Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 8(3-6)-363/2026 10.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, *(*-***)-***/**** saylı iş üzrə Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin qəbul etdiyi ## #### 2026-cı il tarixli qərardaddan icra sənədi üzrə borclu Ərizəni verən şəxs İdris oğlunun verdiyi şikayətə yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: a) işdə olan sənədlər haqqında məlumat Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının *(***)-***/**** saylı iş üzrə qəbul etdiyi ##.##.2021-ci il tarixli qətnamə ilə iddiaçı Tələbkar MMC-nin (əvvəlki “xxxx” Firması) apellyasiya şikayətinin qismən təmin edilməsi, Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin iş üzrə qəbul etdiyi ##.##.2019-cu il tarixli qətnaməsinin cavabdeh X1 aid hissədə iddiaçı MMC-nin iddiasının təmin edilməməsi hissəsində ləğv edilməsi, həmin hissədə iş üzrə yeni qətnamənin qəbul edilməklə, MMC-nin cavabdeh Əvəz Şirinova qarşı irəli sürdüyü iddia tələbinin təmin edilməsi, Əvəz Şirinovun iddiaçı MMC-yə məxsus olan və ünvan 1 “A” ünvanında yerləşən qeyri-yaşayış binasından çıxarılması, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması, qətnamədən iş üzrə digər şəxslərin verdikləri apellyasiya şikayətlərinin təmin edilməməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-4739/2024saylı iş üzrə qəbul etdiyi ##.##.2024-cü il tarixli qətnamə ilə MMC-nin apellyasiya şikayətinin təmin edilməsi, Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin iş üzrə qəbul etdiyi ##.##.2024-cü il tarixli qətnaməsinin ləğv olunaraq iş üzrə yeni qətnamənin qəbul edilməsi, MMC-nin “qeyriyaşayış sahəsindən cavabdehlərin çıxarılma tələbi barədə” iddiasının təmin edilməsi, cavabdehlərin, o cümlədən X2 və X3 MMC-nin mülkiyyətində olan və yuxarıda qeyd edilən qeyri-yaşayış sahəsindən çıxarılmaları qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının *(***)-***/**** saylı iş üzrə qəbul etdiyi ##.##.2025-ci il tarixli qərardadı ilə həmin iş üzrə qəbul edilmiş ##.##.2021-ci il tarixli qətnaməyə və qətnamə əsasında verilmiş icra vərəqəsinə izah verilmuşir ki, icra sənədində adları qeyd olunan borcluların ünvan 2 ünvanında yerləşən və MMC-yə (“xxxx” Firmasına) məxsus qeyri-yaşayış sahəsindən çıxarılması dedikdə, onların həmin ünvandakı tikililərin yalnız qeyri-yaşayış hissəsindən çıxarılması başa düşülməlidir. Bakı şəhəri Suraxanı Rayon İcra Şöbəsi tərəfindən qeyd edilən icra sənədlərinin icrası ilə əlaqədar ##.##.2026-cı il tarixdə məcburi icra tədbiri keçirilmişdir. İcra sənədi üzrə borclulardan biri olan Ərizəni verən şəxs İdris oğlu həmin icra tədbiri ilə əlaqədar Suraxanı Rayon Məhkəməsinə şikayət verərək, icra məmuru Rəşid Dövlətov tərəfindən ##.##.2026-cı il tarixdə həyata keçirilmiş icra hərəkətlərinin qanunsuz hesab edilməsini, həmin İcra Şöbəsinin vəzifəli şəxslərinin icra sənədlərinin hüdudlarından kənara çıxmaqla həyata keçirdikləri hərəkətlərə hüquqi qiymət verilməsini, onun və ailə üzvlərinin yaşadıqları mənzilə və orada yerləşən şəxsi əmlaklarına çıxışlarının məhdudlaşdırılmasının qanunsuz hesab edilməsini, mənzilə və şəxsi əmlaka sərbəst daxil olmalarının təmin edilməsini, habelə həmin çıxışın bərpa olunmasının təmin edilməsi barədə İcra Şöbəsinə göstəriş verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, icra məmuru Rəşid Dövlətov icra tədbiri zamanı icra sənədlərinin müəyyən etdiyi hədlərdən kənara çıxmış, Ərizəni verən şəxs və onun ailə üzvlərini mübahisəli olan və MMc-yə məxsus qeyri-yaşayış sahəsindən başqa, cavabdehlərin (borcluların) öz vəsaitləri hesabına inşa etdikləri əlavə tikililərdən və istifadə etdikləri digər hissələrdən də faktiki olaraq çıxarmış, onların həmin sahələrinə girişlərinə və bununla da, orada qalmış əmlaklarına sahiblənmək imkanlarını məhdudlaşdırmışdır. “İcra məmurunun hərəkətlərindən verilmiş şikayətə” baxmış Suraxanı Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi ##.##.2026-cı il tarixli qərardadla (iş № *(5-103)-156/2026) şikayətin qismən təmin edilməsini, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının *(***)-***/**** saylı iş üzrə qəbul etdiyi ##.##.2021-ci il tarixli və *(***)-****/**** saylı iş üzrə qəbul etdiyi ##.##.2024-cü il tarixli qətnamə əsasında verilmiş icra sənələri üzrə Suraxanı Rayon İcra Şöbəsinin icra məmuru Rəşid Dövlətovun hərəkətinin (hərəkətsizliyinin) qanunsuz hesab edilməsini qərara almışdır. İş materiallarından görünür ki, Suraxanı Rayon İcra Şöbəsi tərəfindən ##.##.2026-cı il tarixdə, yəni *(*-***)-***/**** nömrəli iş üzrə ##.##.2026-cı il tarixli qərardad qəbul edilməzdən əvvəl, iki icra icraatı üzrə xitam qərarları qəbul edilmişdir. b) hazırkı apellyasiya baxışının predmeti olan məsələ barədə məlumat Borclulardan biri olan Ərizəni verən şəxs Suraxanı Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərardadına əsaslanaraq icra məmurunun ##.##.2026-cı il tarixdə qəbul etdiyi e24096/2022-18-20 və e*****/****-**-** nömrəli “icra işi üzrə icraata xitam verilməsi haqqında” qərarların qanunsuz hesab edilərək ləğv olunmasını, qanunsuz icra tədbirləri nəticəsində yaranmış hüquqi vəziyyətin aradan qaldırılmasının təmin edilməsini və icra sənədləri üzrə icraatın əvvəlki vəziyyətə qaytarılması məsələsinə hüquqi qiymət verilməsini Rayon Məhkəməsindən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, onun tərəfindən verilmiş “icra məmurunun hərəkətlərindən verilmiş şikayətə” baxmış Suraxanı Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərardadla şikayətin qismən təmin edilməsini, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının yuxarıda qeyd edilən iki icra sənədi üzrə Suraxanı Rayon İcra Şöbəsinin icra məmuru Rəşid Dövlətovun hərəkətinin (hərəkətsizliyinin) qanunsuz hesab edilməsini qərara almışdır. Belə olan halda icra məmurunun qeyd edilən icra sənədləri əsasında başlanmış icra icraatlarına xitam verilməsi ilə bağlı ##.##.2026-cı il tarixli hər iki qərarı qanunsuz hesab edilərək, ləğv edilməlidir. “İcra məmurunun qəbul etdiyi qərarlardan verilmiş şikayətə” baxmış Suraxanı Rayon Məhkəməsi hazırkı iş üzrə qəbul etdiyi ##.##.2026-cı il tarixli qərardadla şikayətin baxılmamış saxlanılmasını qərara almışdır. Rayon Məhkəməsi bu kimi mövqeyini onunla əsaslandırmışdır ki, borclu Sərvan Kərimovun çatmaq istədiyi hüquqi nəticə icra hərəkətləri nəticəsində yaranmış vəziyyətin dəyişdirilməsi və icra hərəkətlərindən əvvəl mövcud olmuş vəziyyətin bərpa edilməsindən ibarətdir. Məhkəmə bu məqsədin, bir tərəfdən, icraata xitam verilməsi barədə qərarların ləğvini, digər tərəfdən isə borclu və onun ailə üzvlərinin qeyri-yaşayış sahələrindən çıxarılmasından sonra yaranmış vəziyyətin aradan qaldırılmasına hüquqi qiymət verilməsini əhatə etdiyini göstərmişdir. “Elektron Məhkəmə” İnformasiya Sistemində olan məlumatlardan görünür ki, Suraxanı Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərardadı ilə Ərizəni verən şəxs daha əvvəl verdiyi “icra məmurunun hərəkətlərindən şikayət” qismən təmin edilərək, icra məmuru Rəşad Dövlətovun hərəkətləri (hərəkətsizliyi) qanunsuz hesab edilmişdir. Ərizəni verən şəxs daha əvvəl verdiyi “icra məmurunun hərəkətlərindən şikayətin” təmin edilməyən hissəsi hazırkı iş üzrə şikayətin predmeti ilə eynilik təşkil etmişdir. Belə ki, Ərizəni verən şəxs əvvəlki işdə də icra məmurunun hərəkətlərinin qanunsuz hesab edilməsi ilə yanaşı, həmin hərəkətlər nəticəsində meydana gəlmiş vəziyyətin dəyişdirilməsini və əvvəlki vəziyyətin bərpasını tələb etmiş, lakin həmin hissədə şikayət təmin edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) tələblərinə görə, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair iş məhkəmənin icraatında olduqda analoji məzmunlu ərizənin icraata qəbulundan imtina edilməlidir (maddə 153.2.4.). Həmin ərizə artıq icraata qəbul edilmişdirsə, ərizə baxılmamış saxlanılmalıdır (maddə 259.0.4.). Ərizəni verən şəxs ##.##.2026-cı il tarixli qərardaddan Rayon Məhkəməsinə şikayət verərək, qərardadın ləğv edilməsini və “icra məmurunun qəbul etdiyi qərarlardan verilmiş şikayətə” baxılaraq təmin edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Ərizəni verən şəxs tərəfindən verilmiş “icra məmurunun qəbul etdiyi qərarlardan verilmiş şikayət” ilə daha əvvəl verdiyi və Rayon Məhkəməsi tərəfindən ##.##.2026-cı il tarixli qərardadla qismən təmin edilmiş “icra məmurunun hərəkətlərindən şikayət” mahiyyət etibarı ilə ayrı-ayrı şikayətlərdir. Belə ki, Ərizəni verən şəxs əvvəlki şikayətində icra məmuru tərəfindən ##.##.2026-cı il tarixdə həyata keçirilmiş icra tədbirinin və icra məmurunun həmin tədbir zamanı etdiyi hərəkətlərindən şikayət vermişdir. Hazırkı şikayəti isə icra məmurunun ##.##.2026-cı il tarixdə qəbul etdiyi e24096/2022-18-20 və e*****/****-**-** nömrəli qərarlarındandır. ##.##.2026-cı il tarixli qərardaddan Ərizəni verən şəxs verdiyi şikayətə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi ##.##.2026-cı il tarixli qərardadla şikayətin təmin edilməməsini və baxılması üçün şikayətin, işlə birlikdə, Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini qərara almışdır. c) apellyasiya instansiya məhkəməsinin hazırkı iş üzrə mövqeyi Şikayətə yazılı icraat qaydasında baxan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra - Məhkəmə) şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, barəsində şikayət verilmiş qərardad ləğv edilməli və Ərizəni verən şəxs verdiyi “icra məmurunun qəbul etdiyi qərarlardan şikayətə” baxılması üçün iş həmin Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, həqiqətən də Rayon Məhkəməsinin hazırkı iş üzrə analagiya əsasında tətbiq etdiyi MPM-in tələblərinə görə, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair iş məhkəmənin icraatında olduqda analoji məzmunlu ərizənin icraata qəbulundan imtina edilməlidir (maddə 153.2.4.). Həmin ərizə artıq icraata qəbul edilmişdirsə, ərizə baxılmamış saxlanılmalıdır (maddə 259.0.4.). Lakin nəzərə alınmalıdır ki, yuxarıda qeyd edilmiş icra sənədi üzrə borclulardan biri olan Ərizəni verən şəxs daha əvvəl verdiyi “icra məmurunun hərəkətlərindən şikayətdə” icra məmuru tərəfindən ##.##.2026-cı il tarixdə həyata keçirilmiş icra tədbiri və icra məmurunun həmin tədbir zamanı etdiyi hərəkətlər mübahisələndirilmiş, hazırda verdiyi “icra məmurunun qəbul etdiyi qərarlardan verilmiş şikayətdə” isə icra məmurunun ##.##.2026-cı il tarixdə qəbul etdiyi e24096/2022-18-20 və e*****/****-**-** nömrəli qərarları mübahisələndirilir. Ərizəni verən şəxs hər iki şikayətinin məzmundan görünür ki, şikayətlərin predmeti eyni deyil. Belə olan halda Ərizəni verən şəxs verdiyi “icra məmurunun qəbul etdiyi qərarlardan şikayət” baxılmamış saxlanıla bilməz idi. Qeyd olunanlara əsasən Məhkəmə belə nəticəyə gəlir ki, Ərizəni verən şəxs verdiyi icra məmurunun qəbul etdiyi qərarlardan şikayətin baxılmamış saxlanılması barədə Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli qərardadı səhvdir və işin hallarına uyğun deyil. Odur ki, qeyd olunanlara əsaslanan və MPM-in 398, 399, 400, 401, 402-ci maddələrinin tələblərini rəhbər tutan Məhkəmə QƏRARA ALDI: Ərizəni verən şəxs İdris oğlunun şikayəti qismən təmin edilsin. Hazırkı iş üzrə Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş ## #### 2026-cı il tarixli qərardad ləğv edilsin. Ərizəni verən şəxs İdris oğlunun verdiyi “icra məmurunun qəbul etdiyi qərarlardan şikayətə” baxılması üçün iş Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan şikayət verilmir.
Məhkəmə qərarları › İş №8(3-6)-363/2026
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(3-6)-363/2026
10.08.2026 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver