Məhkəmə qərarları › İş №8(3-6)-364/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(3-6)-364/2026

10.08.2026 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 8(3-6)-364/2026 10.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Cəfərov Namiq Şamil oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin *(*-***)-***/**** saylı, ## #### 2026-cı il tarixli qərardadından tələbkar İmanova Mətanət Çoban qızı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, m ü ə y y ə n e t di : Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsinin böyük icra məmuru X1 təqdimatla məhkəməyə müraciət edərək, icra sənədi üzrə borclu Borclu məcburi gətirilməsi barədə qərardad qəbul edilməsini xahiş edib. Təqdimatda göstərilir ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)-****/**** nömrəli icra sənədinə əsasən, icra sənədi üzrə borclu Borclu 149066 manat məbləğində pul vəsaiti və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 450 manat məbləğində pul tutularaq tələbkar İmanova Mətanət Çoban qızının xeyrinə ödənilməlidir. İcra sənədi ##.##.2026-cı il tarixdə icraata daxil olduqdan sonra icraata başlamaq haqqında qərar qəbul edilmiş və qanunla müəyyən edilmiş müddətdə icra sənədi üzrə tələbin könüllü icra edilməsi üçün müvafiq qaydada qərarın surəti bildirişlə bərabər borclu Borclu icra sənədində göstərilən Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Zaur Şərifov küçəsi, ev 24, mənzil 43, Ailəvi yataqxana ünvanına göndərilmişdir. Borclu icraata başlamaq haqqında qərarın surətini və bildirişi qəbul etmiş və edilən çoxsaylı xəbərdarlıqlara baxmayaraq icra şöbəsinə gəlməkdən boyun qaçırmışdır. Lakin borclu bu günədək icra sənədi üzrə tələbi təmin etməmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsinə əsasən, icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84.3-cü maddəsinə əsasən, həmin qanunun 84.2-ci maddəsində nəzərdə tutulmuş hallarda icra məmuru müvafiq qərar qəbul edir. Həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur. Tərəflər həmin qərarın surətini aldıqdan sonra 10 gün müddətində müvafiq məhkəməyə şikayət verə bilərlər. Qeyd edilən qərar ##.##.2026-cı il tarixdə qəbul edilərək, borclu Borclu ünvanına göndərilmiş və həmin qərardan şikayət verilməmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin *(*-***)-***/**** saylı, ## ### 2026-cı il tarixli qərardadı ilə təqdimatın təmin edilərək Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)-****/**** nömrəli icra sənədi üzrə borclu - Borclu Bakı şəhəri Suraxanı rayon İcra şöbəsinə məcburi gətirilməsinin təmin edilməsi qərara alınmışdır. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin *(*-***)-***/**** saylı, ## #### 2026-cı il tarixli qərardadı ilə borclunun şikayəti təmin edilərək Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərardadı ləğv edilərək Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərardadı ilə təmin edilmiş təqdimata baxılması üzrə məhkəmənin baxış iclasının ##.##.2026cı il tarixə, saat 16:40-a təyin edilməsi qərara alınmışdır. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin *(*-***)-***/**** saylı, ## #### 2026-cı il tarixli qərardadı ilə (hakim Səlimə Miriyeva) Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)-****/**** nömrəli icra sənədi üzrə borclu Borclu məcburi gətirilməsinə dair Bakı şəhəri Suraxanı rayon İcra şöbəsinin böyük icra məmuru X1 tərəfindən verilmiş təqdimatın təmin edilməməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsi qənaətində göstərir ki, təqdimat və ona əlavə edilmiş sənədlərin əlaqəli şəkildə tədqiqi nəticəsində müəyyən edilir ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-2(010)- ****/**** nömrəli icra sənədinə əsasən, Borclu 149066 manat məbləğində pul vəsaiti və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 450 manat məbləğində pul tutularaq İmanova Mətanət Çoban qızının xeyrinə ödənilməlidir. Sözügedən icra sənədi “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə tərtib edilmiş və “Elektron icra” informasiya sisteminə ötürülmüşdür. Həmin icra sənədi üzrə Bakı şəhəri Suraxanı rayon İcra şöbəsinin icra məmuru X1 tərəfindən ##.##.2025-ci il tarixdə icraata başlanmış və icra sənədi üzrə tələbin könüllü icra müddətində (10 gün) icra edilməsi, həmçinin icra icraatı iştirakçılarının hüquq və vəzifələrinə dair məlumatı özündə əks etdirən bildiriş icra sənədi üzrə borclunun icra sənədində qeyd olunan ünvanına (ünvan 1) göndərilmişdir. Nəzərə alınmalıdır ki, icra haqqında qanunvericilik icra sənədi üzrə borclunun məhkəmənin qərardadı əsasında icra qurumuna məcburi gətirilməsi imkanını yalnız borclunun icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınmasından asılı etmiş, bu və ya digər əsasla borclunun məcburi gətirilmə imkanını imperativ olaraq qadağan etmişdir. Göründüyü kimi, borclunun icra məmurunun çağırışı ilə birbaşa icra şöbəsinə və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən yayınması təklikdə onun məcburi gətirilməsi üçün əsas təşkil etmir. Yəni, icra sənədi üzrə borclunun icra məmurunun çağırışı üzrə icra şöbəsinə və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən yayınması onun iradəsindən asılı olmayan müstəsna hallar (xəstələyi, yaxın qohumunun vəfat etməsi, dövlət sərhədindən kənarda olması və s.) nəticəsində də baş verə bilər ki, icra qanunvericiliyi bu kimi halların mövcudluğunda da borclunun məcburi gətirilməsi imkanını istisna edir. İcra sənədi üzrə borclunun məcburi gətirilməsi barədə təqdimata baxılması ilə əlaqədar sübutetmə yükü ilə bağlı qeyd edilməlidir ki, borclunun bilavasitə icra şöbəsinə və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə məcburi gətirilməsinə nail olmaq istəyən icra məmuru iki halı sübuta yetirməlidir: 1) icra sənədi üzrə borclunun icra məmurunun çağırışı ilə bilavasitə icra şöbəsinə və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən yayınması və 2) bu yayınmanın üzrsüz səbəblərdən baş verməsi. Sübutetmə yükünün icra məmurunun üzərində olmasına baxmayaraq, icra məmuru tərəfindən təqdimata borclunun onun çağırışı ilə gəlməkdən yayınması və bu yayınmanın məhz üzrsüz səbəbdən baş verməsi barədə mötəbər və kifayətedici sübutlar əlavə edilməmişdir. Odur ki, təqdimat təmin edilməməlidir. Təqdimatda icra sənədi üzrə borclunun məcburi gətirilməsi barədə ##.##.2026-cı il tarixli qərar qəbul edildiyi qeyd olunmuş, lakin həmin qərar təqdimata həvalə edilməmişdir. Bununla yanaşı, icra sənədi üzrə borclu Borclu tərəfindən məhkəməyə təqdim edilmiş yazılı sübutların tədqiqindən aydın olur ki, icra sənədi üzrə borclunun əmək müqaviləsi üzrə işlədiyi hüquqi şəxs - “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru X2 tərəfindən Bakı şəhəri Suraxanı rayon İcra şöbəsinin icra məmuru X1 çağırışlarına cavab verilmiş və bildirilmişdir ki, icra sənədi üzrə borclu – Borclu ##.##.2026 – ##.##.2026-cı il tarixləri arasında əmək funksiyalarının bilavasitə iş yerinin yerləşdiyi ərazi hüdudlarından kənarda yerinə yetirilməsi üçün ezam olunmuşdur. Həmçinin, icra sənədi üzrə borclu - Borclu ezam edilməsi barədə işəgötürənin əl imzası ilə təsdiq edilmiş ##.##.2026-cı il tarixli əmr və * nömrəli ezamiyyə vəsiqəsi də iş materiallarına əlavə edilmişdir. Həmin yazılı sübutların güvənliyini şübhə altına alan bu və ya digər hal isə müəyyən edilməmişdir. Belə olan halda, icra sənədi üzrə borclunun icra məmurunun çağırışı ilə gəlməkdən yayınması faktı sübuta yetirilsə belə, həmin yayınmanın üzrlü olduğu artıq icra sənədi üzrə borclu tərəfindən sübuta yetirilmişdir. Bununla belə, sübut etmə yükünün icra məmurunun üzərinə düşməsinə baxmayaraq, icra sənədi üzrə borclunun icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən yayınması və bu yayınmanın üzrsüz səbəbdən baş verməsini təsdiq edən mötəbər və təkzibedilməz sübutların təqdimata əlavə edilməməsi nəzərə alınmalı və təqdimat təmin edilməməlidir. Tələbkar İmanova Mətanət Çoban qızı (nümayəndəsi və vəkili Vəkil) həmin qərardaddan verdiyi şikayətdə ləğv edilib təqdimatın təmin edilməsini xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin *(*-***)-***/**** saylı, ## #### 2026-cı il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün iş materialları ilə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsi şikayəti təmin etməmə barədə mövqeyini isə bununla əsaslandırmışdır ki, icra sənədi üzrə tələbkar tərəfindən verilmiş şikayətdə qeyd edilən hallar, eləcə şikayətin dəlilləri müvafiq məhkəmə qərardadının ləğv edilməsi üçün əsas təşkil edə bilməz. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılacağı barədə məhkəmə bildirişi göndərilmiş və onlarda olan bütün sübutların, eləcə də şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmiş, lakin işdə iştirak edən şəxslər tərəfindən sübut, etiraz və ya izahat məhkəməyə təqdim edilməmişdir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi "İcra haqqında" Qanunun 84.2-ci maddəsinə əsasən icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur. Əvvəla, birinci instansiya məhkəməsi özünün *(*-***)-***/**** saylı, ## ### 2026-cı il tarixli qərardadı ilə təqdimatı təmin etsə də, sonradan *(*-***)-***/**** saylı, ## #### 2026-cı il tarixli qərardadı ilə təqdimatı rədd etməsi başadüşülən olmamışdır. Məhkəmənin təqdimatı hansı səbəbdən rədd etməsi barədə qənaəti yuxarıda qeyd olunub. Ancaq borclu məhkəmənin də çağırışına məhəl qoymayaraq tutmanın əmək haqqına yönəldiyini bildirib iradəsindən asılı olmayaraq ödənildiyinə görə təqdimata onun iştirakı olmadan baxılmasını xahiş edib və məhkəmə də onun iştirakı olmadan baxaraq təqdimatı rədd edib. Göründüyü kimi, 1 ildən artıq müddətdə çıxarılan icra sənədi üzrə 149066(yüz qırx doqquz min, altmış altı) manatın borclunun əmək haqqına yönəldilməsi həqiqi olsa belə icra sənədinin icrasının təmin olunması üçün 50(əlli) ildən vaxt tələb olunur. Demək, tələbkar bu qədər müddətdə gözləməlidir ki, icra sənədinin tam icra edilməsi mümkün olsun. Bundan əlavə, məhkəmənin mövqeyinə görə borclu icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınmayıb, bu hallar onun uzun müddətli(2 ay müddətində) ezamiyyətdə olması ilə bağlı üzrlü hallarla əlaqədar olub. Borclunun ezamiyyətdə olub-olmamasının həqiqiliyinin və qanuniliyinin yoxlanılması hazırkı icraatın predmetinə aid olmasa da həmin hal onun icra məmurunun çağırışı ilə gəlməkdən imtina üçün əsas ola bilməzdi. Çünki borclu ezamiyyətə getmək hüququnun olduğunu bilir və bundan istifadə edirsə, dövlətin adından çıxarılmış məhkəmə aktı ilə üzərinə qoyulmuş öhdəliyinin olduğunu da unutmamalı idi. Apellyasiya instansiyası məhkəməsi xüsusilə vurğulayır ki, məhkəmə aktı icra edilməyəcəydisə, onda niyə çıxarılırıdı. Çıxarılmışdırsa, niyə icra olunmamalıdır. Əlbətdə ki, bu ritorik sual kimi səslənsə də qanunla üzərinə icra sənədinin icra etmək vəzifəsi qoyulmuş borclu əsassız dəlillərdən istifadə edərək dövlətin adından çıxarılmış icra sənədinin icra edilməsinə süni əngəllər yaratmamalıdır. Nəticədə məhkəmə hakimiyyətinin nüfuzuna xələl gələcək, şəxslərin bu hakimiyyət növünə inamı və etibarı azalacaqdır. Mülki Prosessual Məcəlləsinin 398.0 və 398.0.3-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır. Şərh olunanlara əsasən məhkəmə tərkibi hesab edir ki, tələbkarın şikayəti təmin edilməli; Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin *(*-***)-***/**** saylı, ## #### 2026-cı il tarixli qərardadı ləğv edilməli; Borclu Borclu Bakı şəhəri Suraxanı rayon İcra şöbəsinə məcburi gətirilməsi barədə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin *(*-***)-***/**** saylı, ## ### 2026-cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 398.0.3, 400-cü maddələrini rəhbər tutaraq, apellyasiya instansiya məhkəməsi q ə r a ra a l d ı : Şikayət təmin edilsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin *(*-***)-***/**** saylı, ## #### 2026-cı il tarixli qərardadı ləğv edilsin. Borclu Borclu Bakı şəhəri Suraxanı rayon İcra şöbəsinə məcburi gətirilməsi barədə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin *(*-***)-***/**** saylı, ## ### 2026-cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar