Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 8(3-6)-362/2026 03.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Şirinov İkram Sabir oğlu və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(*-***)-***/**** saylı, ## #### 2026-cı il tarixli qərardadından tələbkar Tələbkar şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, m ü ə y y ə n e t di : Bakı şəhəri Yasamal rayon Məhkəməsinin ##.##.2016-cı il tarixli *(***)-****/**** nömrəli və ##.##.2017-ci il tarixli *(***)-****/**** nömrəli icra sənədləri icra olunması üçün Yasamal rayon İcra Şöbəsinə göndərilib. Borclu Ərizəni verən şəxs məhkəməyə şikayət və şikayət ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə verərək, Yasamal rayon İcra Şöbəsinin icra məmuru Emin Abıyevin təsvir olunan hərəkətsizliyinin qanunsuz hesab edilməsi barədə qərardad qəbul edilməsini xahiş edib. Şikayətdə göstərilib ki, Yasamal rayon İcra Şöbəsinin icraatında olan bir neçə icra sənədi üzrə icra məmuru Emin Abıyevin uzun müddətdir davam edən hərəkətsizliyi nəticəsində təmsil etdiyi Ərizəni verən şəxs hüquqları kobud şəkildə pozulmaqdadır. Bakı Apellyasiya Məhkəməsinin ## ######## 2016-cı il tarixli, *(***)-****/**** saylı icra vərəqəsinə əsasən, Ərizəni verən şəxs 5375 (beş min üç yüz yetmiş beş) manat tutularaq tələbkar Tələbkar ödənilməsi nəzərdə tutulmuşdur. Həmin borcla əlaqədar Bakı şəhəri, Yasamal Rayon Məhkəməsinin *(***)-***/**** saylı qərardadı ilə Ərizəni verən şəxs ölkədən getmək hüququ məhdudlaşdırılmışdır. Bakı Apellyasiya Məhkəməsinin yuxarıda qeyd olunan ## ######## 2016-cı il tarixli, *(***)-****/**** saylı icra vərəqəsinin digər bəndinə əsasən, Bakı şəhəri, Yasamal rayonu, Qırmızı Şərq küçəsi, * saylı evin ** saylı mənzili üzərində Tələbkar 7/9 hissədə, Ərizəni verən şəxs isə 2/9 hissədə mülkiyyət hüququ tanınmışdır. Bakı şəhəri, Yasamal Rayon Məhkəməsinin ##.##.2017-ci il tarixli, *(***)-****/**** saylı icra sənədinə əsasən, borcların ödənilməsi məqsədilə Ərizəni verən şəxs məxsus payın (əmlakın) qiymətləndirilməsi barədə qərar qəbul edilmişdir. Lakin icra məmuru Emin Abıyevin fəaliyyətsizliyi ucbatından bu proses süni şəkildə ləngidilir. İcra məmuru tərəfindən əmlakın qiymətləndirilməsi üçün “xxxx” MMC-yə müraciət olunsa da, tələbkar Tələbkar qiymətləndirmənin aparılmasına şərait yaratmaması səbəbindən proses baş tutmamışdır, icra məmuru tələbkarın bu qanunsuz hərəkətlərinə qarşı heç bir təsirli tədbir görmür və faktiki olaraq icra işini hərəkətsiz saxlayır. Əmlakın hərraca çıxarılması ilə bağlı “xxxx” ASC-yə göndərilən sorğular cavabsız qalır və icra məmuru bu cavabların alınması üçün heç bir təşəbbüs göstərmir. Qeyd olunan əmlakın bugünkü bazar dəyəri təxminən 210.000 manatdır və borclu Ərizəni verən şəxs oğluna məxsus 2/9 payın dəyəri 46.000 manatdan artıqdır. Bu vəsait onun bütün borclarını tam ödəməyə və ölkədən çıxışına qoyulmuş məhdudiyyətin aradan qaldırılmasına kifayət edir. Borclu hesab edir ki, icra məmuru Emin Abıyevin hərəkətsizliyi “İcra haqqında” Azərbaycan Respublikası Qanununun prinsiplərinə və tələblərinə ziddir, borclunun borcunu ödəyərək məhdudiyyətlərdən azad olmaq hüququnu pozur və icra prosesinin əsas məqsədinə xələl gətirir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(*-***)-***/**** saylı, ## #### 2026-cı il tarixli qərardadı ilə (hakim Kərim Xudayev) borclunun şikayətinin təmin edilməsi, Bakı şəhəri Yasamal Rayon İcra Şöbəsinin icra məmuru Emil Abıyevin ##.##.2016-cı il tarixli *(***)- ****/**** nömrəli və ##.##.2017-ci il tarixli *(***)-****/**** nömrəli icra sənədləri üzrə hərəkətsizliyinin qanunsuz hesab edilməsi və icra tədbirlərinin davam etdirilməsinin Bakı şəhəri Yasamal rayon İcra şöbəsinə tapşırılması qərara alınmışdır. Birinci instansiya məhkəməsi qənaətində göstərib ki, şikayət əsaslıdır və Bakı şəhəri Yasamal Rayon İcra Şöbəsinin icra məmuru Emil Abıyevin ##.##.2016-cı il tarixli *(***)- ****/**** nömrəli və ##.##.2017-ci il tarixli 2(004)- ****/**** nömrəli icra sənədləri üzrə hərəkətsizliyi qanunsuzdur. Belə ki, Bakı Apellyasiya Məhkəməsinin ## ######## 2016-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsi və Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(***)- ****/**** saylı, ##.##.2017-ci il tarixli qətnaməsi qanuni qüvvəyə minmiş və icra vərəqəsi verilərək icra edilməsi üçün Yasamal rayon İcra Şöbəsinə göndərilmişdir. Həmin icra sənədləri üzrə borclunun borclarının ödənilməsini təmin etmək məqsədilə Ərizəni verən şəxs məxsus payın (əmlakın) qiymətləndirilməsi barədə qərar qəbul edilmişdir. Lakin qiymətləndiricinin icra şöbəsinə ünvanladığı məktubdan göründüyü kimi icra məmuru ilə birlikdə dəfələrlə əmlak sahibinin ünvanına yaxınlaşaraq müraciət edilsə də, əmlak sahibi tərəfindən şərait yaradılmamış və qapı açılmamışdır. Buna görə də əmlakın qiymətləndirilməsi mümkün olmamışdır. Bununla da, icra məmuru icra sənədinin icrası ilə bağlı digər zəruri icra hərəkətləri aparmamış, tələbkar icra sənədinin icrasına mane olmasına baxmayaraq onun barəsində məsuliyyət tədbirləri görməmişdir. Məhkəmə qeyd edilənləri nəzərə alaraq belə qənaətə gəlir ki, digər hərəkətlər yerinə yetirilməklə icra sənədinin icrasına nail olmaq mümkündür. Nəticə etibarilə, müvafiq zəruri icra hərəkətlərinin həyata keçirilməsi Bakı şəhəri Yasamal Rayon İcra Şöbəsinə tapşırılmalıdır. Tələbkar Tələbkar həmin qərardaddan verdiyi şikayətdə qərardadın ləğv edilib borclunun şikayətinin təmin edilməməsini xahiş edib. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(*-***)-***/**** saylı, ## #### 2026-cı il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün iş materialları ilə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınıb. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılacağı barədə məhkəmə bildirişi göndərilmiş və onlarda olan bütün sübutların, eləcə də şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmiş, lakin işdə iştirak edən şəxslər tərəfindən sübut, etiraz və ya izahat məhkəməyə təqdim edilməmişdir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Mülki Prosessual Məcəllənin 15.2-ci maddəsinə əsasən, məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən, məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. “İcra haqqında” Qanunun 8.1-ci maddəsinə görə, icra sənədinin icraya yönəldilməsi bilavasitə müvafiq qərarı çıxarmış məhkəmənin və ya digər orqanın vəzifəsidir. İcra sənədi bu Qanunun 7-ci maddəsində nəzərdə tutulan tələblərə uyğundursa, icra məmuru icra sənədini məhkəmədən və ya digər orqandan qəbul etməli və icraata başlamalıdır. Həmin Qanunun 26-cı maddəsinə əsasən, icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. “İcra məmurları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə görə icraata daxil olmuş icra sənədlərinin vaxtında, tam və düzgün icra edilməsi üçün tədbirlər görmək, icrada iştirak edən tərəflərin icraya dair ərizə və vəsatətlərinə müəyyən olunmuş müddətdə baxmaq, müvafiq qərar qəbul etmək, onlardan şikayət vermək müddətini və qaydasını izah etmək icra məmurunun vəzifəsidir. Həmin Qanunun 11-ci maddəsinə görə icra məmurlarının qanunazidd hərəkətləri barədə yuxarı vəzifəli şəxsə və ya məhkəməyə şikayət verilə bilər. Yuxarı vəzifəli şəxsə İcra məmurlarından şikayət vermə şikayət edən şəxsin məhkəməyə müraciət etməsi üçün maneə törətmir. Məhkəmə tərkibi hesab edir ki, şikayət üzrə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlib. Başqa sözlə, məhkəmə tərəfindən şikayətin təmin edilməsinə uyğun aparılmış hüquqi dəyərləndirmə işin faktiki hallarına uyğun olmuş, hansısa maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilməmişdir. Demək ki, birinci instansiya məhkəməsinin şikayətin təmin edilməsi ilə bağlı apardığı hüquqi dəyərləndirmə düzgün olduğundan qərardadın apellyasiya qaydasında ləğv edilməsi üçün mülki prosessual qanunvericilikdə nəzərdə tutulan əsaslar müəyyən edilmədiyindən qərardad ləğv edilə bilməz. Apellyasiya instansiyası məhkəməsi xüsusilə vurğulayır ki, məhkəmə aktı icra edilməyəcəydisə, onda niyə çıxarılır. Çıxarılmışdırsa, niyə icra olunmamalıdır. Əlbəttə ki, bu ritorik sual olsa da, qanunla üzərinə icra sənədinin icra etmək vəzifəsi qoyulmuş icra məmuru dövlətin adından çıxarılmış icra sənədinin icra edilməsinə süni əngəllər yarada bilməz. Nəticədə məhkəmə hakimiyyətinin nüfuzuna xələl gələcək, şəxslərin bu hakimiyyət növünə inamı və etibarı azalacaqdır. Mülki Prosessual Məcəlləsinin 398.0 və 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Şərh olunanlara əsasən apellyasiya instansiyası məhkəməsi hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(*-***)-***/**** saylı, ## #### 2026cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400-402-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə r a ra a l d ı: Şikayət təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(*-***)-***/**** saylı, ## #### 2026-cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №8(3-6)-362/2026
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(3-6)-362/2026
03.08.2026 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver