Məhkəmə qərarları › İş №8(3-6)-355/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(3-6)-355/2026

07.08.2026 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 8(3-6)-355/2026 07.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Icra sənədinin icrasının təmin edilməsi məqsədilə borclu Borclu məxsus nəqliyyat vasitəsinin özgəninkiləşdirilməsinin qadağan edilməsi ilə bağlı iş üzrə Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, X2 (sədrlik edən və məruzəçi), X3 və X1 ibarət tərkibdə, Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-***/**** nömrəli qərardadından borclu tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: Birinci instansiya məhkəməsində icraat

1. Xəzər rayon Icra Şöbəsinin icra məmuru X4 təqdimatla məhkəməyə müraciət edərək, Bakı Apellyasiya Məhkəməsinin *(***)-****/****-*** nömrəli, ##.##.2026-cü il tarixli icra sənədi üzrə borclu Borclu məxsus olan "VAZ 2121" minik markalı, "**-RJ-***" dövlət qeydiyyat nişanlı avtomobil üzərinə həbs qoyulmasını xahiş etmişdir.

2. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin *(***)- ****/****-*** nömrəli, ##.##.2026-ci il tarixli icra sənədinə əsasən cavabdeh Borclu 40.000 manat məbləğində pul alınaraq iddiaçı Tələbkar ödənilməlidir. Icra sənədi ##.##.2026-ci il tarixdə Bakı şəhəri Xəzər rayon Icra şöbəsinə daxil olmuş və qanunamüvafiq qaydada icraya yönəldilmişdir. Icraata başlamaq haqqında qərar qəbul olunaraq, surəti bildirişlə bərabər icra sənədi üzrə borclunun icra sənədində qeyd olunan ünvanına göndərilmişdir. Borclu könüllü icra müddətində icra sənədi üzrə tələbi təmin etmədiyi üçün borclunun əmlak vəziyyətini yoxlamaq məqsədilə elektron sistem vasistəsilə sorğular edilmişdir. Belə ki, "Elektron icra" informasiya sistemindən əldə olunmuş sorğu məlumatına əsasən müəyyən olunmuşdur ki, borcluya məxsus olan "VAZ 2121" minik markalı, "**-RJ-***" dövlət qeydiyyat nişanlı avtomobili vardır. Icra sənədinin icrasını təmin etmək məqsədilə hesab edir ki, məcburi icra tədbirləri kimi borclunun əmlakının üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəlməsi barədə məcburi icra tədbirləri tətbiq edilməlidir.

3. Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-***/**** nömrəli qərardadı ilə (hakim N.M.Abiyeva) təqdimat qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin *(***)-****/****-*** nömrəli, ##.##.2026-ci il tarixli icra sənədinin icrası məqsədi ilə borclu Borclu məxsus olan "VAZ 2121" markalı, "**-RJ-***" dövlət qeydiyyat nişanlı avtomobilin özgəninkiləşdirilməsinin qadağan edilməsi, təqdimatın qalan hissəsinin təmin edilməməsi qərara alınmışdır.

4. Qərardad onunla əsaslandırılmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103) ****/****-*** nömrəli, ##.##.2026-ci il tarixli icra sənədi borclu tərəfindən icra edilmədiyindən, eyni zamanda Azərbaycan Respublikası Nazirlər Kabinetinin # #### 2002 ci il tarixli ** nömrəli qərarı ilə təsdiq olunmuş “Fiziki şəxs barəsində icra sənədi icra olunarkən tələbin yönəldilməsinə yol verilməyən əmlak növlərinin dəqiq siyahısı”na əsasən borclulara məxsus nəqliyyat vasitələrinin üzərinə həbs qoyulmasına məhdudiyyət qoyulmadığından, təqdimat təmin edilməli və yuxarıda qeyd olunan icra sənədinin icrası məqsədi ilə borclu Borclu məxsus olan "VAZ 2121" markalı, "**-RJ-***" dövlət qeydiyyat nişanlı avtomobilin özgəninkiləşirilməsi qadağan edilməlidir.

Şikayətin dəlilləri, şikayətə etirazın dəlilləri və birinci instansiya məhkəməsinin şikayətə dair gəldiyi nəticə

5. Borclu həmin qərardaddan şikayət verərək onun ləğv edilməsini və təqdimatın rədd edilməsini, əks təqdirdə, şikayətin baxılması üçün işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir.

6. Şikayət onunla əsaslandırılmışdır ki, ##.##.2026-cı il tarixdə Bakı şəhəri Xəzər Rayon Icra Şöbəsinə çağırıldığı zaman təqdimat barədə məlumatı olmuşdur. Qərardad sonradan rəsmi qaydada təqdim edilmişdir. Məhkəmənin gəldiyi nəticə ilə razılaşmır və bildirir ki, sözügedən icra sənədi barədə xəbərdardır və tələbkar Tələbkar ödənilməli olan 40.000 manat məbləğində pulun ödənilməsindən yayınmır. Lakin icra sənədini tam icra etməyə və 40.000 manat pul məbləğini tam şəkildə ödəməyə maddi imkanı olmadığı üçün tam şəkildə icra edə bilmir. Bundan başqa bildirmişdir ki, tələbkar Tələbkar ##.##.2026-cı il tarixdə 5.000 manat, ##.##.2026-cı il tarixdə isə 2.000 manat məbləğində ödənişlər etmiş və ödənişləri təsdiq edən qəbzi məhkəməyə təqdim edəcəkdir. Göründüyü kimi, icra sənədini icra etməkdən boyun qaçırmır. Həmçinin ##.##.2026-cı il tarixdə Bakı şəhəri Xəzər rayon Icra Şöbəsinə çağırıldığı zaman ərizə yazaraq tələbkar Tələbkar ödənilməli olan 33.000 manat məbləğində pulun qarşılığında hər ay 5.000 manat ödəyəcəyini öz öhdəsinə götürmüşdür. Əlavə olaraq qeyd etmək istəyir ki, "VAZ 2121" markalı, "**-RJ-***" dövlət qeydiyyat nişanlı avtomobili onun və ailəsinin yeganə dolanışıq yeridir. Həmin nəqliyyat vasitəsini idarə etməklə ailəsini dolandırır və əldə etdiyi gəlirlə tələbkara olan borcunu ödəyir. Gələcəkdə onun mülkiyyətində olan "VAZ 2121" markalı, "**-RJ-***" dövlət qeydiyyat nişanlı avtomobilinin icra qaydasında hərraca çıxarılaraq satılması maddi vəziyyətini daha da pisləşdirəcək və nəticədə tələbkara olan borcunu ödəmək imkanından tamamilə məhrum olacaqdır.

7. Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərardadı ilə (hakim M.B.Hüseynova) şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.

8. Şikayətə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 397.2-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılır.

9. Şikayətə qarşı etiraz daxil olmamışdır.

Tətbiq edilən hüquq

10. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 129. Məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir.

11. “Icra haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 26. Icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. Maddə 43.1.1. Məcburi icra tədbirlərindən biri də borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsidir. Maddə 44.1. Məcburi icra tədbirlərinin tətbiqinin əsasları aşağıdakılardır: 44.1.1. bu Qanunla müəyyən edilmiş qaydada tərtib olunmuş icra sənədinin icra məmuruna təqdim olunması; 44.1.2. icra məmuru tərəfindən icraata başlamaq haqqında qərarın qəbul edilməsi; 44.1.3. könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi. Maddə 45.1. Tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasında ibarətdir. Maddə 50.1. Icraata başlamaq haqqında qərar borcluya təqdim olunduğu gündən ən geci 1 ay müddətində, təxirəsalınmaz hallarda isə qərarın təqdim olunması ilə eyni vaxtda borclunun əmlakı üzərinə həbs qoyulur. Maddə 50.2. Borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. Icra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

12. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-***/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

13. Iş materiallarından aydın olur ki, Bakı Apellyasiya Məhkəməsinin ##.##.2026-ci il tarixli, *(***)-****/**** nömrəli icra sənədi borclu Borclu 40.000 manat vəsaitin tələbkar Tələbkar xeyrinə ödənilməsi barədədir.

14. Işdən həmçinin görünür ki, icra sənədi tam icra olunmamış, onun icrasına möhlət verilməsi və ya hissə-hissə icra edilməsi barədə qanuni qüvvəsini almış məhkəmə aktı mövcud deyil.

15. Belə olan vəziyyətdə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi icra sənədinin icrasını təmin etmək məqsədilə təqdimatın qismən edilməsi barədə düzgün nəticəyə gəlmişdir.

16. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qərara aldı:

Şikayət təmin edilməsin. Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-***/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Hakimlər: Məhəmməd Rüstəmli Fərrux Qasımov Günay Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar