Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 8(3-6)-358/2026 23.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), İmanov Azad Nizam oğlundan və Səlimova Səadət Rəşid qızından ibarət tərkibdə, Musayeva Aytac Elşən qızının katibliyi ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin *(*-***)-***/**** saylı iş üzrə ##.##.2026-cı il tarixli qərardadından borclu borclu3 tərəfindən verildiyi bildirilən şikayət üzrə apellyasiyanın mümkünlüyünü açıq məhkəmə iclasında yoxlayaraq MÜƏYYƏN ETDİ: Tələbkar “xxxx” Açıq Səhmdar Cəmiyyəti Bakı şəhəri Sabunçu rayon Məhkəməsinə şikayət ünvanlayaraq, Sabunçu rayon İcra şöbəsinin icra məmurunun ##.##.2022-ci il tarixli “icra sənədinə xitam verilməsi” barədə qərarının ləğv olunması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ## ### 2026-cı iı tarixli qərardadı ilə şikayətin təmin edilməsi, Bakı şəhəri Sabunçu rayon İcra şöbəsinin icra məmuru Bəydulla Sadıqzadənin ##.##.2022-ci il tarixli “icra sənədi üzrə icraata xitam verilməsi” barədə qərarının ləğv olunması və həmin məhkəmənin *(***)-***/**** nömrəli ##.##.2016-cı il tarixli icra sənədinin icra tədbirlərinin davam etdirilməsi üçün Bakı şəhəri Sabunçu Rayon İcra şöbəsinə göndərilməsi qərara alınmışdır. Borclu borclu3 həmin qərardaddan verilən şikayət kimi qiymətləndirilən şikayəti məhkəmənin ## #### 2026-cı il tarixli qərardadı ilə təmin olunmayaraq baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Aşağıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, borclu3 sözügedən şikayəti qeyri-mümkün hesab olunmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 361.14-cü maddəsinə görə, bu Məcəllə ilə müəyyən edilmiş formada verilən apellyasiya şikayətində şikayəti verən şəxsin tələbi və məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi göstərilməlidir. borclu3 tərəfindən verilmiş şikayətdə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli qərardadının ləğv edilməsi xahiş edilmişdir – hansı ki, hazırki iş üzrə belə məhkəmə aktı mövcud deyildir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366cı maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDI: Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin *(*-***)-***/**** saylı iş üzrə ##.##.2026-cı il tarixli qərardadından borclu borclu3 tərəfindən verildiyi bildirilən şikayət üzrə apellyasiya qeyrimümkün hesab edilsin və şikayətin geri qaytarılması üçün iş həmin məhkəməyə göndərilsin. Qərardaddan borclu3 tərəfindən, qərardad ona rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Hakimlər: Elnur Həsənov Azad İmanov Səadət Səlimova
Məhkəmə qərarları › İş №8(3-6)-358/2026
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(3-6)-358/2026
23.07.2026 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver