Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 8(3-6)-354/2026 06.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Borclu Borclu məxsus olan əmlak üzərinə həbs qoyulması haqqında Sabunçu rayon icra şöbəsinin icra məmuru Amil Əmirovun təqdimatına dair icraat üzrə (Açar sözlər: əmlak üzərinə həbs qoyulması) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X1 (sədrlik edən və məruzəçi), X3 və X4 ibarət tərkibdə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin *(*-***)-***/**** saylı, ##.##.2026-cı tarixli qərardadından borclu Borclu tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: Iş üzrə qəbul edilmiş məhkəmə aktları:
1. Sabunçu rayon icra şöbəsinin icra məmuru Amil Əmirov icra sənədi üzrə borclu Borclu məxsus Binəqədi rayonu, Goradil kəndi ****v saylı bağ sahəsi üzərinə həbs qoyulmasına dair təqdimatla məhkəməyə müraciət etmişdir.
2. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin *(***)-**/****-*** nömrəli, ##.##.2026- ci il tarixli icra sənədinə əsasən borclu X2 13260 (on üç min iki yüz altmış) manat məbləğində pul vəsaiti tutularaq ilk iddiaçı Tələbkar ödənilsin. Cavabdeh Borclu 80 548,22 manat (səksən min beş yüz qırx səkkiz manat iyirmi iki qəpik) manat məbləğində pul vəsaiti tutularaq ilk iddiaçı Tələbkar ödənilsin. Ilk iddia qalan hissədə təmin olunmasın. Ilk iddiaçı Tələbkar iddia ərizəsinin verilməsi üçün ödədiyi 486,42(dörd yüz səksən altı manat 42 qəpik) manat dövlət rüsumunun 232,30 (iki yüz otuz iki manat 30 qəpik) manat hissəsi cavabdehlər Borclu və X2 müştərək qaydada alınaraq ilk iddiaçı Tələbkar ödənilsin. Məhkəmə ekspertizası tədqiqatlarının dəyəri olan cəmi 360 (üç yüz altmış) manat məbləğində pul vəsaitinin 180 (bir yüz səksən) manat hissəsi Borclu, 180 (bir yüz səksən) manat hissəsi isə Tələbkar tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN********** f AZ34CTRE00000000000002088501, X9, KOD 210005, müxbir hesab AZ41NABZ01360100000000003944, SWIFT BIK CTREAZ22, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3) ödənilsin. Icra sənədi ##.##.2026-ci il tarixdə Bakı şəhəri Sabunçu rayon Icra şöbəsinə daxil olmuş və qanunamüvafiq qaydada icraya yönəldilmişdir. Icraata başlamaq haqqında qərar qəbul olunaraq, surəti bildirişlə bərabər icra sənədi üzrə borclu Borclu OGLUnun icra sənədində qeyd olunan ünvanına göndərilmişdir. Borclu könüllü icra müddətində icra sənədi üzrə tələbi təmin etmədiyi üçün borclunun əmlak vəziyyətini yoxlamaq məqsədilə elektron sistem vasistəsilə sorğular edilmişdir. Belə ki, “Elektron icra" informasiya sistemindən əldə olunmuş sorğu məlumatına əsasən müəyyən olunmuşdur ki, borclu Borclu məxsus mülkiyyətində olan Bakı şəhəri,Binəqədi rayonu,Goradil kəndi, ****v saylı bağ sahəsi vardır. Icra sənədinin icrasını təmin etmək məqsədilə hesab edirəm ki, məcburi icra tədbirləri kimi borclunun əmlakının üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəlməsi barədə məcburi icra tədbirləri tətbiq edilməlidir.
3. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin *(*-***)-***/**** saylı, ##.##.2026-cı tarixli qərardadı ilə təqdimat təmin edilərək icra işi üzrə Borclu məxsus Binəqədi rayonu, Goradil kəndi ****v saylı bağ sahəsinin üzərinə həbs qoyulması qərara alınmışdır.
Şikayətin dəlilləri, birinci instansiya məhkəməsinin şikayətə dair gəldiyi nəticə və şikayətə etirazın dəlilləri:
4. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin *(*-***)-***/**** saylı, ##.##.2026-cı tarixli qərardadından borclu Borclu tərəfindən verilmiş şikayət həmin məhkəmənin ##.##.2026-cı il tarixli qərardadı ilə təmin edilməmiş, işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.
5. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə qəbul etdiyi qərardadın əsası kimi ona istinad etmişdir ki, iş materialarında olan Binəqədi rayon məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-**/****-*** nömrəli icra sənədinə əsasən borclu X2 13260 manat məbləğində, cavabdeh Borclu Bala oğlundan isə 80.548,22 manat məbləğində pul vəsaiti tutularaq ilk iddiaçı Tələbkar ödənilsin, ilk iddia qalan hissədə təmin olunmasın. Ilk iddiaçı Tələbkar iddia ərizəsinin verilməsinə görə ödədiyi 486.42 manat dövlət rüsumunun 232,30 hissəsi cavabdehlər Borclu və X2 müstərək qaydada tutularaq ilk iddiaçı Tələbkar ödənilsin. Məhkəmə ekspertizası tədqiqatlarının dəyəri olan cəmi 360 manat məbləğində pul vəsaitinin 180 manat hissəsi Borclu və 180 manat hissəsi isə Tələbkar tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Lakin mülkiyyət hüququ üzrə ona məxsus Bakı şəhəri, Binəqədi rayonu, Görədil kəndi, ****v saylı bağ sahəsində yerləşən fərdi yaşayış evinin üzərinə həbs qoyulması barədə Bakı şəhəri Sabunçu rayon məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərardadı əsaslı və qanuni hesab edilə bilməz. Əvvəla qeyd edir ki, üzərinə həbs qoyulmuş bağ sahəsi və üzərində yerləşən fərdi yaşayış evi həyat yoldaşı ilə onun birgə mülkiyyətində olan yeganə yaşayış sahəsidir. Həmin fərdi yaşayış evi və onun yerləşdiyi torpaq sahəsi nikah müddətində əldə edildiyindən birgə əmlak hesab edilir. Üzərinə həbs qoyulmuş bağ sahəsi və üzərində yerləşən fərdi yaşayış evində onlarla bərabar himayələrində olan üç azyaşlı uşağı da yaşayır. Digər tərəfdən, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 41.1-ci maddəsinə görə ər-arvaddan birinin öhdəlikləri üzrə ödəmə yalnız onun şəxsi əmlakına və ər-arvadın ümumi əmlakı bölünərkən həmin əmlakdan ona çata biləcək paylara yönəldilə bilər. Bundan başqa qeyd edilməlidir ki, birgə mülkiyyəti olan bağ sahəsi və üzərində yerləşən fərdi yaşayış evi yeganə yaşayış sahəsi olmaqla, ipoteka krediti ilə yüklü edilmədiyi və borc ipoteka öhdəliyindən yaranmadığı üçün həmin bağ sahəsi və bağ sahəsi üzərində yerləşən fərdi yaşayış evinin üzərinə həbs qoyula, tələb həmin əmlaka yönəldilə və satıla bilməz. Belə olan halda və mülkiyyətimdə dəyər kəsb edən digər əmlak olmadığına görə tələb onun əmək haqqına yönəldilərək, onun 50 faizdən çox olmayah hissəsi tələbkarın xeyrinə tutula bilər. Onu da məhkəmənin diqqətinə çatdırmaq istəyir ki, hazırda tərəfindən tələbkar Tələbkar və cavabdeh X2 qarşı «əmlakdan qanunsuz istifadə nəticəsində vurulmuş maddi zərərin ödənilməsi tələb»i irəli sürülərək, cavabdehlərdən ona vurduqları 72.000 (yetmiş iki min) manat zərərin onun xeyrinə tutulması xahiş edilmişdir. Iddia ərizəsi ##.##.2026-cı il tarixdə Abşeron rayon məhkəməsinə daxil olaraq, e-2(5-105)-747/2026 nömrə ilə qeydə alınmışdır. Beləliklə, Bakı şəhəri Sabunçu rayon məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)- ***/**** nömrəli qərardadı mülkiyyətində olan bağ sahəsi və fərdi yaşayış evi üzərində mülkiyyət hüququnu məhdudlaşdırdığından qanuni və əsaslı hesab edilə bilməz.
6. Şikayətə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 397.2-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılır.
7. Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır.
Tətbiq edilən hüquq normaları:
8. «Icra haqqında» Azərbaycan Respublikası Qanununun 27.2-ci maddəsinə əsasən borclunun əmlakının və ya uşağının axtarılması barədə icra məmuru qərar qəbul edir.
9. Həmin Qanunun 45.1-ci maddəsinə əsasən tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir.
10. Həmin Qanunun 50.2-ci maddəsində qeyd edilir ki, borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. Icra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Təxirəsalınmaz hallarda borclu tərəfindən əmlakın məhv edilməsini, zədələnməsini, korlanmasını, gizlədilməsini və ya özgəninkiləşdirilməsini güman etməyə əsas verən dəqiq məlumat olduqda, icra məmuru məhkəmənin qərarı olmadan da əmlakın üzərinə həbs qoya bilər. Icra məmuru 24 saat ərzində bu barədə icra üzrə nəzarəti həyata keçirən məhkəməyə məlumat verməlidir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
11. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
12. Belə ki, Binəqədi rayon Məhkəməsinin 2(001)-**/**** №-li ##.##.2025-ci il tarixli icra sənədinə əsasən borclu X2 13260 (on üç min iki yüz altmış) manat məbləğində pul vəsaiti tutularaq ilk iddiaçı Tələbkar ödənilməsi, cavabdeh Borclu 80 548,22 manat (səksən min beş yüz qırx səkkiz manat iyirmi iki qəpik) manat məbləğində pul vəsaiti tutularaq ilk iddiaçı Tələbkar ödənilməsi, ilk iddianın qalan hissədə təmin olunmaması, ilk iddiaçı Tələbkar iddia ərizəsinin verilməsi üçün ödədiyi 486,42(dörd yüz səksən altı manat 42 qəpik) manat dövlət rüsumunun 232,30(iki yüz otuz iki manat 30 qəpik) manat hissəsinin cavabdehlər Borclu və X2 müştərək qaydada alınaraq ilk iddiaçı Tələbkar ödənilməsi, məhkəmə ekspertizası tədqiqatlarının dəyəri olan cəmi 360 (üç yüz altmış) manat məbləğində pul vəsaitinin 180 (bir yüz səksən) manat hissəsinin Borclu, 180 (bir yüz səksən) manat hissəsinin isə Tələbkar tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir.
13. Sabunçu rayon Icra şöbəsi tərəfindən ##.##.2026-cı il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək icra sənədi üzrə icraata başlanılmış, tələbin könüllü icrası haqqında Sabunçu rayon Icra Şöbəsi tərəfindən ##.##.2026-cı il tarixdə borcluya bildiriş göndərilmişdir.
14. «Elektron icra» informasiya sistemindən əldə olunmuş sorğu məlumatından görünür ki, borclu Borclu məxsus Binəqədi rayonu, Goradil kəndi ****v saylı bağ sahəsi var.
15. Məhkəmə kollegiyası şikayətin təmin edilməməsi qənaətinə gələn birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, borclu icra məmuru tərəfindən verilən müddət ərzində tələbi könüllü surətdə icra etmədiyindən icra məmuru hazırkı təqdimatla məhkəməyə müraciət etməkdə haqlı olmuş, borclu tərəfindən icra sənədində göstərilən tələb könüllü olaraq təmin olunmadığından məhkəmə borclunun əmlakı üzərinə həbs qoymaqla qanuni və əsaslı nəticəyə gəlmişdir.
16. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi təqdimatın təmin edilməsi ilə bağlı düzgün qənaətə gəlmişdir.
17. Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır.
18. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 397, 398, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA A L D İ:
Şikayət təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin *(*-***)-***/**** saylı, ##.##.2026-cı tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Məhəmməd Rüstəmli Fərrux Qasımov