Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 8(3-6)-365/2026 04.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakim Şirinov Ikram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Kazımov Elşən Cələddin oğlu və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, m ü ə y y ə n e t d i:
1. Ərizəni verən şəxsməhkəməyə uşaqla ünsiyyətə dair qərardadın icra üsulunun dəyişdirilməsinə dair ərizə ilə müraciət edərək, Sabunçu Rayon Məhkəməsinin e**(***)-***/**** nömrəli ##.##.2025-ci il tarixli qərardadının nəticəvi hissəsinin dəyişdirilməsini - ünsiyyət hüququnun təmin edilməsi üçün ##.##.2017-ci il təvəllüdlü X4, ##.##.2019-cu il təvəllüdlü X3 və ##.##.2022-ci il təvəllüdlü X2 hər həftənin şənbə günü icra məmurunun təyin etdiyi yerdə saat 11:00-da ataları olan iddiaçı Borclu tərəfindən ərizəçi olan cavabdeh (anaları) Ərizəni verən şəxs, həmin gün saat 15:00da isə ərizəçi Gułahmadzade Bagdasar tərəfindən Borclu təhvil verilməsi qaydasında icra edilməsini xahiş etmişdir.
2. Ərizə onunla əsaslandırılmışdır ki, Sabuncu Rayon Məhkəməsinin **(***)-***/**** nömrəli ##.##.2025-ci il tarixli qərardadına əsasən tərəflərindən verilmiş ərizə qismən təmin edilmiş, *(***)- ****/**** nömrəli mülki iş üzrə yekun məhkəmə qətnaməsi çıxarılanadək Ərizəni verən şəxs uşaqları ##.##.2017-ci il təvəllüdlü X4, ##.##.2019-cu il təvəllüdlü X3 və ##.##.2022-ci il təvəllüdlü X2 ilə ünsiyyət (görüş) hüququnun təmin edilməsi və ünsiyyət qaydası atanın iştirakı olmadan hər həftənin şənbə günü saat 11:00-dan saat 15:00-dək müəyyən edilmiş, ünsiyyət hüququnun təmin edilməsi üçün uşaqları hər həftənin şənbə günü yaşadıqları ünvanda saat 11:00-da ataları olan Borclu tərəfindən Ərizəni verən şəxs, həmin gün saat 15:00-da isə Ərizəni verən şəxstərəfindən Borclu təhvil verilməsi qərara alınmışdır. Ərizəçi hesab edir ki, icra məmuru tərəfindən icra sənədi hazıradək müsbət qaydada icra edilə bilməmişdir. Buna səbəb rayon məhkəməsi tərəfindən "##.##.2017-ci il təvəllüdlü X4, ##.##.2019-cu il təvəllüdlü X3 ve ##.##.2022-ci il təvəllüdlü X2 hər həftənin şənbə günü yaşadıqları ünvandan" götürülməsidir. Belə ki, icra sənədində qeyd olunan borclu icra sənədinin icrasına öz ünvanında maneələr yaradır və uşaqları icra qurumunun yerləşdiyi inzibati binaya gətirmir. Belə olan halda icra üsülunun dəyişdirilməsi zərurəti yaranmışdır. Bununla bağlı kifayət qədər aktlar və sənədlər (video görüntülər) mövcuddur. Hətta sonuncu dəfə icra yerində borclunun ünvanında mübahisə səbəbindən ərizəçi Ərizəni verən şəxs xəsarət almışdır. Tərəflərindən təqdim edilmiş ərizə təmin olunmadığı müddət ərzində icra sənədinin icrası zamanı müxtəlif problemlər yaranacaqdır.
3. Sabunçu Rayon Məhkəməsinin *(*-***)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadı ilə ərizə təmin edilmiş, Sabunçu Rayon Məhkəməsinin **(***)-***/**** nömrəli ##.##.2025-ci il tarixli qərardadının nəticəvi hissəsinin aşağıda göstərilən qaydada dəyişdirilməsi qərara alınmışdır: “Ünsiyyət hüququnun təmin edilməsi üçün ##.##.2017-ci il təvəllüdlü X4, ##.##.2019-cu il təvəllüdlü X3 və ##.##.2022-ci il təvəllüdlü X2 hər həftənin şənbə günü icra məmurunun təyin etdiyi yerdə saat 11:00-da ataları olan iddiaçı Borclu tərəfindən ərizəçi olan cavabdeh (anaları) Ərizəni verən şəxs, həmin gün saat 15:00-da isə cavabdeh olan ərizəçi Gułahmadzade Bagdasar tərəfindən iddiaçı Borclu təhvil verilsin”.
4. Borclu həmin qərardaddan şikayət vermiş, qərardadın ləğv edilməsini, qərardadın icra üsulunun dəyişdirilməsi barədə ərizənin təmin edilməməsini xahiş etmişdir.
5. Şikayət belə əsaslandırılmışdır ki, məhkəmə icra üsulunu dəyişdirərkən ərizəçinin mövqeyini əsas götürmüş, lakin icranın baş tutmamasının real səbəblərini tam, hərtərəfli və obyektiv araşdırmamışdır. Icra sənədi üzrə təxminən 30-a yaxın icra tədbiri təyin edilmişdir. Lakin həmin icra tədbirlərinin baş tutmamasının səbəbi icra yerinin uyğun olmaması deyil, uşaqların ana ilə ünsiyyətdə olmaq istəməməsi olmuşdur. Bu hal icra sənədinin icra üsulunun dəyişdirilməsi üçün əsas kimi qiymətləndirilə bilməz. Icra yerinin dəyişdirilməsi uşaqların ana ilə ünsiyyətdə olmaq istəməməsi faktını aradan qaldırmayacaqdır. Əksinə, uşaqların iradəsi, emosional vəziyyəti və psixoloji hazırlığı nəzərə alınmadan onların hər dəfə fərqli və qeyri-müəyyən icra yerinə aparılması uşaqlarda əlavə qorxu, narahatlıq və psixoloji travma yaradacaqdır. Məhkəmə icra yerinin dəyişdirilməsinin icranın real baş tutmasına necə təsir edəcəyini əsaslandırmamışdır. Əgər uşaqlar uzun müddət ərzində ana ilə getməkdən və ünsiyyətdə olmaqdan imtina edirlərsə, bu halda icra üsulunun dəyişdirilməsi deyil, uşaqların psixoloji vəziyyətinin araşdırılması, mərhələli ünsiyyət mexanizminin müəyyən edilməsi, psixoloq və qəyyumluq orqanının iştirakı ilə uşaqların ünsiyyətə hazırlanması zəruri idi. Qərardadda ##.##.2026-cı il, ##.##.2026-cı il, ##.##.2026-cı il və ##.##.2026-cı il tarixli aktlara istinad olunmuşdur. Həmin aktlardan yalnız Ərizəni verən şəxs icra yerində olduğu, lakin uşaqları ilə görüşə bilmədiyi görünür. Bu aktlar atanın uşaqları gizlətməsi, uşaqlara qanunsuz təsir göstərməsi və ya icraya qəsdən mane olması faktını birbaşa təsdiq etmir. Rayon məhkəməsi Ombudsman Aparatının məktubuna da istinad etmişdir. Həmin məktubun məzmunundan görünür ki, əvvəlki icra tədbirləri zamanı uşaqlar ana ilə getməkdən imtina etmişlər. Bu hal avtomatik olaraq atanın qanunsuz maneəsi kimi qiymətləndirilə bilməzdi. Rayon məhkəməsi uşaqların imtinasının səbəblərini, onların emosional vəziyyətini, yaş xüsusiyyətlərini, ünsiyyətə psixoloji hazırlığını və bu prosesin mərhələli aparılmasının mümkünlüyünü araşdırmalı idi. Iş üçün mühüm əhəmiyyət kəsb edən icra məmuru məhkəmə iclasında iştirak etməmişdir. Qərardadda icra məmuruna iclas barədə məlumat verildiyi, lakin onun iştirak etmədiyi göstərilmişdir. Halbuki ərizənin predmeti məhz icra sənədinin icra üsulu ilə bağlı olduğundan, icra məmurunun izahatı, icra materialları, aparılmış icra hərəkətləri, tərəflərin davranışı, uşaqların faktiki reaksiyası və icranın hansı səbəbdən mümkün olmaması məsələləri tam araşdırılmalı idi. Xüsusilə nəzərə alınmalıdır ki, qarşı tərəfin davranışı onun məqsədinin yalnız uşaqlarla məhdud ünsiyyət qurmaqdan ibarət olmadığını göstərir. Belə ki, Ərizəni verən şəxsilk olaraq məhkəməyə müvəqqəti təminat tədbiri barədə ərizə verərək uşaqların atadan alınaraq ona qaytarılmasını xahiş etmişdir. Bu fakt ##.##.2025-ci il tarixli qərardadda da göstərilmişdir. Məhkəmə həmin ərizəni rədd etmiş və uşaqların atadan alınıb anaya verilməsinin müvəqqəti təminat tədbiri olmadığını, tətbiq olunan tədbirin irəli sürüləcək tələbə mütənasib sayılmadığını qeyd etmişdir. Sonradan həmin qərardaddan verilmiş şikayət də təmin edilməmiş və məhkəmə bir daha göstərmişdir ki, uşaqların kimdə qalması əsas iddianın predmetidir, bunun mtt adı altında həll edilməsi mahiyyət etibarilə yekun qərarın əvvəlcədən verilməsi deməkdir. Bu səbəbdən məhkəmənin qərardadı yalnız icra üsulunun texniki dəyişdirilməsi kimi qiymətləndirilə bilməz. Hazırkı qərardad uşaqların faktiki təhvil verilmə mexanizmini köklü şəkildə dəyişir, atanın və uşaqların hüquqlarına müdaxilə edir, qarşı tərəfin əvvəlki tələbləri fonunda uşaqların atadan alınması riskini artırır. Bu isə müvəqqəti təminat tədbirinin mahiyyətinə və uşaqların üstün mənafeyi prinsipinə ziddir.
6. Rayon məhkəməsinin eyni saylı, ##.##.2026-cı il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.
7. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir.
8. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, hazırkı şikayətə yazılı icraat qaydasında baxılır.
9. Məhkəmə iş materiallarını nəzərdən keçirib, şikayətlərin dəlillərini araşdıraraq hesab edir ki, şikayətlər təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır.
10. Belə ki, Ailə Məcəlləsinin 61-ci maddəsinin tələbinə görə, uşaqlardan ayrı yaşayan valideyn onlarla ünsiyyət hüququna, uşaqların tərbiyə və təhsili ilə bağlı məsələlərin həll edilməsində iştirak etmək hüququna malikdir. Uşaqlarla yaşayan valideyn uşağın fiziki, psixi sağlamlığına, onun əxlaqi inkişafına zərər yetirməyən digər valideynlə uşağın ünsiyyətinə mane olmamalıdır. Uşaqlardan ayrı yaşayan valideynlər valideynlik hüququnun həyata keçirilməsi qaydası haqqında razılığa gələ bilmədikdə, mübahisə onların (onlardan birinin) tələbi əsasında yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanlarının iştirakı ilə məhkəmə tərəfindən həll edilir.
11. “Valideynlərin və digər qohumların uşaqla ünsiyyətdə olmaq hüquqları ilə əlaqədar qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ####### 2011-ci il Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, uşaqla ünsiyyətə dair iddialara baxılıb yekun qərarın qəbul edilməsinədək keçən müddət ərzində, ünsiyyətə dair iddia tələbini irəli sürmüş valideynlə uşaq arasında münasibətlərin gələcəkdə qətnamənin icrasını mümkünsüz edəcək dərəcədə soyumasının, ünsiyyət bağlarının kəsilməsinin qarşısını almaq məqsədilə Mülki Prosessual Məcəllənin 158.1.2 və 158.1.3-cü maddəsi ilə nəzərdə tutulmuş müvəqqəti təminat tədbirinin görülməsi mümkündür. Mübahisənin həllinədək müvəqqəti olaraq cavabdehə iddiaçının uşaqla məhkəmənin müəyyən etdiyi minimal həddə ünsiyyətinə edilən maneələrin qadağan edilməsindən ibarət müvəqqəti təminat tədbirinin görülməsinə dair vəsatətə baxılarkən əsasən ünsiyyət hüququnun təmin edilməsini tələb edən valideynə aid və uşağın mənafeyinə zidd ola biləcək açıq-aydın halların olub-olmamasına qiymət verilməlidir. Mülki prosessual qanunvericiliyin istinad olunan normalarının tələblərindən göründüyü kimi, müvəqqəti təminat tədbirləri haqqında əsaslandırılmış ərizəyə mübahisəni həll edən hakim tərəfindən ayrıca icraatda baxılmalıdır.
12. «Icra Haqqında» Qanunun 15-ci maddəsinə əsasən tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası yaxud icra sənədinin icrası üsulunun və qaydasının dəyişdirilməsi haqqında işə baxmış məhkəməyə müraciət edə bilərlər. Borclunun əmlak vəziyyətini və digər halları nəzərə alaraq, məhkəmə həmin müraciətlərə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsi ilə müəyyən edilmiş qaydada baxır.
13. Mülki Prosessual Məcəllənin 231.1-ci maddəsinə əsasən işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır.
14. Həmin Məcəllənin 234.1-ci maddəsinə əsasən bu Məcəllənin 234.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir.
15. Hazırkı iş materiallarında olan Azərbaycan Respublikası “xxxx” X1 “xxxx” X1 * nömrəli uşaq poliklinikası tərəfindən verilmiş seans nəticələrindən məlum olur ki, senaslar zamanı uşaqlarda ailə münasibətləri ilə bağlı emosional gərginlik və qarışıq hisslərin mövcud olduğu müşahidə edilmişdir. Uşaqların ana ilə bağlı bəzi ifadələrinin onların yaş xüsusiyyətləri nəzərə alındıqda daha çox böyüklərdən eşidilmiş məlumatların təkrarı xarakteri daşıya biləcəyi ehtimal olunur. Bu səbəbdən uşaqların ana ilə bağlı münasibətinin fomralaşmasında ailə daxili kommunikasiya və valideyn təsirinin mümkün rolunun nəzərə alınmalı olması qeyd edilmiş, uşaqların emosional vəziyyətinin daha dəqiq qiymətləndirilməsi və psixolojji dəstəyin davam etdirilməsi məqsədəuyğun hesab edilmişdir.
16. ##.##.2026-cı il, ##.##.2026-cı il, ##.##.2026-cı il, ##.##.2026-cı il tarixli aktlardan görünür ki, tələbkar Ərizəni verən şəxsicra yerində olmuş, lakin uşaqları ilə görüşə bilməmişdir.
17. AR-nın Insan hüquqları üzrə Müvəkkilnin (Ombudsmanın) Aparatının ##.##.2026-cı il tarixli məktubundan görünür ki, Övladlarıyla ünsiyyət hüququnun təmininə dair müvəqqəti təminat tədbirinin tətbiqi barədə qəbul olunmuş qərarın icra edilməməsi və ataları tərəfindən onlara lazımi diqqət və qayğı göstərilməməsi barədə Azərbaycan Respublikasının Insan Hüquqları üzrə Müvəkkilinə (Ombudsmana) ünvanladığınız şikayətlə əlaqədar Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Icra xidmətinə və Xətai Rayon Icra Hakimiyyətinə tapşırıq verilmişdir. Icra xidmətindan verilmiş cavabda bildirilir ki, Sabunçu Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli icra vərəqəsinə əsasən yekun məhkəmə qətnaməsi çıxarılanadək övladlarıyla ünsiyyət (görüş) hüququnuz təmin edilməli və ünsiyyət qaydası atanın Iştirakı olmadan hər həftənin şənbə günü saat 11:00-dan 15:00-dək müəyyən edilməlidir. Ünsiyyət hüququnun təmin edilməsi üçün övladları hər həftənin şənbə günü yaşadıqları ünvanda saat 11:00-da ataları Borclu tərəfindən Sizə, həmin gün saat 15:00-da isə tərəfinizdən Borclu təhvil verilməlidir. Icra sənədi üzrə ##.##.2025-ci il tarixində icraata başlanmış, ##.##.2025-ci il tarixinə görüş təyin edilmiş, lakin övladları onunla getməkdən imtina etmişlər (video çəkiliş aparılmışdır). Daha sonra Sabunçu Rayon Icra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasına mütəxəssisin (psixoloq) dəvət olunması ilə bağlı məktub ünvanlanmış, ##.##.2025-ci II tarixində mütəxəssis tərəfindən uşaqlarla söhbət aparılmış, lakin ##.##.2025 ve ##.##.2025-ci il tarixlərinə təyin edilmiş görüş zamanı övladları onunla getməkdən imtina etmişlər. Xətai Rayon Icra Hakimiyyətindən verilmiş cavabda bildirilir ki, aparılan araşdırma zamanı hazırda atalarının himayəsində yaşayan yetkinlik yaşına çatmayan övladların alalarının himayəsindən alınma onun himayəsinə verilməsini istədiyini bildirmişdir. Bununla əlaqədar Gulalınədzadə məsələnin araşdırılması ilə bağlı hazırda himayəsində yaşayan övladıya birgə Komissiyaya davət olunmuşdur. Lakin Borclu övladlarının öz istəkləri ilə hazırda onunla birgə yaşadıqlarını, onların daimi yaşayış yerinin müəyyən olunması və nikahının pozulması məsələsinin Sabunçu Rayon Məhkəməsinin icraatında olduğunu, mübahisə ilə bağlı məhkəmə tərəfindən yekun qərar veriləcəyini əsas gətirərək. Komissiyaya gəlməkdən və eyni zamanda Komissiya üzvləri tərəfindən uşaqların yaşadığı mənzilə baxış keçirilməsinə və övladlarının yaşayış şəraiti ilə tanış olmalarına şərait yaratmamışdır. Cavabda, həmçinin qeyd edilmişdir ki, Sabunçu Rayon Məhkəməsi tərəfindən Xətai Rayon Icra Hakimiyyəti yanında Qəyyumluq ve Himayəçilik Komissiyasına rəy verilməsi üçün mülki iş daxil olduğu təqdirdə mübahisə Komissiya tərəfindən qanunvericiliyə uyğun olaraq araşdırılaraq və müvafiq rəy tərtib edilərək məhkəməyə göndəriləcəkdir.
18. Xətai Rayon Icra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasının ##.##.2026-cı il tarixli rəyindən görünür ki, yetkinlik yaşına çatmayanlar ##.##.2018-ci il tavalludlu X4, ##.##.2019-cu il təvəllüdlü X3 və ##.## 2022-ci il təvəllüdlü X2 hansı valideynin yanında qalması barədə konkret rəy verə bilmir, iş üzrə qərar qəbul edilməsini məhkəmənin mülahizəsinə verilməsini, azyaşlılar barəsində Məhkəmə-psixoloji ekspertizasının keçirilməsini və Məhkəmə-psixoloji ekspertizasının rəyində uşaqların hansı valideynə daha çox bağlılığı nəzərə alınaraq, həmin valideynin yanında saxlanılması barədə qərar qəbul etməyi məqsədəuyğun hesab etmişdir.
19. Məhkəmə borclunun şikayətinin dəlillərini iş materiallarındakı sübutlarla birlikdə nəzərdən keçirirək, valideynlərin uşaqlarına münasibətdə bərabər hüquq və vəzifələrə malik olmalarını, uşaqların isə öz valideynləri ilə ünsiyyətdə olmaq hüququnun olmasını, hazırkı halda uşaqların yaşını, işin hallarını nəzərə alaraq, rayon məhkəməsinin gəldiyi qənaətlə razılaşır və qeyd edir ki, hazırkı vəziyyətdə qərardadın icra üsulunun dəyişdirilməsi – ananın uşaqları ilə ünsiyyətinin yaşayış yerində deyil, icra məmurunun müəyyən (təyin) etdiyi yerdə həyata keçirilməsi ünsiyyətin məqsədinə müvafiqdir.
20. Iş materialları ilə müəyyən edilmişdir ki, uşaqlar hazırda icra tədbirləri çərçivəsində ərazi poliklinikasında psixoloji seanslarda reabilitasiya olunmaqla müalicə və müayinəyə cəlb edilmişlər. Uşaqlara ata tərəfindən analarına ilə ünsiyyətinə müdaxilə, psixoloji təsir edildiyi, ananın aylardır uşaqlarını görməyinə maneə yaradıldığı müəyyən edilmişdir. Belə olan halda qərardadın icrasının real olması baxımından rayon məhkəməsinin gəldiyi nəticə əsaslı olmuşdur.
21. Insan Hüquqları üzrə Avropa Məhkəməsinin bir çox qərarlarında formalaşdırdığı hüquqi mövqeyinə görə Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində müəyyən olunmuş «məhkəmə araşdırması hüququ» təkcə məhkəməyə müraciəti və yekun məhkəmə aktının qəbulunu deyil, həm də (və mütləq qaydada) məcburi qüvvəyə malik yekun məhkəmə aktının icrasını nəzərdə tutur. Məhkəmə, Burdov Rusiyaya qarşı iş üzrə Qərarında həmçinin qeyd etmşdir ki, məhkəmə qərarının icrasının gecikdirilməsinə xüsusi hallarda haqq qazandırıla bilər, lakin bu gecikdirmə Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ilə qorunan hüquqların mahiyyətinə xələl gətirməməlidir. (Burdov Rusiyaya qarşı iş üzrə 2002-ci il # ### tarixli Qərar, § 35)
22. Məhkəmənin mövqeyinə görə Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində tərəflərə verilən prosessual təminatlar (ədalətli, açıq və vaxtında aparılan məhkəmə araşdırması) məhkəmə qərarının icrası hüququnu müdafiə etməsəydi, bu, anlaşılmaz bir hal olardı. Iştirakçı dövlətlərin daxili qanunvericiliyi tərəflərdən birinin ziyanına məhkəmə qərarının icra olunmadan qalmasına imkan versəydi, onda 6-cı maddədə nəzərdə tutulmuş (təminat verilən) məhkəmə araşdırması hüququ xəyali hüquq olardı. Buna görə də hər hansı məhkəmə tərəfindən çıxarılmış qərarın icrasına Konvensiyanın 6-cı maddəsinin məqsədləri üçün «məhkəmə araşdırmasının» ayrılmaz tərkib hissəsi kimi baxılmalıdır (Hornsbi Yunanıstana qarşı iş üzrə 1997-ci il ## #### tarixli Qərar, § 40)
23. Beləliklə, Məhkəmə hesab edir ki, rayon məhkəməsi mübahisələndirilən qərardadı qəbul etməkdə haqlı olmuşdur, qərardad qanuni və əsaslı, şikayət isə əsassız olmaqla, qərardadın ləğvinə səbəb olmadığından təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır.
24. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 398-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək; qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək; qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək.
25. «Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinə dəyişikliklər edilməsi haqqında» (2021-ci il # ####### tarixdən qüvvəyə minmiş) ## #### 2021-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən Məcəllənin 402-ci maddəsinə əsasən Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apellyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi, bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında qərardadlarından kassasiya şikayəti verilə bilər.
26. Beləliklə müəyyən olunur ki, prosessual qanunvericiliyə edilmiş dəyişikliyə görə hazırkı qərardaddan kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır.
27. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2, 398, 400, 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası,
qərara aldı:
Borclu Borclu tərəfindən verilmiş şikayət təmin edilməsin. Sabunçu Rayon Məhkəməsinin *(*-***)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir, prosessual qanunvericilikdə bu qərardaddan şikayət verilməsi nəzərdə tutulmamışdır.