Məhkəmə qərarları › İş №8(3-6)-356/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(3-6)-356/2026

07.08.2026 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 8(3-6)-356/2026 07.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Ikram Şirinov və Elşən Kazımovdan ibarət tərkibdə, icra sənədi üzrə tələbkar X1 Xəzər Rayon Icra Şöbəsinin icra məmurunun “icra sənədi üzrə icraata xitam verilməsi barədə” qərarından şikayətinə dair iş üzrə Xəzər Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli *(*-**)-***/**** nömrəli qərardadından tələbkar X1 şikayətinə yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. Işin halları 1.Xəzər RM-nin ##.##.2026-cı il tarixli *(***)-**/**** nömrəli icra sənədinə görə, borclu X2 tələbkar X1 məxsus Türkan qəsəbəsi, */***a nömrəli torpaq sahəsinin zəbt edilmiş hissəsindən (ekspert rəyində qeyd edilmiş sxemə uyğun olaraq 0,0368 ha hissəsindən) çıxarılmalıdır. 2.Xəzər Rayon Icra Şöbəsinin Böyük icra məmuru P.Mehralıyevin ##.##.2026-cı il tarixli qərarı ilə qərara alınıb ki, icra sənədi üzrə icraat xitam verilsin. Qərarın əsaslandırıcı hissəsində yazılıb ki, icra sənədində qeyd olunan tələb borclu tərəfindən tam şəkildə təmin olunub. Qərarda hüquqi əsas kimi “Icra haqqında” Qanunun 20.1.5-ci maddəsinə istinad olunub. Həmin maddəyə görə, icra sənədi tam icra olunduqda icra sənədi üzrə icraata xitam verilir. Məhkəmə icraatı 3.Tələbkar icra məmurunun həmin qərarından şikayət verərək tələb edib ki, qərar ləğv olunsun. Şikayət onunla əsaslandırılıb ki, icra sənədi tam icra olunmayıb, yəni borclu zəbt etdiyi sahədən çıxarılmayıb və sahə tələbkara təhvil verilməyib. 4.Xəzər RM-nin ##.##.2026-cı il tarixli qərardadı ilə şikayət təmin edilməyib 5.Tələbkar məhkəmənin qərardadından şikayət verərək tələb edib ki, qərardad ləğv edilsin. Birinci instansiya məhkəməsi şikayəti təmin etməyib və baxılması üçün apellyasiya instansiyası məhkməsinə göndərib. Məhkəmənin mövqeyi 6.“Icra haqqında” Qanunun 20.2-ci maddəsində qeyd olunub: “Icra sənədi üzrə icraata xitam verilməsi barədə icra məmuru tərəfindən ... əsaslandırılmış qərar qəbul edilir”. Göründüyü kimi, maddədə “əsaslandırılmış qərar” ifadəsindən istifadə olunub. “Əsaslandırılmış qərar” deyiləndə qərarın məzmununda sübutlara istinad edilməsi nəzərdə tutulur. Lakin icra məmrunun qərarının məzmununda hər hansı sübuta istinad edilmədən bir cümlə ilə yazılıb ki, icra sənədində qeyd olunan tələb borclu tərəfindən tam şəkildə təmin olunub. Əgər icra səndi tam icra olunubsa, bunu təsdiq edən sübut (tərəflərin imzaladığı akt, icra sənədinin tam icra olunması barədə tələbkarın ərizəsi və s.) mövcud olmalı və qərarın məzmununda həmin sübuta istinad edilməlidir. 7.Tələbkar icra sənədinin tam icra olunmadığını iddia etdiynə görə icra sənədinin tam icra olunduğunu sübut etmə yükü icra məmurunun üzərinə düşür. Icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarın məzmununda hər hansı sübuta istinad olunmasa da, icra məmurunun imkanı olub ki, tələbkarın şikayətinə birinci instansiya məhkəməsində baxılarkən tam icranı təsdiq edən sübutu məhkəməyə tədim etsin. Məhkəmə iclasının protokolundan görünür ki, icra məmuru birinci instansiya məhkəməsində keçirilən iclasda iştirak edib, lakin tam icranı təsdiq edən sübut təqdim etməyib. 8.Beləliklə, tam icra sübut olunmur. Tam icra mövcud olduğu halda “Icra haqqında” Qanunun 20.1.5-ci maddəsi tətbiq oluna bilər. Odur ki, tələbkarın məhkəmənin qərardadından verdiyi şikayət təmin edilməklə həmin qərardad ləğv edilməli, yeni qərardad qəbul olunmalı, tələbkarın icra məmurunun qərarından verdiyi şikayət təmin olunmalı və icra məmurunun qərarı ləğv olunmalıdır. 9.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397 və 398-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qərara aldı: Tələbkarın məhkəmə qərardadından verdiyi şikayət təmin olunsun. Xəzər Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli *(*-**)-***/**** nömrəli qərardadı ləğv olunsun. Tələbkarın icra məmurunun qərarından verdiyi şikayət təmin olunsun. Xəzər Rayon Icra Şöbəsinin Böyük icra məmuru X3 Xəzər Rayon Məhkəməsinin verdiyi ##.##.2026-cı il tarixli *(***)-**/**** nömrəli icra sənədi üzrə icraata xitam verilməsi barədə ##.##.2026-cı il tarixli qərarı ləğv olunsun. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar