icranın uzadılması ədalət mühakiməsinin prinsipləri ilə, o cümlədən tələbkarın hüququnun müdafiəsi ilə uzlaşmır. Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Bu halda məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin *(*-**)-***/**** nömrəli ##.##.2026-cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 231, 397-398, 400 və 402-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası q ə r a r a a l d ı: Borclu Ərizəni verən şəxs şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin Nərimanov Rayon Məhkəməsinin *(*-**)- ***/**** nömrəli ##.##.2026-cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar